Sağlam ol! / Düzgün qidalanma

Bu meyvə iflic və insult risqini azaldır.

Dəniz qızı | 14-11-2015, 16:30
8 614 14

 


 

 

 Banan, xüsusilə uşaqların ən çox sevdiyi meyvədir. Onun faydalarından xəbərdar olduqdan sonra siz də bu meyvəni mətbəxinizdən əskik etməyəcəksiniz.

Arıqladır
Orta uzunluqda bir banan təxminən 110 kaloridir. 30 qram karbohidrat və 3 qram lif ehtiva edir. Tərkibində 2­3 qram nişasta var. Tez həzm edilmədiyi üçün tox saxlayır. Qeyd edək ki, kal, yəni yaşıl rəngli bananda daha çox nişasta olur. Həmin xüsusiyyətlərinə görə, bananı idmandan sonra, həmçinin qəlyanaltı zamanı yemək məsləhət görülür. Ancaq gündə bir dənədən artıq yemək tövsiyə olunmur.
Qoxusu iştahanı kəsir
Araşdırmalar göstərib ki, acan adam bananı iylədikdə iştahası yanır.
İdmançıların köməkçisi
Atletlərin çoxu öz performanslarını artırmaq üçün banandan istifadə edirlər. Məsələn, Yohan Bleyk gündə 16 ədəd banan yeyir.
Mütəxəssislər bildirirlər ki, 15 dəqiqədən bir yarım ədəd banan yemək karbohidratlı idman içkisi ilə eyni effekti verir.
C vitamini anbarı
Bir ədəd banan gündəlik C vitamini ehtiyacının 15 faizini ödəyir. Əzələlər, sümüklər və dəridəki kollagen üçün vacib bir antioksidant olan C vitamini damar sağlamlığı üçün də əhəmiyyətlidir.
B6 vitamini
Gündəlik B6 vitamini ehtiyacınızın 20 faizini bananla təmin edə bilərsiniz. Hüceyrələrin yenilənməsi üçün bu vitaminin rolu əvəzedilməzdir. B6 vitamini həm də orqanizmi infeksiyalardan qoruyur.
Təzyiqi aşağı salır
Yarım ədəd banan 422 mq kalium ehtiva edir. Bu isə o deməkdir ki, yüksək təzyiqdən əziyyət çəkənlər banandan faydalana bilərlər. Çünki kalium təzyiqin sabitləşməsinə kömək edir. Araşdırmalar göstərib ki, kaliumla zəngin qidalarla bəslənən insanlarda iflic və insult riski aşağı düşür.
Qeyd edək ki, yetkin bir insanın gündə 4.700 mq kaliuma ehtiyacı var.
 
 

 



Yagis_Negmesi | 1 dekabr 2015 00:10 | Status: Gümüş user | Şərh: 1 614
BANANI xowlayiram tewekkur
beasloove | 20 noyabr 2015 20:01 | Status: Qonaq | Şərh: 0
Melumat ucun tesekkur. Bunlari hec bilmirdim. 0137
Vetenperver | 16 noyabr 2015 11:56 | Status: Professional user | Şərh: 6 700
Çox xoşlayıram bananı!Dəhşət çox.
Mister Elyana | 16 noyabr 2015 11:31 | Status: Şərhçi | Şərh: 378
Xowlayiram.herden yemek lazimlidi
SEVDA | 16 noyabr 2015 08:59 | Status: Nəzarətçi | Şərh: 17 439
Uşaqlar çox xoşluyur banan.
Dəniz qızı | 16 noyabr 2015 07:49 | Status: Brilliant user | Şərh: 8 017
Çox xoşlayıram,uşaqlar imkan versə. wink
milashka_167 | 15 noyabr 2015 14:33 | Status: VİP user | Şərh: 1 452
Evvel cooox xoşlayirdim.ancag indi qeti
Elcin sangu........ | 15 noyabr 2015 13:58 | Status: VİP user | Şərh: 631
sevmirem banani
Ay_Sun | 15 noyabr 2015 11:37 | Status: Brilliant user | Şərh: 13 408
Hec sevmirem oglum sevir banani.
sahibə | 15 noyabr 2015 00:50 | Status: Qonaq | Şərh: 0
Xoşlayıram bananı her gun birin yeyirəm
BULUTUM | 14 noyabr 2015 23:15 | Status: Professional user | Şərh: 7 387
Yetiwmiw banani cox seviremm.
Nergiz love | 14 noyabr 2015 19:59 | Status: Professional user | Şərh: 7 871
Men gundelik banan yeyirem oqlumda cox xosluyur.ama menim daima tezyiqim olur
gece-gunduz | 14 noyabr 2015 19:51 | Status: Gümüş user | Şərh: 1 720
Heç sevmirem bananı dadı necə olur onu da bilmirem
dılay | 14 noyabr 2015 16:46 | Status: Brilliant user | Şərh: 8 183
Hec sevmirem bu bananI. Bu Yohan Bleyk Yamaykada banandan bawqa ne tapIrki yesin