Sağlamlıq / Sağlam ol!

Bu çox ucuz qarışımı yatmamışdan əvvəl için, yuxudaykən qaraciyərinizi toksinlərdən təmizləsin, arıqlatsın, cavanlaşdırsın.

Banu. | 3-01-2018, 21:10
5 869 0
Şərqdə sarıkök qədim zamanlardan müxtəlif xəstəliklər zamanı müalicəvi vasitə kimi uğurla istifadə olunurdu. Bu müalicəvi vasitə "qızıl süd" adlanır.
Qızıl südün hazırlanması üçün 1/2 çay qaşığı sarıkök 1 çay qaşığı balla yaxşı qarışdırılır. Sonra bu qarışığın üzərinə 1 stəkan qaynanmış ilıq süd əlavə olunur və yenə də yaxşı qarışdırılır. Süd isti olmamalıdır, bu çox vacibdir. Bu qarışıq yatmazdan əvvəl içilir. Müalicə kursu - 4 həftə.
Qızıl süd çox effektli müalicəvi vasitədir. Qızıl süd orqanizmə ümumi möhkəmləndirici təsir göstərir, immun, sinir sistemini möhkəmləndirir, insanı daha gümrah edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, orqanizmdə olan iltihablarla mübarizə aparır, bakteriya və virus əleyhinə təsir edir.
Qızıl südün köməyi ilə öskürək, soyuqdəyməni müalicə etmək mümkündür.
Qızıl süd dəriyə də çox müsbət təsir edir, dərini cavanlaşdırır, daha təravətli edir.
Sarıkökün daim istifadəsi orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərin inkişafından qoruyur.
Sarıkökün çox güclü antibakterial və antiseptik xüsusiyyətləri var. Sarıkökü hətta "təbii antibiotik" adlandırırlar. 
Damaqlar iltihabı, stomatit zamanı ağız boşluğunuzu sarıkökün dəmləməsi ilə yaxalayın. Bu ilthabın azalmasına kömək edir.
Öskürək və bronxit zamanı 1 stəkan isti südə 1/2 çay qaşığı sarıkök əlavə edin, yaxşı qarışdırın və gün ərzində qəbul edin.
Sarıkök mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Bizim həzm sistemimizə hər gün müxtəlif ziyanlı maddələr düşür və burada yığılır. Qana sovrularaq bu maddələr orqanizmi zəhərləyir, müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmdə qocalma prosesləri sürətləndirir. Sarıkök bu ziyanlı maddələri yox edir.
Bundan əlavə sarıkök mədə-bağırsaq sistemində olan iltihabla mübarizə aparır.
Sarıkök köpdən əziyyət çəkən insanlara da yaxşı kömək edə bilər.
Sarıkök güclü ödqovucudur. Bu səbəbdən öd daşı xəstəliyi olan insanlara bu ədviyyatdan süi-istifadə etməməlidir.
Sarıkök qara ciyər üçün də çox xeyirlidir - qara ciyəri təmizləyir, onun fəaliyyətinə müsbət təsir edir.
Sarıkök orqanizmdə gedən mübadilə proseslərinə də çox müsbət təsir edir, qanda şəkərin səviyyəsinin normada saxlamağa kömək edir.
Sarıkök qanı təmizləyir, qanın tərkibini yaxşılaşdırır. Anemiyadan əziyyət çəkən insanlar balla sarıkökün dəmləməsindən istifadə edə bilərlər.
Sübut olunub ki, sarıkök beyinin fəaliyyətinə çox müsbət təsir edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır.
Artrit zamanı da sarıkök çox effektli müalicəvi təsir edir.