Sağlamlıq / Sağlam ol!

70 faiz qurbanını öldürən “gizli” qadın xəstəliyi - Heç bir əlaməti olmur!

Banu. | 5-01-2019, 09:56
1 123 0

Qadınların kabusu olan yumurtalıq xərçəngi əlamətsiz inkişaf etdiyinə görə daha gec mərhələdə aşkarlanır. Buna görə bu xəstəlikdən sağalma şansı çox azdır.
Okoloqların sözlərinə görə, əgər xəstənin yaşı 35-dən çoxdursa, o zaman xəstəlik ilkin mərhələdə aşkarlansa belə onun yaşama müddəti 5-7 il olur.
Məhz bu səbəbdən qadınlar hər 6 aydan bir transvaginal USM müayinəsindən keçməlidirlər. Bu, əsasən də doğuş zamanı problem yaşayan və ya hər hansı bir xəstəlik keçirən qadınlara aiddir.
Yumurtalıq xərşənginin ilkin simptomları kolitin əlamətlərini xatırladır.
Bu xərçəng növü əsasən 30 yaşdan yuxarı qadınlarda daha çox rast gəlinir.
Xəstəlik zamanı aşağıdakı əlamətlər müşahidə edilə bilər: 
• Qarnın vaxtaşırı və ya davamlı köpməsi
• Qəbizlik, mədə pozuntusu və ya qarında ağrılar
• Çanaq bölgəsində davamlı və daimi ağrılar
• Belin aşağı nahiyyəsində ağrılar
• Qeyri-ixtiyari sidik qaçırma, sidik ifrazı zamanı ağrı və yanma hissi
• Çəkinin azalması
• Daimi yorğunluq hissi
• Cinsi əlaqə zamanı ağrı
Əgər siz də özünüzdə yuxarıda sadalanan əlamətlərdən bir neçəsini hiss etmisinizsə, o zaman təcili olaraq həkimə müraciət edərək USM müayinəsindən keçin.medicina

Bu xəbərləri də oxuyun:

20 qəpiklik ərzaqla 20 yaş cavan göründü- Kosmetoloqlar ŞOKDA

Əri, sevgilisi şorgöz olan xanımlara: Bu hiylələrlə onları ideal kişiyə çevirəcəksiniz

Duzu zeytun yağı ilə qarışdır, bel ağrılarından 5 illik azad ol!

"Toy gecəsi" gənc qadına Bakıda son arzusuna çatmağa kömək etdi - FOTO