Sağlam ol! / Düzgün qidalanma

Ağciyərlərin sağlamlığını qorumaq üçün 6 SADƏ MƏSLƏHƏT

SEVDA | 22-03-2016, 16:30
6 077 6
 

 
Ağciyərlərimiz orqanizmdə mühüm hava mübadiləsi funksiyasını yerinə yetirir. Azadqadın.Az saglamolun.az-a istinadən bildirir ki, ağciyərlərin normal fəaliyyətindən bütün orqanizmin sağlamlığı asılıdır. Böyük şəhərlərdə yaşayan, siqaret çəkən, pis qidalanan, ziyanlı istehsalatlarda işləyən, azhərəkətli, artıq bədən çəkisi olan insanlarda ağciyər xəstəliklərinin riski artır.
 
Ağciyərlərin sağlamlığını qorumaq üçün çox sadə tövsiyələrə əməl etmək lazımdır.
 
1. Siqaret çəkməkdən imtina edin. Bu pis vərdiş bir çox ağır ağciyər xəstəliklərinin, o cümlədən, ağciyər xərçənginin, əsas risk faktorudur.
 
2. Tez-tez açıq havada olun, dəniz kənarında, parkda, meşədə gəzin. Təmiz hava ağciyərlər üçün əsl "dərman" funksiyanı yerinə yetirir. Şam ağacı, küknar, evkalipt ağacları olan yerlərdə gəzmək xüsusilə xeyirlidir. Bu ağacların havası ağciyərləri yaxşı təmizləyir. Məhz bu səbəbdən ağciyər kurortlarında, sanatoriyalarında məhz bu ağaclara daha tez-tez rast gəlinir.
 
3. Düzgün qidalanın. Qidalanmanız tam dəyərli və sağlam olmalıdır. Ağciyərlər üçün xüsusilə xeyirli olan məhsullar bunlardır: - kök. Beta-karotinlə zəngin olan kök ağciyərlərin toxumasını möhkəmləndirir. - süd məhsulları. Bu məhsullar kalsiumla zəngindir. Kalsium isə ağciyərlərin normal fəaliyyəti üçün ən vacib olan maddələrdən biridir. - sitrus meyvələri, itburnu. Bu məhsullar C vitamini ilə zəngindir. C vitamini immun sistemini möhkəmləndirir. Möhkəm immun sistem isə ağciyərləri ziyanlı mikroorqanizmlərdən qoruyur. - çuğundur. Bu tərəvəz bronxları çox yaxşı təmizləyir. Məhz bu səbəbdən bronxit, pnevmoniya zamanı xalq təbabəti bal əlavə olunmuş çuğundur şirəsini içməyi tövsiyə edirlər. - təbii kərə yağı və zeytun yağı. Ağciyərlərin normal fəaliyyətinə kömək edir. - bal. Bu unikal məhsul ağciyərləri yaxşı təmizləyir və möhkəmləndirir. - yemişan. Ağciyərlərin fəaliyyətini yaxşılaşdırır, selikdən təmizləyir. - kahı. - ananas. Tərkibində olan "bromelayn" fermenti ağciyərlərə antiseptik, iltihabəleyhinə təsir edir, vərəm çöpü ilə mübarizə aparır.
 
4. Çəkinizi normada saxlayın. Artıq çəki və piylənmə nəfəsalma sisteminin fəaliyyətini çətinləşdirir.
 
5. Hərəkətli olun, idmanla, bədən tərbiyəsi ilə məşğul olun. Bu ağciyərlərin təmizlənməsinə və fəaliyyətin yaxşılaşmasına kömək edir.
 
6. Ziyanlı maddələrdən mümkün qədər uzaq durun. Bu həm istehsalatda, həm də məişətdə istifadə olunan kimyəvi maddələrə aiddir. Qadınlar məişətdə istifadə olunan kimyəvi maddələri soda, sirkə, məişət sabunu kimi ziyansız vasitələrlə əvəz edə bilərlər.
 


Ay_Sun | 3 aprel 2016 16:52 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Aysun bacımın əllərinə sağlıq redaktəyə gőrə...
kissing_heart kissing_heart kissing_heart

Xosdur canim.
Dəniz qızı | 23 mart 2016 20:30 | Status: Brilliant user | Şərh: 8 017
Təşəkkür bacı çalışıram əməl edim.
guel | 23 mart 2016 09:50 | Status: VİP user | Şərh: 475
Duzgun qidalaniram. Aciq havada her gun gezirem.
SEVDA | 22 mart 2016 21:10 | Status: Nəzarətçi | Şərh: 17 439
Aysun bacımın əllərinə sağlıq redaktəyə gőrə...
kissing_heart kissing_heart kissing_heart
Cicim İncim | 22 mart 2016 21:04 | Status: Gümüş user | Şərh: 2 456
Təşəkkürlər maraqlı xəbərə görə...
ESMERRi | 22 mart 2016 19:42 | Status: Brilliant user | Şərh: 5 378
Təşəkkürlər.