Sağlamlıq / Sağlam ol!

Burun əməliyyatı haqqında hər şey (Araşdırma)

Banu. | 27-12-2014, 07:42
8 503 14


 
 
Doktor, estetik cərrah Mircəfər Seyid S Burun əməliyyatları haqqında Azadqadin.az xanımlarına məlumat verir.

Hər il xarici görünüşünü dəyişdirmək,komplekslərindən azad olmaq üçün minlərcə insan müxtəlif məlumatlar və həkimlər axtarmağa başlayırlar.Bu insanların bir qismi anadan gəlmə burunlarından narahat olur,digər bir qismi isə əksinə sonradan yıxılma və ya zərbə ilə ikinci olaraq qazandıqları burun formalarından narazı olurlar.Bütün bunların nəticəsində ölkəmizdə,eləcə də dünyada ən çox edilən estetik əməliyyat məhz 
Burun əməliyyatıdır.
 
Estetik burun əməliyyatı (Rinoplastika); normal burun funksiyalarını korlamadan ve ya çətinləşmiş tənəffüsü düzəldərək, yenidən şəkilləndirilməsi əməliyyatıdır. Bu əməliyyatı icra edərkən diqqət gösdərilməsi gərəkən xüsuslar; burnun sümük, qığırdaq ve dərinin quruluşunun xüsusiyyətləri, üz ilə burun arasındaki horizontal ve vertikal istiqamətdə olan harmoniya ve burnun dodaq ile və alınla əmələ gətirdiyi bucaq, burun ucunun hündürlüyü və burun ucunun çənə ucuna olan pozisiyaları kimi parametrləri dəyərləndirmək vacibdir 
Estetik burun əməliyyatında (Rinoplastika) burun formalaşdırıldığı kimi; burnun daxili hisəsində olabiləcək deviasiyalar (əyriliklər), ve ya burun əti kimi bilinən tənəffüs problemləri də müalicə olunmaqdadır. Bu səbəblə müraciət edən xəstələrə ehtiyac olduğunda hər üç əməliyyat eyni anda icra olunmalıdır, ancaq diqqət etmək lazımdır ki, burun əməliyyatı planlanan hər xəstənin estetik burun əməliyyatına ehtiyacı olmadığıdır ve səhv istiqamətləndirilib gərəksiz rinoplastika olunmamalıdır.

 


Əməliyyat ilə nələri dəyişdirmək mümkündür?

Əgər burnunuzda qalxaqlıq varsa,bu götürülə bilir.Burun ucunda düşüklük varsa,burun ucu qaldırıla bilir.Burun ucu çox qalxaqsa,normal vəziyyətə salına bilər.Uzun burun qısaldıla,qısa burun isə normal hala gətirilə bilər.Unutmayaq ki,burnum bu şəkildə olsun deyən xanımlar,sizin sifətinizdə hər şey bir-birinə uyğun olmalıdır.Burnunuz qaşlarınızın yaxşı görünməsinə təsir etdiyi kimi,dodaqlarınızla burnunuzun arasındaki məsafə də çox mühüm bir faktordur.

Əvvəlcə gəlin unutmayaq ki,hansısa yaxınınızda və ya tanınmış birində gördüyünüz burnu bəyənərək,eynisini sizin istəməyiniz heç də düzgün bir fikir deyildir.Bu bir növ kimdəsə bir paltar bəyənib eynisini tikdirib geyinmək və sizə yaraşmamağını görmək kimi bir şeydir.Ola bilsin ki,bu kobud bir şəkildə deyilmiş bənzətmədir.Amma bu bir gerçəklikdir.Deməli nə etmək lazımdır?

 

 


 

Şəxsə yaraşan bir burun xarici görünüşünü seçmək lazımdır.

Burun əməliyyatı üçün ən əsas qanun,mümkün olduğu qədər təbii görünməsidir.

 

 Bir çox xanımların ağlında bu sual var.Görəsən burun əməliyyatı çətin bir əməliyyatdır?

İstər hansı kitabı açırsınızsa açın,istər hansı həkimdən soruşursunuzsa soruşun,bu çətin bir əməliyyat sayılır.Səbəb:Düşünün ki,qığırdaqların,sümüyün,iki boşluğun və nəfəs alma kimi mühüm bir faktorun düzəldilməsi sizə heç də asan gəlməsin və hər burun da,hər sifət kimi fərqlidir.Ən kiçik bir səhv belə,adi bir insan baxışı ilə gözə çarpır.Həm də bunu deməliyəm ki,plastik cərrahiyyə bugün çox irəliləyiş etmişdir.Keçən 10-15 ildə bütün burunlar bir-birinə bənzər halda olsa da,bu gün artıq təbiliyə fikir verilir,bu isə hərədə ayrı bir burun şəklinin yaranmasına gətirib çıxarır.Eyni zamanda həkimin çevikliyi və təcrübəsinin də olmağı xüsusi bir cəhətdir.

  

 

 


 


 

Gəlin indi ən çox soruşulan suallara cavab verək.


Davamlı olaraq istifadə etdiyim dərmanların əməliyyata təsiri ola bilərmi?

Bəzi dərmanlar anestezi(narkoz)ilə əks təsir göstərə bilər.Buna görə istifadə etdiyiniz bütün dərmanları həkiminə mütləq şəkildə bildirməlisiniz.Xüsusilə aspirin kimi dərmanları əməliyyatdan 1 həftə əvvəl kəsilməlidir.


Xanımların menstruasiya(aybaşı)dövründə əməliyyat olunmaları mümkündürmü?

Bəli,mümkündür.Analizlər aparılarkən isə mümkün qədər bu dövrə düşməməyinə çalışın.


Xəstəxanaya necə bir paltarla gəlməyim lazımdır?

Əməliyyat günü rahat paltarlar geyin.Makyaj etməyin.Aksesuarlarınız evdə qoyun.Mümkünsə düyməli paltarlar seçin.Başdan geyilənləri seçməyin.


Xəstəxanaya ac gəlmək lazımdır yoxsa nəsə yeməliyəm?

Çalışın ən azı əməliyyatdan 6 saat qabaq bir şey yeyəsiniz.

 

Burun əməliyyat hansı yaş aralığında edilə bilər?

 

Bir çox həkimlərin uyğun bildiklərinə əsaslanaraq onu deyə bilərik ki,bu əməliyyat üçün xanımlarda 16-17 yaş,bəylərdə isə 17-18 yaşdan sonra burun əməliyyatı edilməsi mümkündür.

 


Əməliyyat olmağa qərar verdim.Məni hansı proseslər gözləyir.Nə etməliyəm?

Əvvəlcə müayinə ediləcək,burnunuzun içi,xarici,endoskopik cihazlarla xırdalıqlara qədər baxılacaq,analizlər aparılacaq,üzünüzün müxtəlif formalarda şəkilləri çəkiləcək.Daha əvvəl əməliyyat olunmuş xəstələrin şəkilləri sizə göstəriləcək.Əməliyyat olmağa qərar verərsəniz,sizə gün ayılacaqdır.Amma təbii ki,anestezioloqla mütləq bir görüş olacaqdır.

 

Burun əməliyyatından sonra üzə bilərəmmi?

Çalışmalısınız ki,bu əməliyyatdan sonra ən az 2 -3 həftə ərzində üzmək,aerobika,velosiped sürmək kimi sevimli məşğuliyyətlərinizdən uzaq durasınız.

 

 

 
Qeyd:
Bu sahədə pulsuz bilgi almaq üçün Doktor, estetik cərrah Mircəfər Seyidlə əlaqə saxlaya bilərsiniz... 
 
 
Əlaqə nömrəsi:

 -050 - 318 - 14 -14

Cərrah Mircəfər Seyidin əl işləri ilə maraqlanmaq istəyənlər bu səhifədən izləyə bilər. Arıqlama, sinə və s. əməliyyatları da edir. O cümlədən dodağa gel və s.
 

Elcin sangu........ | 18 oktyabr 2015 20:59 | Status: VİP user | Şərh: 631
ehtiyacim yoxdu tewekkurler
SEVDA | 28 dekabr 2014 17:22 | Status: Nəzarətçi | Şərh: 17 442
Ehtiyacım yoxdu,twk...
Ay_Sun | 28 dekabr 2014 14:31 | Status: Brilliant user | Şərh: 13 409
Ehtiyac yoxdur,tesekkurler.
Dəniz qızı | 28 dekabr 2014 08:44 | Status: Brilliant user | Şərh: 8 019
Mən burunçəpəri əyriliyindən əməliyyat olmuşam,oğlumsa burun ətlərindən.
Narin-Ulker | 28 dekabr 2014 01:15 | Status: Gümüş user | Şərh: 2 748
heqiqeten burun insanin gornusunu 180 derece deyisir
Nergiz love | 27 dekabr 2014 23:31 | Status: Professional user | Şərh: 7 871
Umina fso normalno
Nara88 | 27 dekabr 2014 19:16 | Status: Professional user | Şərh: 4 254
sekildeki qizin burunu nece eybecerdi wassat sukur bele problemim yoxdu
Nazlı_Kız | 27 dekabr 2014 15:26 | Status: Brilliant user | Şərh: 6 473
Belə problemim yoxdu hər şey normaldı.
Aynur_Mezahirli | 27 dekabr 2014 14:56 | Status: Qonaq | Şərh: 0
Sitat: sonsuz ucurum
ehtiyyacim yoxdur.tesekkurler
SEVA | 27 dekabr 2014 10:55 | Status: Professional user | Şərh: 5 151
hec ehtiyacim yoxdu cox gozel burnum var fellow
sonsuz ucurum | 27 dekabr 2014 09:33 | Status: Gümüş user | Şərh: 786
ehtiyyacim yoxdur.tesekkurler
Röyamsan. | 27 dekabr 2014 08:35 | Status: Brilliant user | Şərh: 6 103
Bu yaxınlarda Atam əməliyyat oldu burnundan. Amma estetik yox. Burnunda çəpər əyriliyi var idi ona görə. winked
Lumia | 27 dekabr 2014 08:09 | Status: Professional user | Şərh: 5 380
Ehtiyacim yoxdu findiq kimi burnum var)))
SABINA | 27 dekabr 2014 07:45 | Status: Professional user | Şərh: 7 410
burun emeliyyatina ehtiyacim var bir az lol