Sağlamlıq / Sağlam ol!

Yaz gəldi, vitamin çatişmamazlığından əziyyət çəkirsiniz? Onda bu xəbəri oxuyun...

Gülçin | 22-03-2015, 13:30
2 409 17

 
Hər il yaz başlayarkən insanlar tez-tez iştahasızlıqdan, əsəbilikdən, yorğunluqdan, təkrarlanan soyuqdəymələrdən əziyyət çəkməyə başlayırlar.
Saçlar tökülməyə başlayır və parıltısını itirir, dırnaqlar çox kövrək olurlar. Bütün bunlar yaz avitaminozun əlamətləridir.
Təbii ki, bu zaman vitaminlərin kəskin çatmamasından söhbət gedə bilməz. Vitaminlərin kəskin çatmaması insan orqanizmi üçün çox təhlükəli haldır ki, hətta insanın həlak olması ilə nəticələnə bilər. Beləliklə, "avitaminoz" deyəndə biz adətən vitamin və mikroelementlərin qismən çatmamasını nəzərdə tuturuq. Daha dəqiq desək, söhbət hipovitaminozdan və hipomikroelementozdan gedir.
Niyə hipovitaminoz bizi məhz yazda yaxalayır? Məsələ ondadır ki, qışda biz qidadan bütün bizə lazım olan vitamin və mikroelementləri ala bilmirik.
Son zamanlar dükanlarda hətta qışda, demək olar ki, bütün meyvə və tərəvəzləri tapmaq olur. Lakin bir neçə ay ərzində saxlanılan bu meyvə və tərəvəzlərdə vitamin və mikroelementlərin çox hissəsi itirilmiş olur.
Hipovitominozun simptomları:
- Dişlərin təmizlənməsi zamanı damaqların qanaması,
- Əmək qabiliyyətinin və diqqətin azalması, iştahanın və yuxunun pozulması,
- Dodaqların qıraqlarında əmələ gələn çatlar,
- Üz dərisinin quru və solğun olması, qabıq vermə, sızanaqlar,
- Saçların tökülməsi, kəpəyin əmələ gəlməsi,
- Tez-tez təkrarlanan soyuqdəymələr,
- Xroniki xəstəliklərin kəskinləşməsi.
Avitominozun bir xarakterik xüsusiyyəti də var ki, simptomatik müalicə insana kömək etmir: üz və saç üçün maskalar təsirsiz olur, sakitləşdirici preparatlar sakitləşdirmir, qəhvə gümrah etmir və s. Orqanizm vitamin və mikroelementlərin bərpa olunmasını tələb edir.
Yazda insanda tez-tez A, B qrupu,C, D, E vitamilərinin çatmaması müşahidə olunur. Demək lazımdır ki, məhz bu vitaminlər insanın orqanizmi üçün ən vacib olanlardır.
A vitamini dəri və damarların normal vəziyyətini təmin edir, gözlərimiz üçün çox vacibdir, cinsi hormonların sintezində və orqanizmin bütün toxumalar hüceyrələrin inkişafında böyük rol oynayır.
B qrupuna aid olan vitaminlər mərkəzi və periferik sinir sisteminin normal fəaliyyətini təmin edir, əzələlər üçün vacibdir, zülal mübadiləsini yaxşılaşdırır, bütün toxumaları oksigenlə "doyuzdurur".
C vitamini - tanınmış antioksidantdır. Bu vitamin bizim immun sistemimizin normal fəaliyyəti üçün çox vacibdir, tez-tez təkrarlanan soyuqdəymələrlə və s. xəstəliklərlə mübarizədə böyük rol oynayır. Bundan əlavə bu vitamin damarların və birləşdirici toxumanın elastikliyini təmin edir, digər vitaminləri dağılmasından qoruyur.
E vitamini ümümi maddələr mübadiləsində aktiv iştirak edir, orqanizmi toksinlər, şlaklar və s. zərərli maddələrdən təmizləməsinə kömək edir, insan reproduktiv sisteminin normal işləməsinə kömək edir.
Adətən yazda insan orqanizmi vitaminlərdən əlavə mikroelementlərin çatmamasından da əziyyət çəkir. Bu mikroelementlərin sırasında:
- dəmir (zəiflik, saçların tökülməsi, üz dərisinin solğun olması);
- yod (yaddaşın pisləşməsi, ödemlər, əsəbilik, yuxululuq);
- selen (yorğunluq, saçların tökülməsi);
- kalsium (dırnaqların kövrək olması, saçların tutqun görünməsi);
- maqnezium (əsəbilik, əzələlərdə qıcolmalar);
- kalium (başgicəllənmələri, zəiflik, əzələlərdə qıcolmalar).
Əgər siz özünüzdə yuxarıda sadalanan simptomları müşahidə edirsinizsə, tez bir zamanda rasionunuzda müəyyən dəyişikliklər edin və polivitamin komplekslərin qəbuluna başlayın.
Polivitaminlərə gəldikdə deyə bilərik ki, hal-hazırda onların haqqında müxtəlif fikirlər söylənilir - "sintetik vitaminlər orqanizmə təsir etmir", "belə vitaminlər faydasızdır" və s. Lakin bu heç də belə deyil. Müasir vitaminlər çox keyfiyyətli və təsirli preparatlar olub, demək olar ki, 100% hallarda allergik reaksiyalara səbəb olmur və orqanizmə heç bir mənfi yanaşı təsir etmir.
Şübhəsiz ki, təbii vitaminlər sintetik vitaminlərdən yaxşıdır. Lakin yazda meyvə və tərəvəzlərdə vitaminlərin miqdarı çox az olduğuna görə siz yalnız sintetik vitaminlərin köməyi ilə orqanizminizdə yaranan hipovitaminozun öhdəsindən gələ bilərsiniz.
Yazda rasionunuzda aşağıda sadalanan qidalar daha tez-tez olmalıdır:
- müxtəlif təzə göyərtilər və kahı,
- yağsız mal əti,
- balıq (duzlu və ya bişirilmiş),
- yumurta (həftədə 2-3 dəfə),
- paxlalılar (noxud, lobya və s.), yarmalar (qarabaşaq, yulaf, darı və s.),
- təzə kəsmik, qatıq, xama,
- meyvə və tərəvəzlər (xüsusilə avokado, kivi, kokos), təzə şirələr,
- qoz, fındıq, badam, tum,
- duza qoyulmuş kələm,
- itburnu dəmlənməsi.
Yaxşı nəticə alınması üçün insanın bağırsaq mikroflorasının vəziyyəti çox vacibdir. Vitamin və mikroelementlərin orqanizm tərəfindən mənimsənməsi bağırsağın vəziyyətindən asılıdır. Bu səbəbdən yazda bağırsaqların mikroflorasını yaxşılaşdıran preparatların qəbul edilməsi yaxşı effekt verəcək.

Saglamolun.Az
 


Nergiz love | 12 aprel 2015 00:35 | Status: Professional user | Şərh: 7 871
Sitat: boris arxan
men artiq bawlamiwam vitamin icmeye tewekkurler GULCIN xanim
Gülçin | 24 mart 2015 12:33 | Status: Brilliant user | Şərh: 6 778
Şərh yazan, fikir bildirən hər kəsə təşəkkür edirəm. love
lady sweet | 24 mart 2015 00:08 | Status: Gümüş user | Şərh: 1 880
tesekkurler....
nazli411 | 23 mart 2015 18:28 | Status: Qonaq | Şərh: 0
artiq bawlamiwiq vitamin qebul elemeye cox wukur prablem yoxdu
Yalan dunya. | 23 mart 2015 17:58 | Status: Qonaq | Şərh: 0
Herzaman istifade edirem vitaminlerden usaqlarada ozume de evveller qorxurdum sonra gordum rusdar hey verir usaqlarina men de basladim cox yaxsi komek edir usaqlarin yorgunluguna esasda uje mektebin son aylari
Ay_Sun | 23 mart 2015 13:17 | Status: Brilliant user | Şərh: 13 407
Tesekkurler xalam faydali xeber ucun.
Dəniz qızı | 23 mart 2015 08:31 | Status: Brilliant user | Şərh: 8 015
Ehh mən qorxudan uşaqlara vitamin aldırmışam.
Ag Gul | 23 mart 2015 00:43 | Status: Professional user | Şərh: 4 333
Sitat: sevgi istanbul
Faydali xebere gore tesekkurler
Miraj | 22 mart 2015 23:28 | Status: Professional user | Şərh: 2 624
meslehete qulaq asmaq lazimdi
SEVDA | 22 mart 2015 22:42 | Status: Nəzarətçi | Şərh: 17 437
Melumatlara göre twk...
BULUTUM | 22 mart 2015 21:51 | Status: Professional user | Şərh: 7 386
Bu qiw ele xeste qrip oldum.ustunuze sagliq.tewekkurler xeber gore.
SARA55 | 22 mart 2015 20:04 | Status: Qonaq | Şərh: 0
Faydali xebere gore tesekkurler
nurlana nurlana | 22 mart 2015 14:33 | Status: Gümüş user | Şərh: 1 949
Sitat: BEATIFUL GIRL
Tesekkurler men bele bir problem yasamiram.
bayaz gulum | 22 mart 2015 14:17 | Status: VİP user | Şərh: 1 050
Sitat: sevgi istanbul
Faydali xebere gore tesekkurler
SEVA | 22 mart 2015 14:11 | Status: Professional user | Şərh: 5 150
Faydali xebere gore tesekkurler
Real Madrid CF | 22 mart 2015 13:37 | Status: Qonaq | Şərh: 0
Tesekkurler men bele bir problem yasamiram.
boris arxan | 22 mart 2015 13:32 | Status: Professional user | Şərh: 4 783
men artiq bawlamiwam vitamin icmeye tewekkurler GULCIN xanim