Sağlamlıq / Sağlam ol!

Bahar yorğunluğunu aradan qaldıran qidalar.

Gülçin | 10-04-2015, 23:00
1 841 19
 
Bahar bir çox gözəlliklərin başlanğıcı olsa da, özüylə birlikdə bir sıra problemlər də gətirir.

Bu problemlərdən ən çox rastgəlinəni bahar yorğunluğudur. Mövsüm dəyişdikdən bəri özünüzü səbəbsiz yerə yorğun, halsız hiss edirsinizsə, deməli, sizdə də bahar yorğunluğunun simptomları var.
Tam taxıllar.
Buğda, çovdar və yulaf kimi tam taxıl məhsullarından hazırlanan qidalar bahar yorğunluğunu aradan qaldırır. Belə qidalar liflə zəngin olur, yüksək nisbətdə B vitamini ehtiva edir. Ona görə də baharda tam taxıllı qidalar əsl dostunuza çevrilə bilər.
Qulançar.
Ehtiva etdiyi probiyotik liflər sayəsində bağırsaqlarda yaşayan probiyotik bakteriyaların çoxalmalarını təmin edir. Həzm sisteminin işini yaxşılaşdırır, immuniteti gücləndirir.
Çərəzlər.
E vitamini, lif, maqnezium və kalium yorğunluğun düşmənidir. Bu vitamin və minerallar ən çox çərəzlərin tərkibində olur. Xüsusilə, fındıq, badam və qoz ehtiva etdikləri omeqa-3 yağ turşuları səbəbiylə orqanizm üçün əsl şəfa anbarı hesab edilir. Gündə 1 ovuc çərəz yemək həm sağlamlığınıza yaxşı təsir göstərəcək, həm də baharı enerjili keçirməyinizə kömək edəcək.
Ananas.
Yüksək miqdarda C vitamini ehtiva edən ananas bromalin adlı maddə ilə də zəngindir. Bu meyvəni mütəmadi olaraq yedikdə bədəndəki yağları parçalayır. Bahar aylarında həm yorğunluqdan, həm də selülitlərdən xilas olmaq üçün ananasa müraciət edə bilərsiniz.
Avokado.
Avokado da vitamin və minerallar baxımından zəngindir. Həm də sağlamlıq üçün faydalı turşular ehtiva edir. Gündəlik vitamin ehtiyacını da, bədənin ehtiyac duyduğu yağ turşularının alınmasını da avokado təmin etmək iqtidarındadır. Odur ki, bahar yorğunluğunu aradan qaldıran qidalar arasında avokado da var.
Yaşıl tərəvəzlər.
B vitamini və fol turşusu ilə zəngin olur. Bahar yorğunluğu probleminin ən yaxşı həlli edilir.
Göbələk.
Araşdırmalar göbələkdə olan maddələrin insan orqanizmində daha çox seratonin hormonu istehsal edilməsinə təkan verdiyini ortaya çıxarıb. Bu hormon daha enerjili və aktiv olmağınız üçün əvəzsiz rol oynayır. Göbələk eyni zamanda zülal qaynağıdır.
Banan.
Bananın ehtiva etdiyi yüksək miqdarda kalium yorğunluğu aradan qaldırır. Eyni zamanda xoşbəxtlik hormonunun daha çox ifraz edilməsinə səbəb olur.
Kefir.
Kefir ehtiva etdiyi probiyotik bakteriyalar sayəsində immunitet sistemini gücləndirir. Bu da sizi bahar xəstəliklərindən, xüsusilə də, qripdən qoruyur. Güclü immunitet sistemi bahar yorğunluğuna məruz qalmamağınız üçün də önəmlidir.
Gül kələmi və brokkoli.
Bu iki tərəvəz bahar yorğunluğunun əsl düşməni hesab edilir. A, E, C vitaminləri ilə zəngindirlər. Bu tərəvəzlərin tərkibində suforafen adlı antioksidant da var. Bu səbəblə bədəni toksinlərdən təmizləyərək daha gümrah olmanıza səbəb olurlar.



  1. ESMERRi | 21 aprel 2016 22:30 | Status: Brilliant user | Şərh: 5 379
    Sitat: jale elizade
    men de fikirlewirem ki niye ele hey yatmaq isteyirem
  2. jale elizade | 12 aprel 2015 10:00 | Status: Şərhçi | Şərh: 323
    men de fikirlewirem ki niye ele hey yatmaq isteyirem
  3. nurlana nurlana | 11 aprel 2015 19:41 | Status: Gümüş user | Şərh: 1 950
    Sitat: SEVDA
    Meslehetlere göre twk..
  4. Gülçin | 11 aprel 2015 19:27 | Status: Brilliant user | Şərh: 6 781
    Şərh yazan hər kəsə təşəkkür edirəm. love
  5. SEVDA | 11 aprel 2015 18:03 | Status: Nəzarətçi | Şərh: 17 443
    Meslehetlere göre twk..
  6. Lala14 | 11 aprel 2015 17:59 | Status: Qonaq | Şərh: 0
    Mende cox yorgunam... 0118
  7. bayaz gulum | 11 aprel 2015 16:50 | Status: VİP user | Şərh: 1 050
    Men yazda nabarot cox gumrah oluram cox sevirem yazi bahari amma payizda xeste dusurem elece yatmaq istiyirem en sevdiyim fesil yaz yaydi xebere gore tesekkurler
  8. Gülçin | 11 aprel 2015 15:47 | Status: Brilliant user | Şərh: 6 781
    Sitat: Ag Gul
    Təşəkkürlər xalacan yeyirəm amma faydası yoxdu yorğunluq çıxmır canımnan
    Can, love məktəb bağlansın, doyunca dincələrsən, bütün yorğunluğun çıxar.
  9. Ay_Sun | 11 aprel 2015 12:30 | Status: Brilliant user | Şərh: 13 409
    Sitat: Ag Gul
    Təşəkkürlər xalacan yeyirəm amma faydası yoxdu yorğunluq çıxmır canımnan
  10. Ag Gul | 11 aprel 2015 12:11 | Status: Professional user | Şərh: 4 333
    Təşəkkürlər xalacan yeyirəm amma faydası yoxdu yorğunluq çıxmır canımnan
  11. kristal | 11 aprel 2015 11:01 | Status: VİP user | Şərh: 1 184
    Sitat: boris arxan
    et yemirem
    nede toyuq
    yediyim meyve terevezdi

    Iki gun et yemiyende ucuncu gun ellerim esir tezyiqim duwur.
  12. Real Madrid CF | 11 aprel 2015 10:55 | Status: Qonaq | Şərh: 0
    Vallah bu arada taz-taz yoruluram seher de mektebe gedende gucle dururam.Deyirem yeqin yaz yuxusudu.
  13. Gulshen. | 11 aprel 2015 10:13 | Status: Qonaq | Şərh: 0
    Lazimli xeberdi. Tewekkur.
  14. Dəniz qızı | 11 aprel 2015 08:18 | Status: Brilliant user | Şərh: 8 019
    Sitat: SARA55
    təşəkkürlər faydalı məlumat üçün
  15. lady sweet | 11 aprel 2015 01:06 | Status: Gümüş user | Şərh: 1 880
    tesekkurler eber ucun
  16. boris arxan | 11 aprel 2015 00:23 | Status: Professional user | Şərh: 4 784
    et yemirem
    nede toyuq
    yediyim meyve terevezdi
  17. sirin bala | 10 aprel 2015 23:38 | Status: Gümüş user | Şərh: 1 669
    meni yorqunlluxumu sadece yatarak aradan qalxir
  18. BULUTUM | 10 aprel 2015 23:32 | Status: Professional user | Şərh: 7 392
    Sitat: SARA55
    təşəkkürlər faydalı məlumat üçün
  19. SARA55 | 10 aprel 2015 23:27 | Status: Qonaq | Şərh: 0
    təşəkkürlər faydalı məlumat üçün