Sağlamlıq / Sağlam ol!

Çuğundurun bağırsaqlara faydası

Aytekin82 | 27-01-2015, 13:30
4 262 22
 
 


Qış aylarında əsas vitamin mənbələri olan meyvə və tərəvəzlərin sayı məhdudlaşır. Bu vəziyyətdə kələm, kartof, kök, çuğundur kimi tərəvəzləri tez-tez qəbul etmək lazımdır.
Çuğundur çox faydalı tərəvəzdir. Dahi Hippokrat çuğundurun müalicəvi xüsusiyyətlərini təsdiq edirdi. Parasels isə bu tərəvəzi müxtəlif qan xəstəliklərin (o cümlədən, anemiyanın) müalicəsində istifadə edirdi.
Çuğundur həqiqətən dəmirlə zəngindir və bu səbəbdən qanazlığından əziyyən çəkən insanlar bu tərəvəzi tez-tez qəbul etməlidir.
Çuğundur xüsusi antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.
Çuğundur bağırsaqlar üçün xüsusilə faydalıdır. Çuğundur qəbizliklə mübarizə edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır.
Çuğundur sellülozla (təbii liflər) zəngindir. Sellüloz bağırsaqları orada yığılan ziyanlı maddələrədən təmizləyir və həmçinin disbakteriozla mübarizə aparır. Sellüloz bağırsaqlarda yaşayan xeyirli bakterilər üçün qidadır. Məhz bu xeyirli bakterilər həzm proseslərində, bəzi vitaminlərin sistezində iştirak edir, immun sisteminin möhkəmlənməsinə müsbət təsir edir. Bağırsaqlarda yaşayan xeyirli bakterilərin sayı kəskin azaldıqda bu "disbakterioz" adlandırır. Disbakterioz müxtəlif pozulmalara yol açır.
Bağırsaqlar üçün çoö xeyirli salat reseptini sizə təqdim edirik: kələm və çuğundur (çiy vəziyyətdə) xırda çöplər şəklində doğranılır, üzərinə 1/2 limonun şirəsi və zeytun yağı əlavə olunur və qarışdırılır. Salatı 1 saat ərzində mətbəxdə saxlayın ki, tərəvəzlər yumşalsın, şirə əmələ gəlsin və sonra 1 tikə qara çörəklə (ağ yox!) qəbul edin. Belə salat bağırsaqlara əsl "süpürgə" kimi təsir edir - burada yığılan toksinləri, şlakları, "pis" xolesterini və s. ziyanlı maddələri "süpürüb" çölə çıxardır.
Xroniki ishallara meyilii olan insanlar çuğunduru qəbul etməməlidir ki, bu ishalın daha da güclənməsinə təkan verəcək.
Çuğundur və çuğundur şirəsi damarları xolesterindən təmizləyir və nəticədə orqanizmi aterosklerozun inkişafından qoruyur.
Dəmirlə və "betain" maddəsi ilə zəngin olan çuğundur qara ciyərin fəaliyyətinə müsbət təsir edir.
Çuğundur yodla də zəngindir və bu səbəbdən qalxanvari vəzi xəstəliklərin və pozulmaların qarşısını almağa kömək edir.
Çuğundur orqanizmə iltihabəleyhinə təsir edir və immun sistemi üçün çox xeyirlidir. Bu səbəbdən soyuqdəymənin ilk simptomlarında çuğundur şirəsini qəbul edə bilərsiniz. Qəbul etdikdən əvvəl çuğundur şirəsini alma və ya kök şirəsi ilə yarıbayarı durulaşdırmaq lazımdır.
Çuğundur sink elementi ilə də zəngindir. Sink həm kişilərin, həm qadınların cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir.
Çuğundur azkalorili tərəvəzdir. Lakin onun tərkibində olan sellüloz insana uzun müddət ərzində özünü tox hiss etməyə imkan verir. Məhz bu xüsusiyyətinə görə çuğundur arıqlamaq məqsədi ilə tutulan bir çox pəhrizlərə daxildir.
Çuğundur yarpaqları da çox xeyirlidir. Onları müxtəlif qidalarda və salatlarda istifadə etmək olar.

Mənbə:
Saglamolun.Az


ESMERRi | 10 aprel 2016 19:31 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: dılay
Bilirdim twk........M
dılay | 5 noyabr 2015 17:41 | Status: Brilliant user | Şərh: 8 184
Bilirdim twk........M
Ag Gul | 5 aprel 2015 18:08 | Status: Professional user | Şərh: 4 333
Təşəkkürlər amma çuğunduru heç sevmirəm :(
Ay_Sun | 30 yanvar 2015 12:20 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: NUR-AY.

aaaaa dogurdan baciii?????mende bisirib yeyerem,cox sagol paylasdigina gore

He canim bisir ye.Vallah duz deyirem.Ozum edirem.
BULUTUM | 27 yanvar 2015 22:28 | Status: Professional user | Şərh: 7 391
Salatlarda xowum gelir.bele yeye bilmirem sokunu hec ice bilmirem.
Nur | 27 yanvar 2015 21:51 | Status: Professional user | Şərh: 3 989
cugunduru cox seve seve istifade edirem xoreklerde,salatlarda,arada siresinide cekirem usaqlara verirem,usaqlar bismisinide xoslayir yeyirler,tesekkurler baciii faydali xebere gore

Sitat: TENHA_MELEK
Men her gun bir balaca cugundur suda bisirib yeyirem.Men rus qadini oyredib,insani qocalmadan qoruyur ve cox gozel edir derini.Meslehet gorerdim.

aaaaa dogurdan baciii?????mende bisirib yeyerem,cox sagol paylasdigina gore 0115 0109
Nazlı_Kız | 27 yanvar 2015 21:50 | Status: Brilliant user | Şərh: 6 473
Qan azlığına xeyirlidi amma mən heç sevmirəm. 0122
mamasinin ureyi | 27 yanvar 2015 21:48 | Status: Professional user | Şərh: 1 112
Maraqlidi qan azdiqina gore kokle cuqundurun siresini her seher icirdim ...hec coxda komek etdi. Maraqli xeber ucun tesekurler.
Ay_Sun | 27 yanvar 2015 21:31 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: CUCİ
gordum ureyim dunya gozelim menim.azz amma oglun vapse şirindi

AAzzz besdir az terif d love e.Heee mamasinin ureyidir ehh oo xalasi.Allah senede nesib etsin Insallah.Kizzz kec sexsiye Aytekin baci bizi bogacaq 0122 .
SABINA | 27 yanvar 2015 21:25 | Status: Professional user | Şərh: 7 410
Sitat: TENHA_MELEK
Sitat: SABİNA

ole olede olsa sinayacam

Birdenem sina.Cox faydalidir,neticesini tezlikle gorecen.Kizz netice men gormedinmii 0111

gordum ureyim dunya gozelim menim.azz amma oglun vapse şirindi love
Ay_Sun | 27 yanvar 2015 20:53 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: SABİNA

ole olede olsa sinayacam

Birdenem sina.Cox faydalidir,neticesini tezlikle gorecen.Kizz netice men gormedinmii 0111
SABINA | 27 yanvar 2015 20:50 | Status: Professional user | Şərh: 7 410
Sitat: TENHA_MELEK
Cugundurun faydalarini bilirdim.Men her gun bir balaca cugundur suda bisirib yeyirem.Men rus qadini oyredib,insani qocalmadan qoruyur ve cox gozel edir derini.Meslehet gorerdim.

ole olede olsa sinayacam
Ay_Sun | 27 yanvar 2015 20:38 | Status: Brilliant user | Şərh: 13 409
Cugundurun faydalarini bilirdim.Men her gun bir balaca cugundur suda bisirib yeyirem.Men rus qadini oyredib,insani qocalmadan qoruyur ve cox gozel edir derini.Meslehet gorerdim.
Aynur_Mezahirli | 27 yanvar 2015 20:08 | Status: Qonaq | Şərh: 0
Sitat: lalita
bilirdim ve istifade edirem tewekkurler
Röyamsan. | 27 yanvar 2015 19:00 | Status: Brilliant user | Şərh: 6 103
Sitat: gulcin70
Çuğundurun şirəsindən istfadə edirəm. Faydalı xəbərdir, təşəkkür edirəm, Aytəkinim. İlk like-n məndən.

Məndə istifadə edirəm. Bir güclə Mama zorla içirdir mənə dadını heç sevmirəm amma faydalı olduğunu bilirdim. Həkim mənədə çuğundur şirəsi içməyimi deyib. Xəbər üçün təşəkkürlər Aytəkin.
Girl | 27 yanvar 2015 18:21 | Status: Professional user | Şərh: 8 206
Nə faydalı meyvə tərəvəz yeməklər içkilər və s. varsa heç birin xoşlamıram malasef dadları pis gəlir elə bilki..)) Bizimki ancaq cipsi dönər kola və bunlar kimi s. yeməklərdir 0108 Ona görədə hər dəfəsində xəstə oluram. recourse
Miraj | 27 yanvar 2015 17:41 | Status: Professional user | Şərh: 2 625
cox sagol canim faydali xeberdi
Gulus. | 27 yanvar 2015 17:20 | Status: Professional user | Şərh: 2 436
Faydali xebere gore tewekkurler
lalita | 27 yanvar 2015 15:12 | Status: VİP user | Şərh: 1 390
bilirdim ve istifade edirem tewekkurler
SEVDA | 27 yanvar 2015 15:01 | Status: Nəzarətçi | Şərh: 17 442
Arada çuğundur şiresi çekirem almayla,kökle birge.salatlarda,borşda istifade edirem.twk
my life is music | 27 yanvar 2015 14:08 | Status: Gümüş user | Şərh: 736
cugundurdan iyrenirem
Gülçin | 27 yanvar 2015 13:37 | Status: Brilliant user | Şərh: 6 781
Çuğundurun şirəsindən istfadə edirəm. Faydalı xəbərdir, təşəkkür edirəm, Aytəkinim. İlk like-n məndən.