Sağlamlıq / Sağlam ol!

Yay gəldi, mətbəxlər şənləndi..

Aytekin82 | 10-07-2014, 10:29
3 232 27

Yay aylarının gəlməsiylə təzə meyvə və tərəvəzlər də mətbəximizə girməyə başladı.
 Azadqadın.az  bu tərəvəzlərin  faydaları və qəbul edilmə formaları haqqında nələr söyləyir?

Balqabaq



Prostat xərçənginə qarşı qoruyucu xüsusiyyəti olan balqabaq, eyni zamanda yaxşı bir antioksidan qaynağıdır. Ürək xəstəlikləri və xərçəng növləriylə mübarizə etməklə yanaşı   qəbizlik probleminin həll edilməsinə və bədəndə səhv qidalanmadan yaranan fəsadların yox edilməsinə də faydası var. 100 qramı yalnız 22 kalori ehtiva edən bu tərəvəz, zəifləmək istəyənlərin süfrəsində mütləq iştirak etməlidir.

Enginar


Kalium, bol miqdarda C vitamini, folat, maqnezium və liflərlə   zəngin olan enginarın kalorisi də olduqca aşağıdır. Bir böyük enginarın kalorisi 25 kalori ətrafındadır. Pis xolestrolu azaldan, iltihabl bağırsaq sindromunun müalicəsinə köməkçi olan, həzmsizlik və diyabet problemlərinin aradan qaldırılmasında köməkçi rol oynayan enginarın, içindəki enilin formasındakı karbonhidratdan faydalana bilmək üçün təzə olması tək şərtdir.

Kartof


Xüsusilə C vitamini ilə  zəngin olan kartof, gündə 1 orta boy istehlak edildiyində gündəlik C vitamini ehtiyacının yüzdə 30-unu qarşılaya bilir. Həzmi asanlaşdırıb mədə qazlarını aradan qaldıran kartofun faydası olduqca çoxdur. Ürək-damar xəstəliklərinə və təzyiqə qarşı təsirli olması, troidi təşkil edib dərini gözəlləşdirmədə təsirli rol oynaması, cinsi gücü artırması, qəbizliyə və kolon xərçənginə qarşı qoruyucu olması və immunitet sistemini gücləndirməsi onun qiymətli cəhətidir. Araşdırmalarda kartofun çiy olaraq istehlak edilməsinin bişirilməsinə nisbətən daha faydalı olduğu deyilir. Şəkər xəstələrinin və ya insilin müqaviməti olan kəslərin diqqətli istehlak etməsi lazımdır. İstehlak edərkən yadda  saxlanılması lazım olan bir başqa nöqtə də qida elementlərinin qabığının altında olduğu üçün qabığı ilə bişirilməsi (qızartmadan başqa) lazım olduğudur.

Limon


Evlərimizdən əskik olmayan limonun, özünü tərifləməkdən xoşlanmayan bir dahi kimi. C vitamini tərkibi  ilə antioksidan təsir göstərən kolon, prostat, sinə, ağciyər və pankreas xərçəngi olmaq üzrə 12 xərçəng növünə qarşı qoruyucu təsiri vardır.  Limonun qabığı da ayrı bir şəfa qaynağıdır. Dəri xərçəngi riskini azaltmaq üçün limon qabığının gündəlik bəslənmə proqramında olmasıı əhəmiyyətlidir. Xüsusilə stressli bir həyatı olan, spirt və ya siqaret istifadə edən şəxslərin çaylarının və yeməklərinin içərisinə limon qabığı əlavə etməsi lazımlıdır.

Yaşıl bibər


Yaşıl bibərin içərisində bol miqdarda C vitamini, beta karoten, A, P, K, B1, B2 və E vitamini mövcuddur. A, E və C vitaminləri ehtiva etdiyi üçün antioksidan xüsusiyyəti, yaşlanmağı gecikdirici, infeksiyalara qarşı qoruyucu təsir yaradır. İmmunitet sistemini gücləndirməsi, xərçəngə qarşı qoruyucu olması, qəbizliyə qarşı təsirli olması, kilo verməyə köməkçi olması və göz sağlamlığını qoruması da digər faydaları arasındadır. Yeməklərinizdə bibər sousu da istifadə etməniz sağlamlıq baxımından faydalıdır. Ayrıca salatlara və yeməklərin içərisinə mütləq 1-2 acı  bibər doğrayaraq yemək və salatın vitamin və lif dəyərini artıra bilərsiniz. Səhər naharında çiy olaraq istehlak etmək də vərdiş halına gətirilə bilər.

Çiyələk


1 boşqab çiyələk ilə 1 boşqab portağaldakı C vitaminini əvəz edir.  Ehtiva etdiyi kalium mineralı sayəsində təzyiq salıcı təsiri də olan çiyələk, 100 qramında təxminən 37 Kcal saxlayar və dolayısilə zəifləmə diyetlərində də rahatlıqla istifadə edilə bilər.Canlı, qırmızı rəngdə və təzə  çiyələk alınmalıdır. Aldıqdan  sonra çox yaxşı bir şəkildə yuyub qısa müddətdə istifadə etmək, sizə maksimum faydanı təmin edəcək.

Şaftalı


Yaxşı bir karbonhidrat qaynağı olan şaftalı, lifdən, A vitamini və kalium mineralından zəngindir. Həzm asanlığı təmin etdiyi kimi istilərdə tər ilə atılan kaliumun qarşısının alınmasına köməkçi olar. Sidik ifrazını  artırdığı üçün qanın təmizləməsini təmin edər. Lif tərkibi   ilə qəbizlikdən qoruyar. Böyrək və həzm sistemi iltihablanmalarında rahatlıqla istehlak edilə bilər. A vitamini qabaqcılı olan beta-karotenlə zəngin olması səbəbi ilə antioksidan xüsusiyyət göstərər. Ayrıca dəri və ürək sağlamlığınız üçün də əhəmiyyətlidir. Şaftalı ayrıca kompot, cem və meyvə şirəsi olaraq da istehlak edilər. Bağırsaq hərəkətlərini sürətləndirər. Şaftalı soyulub püre halına gətirildikdən sonra üzə maska edilsə xüsusilə quru cildləyərə yaxşı gəlir.

Banan


Kalium qaynağı olması xüsusiyyəti ilə əzələ qıcolmalarına və əzələ gücsüzlüyünə çox yaxşı gələn bananın ən əhəmiyyətli xüsusiyyəti mədəni tox tutmasıdır. Digər faydaları isə belə sıralana bilər: mədə xəstəliklərində rahatlaşdırıcı təsiri, B vitamini ehtiva etdiyi üçün antidepresan xüsusiyyəti  və xoşbəxtlik qaynağı olması, aybaşı  sancısını azaltması, sümük ağrılarına yaxşı gəlməsi, həzm problemlərinin həllı və xərçəngə qarşı qoruyucu xüsusiyyət daşıması bunların başında gəlir. Banan istehlak edərkən isə yetkinləşmiş olmasına diqqət göstərmək lazımdır. Yetkin bananın ucu əsmər, rəngi tünd sarı və yüngül yumşaq olur.  Qazla saraltılan bananlar sağlam deyil. Özbaşına yetkinləşməmiş banan mədə turşusunu artırar və qəbizliyə səbəb olar.

Qarpız


Yaz mövsümünün imtina edilməz meyvələrindən biri olan qarpızda A, B və C vitamini ilə kalium, kalsium və dəmir mineralı vardır.  
93 %-i sudan ibarət olan qarpızın  böyrək və sidik kisəsi  qumlarını tökməyə, qanı təmizləməyə, həzmi asanlaşdırmağa və bağırsaqları işlətməyə köməkçi olması onun ən faydalı cəhətidir. Yağ və xolesterolu olmayan  qarpız üçün bir tək diqqət yetirilməsi lazım olan cəhət, istehlak miqdarı və sıxlığıdır. Bir dəfəyə   həddindən artıq miqdarda qəbul edilmədikdə   hər hansı bir çətinlik yaratmayacağı deyilə bilər.

Albalı


Albalı urat  turşu və ürat duzlarının bədəndən atılmasını təmin etdiyi üçün artrit (revmatizm), qurt xəstəliyi, oynaq əhənglənməsi və damar sərtliyinin müalicəsində də təsirli olur. Ayrıca böyrəklərdə  daş və qum  əmələ gəlməsini önləməyə, mövcud olanların və öd kisəsi daşının da tökülməsinə köməkçi olur. Tərkibindəki "beta karoten" toxuma və orqan quruluşunda və xərçəngin önlənməsində əhəmiyyətli bir rol oynayır.

Kivi


C, E, B2 və A vitaminləri ilə mis və fosfor ehtiva edən kivi, eyni zamanda qəbizliyi önləyir, qanı duruldaraq ürək və damar xəstəliklərinə yaxşı gəlir. Nəfəs açıcı  və öskürək kəsici təsiriylə bilinən kivi, qanı duruldur, iqtidarsızlığa yaxşı gəlir  və prostat, ağciyər və kolon xərçənginə yaxşı gəlir. Xolesterol salıcı, qəbizlik aradan qaldırıcı, depressiya önləyici, stress azaldıcı, bədən şəkərinə təsir edici, görmə gücünü yaxşılaşdırıcı, immunitet sistemini qüvvətləndirici, uşaqlarda sümük və beyin inkişafını artırıcı xüsusiyyətləri olan kividən faydalana bilmək üçün gündə bir dənə yemək kifayətdir.

dılay | 8 noyabr 2015 18:12 | Status: Brilliant user | Şərh: 8 183
AllahIn verdiyi butun nemetlere wukr olsun
SABINA | 14 fevral 2015 18:30 | Status: Professional user | Şərh: 7 410
enginar nedi bilmirem hec
nurlana nurlana | 12 fevral 2015 14:07 | Status: Gümüş user | Şərh: 1 950
Orda boranınada naska hamsını yeyirem

Enginarıda cıxmaq seri ile
my life is music | 24 yanvar 2015 21:03 | Status: Gümüş user | Şərh: 736
ciyeleyi banani kivini coxsevirem
Miraj | 4 noyabr 2014 14:52 | Status: Professional user | Şərh: 2 625
YAYAİ SEVİREM
ada.. | 14 oktyabr 2014 19:50 | Status: Qonaq | Şərh: 0
Sitat: Aida.
Qarpizi cox yeyirem
SEVDA | 11 iyul 2014 15:13 | Status: Nəzarətçi | Şərh: 17 439
meyvelerden bol-bol istifade edirem,qıwa vitamin topluyuram...
Zulya | 11 iyul 2014 13:20 | Status: Gümüş user | Şərh: 1 640
Qarpizi cox yeyirem
Meryem_Duyqu | 11 iyul 2014 12:07 | Status: Yazar | Şərh: 4 130
Sitat: Ayan92
Ənginardan başqa bütün meyvə və tərəvəzlərdən gün ərzində istifadə edirəm.
Qanad | 11 iyul 2014 08:24 | Status: Yazar | Şərh: 4 357
Pul qablarimizda hemiwe dolu olsun.Od tutub yanan bazarlardan istediyimiz meyvelerden alib doya doya yeyek. 0100
Ayan92 | 10 iyul 2014 23:18 | Status: Professional user | Şərh: 3 056
Ənginardan başqa bütün meyvə və tərəvəzlərdən gün ərzində istifadə edirəm.
Təşəkkürlər.
Lumia | 10 iyul 2014 17:15 | Status: Professional user | Şərh: 5 378
Sitat: nurane55
Ənginarın adını eşitmişəm,amma burda nə görmüşəm,nə də yemişəm.

Canim enginar turkcedir,bizim dilde artişok deyirler.Eger Bakida yasayirsansa teze bazarda var.Men gormusem.
sweet_girl | 10 iyul 2014 17:13 | Status: Şərhçi | Şərh: 585
LAZIMLI XEBERDI.
NURLU | 10 iyul 2014 16:46 | Status: Professional user | Şərh: 5 552
Evlərimizdən əskik olmayan limonun, özünü tərifləməkdən xoşlanmayan bir dahi kimi.

cumle tam deyil,ele bil
twkler
FLOVERandGİRL | 10 iyul 2014 15:58 | Status: Professional user | Şərh: 3 251
Sitat: N....N92
faydali xeberdi twkler...
N....N92 | 10 iyul 2014 15:52 | Status: Professional user | Şərh: 4 351
faydali xeberdi twkler...
Gülçin | 10 iyul 2014 15:51 | Status: Brilliant user | Şərh: 6 780
Faydalı xəbərdir, təşəkkürlər Aytəkin.
dream reality | 10 iyul 2014 15:48 | Status: Professional user | Şərh: 1 449
Sitat: nurane55
Ənginarın adını eşitmişəm,amma burda nə görmüşəm,nə də yemişəm.
nurane55 | 10 iyul 2014 14:37 | Status: Professional user | Şərh: 1 849
Ənginarın adını eşitmişəm,amma burda nə görmüşəm,nə də yemişəm.
birdane | 10 iyul 2014 13:02 | Status: Professional user | Şərh: 3 726
Sitat: Girl
tesekkur melumata gore
Ay_Sun | 10 iyul 2014 12:28 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Girl
tesekkur melumata gore
Girl | 10 iyul 2014 12:16 | Status: Professional user | Şərh: 8 206
tesekkur melumata gore
ŞokaLaTovA PeÇeNyA. | 10 iyul 2014 11:52 | Status: Gümüş user | Şərh: 2 059
beh behhh hamisini xosluyurammm
ehtibar | 10 iyul 2014 11:26 | Status: Gümüş user | Şərh: 2 547
hemiwe azeri metbexleri bol olsun amin
My life | 10 iyul 2014 11:08 | Status: Qonaq | Şərh: 0
Limon birdə çiyələk də daxil olmaqla çiyələkdən aşağıdakıları çox sevirem.
MELEK_ | 10 iyul 2014 10:56 | Status: Professional user | Şərh: 3 949
albali ve limon tam mene gore 0100
Mehri-Ban | 10 iyul 2014 10:39 | Status: Professional user | Şərh: 1 329
enginari turk yemek verlisinde cox gormusem,ama hec yememisem,deyirler cox xeyirlidir.xebere gore tesekkur edirem