Sağlamlıq / Sağlam ol!

Qarın ağrıları zamanı nə edə bilərsiz?

Aynur_Qurbanqizi | 16-09-2011, 15:00
259 654 34


Qarın ağrısı haqda ümumu məlumat 



Qarın ağrıları küt ağrılardan yandırıcı, kəskin, deşici ağrılara qədər formalarda ola bilər. Qarında ağrılar müxtəlif vəstəliklər və patoloji vəziyyətlər zamanı ola bilər.

Göbək ətrafında yaranıb, qarının sağ aşağı hissəsinə irradiasiya edən ağrı kəskin appendisitin (kor bağırsaq çıxıntısının) əlaməti ola bilər. Əksər vaxt kəskin appendisitin müalicəsində cərrafi əməliyyat tələb olunur. Ağır hallarda, xəstəlik çox gecikdiriləndə kor bağırsaq çıxıntısı (appendiks) partlaya bilər. Bu halda qarının aşağı-sağ hissəsində olan ağrı birdən-birə kəskinləşir, qarının bu nahiyəsi taxta kimi bərkiyir və ağrı olan nahiyə həssas olur. Əgər sizdə tam sağlamlıq fonunda qarnın aşağı-sağ hissəsində kəskin ağrı, ürəkbulanma, qusma və ya iştahanın itməsi, bədən hərarətinin yüksəlməsi varsa, siz mütləq cərraha müraciət etməlisiz.


Qarının sol aşağı hissəsində olan ağrı divertikulit əlaməti ola bilər. Divertikul bağırsaq divarında olan (bəzi insanlarda) kiçik çıxıntıdır, onun iltihabı divertikulit adlanır. Divertikulutin əlamətləri bunlardır: qarında kəskin ağrı, bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, qusma, titrətmə, qəbizlik və s. Kəskin divertikulit də operasiya ilə müalicə olunmalıdır.


Qarının sağ hissəsində qabırğaaltı nahiyədə olan, yeməkdən sonra kəskinləşən ağrı öd kisəsinin iltihabına işarə ola bilər. Öd kisəsinin tez-tez rast gəlinən iltihabi xəstəliklərinə öd daşı və öd kisəsinin kəskin iltihabı aiddir. Öd kisəsi iltihabının ağırlaşmış formalarında qarında ağrı ilə yanaşı, qarında ağrı ilə yanaşı digər simptomlarda olur. Bunlara sarılığı (dərinin və göz ağının saralması), bədən hərarətinin yüksəlməsi və titrətmə aiddir. Bəzi hallarda öd kisəsində daşları olan insanlar heç bir şikayətləri olmur, amma arabir sağ qabırğaaltı nahiyədə küt ağrılar olur. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Bəzən öd kisəsi ağrıları “pristup” (tutmaşəkilli) kimi ola bilər. Bu xəstələrin qida rasionunda yağı azaltması da məsləhətdir.


Qarında olan və “ayaq yolu”na getdikdən sonra dayanan və ishal və ya qəbizliklə müşayət olunan ağrı qıcıqlanmış bağırsaq sindromunun əlaməti ola bilər. Qıcıqlanmış bağırsaq sindromu mədə-bağırsaq pozuntusunun tez-tez rast gəlinən formasıdır. Onun əlamətlərinə qarında köp, selikli nəcis, tez-tez tualetə getmək istəyi, qarında ağrı aiddir. Bağırsaqların bu cür qıcıqlanmasının qarşısını almaq üçün çoxlu su içmək, qida rasionunda lifli qidaların (bitki mənşəli) miqdarını artırmalı, kofe və tünd çayın istifadəsi məhdudlaşdırılmalı, fiziki aktivlik artırılmalıdır.


Qarının yuxarı və orta hissəsində (döş qəfəsi ilə göbək arasında) olan kəskin ağrı “yazva”nın olmasına şübhə oyada bilər. El arasında “yazva” kimi tanınan xəstəlik mədədə və bağırsağın yuxarı hissəsində (12barmaq bağırsaqda) xora olmasıdır. Mədə bağırsaqda xoranın xoranın yaranma səbəbləri çoxdur. Əsas xoraya təhrikedici faktorlara siqaretçəkmə, spirtli içkilərdən sui-istifadə, düzgün qida mədəniyyətinin olmaması, aspirin, ibuprofen və s. kimi iltihabəleyhinə dərmanların tez-tez qəbulu aiddir. Əgər mədə özünü güclü təsirli mədə şirəsinin təsirindən qoruya bilmirsə, mədə xorası əmələ gələ bilər. Helicobacter pylori adlanan və mədədə “yaşayan” bakteriya da “yazvanın” səbəbkarlarından biridir. Stress və kəskin qida mədədə xoranın əmələ gəlməsinə əsas səbəb ola bilməz, amma xoranın yaranmasını sürətləndirə bilər. Həmçinin təkcə mədə qıcqırması da mədə xorasına tam zəmanət verə bilməz, ancaq mədə xorasının əsas əlamətlərindən biridir. Qıcqırma qastroezofagial reflüks xəstəliyinin (mədə şirəsinin daimi qida borusuna qayıtması və onun iltihabına səbəb olması) əsas əlamətidir.


Qadınlarda qarın ağrısı yuxarıda qeyd etdiyimiz xəstəliklərlə yanaşı cinsi sferanın xəstəlikləri ilə də əlaqədar ola bilər. Qadınlarda çanaqda olan və hər ay aybaşıöncəsi olan ağrı endometrioz xəstəliyinin əlaməti ola bilər. Qarının aşağı hissəsində olan ağrılar çanaq orqanlarının (uşaqlıq, uşaqlıq boruları, və yumurtalıqlar) iltihabi xəstəlikləri zamanı da olur. Uşaqdoğma yaşında olan qadınlarda boru hamiləliyi (uşaqlıqdankənar hamiləlik) qarının aşağı hissəsində çox şiddətli ağrı, uşaqlıq yolundan qanaxma ilə müşahidə oluna bilər. Yumurtalıq kistası və uşaqlıq fibroması da qadınlarda qarında ağrının səbəblərindən ola bilər.


Qarında ağrıya səbəb ola biləcək digər hallara bağırsaq infeksiyaları, sidikçıxarıcı yolların iltihabı, qida zəhərlənməsi və allergiya, qarında yırtıq (“qrija”), böyrək daşı və s.

Qarında ağrılar bəzən heç bir xəstəlik olmadan da ola bilər. Məsələn, sinir-psixi gərginlik, həddindən artıq qida qəbulu və qripp zamanı ola bilər.

Qarında olan ağrı bəzən çox ciddi xəstəliklər zamanı ola bilər. Səbəbini dəqiq ancaq həkim müəyyən edə bilər. Əgər qarınınızda ağrı davamlı xarakter daşıyırsa, mütləq həkimə müraciət edin!


Aşağıdakı hallarda təcili həkimə müraciət olunmalıdır:

Temperaturun yüksəlməsi, sarılıq, sidiyin tündləşməsi, ürəkbulanma və qusma, açıqrəngli mayeşəkilli ishalla müşayiət olunan ağrılar

Uşaqlıq yolundan qanaxma, qeyri-müntəzəm aybaşı olan şəxslərdə birdən yaranan kəskin, deşici ağrılar olduqda
Qarına travmadan sonra yaranan kəskin daimi ağrı olduqda
Arxa çıxacaqdan qanaxma ilə, qusuntuda qanla və nəcisin qara rəngdə olması ilə müşayiət olunan qarın ağrıları vaxtı
Başgicəllənmə, psixi pozuntular, ürəkdöyünmə, soyuq tər ilə müşayiət olunan qarın ağrıları

Qarın ağrıları zamanı nə edə bilərsiz?

Zəif , xora, divertikulit və öd kisəsi ilə əlaqdədaq olmayan ağrıları ev şəraitində müalicə etmək olar. Bu zaman orqanizmə kifayət qədər istirafət vermək lazımdır. Ağrıları azaltmaq üçün yüngül ağrıkəsicilər və spazmolitiklər qəbul edə bilər. Məsələn, no-şpa, parasetamol. Aspirin və ibuprofen kimi ağrıkəsicilərdən bu zaman istifadə etmək olmaz! Spirtli içkilər, kofe, tünd çay içməyin! İşlədici (ishal yaradıcı) preparatlar qəbul etməyin.

Qarında kəskin ağrılar zamanı hec bir dərman və qida qəbul etmədən təcili həkim çağırmaq lazımdır!

Həkim nə edə bilər?

Qarında ağrının səbəbini müəyyən etmək üçün həkim növbəti sualları verə bilər: “Hiss etdiyiniz ağrını xarakterizə edin (küt, kəskin, deşici və s ağrıdır)?”, “Ağrı daimi əmələ gəlir, yoxsa periodik?”, “Qarının hansı nahiyəsində ağrını hiss edirsiz, ağrı ilk dəfə hansı yerdə yarandı?”,”Ağrı nə qədər davam edir?”, “Ağrı hansı şəraitdə yarandı, aybaşı öncəsi, yeməkdən sonra ?”

Bu suallardan başqa digər müayinə üsullarından, baxış, fiziki müayinə metodları, rentgen, ultrasəs və s. istifadə edilə bilər.

Müalicə metodu ağrını əmələgətirən səbəbdən, hansı xəstəlik olmasında asılı olacaq.


Həkim Arif Nuri

Yagis_Negmesi | 2 dekabr 2015 00:27 | Status: Gümüş user | Şərh: 1 614
gozum agridi oxuya bilmedim yazilar cox balacadi tesekkur ediremm
Girl | 18 mart 2014 23:24 | Status: Professional user | Şərh: 8 206
yazılar çox xırdadıeeeeeeeeee
Gulshen. | 2 mart 2014 10:35 | Status: Qonaq | Şərh: 0
Faydali xebere gore tewekkurler
Nigar | 25 yanvar 2014 09:38 | Status: Gümüş user | Şərh: 6 064
tewekkurler xebere gore
cucem. | 29 sentyabr 2012 21:47 | Status: Professional user | Şərh: 4 415
LAZIMLI VE FAYDALI XEBERE GORE TWK.LER
TATLI GUZEL | 7 avqust 2012 14:53 | Status: Professional user | Şərh: 5 781
tesekkurler
G-----16 | 24 iyul 2012 12:15 | Status: Gümüş user | Şərh: 2 227
tesekkurler xeber egore :n28: