Sağlam ol! / Məsləhətlər

Sağlam ürək üçün ot çayları

Gülçin | 14-05-2015, 21:00
4 094 11
Sağlam  ürək üçün ot çayları


Bəzi müalicəvi otlar var ki, bu otlar ürəyin fəaliyyətinə çox müsbət təsir edir - ürək damarlarını genişləndirir, spazmaları və ödemləri aradan qaldırır, ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, nevrozla mübarizə aparır və s.
Sizə bu otlar əsasında çox faydalı ot çayları təqdim edirik. Ürək xəstəlikləri olan insanlar bu çayları əsas müalicə ilə yanaşı təbii müalicəvi vasitə kimi qəbul edə bilərlər.
 
1. Pişikotu kökləri - 1 xörək qaşığı, nanə - 1 xörək qaşığı, badrənc - 1 xörək qaşığı, yemişan meyvələri (həvəngdəstədə əzin) - 1 xörək qaşığı qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürülür və 1 fincan (100ml) qaynar suda dəmlənilir. Çay qida qəbulundan 30 dəqiqə əvvəl qəbul olunur. Qəbul etdikdən əvvəl çaya 1/2 çay qaşığı bal və limon əlavə etmək olar.
2. 1 xörək qaşığı razyana, 1 xörək qaşığı mayaotu toxumu, 1 xörək qaşığı nanə, 1 xörək qaşığı badrənc qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürüb 1 fincan qaynar suda dəmləyin. Çay qida qəbulundan 30 dəqiqə əvvəl qəbul olunur. Qəbul etdikdən əvvəl çaya 1/2 çay qaşığı bal və limon əlavə etmək olar.
3. Çobanyastığı - 1 xörək qaşığı, razyana - 1 xörək qaşığı, nanə - 1 xörək qaşığı, pişikotu kökləri - 1 xörək qaşığı qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürüb 1 fincan qaynar suda dəmləyin. Çay qida qəbulundan 30 dəqiqə əvvəl qəbul olunur.
4. Tozağacı yarpaqlarından dəmlənmiş çay hipertoniya zamanı çox xeyirlidir. 1 çay qaşığı xırda doğranmış təzə tozağacı yarpaqları 1 fincan qaynar suda dəmləyin və çay kimi gündə 2 dəfə qida qəbulundan əvvəl için.
5. 1 xörək qaşığı adaçayı, 1 xörək qaşığı pişikotu, 1 xörək qaşığı nanə, 1 xörək qaşığı kalendula qarışdırılır. Qarışıqdan 1 çay qaşığı götürüb 1 fincan qaynar suda dəmləyin və qida qəbulundan 30 dəqiqə əvvəl için.
Çayları növbələşdirmək olar. Gün ərzində bu müalicəvi çaylardan 2 fincan qəbul etmək olar. Çaya bal və limon da əlavə etmək olar. Çayları uzun müddət ərzində - 1-2 ay - qəbul etmək olar. Daha sonra 1 ay fasilə verin və müalicəni təkrarlayın.//Saglamolun.Az
 




Ay_Sun | 30 may 2015 03:37 | Status: Brilliant user | Şərh: 13 408
Deyerli faydali xeber ucun tesekkurler xalam.
Sunay Elizade | 22 may 2015 09:25 | Status: Gümüş user | Şərh: 2 156
maraqli xeberdi tsk
Gülçin | 16 may 2015 21:49 | Status: Brilliant user | Şərh: 6 780
Şərh yazanlara təşəkkürlər. 0115
Dəniz qızı | 16 may 2015 17:29 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: SEVDA
Meslehetlere göre twk...

0109
SEVDA | 15 may 2015 21:41 | Status: Nəzarətçi | Şərh: 17 439
Meslehetlere göre twk...
Ag Gul | 15 may 2015 17:49 | Status: Professional user | Şərh: 4 333
Təşəkkür edirəm xalacaaaaan
boris arxan | 15 may 2015 16:54 | Status: Professional user | Şərh: 4 784
ele indi valeriyanka demlemiwem
Nagizade.Leyla | 15 may 2015 14:34 | Status: VİP user | Şərh: 1 321
Tesekkurler.....
Sariwka1 | 15 may 2015 08:33 | Status: VİP user | Şərh: 1 774
Atdım secilmişlərə bəlkə nə vaxtsa lazım olar
Real Madrid CF | 15 may 2015 00:33 | Status: Qonaq | Şərh: 0
Men daima istifade edirem hem ariqladir hemdeki cox xeyirlidi tesekkurler.
esma inci | 14 may 2015 21:39 | Status: Gümüş user | Şərh: 1 096
men yuxu ucun cobanyastigi istifade edrdm ama xeyri olmadi yenede tewekkurler