Sağlam ol! / Düzgün qidalanma

Qaynar çay içməyin! Xərçəng yarada bilər

Gülçin | 18-06-2015, 13:30
1 616 21
Qaynar çay içməyin!  Xərçəng yarada bilər



Çayı fincanınıza süzdükdə tüstülənməyini və onu belə qaynar halda içməyi sevirsinizsə, bunun nə dərəcədə ziyanlı olduğunu bildikdən sonra bu vərdişinizdən vaz keçəcəksiniz.
Aparılan yeni araşdırmalar qəhvə və çay kimi içkilərin həddindən artıq qaynar şəkildə içilməsinin olduqca zərərli olduğunu ortaya çıxarıb.
İranlı elm adamları alkoqollu içkilər və tütün məmulatları kimi qaynar çayın da yemək borusu xərçənginə səbəb olduğu nəticəyə gəlib. Oddan təzə götürülmüş qaynar içkilər boğazın toxumalarını zədələyir və bununla da xərçəngə yoluxma riski artır.
Tehran Universiteti Tibb elmi araşdırmaçıları tərəfindən aparılan araşdırma "British Medical Journal” adlı tibbi jurnalda da öz əksini tapıb.
Orta Şərq ölkələrində boğaz xərçəngi nisbətinin bu qədər yüksək olması qaynar çaydan istifadə ilə əlaqələndirilir. Çünki bu ölkələrdə siqaret və alkoqollu içkilərdən çox az istifadə olunur. Ancaq qaynar çay məqbuldur.
Elm adamları araşdırma üçün 300 xərçəng xəstəsi olan və 571 xərçəngə tutulma riski yüksək olan insanın çay içmə vərdişlərini tədqiq edib. Araşdırma üçün könüllü olan insanların demək olar ki, hamısı müntəzəm olaraq qara çaydan istifadə edirdi.
Araşdırma nəticəsində qaynar halda fincana süzülən və bir neçə dəqiqə ərzində içilən çayın xərçəng riskini 5 dəfə artırdığı müşahidə olunub.
Qaynar içkilər içmənin nəyə görə xərçəngə səbəb olduğu isə yüksək istiliyin ziyanlı təsiri ilə izah olunub. Həddindən artıq isti maye boğaz və yemək borusuna zərər verir.//sağlamol.az

Vetenperver | 21 iyun 2015 01:15 | Status: Professional user | Şərh: 6 700
Əvvəl çayı qaynar içirdim sonra ziyanını biləndən sonra biraz soyudub içirəm.Həmdə daimi qaynar çay içmə sonradan tez tez gəyirmə xəstəliyi yaradır.
Nergiz love | 20 iyun 2015 23:01 | Status: Professional user | Şərh: 7 871
Cayi rta istiliyde icirem lap qaynar iice bilmirem
NurRuslan | 20 iyun 2015 15:23 | Status: Şərhçi | Şərh: 376
Cayi hem qaynar hemde tund icirem yoxsa ele biliremki su icirem
Nagizade.Leyla | 19 iyun 2015 18:55 | Status: VİP user | Şərh: 1 321
Cayi qaynar icirem soyuq olsa icmirem
azerin f. | 19 iyun 2015 14:20 | Status: VİP user | Şərh: 1 068
Mende qaynar cay icenlerdenem.Bu haqda melumatim var idi.Ona gore de gun erzinde az cay icirem.Tesekkurler
Gülçin | 19 iyun 2015 11:37 | Status: Brilliant user | Şərh: 6 780
Baxmayaraq ki, özüm də çayı təzə dəmlənmiş və ancaq qaynar içirəm, həkimlərin bu tövsiyəsində böyük həqiqət var.

Şərh yazan hər kəsə təşəkkür edirəm. 0115
boris arxan | 19 iyun 2015 01:04 | Status: Professional user | Şərh: 4 784
qaynar icirem azca iliq olsa o deqiqe kopurem
SEVA | 19 iyun 2015 01:01 | Status: Professional user | Şərh: 5 150
QAynar yox ama isti icirem day soyuq icildise o cay deyilki ama bu haqda melumatim var elementar etin ustune qaynar su tokulende nece olur feel
Ay_Sun | 19 iyun 2015 00:50 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Qaynar yox isti içirem çayı.soyuq çayın da ne lezzeti....
SEVDA | 19 iyun 2015 00:23 | Status: Nəzarətçi | Şərh: 17 439
Qaynar yox isti içirem çayı.soyuq çayın da ne lezzeti....
könka31 | 18 iyun 2015 23:09 | Status: Şərhçi | Şərh: 279
helə içmələliyik ki, ağzımız yanmasın
Sunay Elizade | 18 iyun 2015 18:54 | Status: Gümüş user | Şərh: 2 156
qaynar cay hec vaxt icmirem
Nara88 | 18 iyun 2015 18:18 | Status: Professional user | Şərh: 4 253
iliq olan uje cay deyil)
Real Madrid CF | 18 iyun 2015 16:46 | Status: Qonaq | Şərh: 0
Hecc cay iciremkiii..
gül həyat | 18 iyun 2015 16:20 | Status: VİP user | Şərh: 548
Yoldaşımnan qaynar çay içirik.Gerek rengli olsun.Soyuq çay məni köpdürür.içə bilmirem.Xebəre göre teşşəkür edirem. 0144
lady sweet | 18 iyun 2015 16:19 | Status: Gümüş user | Şərh: 1 880
Mən həmişə isti içirəm çay isti içilməsə ləzzəti olmaz məncə laughing 0138
ELİSA | 18 iyun 2015 16:01 | Status: Gümüş user | Şərh: 1 047
Sitat: perishka2
Mən isti içirəm çayı.

Hele mende,biraz soyusa cay ice bilmerem.Ona gore cox vaxt ozumu mecbur ediremki cay icmeyim.Tesekkurler melumata gore.
Dəniz qızı | 18 iyun 2015 15:23 | Status: Brilliant user | Şərh: 8 017
Mən isti içirəm çayı.
BULUTUM | 18 iyun 2015 14:39 | Status: Professional user | Şərh: 7 387
Xebere gore tewekkur.men cox qaynar icirem.iliq cay meni kopdurur.
Ag Gul | 18 iyun 2015 14:21 | Status: Professional user | Şərh: 4 333
Sitat: CUCI
Etrafli melumat ucun tesekkurler 0109
SABINA | 18 iyun 2015 13:41 | Status: Professional user | Şərh: 7 410
Etrafli melumat ucun tesekkurler 0109