Sağlamlıq / Sağlam ol!
Vaginal göbələk infeksiyalarını artıran faktorlar(qadınlara özəl)
Mehri-Ban | 29-09-2014, 22:00
12 736 13
Vaginadan gələn az miqdardakı aydın, ya da az bulanıq axıntılar normal qəbul edilir. Bu mayelər vaginanın sağlam olmasına və nəm qalmasına kömək edir. Bu mayedə normal olaraq bakteriya və göbələk kimi fərqli orqanizmlər balanslı olaraq tapılar. Ancaq bəzi səbəblərə görə bu tarazlıq pozula bilər.
Göbələklərə bağlı infeksiyalar ən əhəmiyyətli səbəbdir.
Göbələklərə bağlı infeksiyalar vaginal axıntı səbəblərinin başında gəlir. Qadınların təxminən 75%-ə qədəri həyatlarında bir dəfə olsun göbələk infeksiyasına məruz qalırlar. Bu problem hamiləlik, antibiotik müalicəsi kimi səbəblərlə yaşansa da, müalicəsi asanca edilə bilər. Ancaq xroniki hala gələn göbələk infeksiyaları qadının cinsi və psixoloji olaraq problem yaşamasına səbəb ola bilər
Vaginal göbələk infeksiyalarını artıran faktorlar
Antibiotiklər: Geniş spektrli olan antibiotiklər vaginanın PH tarazlığını pozması ilə birlikdə göbələk infeksiyası üçün uyğun zəmin təşkil edir.
Hamiləlik: Hamiləlik müddətində son 3 ayda qadındakı hüceyrəvi immunitetin azalmasıyla birlikdə, maye göbələk inkişafı daha asan olmaqdadır. Bu dövrdə vaginadaki qlyokogen adındakı maddənin artması da göbələk infeksiyasının meydana gəlməsini sürətləndirər. Bu maddənin artımı qandakı esterogen və progesteron hormonunun yüksəlməsinə bağlıdır.
Şəkər xəstəliyi: Nəzarətsiz şəkər xəstəliyinin olması halında sidik və vaginal ifrazatlardakı şəkər səviyyəsinin artması səbəbindən göbələklər üçün uyğun zəmin əmələ gəlir.
İmmunosupresya: Bu adamdakı immunitet sisteminin təzyiqlənməsi mənasındadır. Sistemik xəstəliklər, ya da dərmanlar səbəbiylə bu problemin inkişafı halında göbələk infeksiyalarında artım görülür.
Doğum idarə həbləri: Bu faktor keçmişdə daha təsirli olarkən, indiki vaxtda həblərin daha aşağı dozalarda istifadəsi səbəbiylə göbələk infeksiyasının yaranmasına daha az təsir edir.
Uşaqlıq içi vasitə (spiral): Bunun təsiri qəti olaraq bilinməsə də göbələk infeksiyasının yaranması üçün bir faktor olaraq qəbul edilir.
Hormon istifadəsi: Qadının esterogen və progesteron hormonları tərkibli müalicə alması halında, göbələk infeksiyası daha tez görülə bilər.
Neylon tipli geyimlər: Bu faktor xüsusilə, çox kilosu olan qadınlarda geyinilən neylon paltar və alt paltarlarının bədəndə nəm və istilik artımına səbəb olmasıyla baş verir. Belə bir mühit göbələklər üçün idealdır. Belə geyimə davam etdiyi müddətcə, yaranan infeksiyalar yeniləmə və xroniki hala gəlmə meyli göstərirlər.
Süni dadlandırıcı istifadəsi: Süni dadlandırıcılı mayelər və qidaların istehlakı vagina Ph-nı pozur və infeksiyaya zəmin hazırlayır.
Lokal allergenlər: Bu faktorlar içində ətirlər, rəngli tualet kağızları, tampon istifadəsi, gündəlik bezlər, hovuzlarda istifadə edilən dərmanlar yer ala bilər. Bunların allergik zəminlə təmasıyla birlikdə göbələk infeksiyası yarana bilər.
Metabolik xəstəliklər: Xüsusilə tiroit (qalxanabənzər vəz) pozğunluğu, köklük, davamlı vagina ağzı iltihabı kimi problemlər, göbələklər üçün uyğun mühit hazırlayar.
Müalicə
Vaginada yaranan axıntının səbəbinə görə müalicə tətbiq olunmaqdadır. Müalicə əsnasında oral yoldan, ya da vaginaya sürtülə bilən lokal krem, gel kimi dərmanlar istifadə edilməkdədir. Göbələklər səbəbiylə yaranan infeksiyalar dərman istifadəsiylə müalicə edilə bilər. Bu müalicə tətbiq olunarkən, cinsi əlaqədən qaçınılması münasib olar. Müalicəni yarımçıq buraxmadan tamamlamaq çox əhəmiyyətlidir.

Redaktor: Sadəcə MƏN