Sağlamlıq / Sağlam ol!

Yüksək təzyiq

sheyla | 23-04-2011, 10:18
2 895 15
Yüksək təzyiq
 
Bu yazımda sizə "hiyləgər düşmən"-yüksək təzyiq haqqında məlumat vermək istədim.

Yüksək təzliq nədir?-
Yüksək təzyiq qan təzyiqi zamanı yaranan yüksəlişdir.
Qan təzyiqi ölşərkən 2 qan təzyiqi nəzərə alınır:böyük təzyiq(sistolik qan təzyiqi) və Kiçik təzyiq (diastolik qan təzyiqi) Ürək sıxılması zamanı ölçülən təzyiqi boyük qan təzyiqi,ürək gecşəməsi zamanı ölçülən isə kiçik təzyiqdir.

Ümumiyyətlə,böyük qan təzyiqinin 140 mmHg və kicik qan təzyiqinin 90 mmHg-dən yüksək olması yüksək təzyiq kimi qəbul olunur.

 

Yüksək təzyiqin nəticələri-

 


Yüksək təzyiq böyrək,ürək-damar xəstəliklərinə,iflicə və görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.


Müalicə edilməzsə yaşamaq müddəti 10-20 il azalır.

 

Yetkin insanlarda ən çox yayılan və uzun çəkən xəstəlikdir.

 

Əlilliyə və ölümə yol aça bilər.

 

Yüksək təztiqin əlamətləri-

 

Bir çox xəstələrdə yüksək təzyiq öz əlamətini biruzə vermir.


Yüksək təzyiqin əlamətləri:


-baş ağrısı

 

-ürək döyünməsi

 

-nəfəs darlığı

 

-halsızlıq

 

-burun qanaması

 

-yorğunluq

 

-qulaqlarda cingilti

 

-yeriməkdə və pilləkanları çıxarkən çətinlik çəkmək.

 

-bəzi hallarda tez-tez sidik ifrazı

 

Yüksək təzliqin insan bədəninə təsiri-

 

-Ürək çatışmamazlığı,ürək genişlənməsi,ürək damarlarında daralma,ürək damarlarında tıxanma ilə əlaqədar ürək krizi,ürək döyünmədə nizamsızlıq.

 

-Beyin damarlarında qanama,daralma və tıxaclanma,iflic,danışma pozğunluğu

 

-Böyrək çatışmamazlığı,böyrək fəaliyyətində pozulma.Qanda zərərli törəmə maddələrinin yığılması.

 

-Göz damarlarında daralma və qanamalarla bağlı görmə zəifliyi və korluq.

 

-Bütün damarlarda genişlənmə,qalınlaşma,daralma,yağ təbəqəsinin yaranması və tıxanma.

 

Yüksək təzyiq və duz-

 

Yüksək təzyiqin irəliləməsində duzun böyük təsiri var.Bəzi insanlarda böyrəyin duz atma imkanları məhdud olduğundan,lazım olandan daha çox duz alması yüksək təzyiqin yaranmasına və müalicəsində müvəffəqiyyətsizliyə şərait yaradır.

 

Yüksək təzyiq riskini artıran amillər-

 

-Artıq çəki(gündəlik idman fəaliyyətinin olmaması ilə yaranan köklük)

 

-Həddən artıq çox içki qəbul etmək

 

-Ailədə yüksək təzyiin olması

 

-Yaş

 

-stress

 

-Az miqdarda kalori,kalsium qəbulu

 

-Hədsiz dərəcədə duz qəbulu

 

-İnsulinə qarşı müqavimət

 

Məsləhətlətr-

 

-İdman

 

-Çəki vermə,pəhriz

 

-Alkoqollu içkidən istifadə etməmək

 

-Duzdan qaçmaq

 

-Yağsız yemək

 

-Yeməklərdə meyvə tərəvəzdən mümkün olduğu qədər çox istifadə etmək!


Yagis_Negmesi | 1 dekabr 2015 23:35 | Status: Gümüş user | Şərh: 1 614
menim tezyiqim duwur cox vaxt ayaq uste dayana bilmirem dunya bawima firlanir
Nara | 8 noyabr 2013 17:55 | Status: Yazar | Şərh: 1 718
tesekurlerrr
Meqa | 5 fevral 2013 14:54 | Status: Professional user | Şərh: 2 077
men yol gedende maşınla tezyiqim düşür
azeri_oglu | 29 sentyabr 2012 21:18 | Status: Gümüş user | Şərh: 2 243
men daniwanda teziqim qalxir
G-----16 | 24 iyul 2012 20:21 | Status: Gümüş user | Şərh: 2 227
mende olmur tesekkurler :n28:
TATLI GUZEL | 20 iyul 2012 09:40 | Status: Professional user | Şərh: 5 781
bu herden bizdekilerdede olur.
Ayka21 | 9 iyul 2012 17:46 | Status: Yazar | Şərh: 2 770
menim atamdada var yaziq cox eziyyyet cekir

tskler can menim atamda eziyet cekenlerdendi