Sağlam ol! / Xalq təbabəti

Keşniş və keşniş toxumunun bilmədiyiniz faydaları...

Gülçin | 2-03-2015, 16:30
14 432 20
 
 
 

Keşniş ən faydalı göyərtilərdən biri sayılır. Keşniş və onunun toxumları ta qədimdən tibbdə çox geniş istifadə olunurdu. Keşnişin köməyi ilə baş ağrıları, yuxusuzluğu müalicə edirdilər.
Belə hesab olunurdu ki, keşniş kişilərdə potensiyanı artırır. Orta əsrlərdə keşniş "sevgi içkilərin" tərkibində istifadə olunurdu (qadınlar belə içkiləri bəyəndiyi kişilərə içirdirdilər).
Keşniş orqanik turşular və efir yağları ilə zəngindir. Bu göyərtinin tərkibində C, P, beta-karotin kimi vitaminlər, selen, dəmir, sink, maqnezium kimi mikroelementlər, təbbi liflər, pektin, rutin və s faydalı maddələr var.

Keşnişin çox güclü antiseptik, iltihab və mikrob əleyhinə xüsusiyyətləri var.

Sidikqovucu təsirinə malik olan keşniş ödemlərlə mübarizə aparır, böyrəkləri təmizləyir, orada olan duzları və qumu xaric edir. Bunun üçün belə xalq təbabəti resepti var: 5 dəstə keşniş və 5 limon götürülür. Keşniş təmizlənir, yuyulur, qurudulur və limonla birlikdə (limonun qabığı soyulmur) blenderdə xırdalanır. Daha sonra üzərinə 2 l təmiz qaynanmış ilıq su əlavə olunur, 2 gün ərzində qaranlıq saxlanılır, daha sonra süzülür və gün ərzində 3 dəfə 1 xörək qaşığı olmaqla içilir.

Böyrək daşı xəstəliyi olan insanlar bu reseptdən istifadə etməməlidir! Bu daşların tərpənməsinə və sidik kanalın düşməsinə gətirib çıxarda bilər.

Keşniş orqanizmə ödqovucu təsir edir, yağlı ağır qidaların mənimsənilməsini asanlaşdırır, həzm prosesləri və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır.
Keşniş qanda xolesterinin səviyyəsini aşağı salır, xolesterinin damarların divarlarında yığılmasına mane olur.
Keşniş şəkər xəstəliyi olan insanlar üçün xeyirlidir - qanda şəkərin səviyyəsini aşağı salır.
Keşniş ürək-damar sistemi üçün də çox faydalıdır, arterial təzyqinin normallaşmasına kömək edir.
Antioksidantlarla zəngin olan keşniş orqanizmdə gedən dağılma və qocalma prosesləri ləngidir, şiş xəstəliklərinin inkişafına mane olur.
Keşniş damaqları möhkəmləndirir, ağız boşluğunda olan iltihabları azaldır, kariesin inkişafının qarşısını alır.
 

  1. dılay | 8 mart 2016 18:29 | Status: Brilliant user | Şərh: 8 185
    hec xowlamiram kesnisi..
  2. Real Madrid CF | 9 may 2015 17:56 | Status: Qonaq | Şərh: 0
    Goyertilerden,sorbolardan daha cox brokoliden istiade edirem.
  3. Ay_Sun | 3 mart 2015 21:58 | Status: Brilliant user | Şərh: 13 409
    Sitat: perishka2
    Mən çox işlədirəm

    Mende.
  4. nurlana nurlana | 3 mart 2015 20:46 | Status: Gümüş user | Şərh: 1 950
    Sitat: boris arxan
    tewekkurler xowum gelir xirda doqrayib yemekden
  5. Nurus. | 3 mart 2015 20:14 | Status: Brilliant user | Şərh: 6 982
    Sitat: gulcin70
    Şərh yazan hər kəsə təşəkkür edirəm. love
    Redaktəyə görə Nuruşa təşəkkürlər. love

    love 0115 0109 0144
  6. Gülçin | 3 mart 2015 13:52 | Status: Brilliant user | Şərh: 6 781
    Şərh yazan hər kəsə təşəkkür edirəm. love
    Redaktəyə görə Nuruşa təşəkkürlər. love
  7. Dəniz qızı | 3 mart 2015 08:26 | Status: Brilliant user | Şərh: 8 019
    Mən çox işlədirəm evdə.Atdım seçilmişə.Təşəkkür əziz xalam.
  8. SEVDA | 3 mart 2015 08:20 | Status: Nəzarətçi | Şərh: 17 443
    Yemeklerde de istifade edirem,yemek vaxtı göy soğanla kewniw,vezeri süfreye de qoyuram.ailelikce xowluyuruq.twk...
  9. Hayka | 3 mart 2015 07:33 | Status: Şərhçi | Şərh: 396
    Wuyud daha cox istifade edirik.twk
  10. kristal | 3 mart 2015 00:46 | Status: VİP user | Şərh: 1 184
    Ozum sevirem uwaqlar yoxx 0127
  11. boris arxan | 2 mart 2015 23:59 | Status: Professional user | Şərh: 4 784
    tewekkurler xowum gelir xirda doqrayib yemekden
  12. mila21 | 2 mart 2015 22:20 | Status: Şərhçi | Şərh: 283
    Sitat: SARA55
    çox sevdiyim göyərtidi, çox da yeyirəm təşəkkürlər.

    menimde
  13. Miraj | 2 mart 2015 20:54 | Status: Professional user | Şərh: 2 625
    cox maraqlidir
  14. Nigar | 2 mart 2015 19:36 | Status: Gümüş user | Şərh: 6 064
    maraqlidir veeee maraqlada oxudum...
  15. SARA55 | 2 mart 2015 18:00 | Status: Qonaq | Şərh: 0
    çox sevdiyim göyərtidi, çox da yeyirəm təşəkkürlər.
  16. BULUTUM | 2 mart 2015 17:32 | Status: Professional user | Şərh: 7 392
    Hec sevmirem.
  17. Nergiz love | 2 mart 2015 16:58 | Status: Professional user | Şərh: 7 871
    Sitat: Akademik
    çox sevdiyim göyərtidi, çox da yeyirəm )) təşəkkürlər...
  18. Röyamsan. | 2 mart 2015 16:53 | Status: Brilliant user | Şərh: 6 103
    Keşnişi xoşluyuram. Amma çox göyərti yeyən deyiləm :) Faydalı xəbər üçün çox sağ olun Gülçin xala.

    P.S. Gülçin xala sizə yazdıqım mesaj gəlib o, günkü?
  19. AYXANIM | 2 mart 2015 16:42 | Status: Qonaq | Şərh: 0
    AYXANAM DA SUPER QAQAYAM.
  20. Akademik | 2 mart 2015 16:38 | Status: Professional user | Şərh: 4 580
    çox sevdiyim göyərtidi, çox da yeyirəm )) təşəkkürlər...