Sağlamlıq / Sağlam ol!

Kökəlməyə səbəb olan xəstəliklər

Aytekin82 | 24-06-2014, 22:00
21 276 20

 
Kökəlmənizə səbəb bəlkə də fərqində olmadığınız bir xəstəliyinizdir.

1- Yumurtalıqların polikistozu:
 Əsmər bədənli və tünd rəng saçlı  qadınlarda daha sıx görünən yumurtalıq kistaları, eyni zamanda kilo problemlərini də özü ilə gətirir. Alma tipi piylənməyə səbəb olan yumurtalıq kistaları nəticəsində xüsusilə bel və qarın nahiyəsində piylənmə gedir.Yəni bel-omba nisbətindəki artım, pozulmuş şəkər və insulin tarazlığının da pozulmasına işarədir. Odur ki,  yumurtalıqların polikistoz əlaməti olan  qadınlar ən çox kilo verməkdə çətinlik çəkirlər.
 Kista problemi yaşayan xanımların xüsusilə karbonhidratdan uzaq durmaları lazımdır. Bədəndə şəkərə çevrilən karbonhidratları azaldıb zülal miqdarını artıraraq, üstəlik də   nizamlı  idman məşqləri  edilsə möcüzəvi nəticə ala bilərlər.

 2- Qalxanabənzər vəzinin funksiya pozğunluqlarında:
 Qalxanabənzər vəzinin qeyri-kafi hormon çıxarması demək olan hipotiroiddə köklüyün ən əhəmiyyətli səbəblərindən biridir. İstiyə dözə bilmir, əllərinizdə əsmə varsa, duyğularınızda ciddi dəyişikliklər fərq edir, özünüzü narahat hiss edirsinizsə, heç bir şeyə konsentrə ola bilmirsinizsə, saçlarınız tökülürsə, qəbizlik problemi yaşayır və kilo alırsınızsa bu qalxanabənzər vəzinin funksiya pozğunluğu ola bilər. Kilo problemi olan hər 4 adamdan birində gizli tiroit çatışmazlığı var! 
Əgər aldığınız  kilolarınızın səbəbi tiroit çatmazlığı, yəni maddələr mübadiləsinin pozulması isə internetdən olan diyet siyahılarıyla kilo vermək çox çətin deməkdir. Bu cür şikayətləriniz varsa mütləq tiroit hormonlarınıza baxdırmalı, kilo vermə qərarı verdikdən sonra heç olmasa bu ehtimalı seçməlisiniz.

 3- İnsilin müqaviməti, diabet: 
Qarın  və bel ətrafında piylənməniz çox isə diabet riskiniz də o qədər yüksək deməkdir. Tip 2 diabet ilə piylənmə  arasında çox yaxın bir əlaqə var və diabetlilərin yüzdə 80-ni kökdür. Köklük isə insilin müqavimətinə, insilin müqaviməti də diabete səbəb olur. 
Əgər köksünüzsə, qan şəkərini idarə altına almanız get-gedə çətinləşəcək və  diabet müalicəsi etmədən öz özünüzə kilo verməniz haradasa qeyri-mümkün olacaq. 
Ağızınız quruyur , çox sıx susayırsınızsa, İştahınız çoxdursa, çox acırsınızsa, tez-tez tualetə çıxırsınızsa, ayaqlarınızda yanma, uyuşma və qarışqalanma varsa diabet ola bilərsiniz. Diyabet hiyləgər və təhlükəli bir xəstəlikdir. İdarə altında tutulmayan diyabet, böyrəklərə, ürəyə, damarlara, sinir sisteminə və ayaqlara çox böyük zərərlər verər. Tip 2 diabetdən qaçınmanın ən yaxşı və ən asan yolu kilonu idarə altında tutmaqdır 
Araşdırmalara gorə anada diyabet varsa, özündə də olma riski 20 %,  atada diabet varsa, özündə olma riski 20 %, hər ikisində də diyabet varsa özündə olma riski 40 % - dir. Amma normal kiloda qalmağı bacarsa diabete tutulma riski sıfırdır.

4- D vitamini əskikliyi: 
Günəş şüalarının bizə hədiyyəsi olan D vitaminindən məhrum qaldığımızda yalnız sümüklərimizdə zəifləmə və ağrı hiss etmir, eyni zamanda nə qədər məşğul olsaq məşğul olaq aldığımız kilolaları da heç cür verə bilmirik. D vitamini azlığı, hormon səviyyələrini dəyişdirərək insulin müqavimətini artırır və diabet riskini yüksəldir. Əridikləri mühitə gore ikiyə ayrılan vitaminlərdən C vitamini suda əriyən bir vitaminkən, D vitamini günəş şüalarıyla sintez edilər və yağda əriyər. Buna görə yaz qış hər gün qolları dirsəklərə qədər çirməyib iç tərəflərini və üzünüzü günəş vannası qəbul etdirməniz gərəkdir, həm də bunu şüşənin arxasından deyil, doğrudan gün işığına çıxaraq  etmək lazımdır.

 5- Yuxu apnesi (Yuxuda nəfəs çatızmazlığı)
 Ailəniz sizə hər gecə xorultu  gördüyünüzü, hətta yatarkən nəfəsinizin dayandığını söyləyirsə, səhərlər yorğun və döyülmüş kimi qalxırsınızsa, pijamanızın xüsusilə boyun-peysər-sinə hissəsi nəm olursa, gündüzləri hər fürsətdə mürgüləyirsinizsə, səhərlər baş ağrısı hiss edirsinizsə yuxu apnesi xəstəsi ola bilərsiniz. Dərhal bir yuxu laborator testi etməli və yuxu keyfiyyətinizi ölçdürməlisiniz. Yuxu apneniz varsa ehtimalla kilo almağa meylli və ya kilolusunuz. Yüksək təzyiq və ürək xəstəlikləri risqiniz  vardır. İstirahət edə bilmədiyiniz üçün əsəbi və gərginsiniz.
 Nəfəs almaq demək oksigen deməkdir, oksigen demək həyat deməkdir. Əgər yuxunuzda kafi səviyyədə nəfəs ala  bilməsəniz hüceyrələrinizə kifayət qədər oksigen apara bilməzsiniz. Bu da kökəlmənizə və kilo verə bilməmənizə səbəb olar. 

 6- Böyrəküstü vəzilərin çox çalışması:
 Tez-tez peysərdən başlayan baş ağrılarınız olursa, boyun bölgəsində qalınlaşma və piylənmə olursa, üzünüz yupyumru və sızanaqlı bir hala gəldisə, xüsusilə bel ətrafında piylənmə və bənövşə rəngli xəttlər və çatlaqlar meydana gəlirsə  bu  artıq böyrəküstü vəzilərinizə nəzarət  etməniz lazımdır. Böyrək üstü vəzləri  stress hormonunun yüksəkliyi ilə xarakterizə olunan  bir xəstəlikdir. Çox sıx görülməsə də kilonun əhəmiyyətli səbəblərindən biridir. 
Əgər yuxardaki şikayətləriniz  varsa  hökmən həkimə müraciət etməniz gərəkdir!
.


ESMERRi | 7 aprel 2016 00:17 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Meryem_Duyqu
Allah hər kəsə kömək olsun.Amin.
lady sweet | 9 aprel 2015 03:30 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: Meryem_Duyqu
Allah hər kəsə kömək olsun.Amin.
BULUTUM | 8 avqust 2014 08:55 | Status: Professional user | Şərh: 7 386
Topuwam ancaq wukurler olsun xeste deyilem.Allah min agac uzaq etsin hec kese agri aji gostermesin.Xestelerede wefa diliyirem.
dream reality | 9 iyul 2014 12:26 | Status: Professional user | Şərh: 1 449
Sitat: TENHA_MELEK
Sitat: Nailya
Allah qorusun hamını bütün xesteliklerden....

amin
Meryem_Duyqu | 28 iyun 2014 12:12 | Status: Yazar | Şərh: 4 130
Allah hər kəsə kömək olsun.Amin.
Aynur_Mezahirli | 27 iyun 2014 14:47 | Status: Qonaq | Şərh: 0
Bezileri mende var meselen ayaqlarda yanma, seher duranda sanki doyulmus veziyyetde durmaq amma mende sadece yorgun olanda bu kimi hallar olur ayri vaxti yox.
Melumatlandirdiginiz ucun , meslehet ucun tesekkurler Aytekin baci...
Lumia | 27 iyun 2014 11:09 | Status: Professional user | Şərh: 5 378
Sitat: gulcin777
Allah hamiya can saqliqi versin. Xebere gore tesekkur edirem, Aytekin.

Amin xala can,amin.
SABINA | 27 iyun 2014 09:37 | Status: Professional user | Şərh: 7 410
TESEKKURLER AYTEKİN XANİM
N....N92 | 25 iyun 2014 15:58 | Status: Professional user | Şərh: 4 351
Sitat: Nergiz love
Sitat: gulcin777
Allah hamiya can saqliqi versin. Xebere gore tesekkur edirem, Aytekin.
AMIN.
Nergiz love | 25 iyun 2014 11:45 | Status: Professional user | Şərh: 7 871
Sitat: gulcin777
Allah hamiya can saqliqi versin. Xebere gore tesekkur edirem, Aytekin.
Ay_Sun | 25 iyun 2014 11:05 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: Nailya
Allah qorusun hamını bütün xesteliklerden....
Aytekin82 | 25 iyun 2014 10:49 | Status: Brilliant user | Şərh: 6 586
Sitat: Qanad
Cox sag ol.Xebere gore.


Boyyy, Səbinə xanım xoş gəlmisisz....
Nə vaxtlardı görünmürdüz?
Mehri-Ban | 25 iyun 2014 10:40 | Status: Professional user | Şərh: 1 329
2- Qalxanabənzər vəzinin funksiya pozğunluqlarında:

yeni zob.mende var,ama sukur heleki kokelme vermiyib
Gulshen. | 25 iyun 2014 06:23 | Status: Qonaq | Şərh: 0
Bele problemim yoxdu .cox sukur
indra | 25 iyun 2014 00:53 | Status: VİP user | Şərh: 908
Şükürki özimdan raziyam
Qanad | 25 iyun 2014 00:20 | Status: Yazar | Şərh: 4 357
Cox sag ol.Xebere gore.
ŞehZam | 25 iyun 2014 00:19 | Status: Professional user | Şərh: 2 577
Çoxdu belə xəstələr.. Allah hər birinə kömək olsun inşAllah..
SEVDA | 24 iyun 2014 23:57 | Status: Nəzarətçi | Şərh: 17 437
Allah qorusun hamını bütün xesteliklerden....
Gülçin | 24 iyun 2014 23:42 | Status: Brilliant user | Şərh: 6 778
Allah hamiya can saqliqi versin. Xebere gore tesekkur edirem, Aytekin.
ehtibar | 24 iyun 2014 23:21 | Status: Gümüş user | Şərh: 2 547
metreni qirib at ki ne qeder kokelsen bilinmesin ???? Allah hec kese xestelik vermesin xeste bilir neleri cekirse