Sağlamlıq / Sağlam ol!

Ağciyər xərçənginin dostu, şəkərin düşməni olan bitki

007 | 10-04-2017, 08:00
5 975 18
 

 
Əvvəlcə sarmaşığı, yetişəndən sonra qəhvəyi rəngli lobyanı xatırladan keçibuynuzu həm qədim, həm də müasir bitkidir.  Qədimdir ona görə ki, 5 min ildən çox yaşı var. Müasirdir ona görə ki, onun bir sıra sağlamlıq üçün tibbi əhəmiyyəti son illər yenidən gündəmə gəlib. Yetişmiş keçibuynuzu elə bil lobyanın sadəcə uzun formasıdır. Adından göründüyü kimi, bitkinin xarici görünüşü keçinin buynuzlarını xatırladır.
AzadQadin.az bildirir ki,
Keçibuynuzu ağacının hündürlüyü 8-10 metrə çatır, daim yaşıl ağac olan keçibuynuzunun qara buynuz şəklində meyvələri var. Keçibuynuzu əkiləndən sonra 15 il meyvə vermir. Yetişmiş ağac min kiloqrama qədər məhsul verə bilir.

Keçibuynuzu toz halında və çiy şəkildə yeyilir, ondan bəhməz (doşab) hazırlanır. Onun kimyəvi tərkibi A, B qrupu və E vitaminləri, kalium, kalsium və fosfor, natrium, maqnezium, dəmir, sink və manqandan ibarətdir. Keçibuynuzu meyvəsi və bəhməzi yüksək qida dəyərli məhsul kimi uşaqlar, xüsusilə yeniyetmələr üçün çox faydalıdır.

Bir neçə yüz il bundan əvvələ kimi hazırlanan şirniyyatlarda şəkər əvəzi kimi istifadə olunurdu. Ağ şəkər istehsalına başlanandan sonra ondan imtina edilməsi və keçibuynuzunun qidalanmadakı əhəmiyyəti bir qədər unudulmuşdur.

Keçibuynuzunun faydaları kifayət qədər çoxdur. Nəfəs darlığına qarşı keçibuynuzu meyvəsində olan maddə, demək olar ki, başqa heç bir bitkidə yoxdur. Eyni zamanda bəzi allergik astma xəstəliklərində onun tətbiqi zamanı dərhal nəticə əldə etmək mümkündür. Tərkibindəki qall turşusu sağlamlığa müsbət təsir göstərən bir maddədir. Bitkinin tərkibindəki digər promotor maddələr onun xüsusiyyətlərini daha da artırır.

Keçibuynuzu ağrıkəsici, antiseptik, allergiyaya qarşı, astma və xərçəng əleyhinə, mikroblara qarşı, ishal və qəbizliyə qarşı, bronxgenişlədici keyfiyyətlərə malikdir, həmçinin keçibuynuzu qaraciyəri toksinlərdən təmizləyir, immun sistemini gücləndirir, uşaq iflicinin qarşısını alır, bundan başqa qida maddələrində E410 ilə göstərilən həcm artırıcı qida maddəsi kimi də istifadə olunur. Çəyirdəkləri üyüdülərək süd və balla südlü qəhvə kimi bişirilir, ondan bəkməz hazırlanır.

Keçibuynuzu 90 faiz hallarda ağciyər xərçənginin qarşısını almaq gücünə malikdir. Həmin xəstəlik daha çox siqaret çəkənlərdə özünü büruzə verir. Ağciyər xərçənginin daha yaxşı müalicə edilməsi üçün keçibuynuzu ilə qırmızı turpdan istifadə edilməsi müalicənin təsir gücünü artırır.

Keçibuynuzunda xolesterinin  yoxluğu da onun böyük  üstünlüyüdür. Tərkibində kofein və teobromin olmadığı üçün qan təzyiqi zamanı ondan istifadə etmək olar. Bitki fosfor və kalsiumla çox zəngindir.

Ona görə də osteoporoz (sümük əriməsi) xəstəliyi zamanı kalsium ehtiyacının qarşılanmasına kömək edir. Keçibuynuzu kalsiumla zəngindir, onun tərkibində süddən 3 dəfə çox kalsium var, dişlər üçün çox xeyirlidir.

Tərkibindəki E vitamininə görə öskürəyə, qripə və qan azlığına xeyirdir. Natrium və  kaliumla zəngin olduğu üçün təzyiq, qaraciyər və ağciyər xəstəlikləri zamanı müsbət təsir göstərir. Qanı zəhərli maddələrdən təmizləyir, ürəyə çox xeyirdir. Orqanizminə daxil olan radiasiyanı xaric edir, taxikardiyanı, mədə və bağırsaq qazlarını xaric edərək şişkinliyi aradan qaldırır.

Tərkibində yüksək şəkər olduğuna görə şəkər xəstələrinin ondan istifadəsi məsləhət görülmür. 

Keçibuynuzundan necə istifadə edilir?

Meyvələri təzə və quru olaraq yeyilir. Onun çəyirdəklərindən də istifadə etmək olar. Yarpaqları və budaqları qurudulub qaynadılaraq çay hazırlanır. Çəyirdəyini üyüdüb suda qaynatdıqdan sonra məlhəm hazırlanır və onun şiş və yaralara sürtülməsi sağalmanı sürətləndirir.

Keçibuynuzundan hazırlanan bəhməzi mütəmadi olaraq qəbul etmək çox faydalıdır.

Keçibuynuzu bəhməzinin faydaları:

İçindəki E vitamini öskürək və qrip zamanı immuniteti artırır, bəlğəmgətirici təsir göstərir.

Siqaret çəkənlərdə bronxları təmizləyir, nəfəs daralmalarında yaxşı təsir göstərir.

Qanazlığı zamanı çox faydalıdır.

Tərkibindəki yüksək xam sellüloza sayəsində bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qastritin müalicəsində yaxşı effekt verir.

Bağırsaq qurdlarının təmizlənməsinə kömək edir.

Sinir sistemini qüvvətləndirir.

Tərkibindəki yüksək təbii şəkərlər, zəngin minerallar (xüsusilə sink) və A, B1, B2, B3, D vitaminləri sayəsində təbii güc və enerji qaynağıdır.(bizimyol.info)

ESMERRi | 24 yanvar 2016 16:47 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Sunay Elizade
birinci defe gorurem
Sunay Elizade | 30 iyun 2015 09:44 | Status: Gümüş user | Şərh: 2 156
birinci defe gorurem
SARA55 | 12 aprel 2015 16:02 | Status: Qonaq | Şərh: 0
eşitmişdim təşəkkürlər
Ay_Sun | 14 fevral 2015 22:12 | Status: Brilliant user | Şərh: 13 408
Melumat ucun tesekkurler.
●♥ Meley ♥● | 13 fevral 2015 11:22 | Status: Gümüş user | Şərh: 413
Bilmirdim 0108 twk
drop | 12 fevral 2015 21:10 | Status: Gümüş user | Şərh: 2 448
Sitat: Narin-Ulker
bu bitki haqqinda melumatim varidi amma hec gormemisem bu kecibuynuzu nece olur Azerbaycandada bitir bu bitki goresen

he bitir.men daje bakuda 28 erazisinde gormuwem bu agaci).
Narin-Ulker | 12 fevral 2015 20:51 | Status: Gümüş user | Şərh: 2 748
bu bitki haqqinda melumatim varidi amma hec gormemisem bu kecibuynuzu nece olur Azerbaycandada bitir bu bitki goresen
BULUTUM | 12 fevral 2015 19:08 | Status: Professional user | Şərh: 7 387
Qalib qicqirir yeyede bilmirem.
boris arxan | 12 fevral 2015 16:51 | Status: Professional user | Şərh: 4 784
Sitat: Gulus.
Xebere gore tewekkurler
Nergiz love | 12 fevral 2015 16:47 | Status: Professional user | Şərh: 7 871
Allah uzaq elesin xestelikleri.Amin
Dəniz qızı | 12 fevral 2015 15:23 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: CUCİ
faydali xeber ucun tesekkur edirem
SEVDA | 12 fevral 2015 15:09 | Status: Nəzarətçi | Şərh: 17 439
Melumatçun twk...
Gulus. | 12 fevral 2015 13:51 | Status: Professional user | Şərh: 2 436
Xebere gore tewekkurler
Miraj | 12 fevral 2015 13:42 | Status: Professional user | Şərh: 2 625
Sitat: nurlana nurlana
Tesekkurler xebere gore
nurlana nurlana | 12 fevral 2015 12:50 | Status: Gümüş user | Şərh: 1 950
Tesekkurler xebere gore
SULTANIM | 12 fevral 2015 12:46 | Status: Ekspert | Şərh: 4 742
Sayenizde bu melumati da oyrendim.
Tesekkurler.
Gülçin | 12 fevral 2015 12:14 | Status: Brilliant user | Şərh: 6 780
Məlumatım var idi bu bitki barədə. Çox xeyirli bitkidir. Həkim məsləhətilə, bəhməzindən qanazlığına görə istifadə etmişəm.
Təşəkkür edirəm, belə faydalı xəbərə görə.
SABINA | 12 fevral 2015 12:13 | Status: Professional user | Şərh: 7 410
faydali xeber ucun tesekkur edirem