Sağlamlıq / Sağlam ol!

Orqanizmi ən yaxşı təmizləyən 6 MƏHSUL

Ag Gul | 11-07-2015, 21:00
4 168 14

 

 

İnsan orqanizminə hər gün qida, hava, su ilə bərabər müxtəlif ziyanlı maddələr də daxil olur.

Digər tərəfdən ziyanlı maddələr orqanizmin özündə müxtəlif proseslərin nəticəsində əmələ gəlir. Mükəmməl yaradılmış insan orqanizmində bu ziyanlı maddələrdən təmizlənmək üçün bir neçə "təmizləyici" sistem var. Qara ciyər, böyrəklər, bağırsaqlar, dəri orqanizmi hər dəqiqə ziyanlı maddələrdən təmizləyir. Lakin bəzən orqanizmə düşən və ya burada əmələ gələn ziyanlı maddələrin həcmi o dərəcədə çox olur ki, orqanizm təmizləmə işinin öhdəsindən tam şəkildə gələ bilmir. Nəticədə orqanizmdə müxtəlif pozulmalar inkişaf edir - allergiyalar, immun sisteminin zəiflənməsi, dəri və saç problemləri, ürək, qara ciyər və s. xəstəliklərinin inkişafı.

Bəzi məhsullar var ki, bu məhsullar orqanizmdən ziyanlı maddələrin çıxarılmasını sürətləndirir. Bu məhsullar arasında:

- Kələm. Qidalı liflərlə olduqca zəngin olan kələm bağırsaqları əsaslı şəkildə təmizləyir, burada yığılan toksinlər və ağır metalların xaric olunması prosesini sürətləndirir. Bundan əlavə kələmdə nadir U vitamini var ki, bu vitamin ziyanlı maddələri öldürür.

Kələmi çiy şəkildə qəbul etmək daha yaxşıdır. Lakin bəzi insanlarda bu meteorizm (köp), qarında ağrılara və s. xoşagəlməz hisslərə səbəb olur. Bu halda kələmi pörtlədilmiş şəkildə qəbul etmək olar.

Kələm şirəsi də olduqca xeyirli məhsuldur. Belə hesab olunur ki, kələm şirəsi mədədə və 12 barmaq bağırsağında xoraları sağaldır.

- Çuğundur bağırsaqlar üçün 1 nömrəli təmizləyicidir. Çuğundur bağırsaqların mikroflorasını yaxşılaşdırır - pis bakterilərlə mübarizə aparır, yaxşı bakterilərin sayının artmasına kömək edir. Digər tərəfdən çuğundurda olan "betain" maddəsi qara ciyərdə təmizləmə prosesləri sürətləndirir.

Çuğundur bişmiş şəkildə qəbul olunmalıdır. Çuğundur şirəsi də çox xeyirlidir. Çuğundur şirəsinin yarıbayarı kök şirəsi ilə qarışdırıb qəbul etmək tövsiyə edirlər. Belə şirə orqanizmi cavanlaşdırır və təmizləyir.

- Sarımsaq məşhur iltihab və mikrobəleyhinə vasitədir. Sarımsağın damarları  xolesterindən təmizləmək xüsusiyyəti tibbdə çoxdan təsdiq olunub. Həmçinin sarımsaq orqanizmi burada yaşayan və allergiya, immunitetin zəifləməsi və s. problemlər yaradan qurdlardan təmizləyir.

Sarımsağı çiy şəkildə qəbul etmək lazımdır. Gün ərzində 1 diş sarımsaq yeyən insan özünün bir çox sağlamlıq problemlərindən sığortalaya bilər.

- Sarımsaq kimi, soğan da fitonsidlərlə zəngindir. Bu maddələr bir çox ziyanlı mikrobları və göbələkləri öldürür.

Soğanı çiy şəkildə qəbul etmək daha yaxşıdır.

- Pektin və liflərlə zəngin olan alma bağırsaqları şlaklar və toksinlərdən təmizləyir.

Almanı çiy şəkildə qabığı ilə birlikdə yemək lazımdır. Alma şirəsi də çox xeyirlidir.

- Təəssüf ki, avokado bizdə çox populyar deyil. Bütün dünyada bu məhsul qara ciyər üçün ən faydalı məhsullardan biri sayılır. Avokado qara ciyəri çox yaxşı təmizləyir, onun funksiyasını yaxşılaşdırır, orqanizmi artıq xolesterindən azad edir.

Avokado çiy şəkildə yeyilir.



  1. ESMERRi | 16 aprel 2016 18:02 | Status: Brilliant user | Şərh: 5 380
    Sitat: dılay
    Sitat: boris arxan
    tewekkurler
  2. dılay | 12 fevral 2016 15:08 | Status: Brilliant user | Şərh: 8 186
    Sitat: boris arxan
    tewekkurler
  3. Real Madrid CF | 18 iyul 2015 19:42 | Status: Qonaq | Şərh: 0
    Oxumusdum tesekkur.
  4. Mister Elyana | 14 iyul 2015 00:46 | Status: Şərhçi | Şərh: 378
    sarmisaq qetiyyen yeye bilmerem.o gūnu medemin agrsi meni teng eder.kelem ise biwmiwi olar
  5. SEVDA | 14 iyul 2015 00:27 | Status: Nəzarətçi | Şərh: 17 444
    Meslehetlerçün twk..
  6. Vetenperver | 13 iyul 2015 20:47 | Status: Professional user | Şərh: 6 700
    Bir dəfə qonaqlıqda bir dilim avokadadan dişləyib yedim necə ürəyim qalxdısa dedim hələ belə ürək bulandıran şey yeməmişdim.Hər dəfə yadıma düşəndə birtəhər oluram brrrrrr....
  7. Guler_İsmayılova | 13 iyul 2015 01:42 | Status: Şərhçi | Şərh: 322
    Kelemi cox istifade edirik, elexsus da zeytunyağıyla salatda. Sarımsaq da axşam yemeyinde mütleq amma her gun yox, evden çıxmayanda.
  8. Ay_Sun | 13 iyul 2015 01:25 | Status: Brilliant user | Şərh: 13 410
    Sitat: NurRuslan
    Tewekkur edirem lazimli xebere gore
  9. Nergiz love | 12 iyul 2015 16:37 | Status: Professional user | Şərh: 7 871
    Kelemle almadan cox istifade edirik
  10. Lumia | 12 iyul 2015 15:50 | Status: Professional user | Şərh: 5 381
    Sitat: SEVA
    Bu sayilanlardan bir tek almani yeye bilerem o birilerini sevmirem ama kelemi salatlarda xoslayiram
    tesekkurler Aggulum

    Men de.Avokado dilime deyende ureyim qalxir((
  11. boris arxan | 12 iyul 2015 01:16 | Status: Professional user | Şərh: 4 784
    tewekkurler
  12. SEVA | 11 iyul 2015 23:56 | Status: Professional user | Şərh: 5 151
    Bu sayilanlardan bir tek almani yeye bilerem o birilerini sevmirem ama kelemi salatlarda xoslayiram
    tesekkurler Aggulum
  13. NurRuslan | 11 iyul 2015 23:44 | Status: Şərhçi | Şərh: 376
    Tewekkur edirem lazimli xebere gore
  14. Narin-Ulker | 11 iyul 2015 21:56 | Status: Gümüş user | Şərh: 2 749
    Təşəkkurlər