Sağlamlıq / Sağlam ol!

Bağırsaqları təmizləyən effektli vasitə

Ag Gul | 22-04-2015, 14:30
8 891 19

 

Kətan toxumu nadir müalicəvi xüsusiyyətlərinə malik olan məhsuldur.

Təəssüf ki, bizdə kətan toxumu, kətan unu, kətan yağı populyar deyil. Xaricdə isə bu məhsullar çox geniş istifadə olunur.

Kətan toxumu A, C, E, F vitaminlərlə, kalium, marqans, maqnezium, dəmir, sink,  kalsium, yod kimi mikroelementlər, aminturşular, antioksidantlarla zəngindir.

Kətan toxumu çox güclü işlətmə dərmanıdır. Kətan toxumu bağırsaqları yaxşı təmizləyir, qəbizlikdən azad edir və arıqlamağa kömək edir.

Tarixi fakt: keçmişdə hərbi paradlardan 1 gün əvvəl atlara kətan toxumu verirdilər ki, atların bağırsaqları yaxşı təmizlənsin və parad zamanı atlar meydanı çirkləndirməsin.

Bağırsaqları təzmizləmək və arıqlamaq məqsədi ilə 1 desert qaşığı kətan toxumu üyüdmək və 1 stəkan təmiz suda qarışdırıb səhər tezdən kiçik qurtumlarla acqarına içmək lazımdır. Müalicə kursu - 1 həftə.

Kətan toxumu dəmləməsi mədədə eroziyaların və xoraların tez sağalmasına kömək edir. 1 xörək qaşığı kətan toxumu 2 stəkan qaynar suda 3 saat ərzində termosda dəmlənilir, sonra isə süzülür və süzgəcdən yaxşı sıxılır. Dəmləmə selikli alınır. Gün ərzində 1 stəkan dəmləmə qəbul edin.

Kətan toxumu Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir. Bu maddələr aterosklerozun riskini azaldır, pis xolesterinin səviyyəsini aşağı salır, ürəyin və beyin damarlarının fəaliyyətini yaxşılaşdırır.

Kətan toxumu həmçinin qanda şəkərin səviyyəsini aşağı salır, mübadilə proseslərinə müsbət təsir edir, iltihabları müalicə edir.

Kətan toxumun növbəti nadir xüsusiyyəti - süd vəzi xərçənginin riskinin azaldılmasıdır. Araşdırmalar nəticəsində sübut olunub ki, kətan toxumunun tərkibində xüsusi maddə "liqnan" var ki, bu maddə qadınlarda süd vəzi xərçənginin riskini 20% kimi azaldır. Məhz bu səbəbdən klimaks dövründə və klimaksdan sonra qadınlar kətan toxumu və həmçinin kətan yağı öz qidalanmasına mütləq daxil etməlidir. Həmçinin kətan toxumu qadınlarda klimaksla bağlı olan nasazlıqları azaldır.

Kətan toxumu çiy vəziyyətdə yemək, üyüdüb un məmulatları bişirdikdə buğda ununa, müxtəlif sıyıqlara, kəsmiyə əlavə etmək olar. Kətan yağını isə müxtəlif salatlara və hazır qidalara əlavə etmək olar.

Kətan yağı həmçinin dəriyə də çox müsbət təsir edir - dərini daha hamar və elastik edir, xırda qırışları yox edir. 1 xörək qaşığı kətan yağı 1 xörək qaşığı limon şirəsi ilə qarışdırılır, təmiz tənzif qarışıqda isladılır və üz dərisinə və boyun nahiyəsinə qoyulur. 30 dəqiqədən sonra tənzifi götürün, üzünüzü yunun və istənilən qidalandırıcı krem çəkin.


Ay_Sun | 29 aprel 2015 16:03 | Status: Brilliant user | Şərh: 13 407
Tesekkur canim meslehet ucun.
SEVDA | 23 aprel 2015 23:37 | Status: Nəzarətçi | Şərh: 17 437
Meslehetlere göre twk..
Ag Gul | 23 aprel 2015 15:00 | Status: Professional user | Şərh: 4 333
Bəyənənlərin hər birinə çox təşəkkür eddirəm çox sağ olun love
Real Madrid CF | 23 aprel 2015 10:18 | Status: Qonaq | Şərh: 0
Bagirsaqlarda problem yasayiram zaten tesekkurler bacim.
sanel | 23 aprel 2015 08:19 | Status: Professional user | Şərh: 3 647
twk mene lazimdi
BULUTUM | 22 aprel 2015 22:45 | Status: Professional user | Şərh: 7 386
Yoldawim icirdi bu yagi.iysi qeribe dadi bir curdu.maraqliydi tewekkurler.
Aynur_Mezahirli | 22 aprel 2015 19:18 | Status: Qonaq | Şərh: 0
Sitat: Sariwka1
Sitat: Aynur_Mezahirli
Dəyərli məsləhətçün sağol Ağ gülüm. Bəs biz kətan toxumun hardan tapaq?

Apteklərdə satılır

Mən özüm istifadə etmişəm amma suyla yox qatiqla qarışdırıb icmişəm yaxşı təsir göstərib

dediyinçün sağol bacı Allah razı olsun.
Gülçin | 22 aprel 2015 19:16 | Status: Brilliant user | Şərh: 6 778
Təşəkkürlər, Ağ gülüm. love
Narin-Ulker | 22 aprel 2015 18:21 | Status: Gümüş user | Şərh: 2 747
cox deyerli xeber ucun tesekkurler
lady sweet | 22 aprel 2015 17:47 | Status: Gümüş user | Şərh: 1 880
tesekkurler xeber ucun
gulu_95 | 22 aprel 2015 17:11 | Status: Şərhçi | Şərh: 568
kətan yağı almaq lazımdı....
Nergiz love | 22 aprel 2015 17:01 | Status: Professional user | Şərh: 7 871
Lazimli xeberdi.tsk
Dəniz qızı | 22 aprel 2015 16:22 | Status: Brilliant user | Şərh: 8 015
Sitat: Səmka Səmashka
Bunu bilmirdim maraqli oldu

Omur cox qisadir.
Bir goz qirpimonda kecer.
Hec neyi ozumuze dert etmeyek
Yawayaq ani yawayaq bu gunu yawayaw sadece.
boris arxan | 22 aprel 2015 15:59 | Status: Professional user | Şərh: 4 783
Sitat: drop
bele faydali meslehet ucun teekkurler. ketan toxumu tapsam eliyrcem bunlari
drop | 22 aprel 2015 15:42 | Status: Gümüş user | Şərh: 2 448
bele faydali meslehet ucun teekkurler. ketan toxumu tapsam eliyrcem bunlari
Sariwka1 | 22 aprel 2015 15:21 | Status: VİP user | Şərh: 1 773
Sitat: Aynur_Mezahirli
Dəyərli məsləhətçün sağol Ağ gülüm. Bəs biz kətan toxumun hardan tapaq?

Apteklərdə satılır

Mən özüm istifadə etmişəm amma suyla yox qatiqla qarışdırıb icmişəm yaxşı təsir göstərib
Səmka Səmashka | 22 aprel 2015 15:19 | Status: Qonaq | Şərh: 0
Bunu bilmirdim maraqli oldu

Omur cox qisadir.
Bir goz qirpimonda kecer.
Hec neyi ozumuze dert etmeyek
Yawayaq ani yawayaq bu gunu yawayaw sadece.
kristal | 22 aprel 2015 15:07 | Status: VİP user | Şərh: 1 184
Mutleq edecem.
Aynur_Mezahirli | 22 aprel 2015 14:49 | Status: Qonaq | Şərh: 0
Dəyərli məsləhətçün sağol Ağ gülüm. Bəs biz kətan toxumun hardan tapaq?