Təbii detoks üsulları
Təbii detoks üsulları...
Özünüzü halsız, yorğun və əldən düşmüş hiss edirsiniz? Bütün bu əlamətlər bədəninizdə toksinlərin yəni, zəhərli tullantıların olduğunu göstərir. Günümüzün həyat şərtləri, ətraf çirkliliyi, dərmanlı qidalar, stress kimi bir çox faktorlar hüceyrə, toxuma və orqanlarınızı paslandırıp müxtəlif xəstəliklərə səbəb olur.
Bütün bunlar təmizlənməyə, yumşalmağa qısacası, detokslanmağa ehtiyacınız olduğu mənasını verir. Bədənimiz toksinləri dörd üsulla xaric edir: bu yollar qaraciyərdən öd kisəsi yoluyla, bağırsaqlar, sidik yolu ilə və dərimizlə. Orqanizmimizin toksinləri təmizləməkdə istifadə etdiyi ən əhəmiyyətli yollardan biri qaraciyərdir.
Qaraciyər yoluyla atılan toksik maddələr öd vasitəsilə xaric edilir.
Detoks edən maddələr istifadə edərkən zəhərli maddələr, öd vasitəsilə bağırsaqlara bol miqdarda tökülər və bədənimiz təmizlənər. Bədəninizə detoks tətbiqi üçün, onu daxildən xaricə təmizləmənin çox yolu vardır, sizə deyəcəyimiz "Təbii Detoks üsulları" ilə qaraciyəriniz, daxili orqanlarınız təmizlənməyə başlayacaq və sağlam bir bədənə qovuşacaqsınız.
Limonlu isti su için.
Limon, əslində turşu olsa da bədənin tarazlığını, sağlamlığını qoruyan qələvi bir qidadır.
Limon, bədənimizin təməl orqanlarından olan qaraciyəri toksinlərdən təmizləyir, nizamlı bir şəkildə işləməsini təmin edir.
Təzə sıxılmış isti (həddindən artıq isti deyil) limon suyunu içərək günə başlamaq bədəninizə edəcəyiniz ən böyük yaxşılıqlardandır.
Səhər yeməyində mütləq yaşıl tərəvəzlər olsun.
Yaşıl ərzaqlardan ibarət olan bir pay, qələvi səviyyəmizi tarazlayar, bədənimizdə yığılmış olan zəhərləri təmizləyər.
Gündəlik pəhriz siyahınız mümkün qədər tərəvəz və meyvələrdən ibarət olsun.
Meyvə və tərəvəzlərin bədənimizə nə qədər mineral və vitamin qazandırdığını, hər gün yeyilməsi lazım olduğunu bilən insanlar təssüf ki, azdır.
Sağlam bir həyat üçün ispanaq, kələm, pazı, pomidor, xiyar, ağılınıza nə tərəvəz gəlirsə səhər yeməyinizdə qəbul edin.
Aç qarnına meyvə yeyin.
Meyvələrin 20-30 dəqiqə kimi qısa müddətdə qana qarışdığını, bu qədər qısa müddətdə bədənimizə faydalı hala gəldiyini bilirdinizmi?
Meyvələr, çox sağlam qidalardır, həzmi də asandır, aç qarnına qəbul edildiyində, bədəninizə detoks təsiri edərək sizə çoxlu enerji verir.
Maksimum fayda üçün meyvələri ac ikən, yeməkdən yarım saat əvvəl yeməlisiniz.
Lifli qidalarla qidalanın.
Yaxşı bir həzm sistemi, detoks proqramının ən əhəmiyyətli hissəsidir.
Taxıllar, meyvələr, tərəvəzlər, paxlalılar kimi bol lifli ərzaqlarla qidalanmaq məsləhətdir.
Bu qidalara gündəlik rasionunuzda tez-tez yer vermək, köp, qəbizlik, mədədə qaz yaranması kimi həzm problemlərindən da sizi qoruyacaqdır.
Bitki mənşəli çay için.
Bitki mənşəli çay içmək təbii detoks üsullarından biridir. Bitki çayları, xüsusilə biz qadınların vazkeçilməzlərindəndir.
Zəncəfil, darçın, razyana, nanə, kəklik, gicitkən və bitkilər bədəndən toksinlərin atılmasında böyük rol oynayarlar.
Bu çaylar qaraciyərinizin, dalağınızın və digər daxili orqanlarınızın təmizlənib, sağlam bir şəkildə funksiyalarına davam etmələrini təmin edər.
Gündə 2 litr su için.
Su içmək, detoks üçün çox vacib bir ünsürdür.
Həkimlər və sağlamlıq mütəxəssisləri, gündə orta hesabla 8 stəkan su içməyi tövsiyyə edirlər.
Lakin məşq edib tərləyərək davamlı su itirirsinizsə, daha çox su içməlisiniz.
Orqanlarımızın funksiyalarını daha asan yerinə gətirə bilməsi, sağlam hüceyrələrin davamlılığı üçün gündə orta hesabla 2 litr su için.
Özümüz öz sağlamlığımızın qeydinə qalaq...
Redaktə etdi: Sadəcə MƏN