Sağlamlıq / Sağlam ol!

Panik hücum

dr.Samira | 26-01-2012, 20:00
9 469 41
Panika sözü öz mənşəyinə görə qədim yunan tanrısı olan Pana borcludu.Belə ki,Pan,buynuzlu,saqqallı,keçi ayaqlı(yəni cütdırnaqlı) olan,sürülərin,çobanların,təbiət ünsürlərinin hakimi olan bir tanrı idi.


Pan oynamağı,mahnı oxumağı,öz məhşur svirelində(nəfəsli müsiqi aləti) çalmağı sevirdi.O xeyirxah və mərhəmətli biri kimi tanınsa da,əgər onu kimsə yatdığı zaman qəfil oyatsa idi, öz qışqırığı ilə həmin kəsi elə qorxudardı ki,həmin şəxs dəhşətli vahimə içərisində önünə və arxasına baxmadan qorxub qaçmağa başlayardı.
İnsanın qarşılaşdığı ilk panik hücum da təxminən eyni təəssüratlar yaşadır ona.Eləcə də,bir dəfə bu vəziyyəti yaşamış böyük əksəriyyət insanlar həyəcanla bu kabusun təkrarlanacağını gözləyirlər.Öz vəziyyətlərində baş verən cüzi dəyişiləri izləməyə çalışaraq bəzən “qarışqanı filə çevirirlər” və özləri də istəmədən növbəti tutmaya təkan verirlər.
Panik hücum- intensiv qorxu və ya diskomfort hissinin kəskin tutma ilə başlanması və bir neçə dəqiqə ərzində zirvəyə çatmasıdır.Panik hücumların təkrarlanmaq və tutmalararası dövrdə psixoloji əhval və davranışı dəyişmək tendensiyaları vardır.(insanlar tutmanın hər an təkrarlana biləcəyi həyəcanı ilə yaşayırlar).
Panik hücum—hər hansı bir xəstəliyin yox,stressin simptomudur.

 

Əgər insan Panik hücumlardan əziyyət çəkirsə ,onlar daha çox terapevtlərə,nevropatoloqlara,homeopatlara müraciət edirlər.Həmin mütəxəssislər isə,”Vegetodamar distoniyası”.,”Neyrosirkulyator distoniya”,”Ürək nevrozu”,”vegetativ disfunksiyanın somatoforması” kimi diaqnoz qoyurlar.Baxmayaraq ki,bunlar hamısı eyni şeydi,onların müalicəsinin ən lazımlı məqamı və açar hissəsi ,panik hücumları dəf etməkdən ibarətdir.Bəzən insanlar ,vegetativ pozğunluğun simptomları ilə üzləşəndə(ürəkdöyünmə,döş nahiyəsində sıxılmalar,boğulma,havanın çatışmazlığı hissi,tərləmə,başgicəllənmə və s.),düşünürlər ki,ciddi bir ürək xəstəliyi var,yeni tutmaların olma ehtimalı onları qorxudur və tez və ya gec,bu qorxunun təsirinə düşürlər.Əslində isə onları nə qəfil ölüm gözləmir,nə də ki xronik xəstələrin aqibəti.Onların “xəstə” olduğu yeganə şey---öz şəxsi qorxularıdır.,başqa sözlə desək,öz qorxularının qorxusunu yaşayırlar,qorxmaqdan qorxurlar.


Stress orqanizmdə bəzi proseslərə start verir.Təsəvvür edək ki,siz axşam gec vaxtda qaranlıq küçə ilə evə qayıdırsınız,bir az qorxurusunuz,çünki siz bir gün öncə manyak –qatil haqqında qorxulu kinoya baxmısız,yaxud səhər tezdən Xəbərlər verilişində bir –iki xoşagəlməz kriminal xəbəri eşitmisiniz və s. Və qəfildən sizin yaxınlığınızda kiminsə tükürpədici qışqırığı səslənir,yaxud yanınızda bir maşın anidən dayanır.Nə baş verəcək?Sizin ürəyiniz çox tez-tez döyünməyə başlayacaq,sizi soyuq tər basacaq,ayaqlarınızda zəiflik hiss edəcəksiniz,tənəffüs sürətlənəcək,əl-ayağınız soyuyacaq,ağzınız quruyacaq,sizi vahimə bürüyəcək,beyninizdə ilk öncə hər an ölə biləcəyiniz fikri gələcək,sonra isə “Qaçmaq!”.Əslində ,burada artıq özünümüdafiə instinkti qoşulur ki, orqanizm ,ya müdafiə olunmağa ya da qaçmağa hazır olur.



Özümüzdən asılı olmayaraq,təhlükə siqnalı səslənəndə(hazırki vəziyyətdə -qəfil kəskin səs) qana külli miqdarda adrenalin atılır,əzələlər gərginləşir,qaçmağa və ya mübarizəyə hazır vəziyyət alır.Onları bu işə hazırlamaq üçün ,enerji ilə təmin etmək lazımdır ki,bu işin də öhdəsindən stress hormonu olan-adrenalin gəlir:təzyiq yüksəlir,ürək daha intensiv işləməyə başlayır,ağızda quruluq yaranır.çünki ağız suyu ifrazı azalır,bu da vacibdur, əgər qaçmaq eytiyacı duyulsa,ağız suyu ilə boğulmaq,yəni yaxşı tənəffüs edə bilməmək və uzun məsafəyə qaça bilməmək kimi maneələr ola bilər.Tənəffüs tezləşir və səthiləşir,belə ki,məhz bu cür tənəffüs davada yaxud qaçış zamanaı daha səmərəlidir.İnsanı “tər basır” çünki orqanizm daxili istilənmədən qorunmaq üçün ,maye xaric edərək soyumağa çalışır.
İnsanları və heyvanları bu reaksiyalar birləşdirir,ancaq bir fərq var ki,heyvanlarda bu proses daha sadə və rasionaldır,əgər təhlükə varsa,o çox böyük ehtimal ki,real təhlükədir,ancaq insanlarda bu ya virtual,uydurulmuş,təxəyyül məhsulu olur,ya da qaçmaq və ya savaşmaq üçün çox qəribə görünən bir vəziyyətlərdə (rəhbəri ədalətsiz olaraq onu danladı.imtahan götürən həddən artıq zəhmlidi və s.) yaranır.Biz real təhlükə ilə qarşılaşanda,məs.yanğın,təbii fəlakətlər,müharibə siqnalları vəs. “qaçmaq yaxud mübarizə aparmaq” reaksiyasına təəccüblənmirik və normal qəbul edirik.Ancaq niyə bəzən eyi vəziyyətlər insanların başına liftdə,metroda,yaxud açıq sahədə,yaxud konkret bir insanla ünsiyyət zamanı gəlir?Ona görə ki,insan gərginlik yaşayır həmin an və orqanizm elə qurulub ki.gərginliyə,stressə operativ reaksiya vermək qabiliyyətinə mailkdi.İnsanın daxilində qorxu var və bu onun təbiətinə həkk olunub,ancaq bədənimiz ,bu qorxu ilə mübarizə aparmaq gücünə qadirdir.Özü özlüyündə qorxu-təhlükəli deyil.



 Panik hücumun növləri:
 -Spontan,gözlənilmədən,qəfil yarananlar.Adətən ,burada söhbət ilk yaranan tutmalardan gedir,sonrakılarda artıq müəyyən “məntiq” izləmək olur.
 -Ən xoşagəlməz vəziyyətlərdə yarananlar.,məs.,metroda,yaxud liftdə,təyyarədə yaxud digər qapalı bir məkanda.Adətən panik hücumlar bir və ya bir neçə oxşar hadisədən sonra yadaşda “möhkəmlənir” və bir növ təhlükəyə cavab vermə adətinə çevrilir.
 -Xoşagəlməz vəziyyəti gözləyərkən yarananlar(“qorxunun qorxusu”)İnsan tutmanın təkrar ola biləcəyini düşündükcə qorxur və bu qorxu o qədər güclü olur ki...bu barədə düşünmək kifayət edir ki eynilə həmin stress mexanizmi işə düşür.Belə vəziyyətlərə el arasında—fikirlər materiallaşır deyirlər.Həqiqətən də fikirlər materiallaşır,özü də fikir sürətilə,yəni ani olaraq.
 -Bioloji(hormonal yenidənqurulma,hamiləlik,cinsi həyata başlama,abort,hormonal preparatların qəbulu) və kimyəvi(alkoqolun yaxud narkotikin ilk qəbulu) səbəblərdən yarananlar.
Beləliklə,panik hücumların yaranması və möhkəmlənməsi,sabitləşməsi üçün insanın hansısa bir stress yaşaması gərəkdir.Panik hücumların sabitləşməsini törədən stress vəziyyətləri bir neçə qrupa bölünür:
 -“istək və imkanların üst-üstə düşməməsi”-Evlənmək istəyirəm,ancaq əmin deyiləm ki,ailə saxlaya bilərəm;boşanmaq istəyirəm,ancaq uşaqlarımı atasız(yaxud anasız) böyütmək istəmirəm;böyük ev,maşın və xaricə səyahət etmək istəyirəm,ancaq bunun üçün maddi vəziyyətim imkan vermir.İstəklərin reallaşmasına mane olan səbəblər müxtəlif olsa da(maddi,mənəvi) hər bir halda maneə var və əgər insan o maneəni dəf edə bilməsə bu xəstəliyə düçar olmaq şansı artır.
 -“vəziyyətin yeniliyi”.İnsan həyatında ilk dəfə olan,onun üçün yenilik olan bir vəziyyətlə qarşılaşanda...bu xoş yeniliklər də ola bilər,məs.,toy,uşağın olması,işində yüksəliş,çoxdan arzuladığı yeni mənzilə köçmək,işinin daha prespektiv bir işlə əvəz etməsi və s.Eynilə pis yeniliklər,məs.,yaxın insanın vəfatı,ağır xəstəlik,boşanma,işinin itirilməsi,oğurluq,yanğın və s.Hər bir halda adət olunmuş həyatın ritmində dəyişiklik baş verir.İnsan məcburən bu yeniliyə uyğunlaşmağa çalışır,bu isə ondan çoxlu psixoloji enerji tələb edir.Bu zaman insan orqanizmi özü özünü aldatmağa çalışır,daha dəqiq desək isə “real bəhanələr” tapırlar və bu zamanlarda panik hücumlar vəziyyəti “yüngülləşdirən” vasitədir:mən xəstəyəm,metroda gedə bilmərəm,deməli işləyə bilmərəm,uşağa baxa bilmərəm,,çünki mən özüm zəifləmişəm və s.Bu zaman tərəzinin bir gözünə “sanballı” bəhanələr,digər gözünə isə əsl əziyyətlər qoyulur,ancaq hansının daha ağır olduğu məlum deyil.
 -“Geriyə,keçmişə”Əgər insan keçmişdə(hətta uzaq keçmişdə,uşaqlığında) dərin travma yaşatmış hansısa bir vəziyyətlə qarşılaşıbsa ,bu hal onun həyatına təsir edə bilər.Məsələn,əgər qadın qaranlıq bir küçədə təcavüzə məruz qalıbsa ,hər dəfə elə bir mühitə düşdükdə həmin vəziyyətin təkrarlana bilməsi qorxusu ilə panik hücuma məruz qala bilər.Yaxud da,ağır bir xəstəlikdən sağalmış insan,ömür boyu “qulağı səsdə” olacaq,öz orqanizmini “dinləməyə” çalışacaq,hər bir xırda ,önəmsiz bir dəyişikliyi həyəcan ilə qəbul edib xəstəliyin geri qayıtma qorxusu ilə panik hücumlar yaşaya bilər.
Kimə müraciət edək?
Adətən,panik hücumlarda əziyyət çəkən və bunun ciddi bir xəstəlik olduğundan əmin olan insanlar terapevtlərə,nevropatoloqlara və kardioloqlara müraciət edirlər.Başlanır uzunmüddətli müayinələr və saysız dərman növbələnməsi.Taxikardiyada,ürəkdə səbəbsiz ağrılarda kardioloq stenokardiyanı günahkar görəcək,çətinləşmiş tənəffüs,boğulmalara bronxial astma və ya xroniki bronxitdən şübhələnməyə əsas verəcək....və daha dərinə getdikcə daha təhlükəli diaqnozlar qoyulmağa başlanacaq...Əslində isə,daha ilk vaxtdan psixoterapevtə müraciət etmək lazımdı,bəzi xəstələr hər bəhanə ilə bu həkimlərdən uzaq gəzməyə çalışırsalar da.
 Alimlər çoxdan aydınlaşdırmışlar ki,bu cür hücumlar,nəinki ürəyə ziyan vurmur,əksinə onu möhkəmləndirir.Tutma anında ürəyin işi,idman zamanı aldığı yüklənmə ilə eyni olur.Bir sözlə,panik hücumlara məruz qalanların ürəyi xəstə deyil,əksinə bir çox sağlam insanların ürəyindən də sağlam olur.Panik hücumlardan əziyyət çəkən insanın ən böyük qorxusu –ölüm qorxusudur.İnsan,”ürəyi tab gətirə bilməz” və ölər deyə çox qorxur.Ancaq ürəkləri sağlamınkından da sağlamdır,düz işləyir və stressə düzgün eaksiya verir.Maraqlı olsa da bu bir faktdır ki,panik hücumlardan əziyyət çəkən və mülicə olunmayan insanların ürəyi,yaşıdlarının ,işemiya,stenokardiya və s kimi problemlərlə üzləşmiş ürəyindən daha cavan,daha dözümlü olur.Odur ki,belə bir nəticəyə gəlmək olar ki,siz heç nə ilə xəstə deylsiz,öz qorxunuzdan başqa.Panik hücumların müalicəsi psixoterapiya ilə aparılır,bəzən dərman dəstəyi də lazım olur,ancaq buna həmişə ehtiyac olmur.
Beləliklə,panik hücumlar ölümcül deyil.

 
Panik hücumlarda ən çox rast gəlinən hissiyatlar:


Subyektiv olaraq ürəkdöyünmə vəya ürək nahiyəsində sıxılma.Bu zaman nəbz normal qala bilər,ancaq insan güclü ürək döyünmə hiss edir.Arterial təzyiqin yüksəlməsi müşahidə oluna bilər.
-tərləmə,istilik dalğaları
-titrəmə və əsmə,üşütmə
-tənəffüsün çətinləşməsi və ya boğulma hissiyatı,döş qəfəsində ağrı və diskomfort
-ürəkbulanma , qusma və(və ya)mədə və bağırsaqda ağrı və spazmlar
-tarazlığı itirmək təhlükəsi ilə başgicəllənmələr
-öz bədənindən qoparılma hissi,öz bədənin ,ətrafda baş verənlərin qe yri-real olma hissiyatı(derealizasiya,depersonalizasiya)
-dəli olmaq qorxusu,kontrol edə bilməyəcəyi bir hərəkət etmək qorxusu,ölüm qorxusu
-boğazında yad cisim olması hisiyatı
-əllərində və ayaqlarında zəiflik hissiyatı
-müvəqqəti olaraq görmənin və eşitmənin pozulması
-müvəqqəti olaraq danışıq qabiliyyətinin pozuıması
-əllərdə və ayaqlarda qıcolmalar
-huşun itməsi.

Panik hücumlardan əziyyət çəkən insanlar tutmanı törədə biləcək vəziyyətlərdən uzaq durmağa çalışırlar:metroya düşmürlər,adam çox olan yerlərdən,qapalı məkanlardan,axşam gəzintilərindən təyyarə səhayətlərindən,və s. uzaq dururlar.Ancaq yadda saxlamaq lazımdır ki,heç bir halda qorxunun əsiri olmaq lazım deyil,çünki o artmağa meyllidir.Məsələn.insan liftdən qorxurdu və ondan imtina edir.,ancaq ”qorxu” ondan əl çəkmir,başqa formada qayıdır,indi o qapısı bağlı hamamda vanna qəbul eləməkdən qorxur,birdən infarkt olar,heç kim ona kömək edə bilməz,yaxud bərk qidalar yeməməyə başlayır,birdən boğazında qalar,heç kim ona kömək edə bilməz.Metrodan qorxduğu üçün ondan imtina edir,indi başlayır avtomobillərdən qorxmağa,təyyarədən imtina edir-açıq sahələrdən qorxmağa başlayır və s.Heç vaxt “yüyəni” qorxunun əlinə vermək lazım deyil-ondan yaxa qurtarmağa çalışmaq lazımdır.
Nədən başlayaq?
-dərk etməyə çalışın ki,siz xəstə deylsiz və həyati təhlükıniz yoxdur.İnsan öz panikalarını analayan kimi ,səbəbin nə olduuğunu dərk etməyə başlayır.,bunun xəstəlik yox,qorxmuş orqanizmin ya qaçmaq,ya da mübarizə aparmağa hazır vəziyyət almaq üçün verdiyi reaksiya olduğunu anlayır və vəziyyəti yüngülləşir.Bunu başa düşəndən sonra ,tutmalar seyrəkləşəcək və sizin ona münasibətiniz dəyişəcək.
-Qorxmayın.Siz tutmanın təkrarlanacağından nə qədər çox qorxsaz,onun təkrarlanma ehtimalı bir o qədər yüksəlmiş olr.Qorxu,hər an həyəcanla yenisini gözləmək və öz daxili vəziyyətinizə diqqətinizi artırmaq-bunlar panik hücumların sabitləşməsinə(yəni tez-tez təkrarlanmasına) aparan yoldur.Bu zaman,bir növ “Pavlov zənciri” işə düşür:fikir-hipotalamus-böyrəküstü vəzin qabığı-adrenalin(stress hormonu)-panika.Bu zənciri lap əvvəldə qıraraq siz zəncirvari reaksiyanı dayandırmış olarsız,üstəlik.artıq siz bilirsiz ki,sağlamlığınız üçün qorxmağa dəyməz,ölüm təhlükəsi yoxdur.
-simptomu ifşa etmək.Bu sualların cavablarını özünüz üçün mütləq yazın:
  -yadınıza salın,ilk hücum nə zaman baş vermişdi?həmin an nə yaşamışdınız?
  -o vaxta qədərki yaxın zaman ərzində siz hansı vəziyyətdə idiniz?
  -hansı şəraitdə hücumlar daha çox təkrarlanır?
  -bu hücumların yaranması və təkrarlanması ilə sizin həyatınızda nə kimi dəyişikliklər baş verib?(neqativ tərəf)
-Öz üzərinizdə işləyin.İndi artıq aktiv hərəkət etmək lazımdır.Mənəvi olaraq hazırlaşmaq lazımdır ki,bu hücumlara səbəb olan problemin kəskinləşmək təhlükəsi var.Səbəblə(ilkin problem) mübarizzə aparmamış nəticə(hücumlarla) ilə mübarizə aparmaq mənasızdır.

İlk panik hücumdan nə qədər az müddət keçmiş müalicəyə başlanılsa problemi ifşa eləmək bir o qədər asan olar və bir o qədər də hücumların özü ilə mübarizə aparmaq asanlaşar.Ancaq,əgər insan bu problemlə illərlə və hətta on illərlə yaşayırsa,yenə də gecikmiş sayılmaz.Sadəcə,çox tez müsbət nəticələrə ümid etməyin,axı uzun illər formalaşmış bir şeyi,qısa müddətdə dəyişmək mümkün deyil.Müalicə prosesinin düzgün istiqamətdə getməsini isə panik hücumlarının sayının azalması və intensivliyinin zəifləməsi sübut edəcək.Bir müddət sonra isə,tamamilə yox olacaq.


ESMERRi | 22 mart 2016 19:44 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Allahin Gulu
Sitat: VƏLVET
panikatak olan adamlardan qorxuram ele bilirem onlara yaxinlawanda meni oldurmek isteyecekler

Eminemki heyatinda bele xeste gormemisen cunki bele xesteliyi olan insanlar hec kime zerer vermir..sadece yuxarida yazilanlari hiss edirler yasayirlar..Men 1 ildi bu illetden ezab cekdim amma ataklar oldugu zaman menden basqa hec kim bilmirdi ozumden basqa otaga girib qapini balayib kecmesini gozleyirdim..Allaha sukur getdi inshallahda gri gelmez Allah hec kime gostermesin..
Allahin Gulu | 21 oktyabr 2012 18:03 | Status: Professional user | Şərh: 2 102
Sitat: VƏLVET
panikatak olan adamlardan qorxuram ele bilirem onlara yaxinlawanda meni oldurmek isteyecekler

Eminemki heyatinda bele xeste gormemisen cunki bele xesteliyi olan insanlar hec kime zerer vermir..sadece yuxarida yazilanlari hiss edirler yasayirlar..Men 1 ildi bu illetden ezab cekdim amma ataklar oldugu zaman menden basqa hec kim bilmirdi ozumden basqa otaga girib qapini balayib kecmesini gozleyirdim..Allaha sukur getdi inshallahda gri gelmez Allah hec kime gostermesin..
G-----16 | 23 iyul 2012 21:00 | Status: Gümüş user | Şərh: 2 227
Sitat: VILVET
panikatak olan adamlardan qorxuram ele bilirem onlara yaxinlawanda meni oldurmek isteyecekler

onda komeye cagirarsan meni gelib onlari :n8:
xebere gore tesekkurler :n28: