Sağlamlıq / Sağlam ol!

Siz depresiyadasınız?

LoVe_FoReVeR | 19-07-2011, 15:00
4 009 72

 

Depressiya əlamətləri

 

 

Elə psixoloji problemlər var ki, onlar haqqında hamımızın bilməyi vacibdir. Deyərdim ki, depressiya da haqqında bilməyimiz vacib olan ən əsas problemlər sırasındadı. Çünki ətrafımıza diqqətlə baxsaq hansısa ailə üzvümüzün və yaxud hansısa dostumuzun depressiyada olduğunun fərqinə vara bilərik. Bu səbəbdən sizə depresiya haqqında məlumat verməyə çalışacam.

 

Aşağıdakı əlamətlərin bəziləri hansısa şəxsdə varsa bu onun depressiyada olduğunu göstərir.


1-özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması


2- qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu


3- daha əvvəl zövq alınan iş və fəaliyyətlədən, hətta cinsi əlaqədən belə zövq ala bilməmək


4- işdə, məktəbdə, ailə və dostları ilə əsasız yerə problemlərinin olduğunu düşünmək


5- digər insanlardan uzaqlaşma və tək qalma istəyinin olması və özünə qapanmaq


6- enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə


7- yuxu pozğunluğu


8- iştahsızlıq və yaxud əksinə çox yemək


9- səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək


10- son zamanlarda çox spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanları istifadə etmə ehtiyacı hiss etmək


11- özünə zərər vermə, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək


12- gələcəyə ümidsizlik


13-işdən əli üzülmək və heç bir iş görə bilməməkamətləndirilməlidilər.


Depressiya bəzən səbəb olmadan birdən meydana çıxır. Bəzən isə stresli bir həyat hadisəsindən sonra başlayır. Bir dafə başlayıb çox uzun müddətdə çəkə bilər (hətda bir ömür boyu) ya da qısa müddətli və tez-tez təkrarlanan ola bilər. Depressiya şiddətləndikdə xəstələr heç bir işlə məşğul ola bilmir və yaxud nə isə etməyə çalışsalar belə özlərini bədbəxt hiss edirlər.


Depressiyada olduğunuzu bilmək üçün bu ifadə olunan əlamətlərin hamısının eyni anda sizdə olması lazım deyil. Bu şikayətlərin bir neçəsi sizdə varsa həkimə müraciət etməyiniz məsləhətdir. Ən çox müşahidə olunan əlamətlərdən biri yuxu və iştah pozğunluğudur. Yuxu pozğunluğu bir xəstəlik deyil başqa xəstəliklərərin olduğunu göstərən bir əlamətdir. Səbəbinin mütləq araşdırılması lazımdır. Səbəbi ya fiziki ya da psixoloji xəstəliklərdən biri ola bilər. Psixi xəstəliklərin çoxunda görülə bilər. Depressiyadan əziyyət çəkən xəstələr yuxu pozğunluğundan şikayətl edirlər. Başqa sözlə belə bir şikayətiniz varsa və uzun müddətdir davam edirsə, ətrafınızdakı insanların təklif etdiyi dərmanları və ya öz başına aldığınız yuxu dərmanını istifadə etmək yerinə bir ekspertə müraciət edərək əsas səbəbi araşdırmağınız məsləhətdir. Əgər bu sadanılan əlamətlər eyni anda kimdəsə varsa deməli həmin şəxs çox ağır depresiyadadır. Depressiya ciddi bir xəstəlikdir. Bundan müalicə olunmaq üçün ciddi tədbirlər tökülməsə zamanla düzəlməyə bilər. Hətta ümumiyyətlə uzun müddət davam edib, daha da ağırlaşa bilər. Ağır depressiyalar zamanı isə xəstənin intihara cəhd etmə ehtimalı olduqca yüksəkdir. ABŞ-da depressiya xəstələrinin 2/3 müxtəlif səbəblərdən müalicə olunmurlar. Əminəm ki, bizim ölkədə də bir çoxları bu xəstəlikdən əziyyət çəkdikləri halda müalicə olunmurlar. Psixiatra müraciət etməmə səbəblərindən bəziləri bunlardır:


* xəstə olduğunu bilmir
* xəstə ətrafındakı insanlar tərəfindən zəif olduqğu səbəbi ilə günahlandırılır
* xəstə depresiya səbəbindən özünə qapandığından kömək istəyəcək enerjini özlərində tapa bilmir
* bazən də səhv diaqnoz qoyulur və müalicə səhv aparılırOnu da qeyd edim ki, depressiya xəstələrinin hətta «kömək istəmək üçün» belə köməyə ehtiyacı olur. Depressiyanın xüsusiyyətlərinə əsasən xəstələr ümumiyyətlə özbaşına kömək istəmirlər.

Bu səbəbdən də depressiyası olan xəstələr ailələri, dostları və ya digər həkimləri tərəfindən psixiatra istiqamətləndirilməlidilər. Əgər yaxınınız intihar barədə danışırsa təcili olaraq psixiatra müraciət etmək lazımdır. El arasında belə bir fikir var ki, özünü öldürəcəyini ifadə edən şəxslər heç də özlərinə qəsd etmirlər. Ancaq edilən araşdırmalar bunun əksini göstərir. Əgər sizə yaxın olan insanlardan belə sözlər eşidirsizsə, ən qısa zamanda bir ekspertə müraciət etməsinə kömək etsəz yaxşı olar. Unutmayın ki, depressiyaya hər kəs düşə bilər, hətta kənardan çox güclü görünən və belə xəstəliyə düşmək üçün heç bir ciddi səbəbi olmayan biri belə. Bu xəstəlikdən sağalmaq isə hər kəsin öz əlindədir.

 

Aynur Qurbanqızının bu mövzuya fikirləri:

 

9-10 istisna demək olar ki, bütün əlamətlər hazırda məndə var. Amma həkimə getməyi düşünmürəm. 1 dəfə psixoloqda olmuşam. Nənəmin verdiyi məsləhətləri verdi və çıxıb evə gəldim. Psixoloq hamısı boş... Mənim psixoloqum aforizm.az və ağıllı kəlamlar, T.İsayevin "siz məsləhətim" və s. Özümü pis hiss edəndə onları oxuyuram, düzdür deyə bilmərəm nə dərəcədə təsiri olur, amma sadəcə ən azından ele heyy oxuyuram... Əvvəllər bu kimi hallarda ağılli, dünyagörüşlü sandığım insanlara ürəyimi boşaldır, mənə məsləhət vermələrini istəyirdim. Amma indi onu da etmirəm. Çünki, hər kəsin öz işi-gücü, istəmirəm vaxtlarını alım, heç kəsə əziyyət vermək, yük olmaq istəmirəm... Təkbaşına bu çətinliyi aşmaq istəyirəm... Amma bu çox çətindir. Ağlıma bəzən elə şeylər gəlir ki, kimsənin bu fikirləri məndən uzaqlaşdırmasına bəzən çox ehtiyacım olur. Son günlər isə beynimdə əcayib bir sual fırlanır, görəsən doğrudan Allah, o dunya var... Eyni zamanda dilimdə bu dua durmadan təkrarlanır "Ya Rəbbim, məni hidayət et, nəsə et və bu fikirləri ağlımdan çıxart, lütfən...". Yaqin bu da depressiya əlamətlərindən...
 


Bəz, sizdə depresiyanın bu əlamətlərindən hansı var? Bu vəziyyətdə olanda nə edirsiz? Yaxud depresiyada olan biri ilə qarşılaşdıqda ona necə köməklik edirsiz?


Yagis_Negmesi | 2 dekabr 2015 00:11 | Status: Gümüş user | Şərh: 1 614
ALLAH her birimize komek olsun olur bele weyler rada
Meryem_Duyqu | 19 mart 2014 11:40 | Status: Yazar | Şərh: 4 130
Allah hamının yardımçısı olsun.
Girl | 18 mart 2014 23:22 | Status: Professional user | Şərh: 8 206
Deepresyondayıııııım unutulduuuuuuuuuuuuuuuuuuum aldatııııııııııııııııldıııııııııııııııııııııım :D axaxax :D
Nigar | 12 fevral 2014 15:20 | Status: Gümüş user | Şərh: 6 063
tewekkurler xebere gore
TATLI GUZEL | 26 iyul 2012 18:44 | Status: Professional user | Şərh: 5 781
Heleki dusmemisem.
tesekkurler
G-----16 | 24 iyul 2012 13:06 | Status: Gümüş user | Şərh: 2 227
Depresyona dusmusem amma tez cixmisam :n28: