Sağlam ol! / Düzgün qidalanma

Pomidor şirəsi hansı xəstəliklərdə qadağandır?

SEVDA | 29-03-2016, 13:30
7 172 7
 

 
Tərkibində olan xeyirli maddələr orqanizmə müsbət təsir göstərir. Fitonsidlər- bağırsaqda olan qıcqırma prosesini sakitləşdirir, kalium- ürəyin işini yaxşılaşdırır, orqanik turşularisə maddələr mübadiləsini tənzimləyir. Azadqadın.Az saglamolun.az-a istinadən bildirir ki, tərkibinə C, B vitaminləri, karotin olan bu məhsulu hamiya tövsiyə etmək olar. O, ürək - damar sistemi xəstəliklərinə müsbət təsir göstərir  və qəbizliyin aradan qaldırılmasına kömək edir. Azkalorili olduğu üçün artıq çəkili insanlara da icazə verilir. 2 stəkan pomidor şirəsi, orqanizm üçün  C və A vitaminlərinə olan gündəlik tələbatı ödəyir. Həmçinin hipertonik xəstəliklərdə də məsləhət görülür. Bu şirəni yeməkdən  20-30 dəqiqə əvvəl içmək lazımdır, çünki o, mədə və bağırsağın həzm  hazırlığını gücləndirir. Şirəyə duz əlavə edildikdə müalicəvi xüsusiyyətləri azalır. Bunun əvəzinə əzilmiş sarımsaq və ya göyərti (şüyüd, petruşka) əlavə etməniz məsləhətdir. Vitaminlər, duz və mikroelementlərlə zəngin olan bu içki, hüceyrələri zədələnmədən qoruyur, birləşdirici hüceyrələrin yaranmasını stimullaşdırır, hormonların sintezini  gücləndirir və sinir sisteminin fəaliyyətini bərpa edir. Yalnız unutmayın ki, kəskin qastrit, mədə yarası xəstəlikləri, pankreatit və xoletistit kimi xəstəlikləri olan insanlar üçün qadağandır. Zəhərlənmə hallarında da qəti qadağan sayılıb, hətta zəhərlənməni daha da gücləndirməsi söylənilir.
 

Ay_Sun | 3 aprel 2016 17:18 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Aysun bacıma twk redakteye gore...

Xosdur canim.
Gulya2676 | 30 mart 2016 12:15 | Status: Gümüş user | Şərh: 2 586
En chox istifade etdiyim erzaqdi Sokunuda ozunude
SEVDA | 30 mart 2016 11:24 | Status: Nəzarətçi | Şərh: 17 439
Aysun bacıma twk redakteye gore...
Hali | 30 mart 2016 07:01 | Status: VİP user | Şərh: 484
Pomidoru çox xowlayiram.amma sokunu xiwlamiram
guel | 29 mart 2016 21:22 | Status: VİP user | Şərh: 475
Pomidoru cox sevirem.
Wiyinn | 29 mart 2016 21:03 | Status: VİP user | Şərh: 889
her seyden bir sey cixardirlar indide pomidor xesteliklere qadagandi
BULUTUM | 29 mart 2016 19:27 | Status: Professional user | Şərh: 7 387
COX SEVIREM POMIDORU..BOLUCA BAGLAYIRAM QISA...YAY QIS ISTIFADE EDIREM..TES3KKURLER