Sağlamlıq / Sağlam ol!

Asqırma səbəbləri

Alice | 2-03-2014, 16:00
17 798 40
Asqırma səbəbləri





İnsanlar asqırdıqdan sonra azərbaycanca "sağlam ol”, türkcə
"çok yaşa”, qədim Romalılar "salve” və ingilis dilində "God bless you”, yəni
"Allah səni qorusun” və ya
"Allahın xeyir-duası üstündə olsun” cümləsinə istinad edir. Böyük Afina taunu zamanı da
asqıranlara "Allah səni qorusun” deyilirdi,
ona görə o zamanlar asqırma tauna yoluxmanın ilkin
əlaməti kimi qiymətləndirilirdi.


Çünki bu öldürücü xəstəliyin yayılmasına asqırma şərait yaradırdı.
Bu ifadə sonradan Romaya, oradan da İngiltərəyə keçmişdir.




Bizə elə gəlir ki, asqırma (latınca sternutatio) sadə bir refleksdir.
Amma əslində asqırma zamanı bədənin bir çox hissələri çalışır.
Asqırma burun boşluğuna daxil olmuş yad cismin, elementlərin və qıcıqlandırıcıların
xaric olmasını təmin edən təbii refleksdir.
Yad cisim dedikdə toz, tozcuq, istiot, tüstü, bakteriya, viruslar və s.
başa düşülür. Bunlardan əlavə asqırma nəm mühitdə olduqda,
kəskin qoxular,
havanın kəskin dəyişməsi, xüsusilə soyuq hava və parlaq gün işığına
qarşı da yarana bilər.
Yad agentlər qıcıqlanma yaradır və bu qıcıqlanma
haqda informasiya beyinə ötürülür, beyin də
öz növbəsində aldığı məlumatları döş, qarın əzələlərinə, səs tellərinə, boyuna,
üzə və gözlərə ötürülür. Asqırma zamanı spontan ( bədahətən ) olaraq ağız və burun
boşluğundan hava xaric olur, nəticədə spesifik səs yaranır.
Xaric olan havanın təzyiqi 100 mm c. süt. , səs yarığı
səviyyəsində xaric olan havanın
sürəti 50-120 m/san, həcm sürəti isə 12 l/s-dir.

 
 



İslamda asqırmağın faydası

Asqırmaq, ümumiyyətlə bədənin rahatlaşmasına,
dincəlməsinə, bəzi mikrobların bu yolla uzaqlaşmasına və insanın
sağlam olmasına səbəb olur. Bu isə gözəllik və bir nemətdir.
Onun üçün asqırarkən Allaha həmd edilir. Hədisi-Şərifdə buyurulur ki, asqırıb
"Əlhəmdülillah” deyənə,
"Yerhamükəllah” demək xeyir və bərəkətlə dua etmək deməkdir.


Asqırmaq Allahdan, əsnəmək şeytandan.
– Tirmizi

Asqıran vaxt "Əlhəmdülillah” deyən 70 növ bəladan qorunur.
– İ. Nəccar

Dua edərkən asqırmaq, duanın qəbuluna işarədir.
– Tabərani

Danışarkən asqırmaq, ədalətli bir şahiddir.
– R. Muxtar

Səfeh doğulmuş uşaqlar asqıra bilmir.
– (Şotland məsəli)

Pərilər yeni doğulmuş uşaq üçün o asqırana qədər təhlükəlidir.
– (Şotland məsəli)

Əgər dənizçi gəminin yüklənməsi zamanı
sağ tərəf istiqamətində
asqırarsa səfər uğurlu keçəcək, yox sol tərəf üstə olarsa,
deməli tufan olacaq.

Əgər səhərdən axşama kimi asqırarsansa,
deməli
səni həftə sonu hədiyyə gözləyir.



 

İnanc və tarixçə


Talmud və İlyas Peyğəmbər

Müsəviliyin ən önəmli və təməl əsərlərindən biri olan
Talmudda bu mövzuya da yer verilmişdir. Əsərə görə biri
dua edərkən asqırmağı gəlirsə, bu Tanrının onu duyması və duasını
qəbul etdiyi mənasını daşıyır.
İncildə İlyas Peyğəmbər haqqında olan əfsanədə dindarın hələ
ölən bir uşağa ağız yoluyla süni tənəffüs verdiyi,
uşağın yeddi dəfə asqıraraq
həyat dönməsi və bu səbəblə asqırmağın yaşamaqda
rolu olması qeyd olunmuşdu.


Bir çox qəbilə burnu "ruha gedən yol” olaraq adlandırır
və asqırarkən ruhun bir hissəsinin bədəni tərk edəcəyinə
inanırdılar. Bunlardan əlavə 19-cu əsrdə yaşamış
İngilis həkimi Oliver Vendell Holmes doğum zamanı körpənin
asqırmasının xoşbəxt bir yaşamın olacağına dəlalət etdiyini bildirmişdir.

 

 


Asqırmaq rekordu haqda.

Dünyada çox uzun müddət asqıran şəxs İngiltərəli
12 yaşlı qız Donna Qriffits olub. O, 977 gün asqırıb
– 1981-ci il yanvardan 1983-cü il sentyabra qədər. İlk əvvəl
o, hər 1 dəqiqədən bir asqırırmış, uzun zaman keçdikdən
sonra asqırmalar arası fasilə 5 dəqiqə olub.

Maraqlı məlumatlar

Vaşinqton əczaçılıq fakültəsinin professoru Roberta Paqan,
asqırıq tutmasının irsi olmasını müəyyən etdi.
Yəni nəsillər boyu bəzi ailələrin üzvləri ard-arda üç dəfə,
başqa ailələrin üzvləri isə 8 dəfə asqırması genlərlə ötürülməsinə bir işarədir.



Hava burundan saatda 150 km sürətlə çıxır və 40 minə qədər
selik damlası xaric edir. Bu fizioloji reaksiya təxminən 90 trilyon
qan hüceyrəsinin qan içərisində bir axınla davam edən vəziyyətidir.
Alimlər qeyd edirlər ki, əgər havanın
100%-i insan bədənində olduğu təsirdə qalsaydı, bir insanı 4 metrə havaya
qaldıracaq qədər güclü olardı. İngilis alimləri insanların
dörddə birinin
günəş işığına məruz qalaraq asqırdığını müəyyən ediblər. Bir asqırmaq zamanı
85 milyon bakteriya ətrafa yayıla bilir.
Doğuş ərəfəsinə yaxın bəzən hamilə qadınlarda asqırmanın
çoxalması müşahidə edilir, bu da onların orqanizmində hormonal dəyişikliklərlə
əlaqədar olaraq burunun selikli qişasında yaranmış ödəm və şişkinliklə bağlıdır.
Qaşdakı tüklərin qopardılması və fiziki aktivlik də asqırma yaradır.



Biz asqırma zamanı gözlərimizi yumuruq.
Mütəxəssislərin bəziləri bildiriblər ki, bu reflektor
akt olduğuna görə gözlər də bu zaman qorunma məqsədilə reflektor olaraq bağlanır,
bəziləri isə bunu sadəcə asqırma refleksində göz əzələlərinin
iştirakı ilə əlaqələndirib. Bəzən gözlərə
toxunduqda da asqırma yarana bilər.
Belə müəyyən ediblər ki, parlaq işığın təsirindən yaranan asqırma irsi yolla ötürülür.
Asqırma zamanı hava 2-3 metr məsafəyə qədər yayıla bilər.
Bu zaman xaric olan bakteriyalar hava kütləsi
ilə 45 metr əraziyə qədər yayıla bilir.


Yuxuda asqırma baş vermir. Belə ki, bu refleksin
yaranması üçün impulslar baş beyinə ötürülməlidir,
lakin yuxuda impulslar baş beyinə ötürülmür.
Bir də ki, asqırma zamanı ürək dayanmır, sadəcə
ürək döyüntüləri və qan dövranı dəyişir.
Həkimlər bildirir ki, asqırma yaranarsa, onun qarşısını
almaq lazım deyil, bu üzün emfizeması, boğazda diskomfort
hallarına gətirib çıxara bilər, həmçinin insan
səhhətində ciddi fəsadlar da yaranar.

 



Bir az asqırmaq haqqında...

Asqırma belə yaranır:


Beynin müəyyən hissəsinin işində
kiçik zaman ərzində dayanma

Burun boşluğunda qıcıqlanma

Dərindən nəfəsalma və ağciyərlərin
hava ilə dolması

Yumşaq damağın yuxarı qalxması, damağın ön qövslərinin
yığılması, dilin sərt damağa doğru qalxması, gözlərin bağlanması

Qabırğaarası, diafraqma və qarnın düz
əzələlərinin, qırtlaq əzələlərinin yığılması

Döş qəfəsi daxilində və burun
boşluğunda təzyiqin artması

Burun-udlağın açılması
ilə havanın xaric olması





Asqırma aktı uzunsov beyin səviyyəsində
retikulyar formasiya tərəfindən tənzimlənir.
Orta burun balıqqulağı və burun arakəsməsinin selikli
qişasındakı mexano- və xemoreseptorlardan afferent
impulslar xəlbir sümüyündən sinir lifləri
vasitəsilə üçlü sinir qanqlionuna (Hasser düyünü),
oradan da tənəffüs mərkəzinə daxil olur. Buradan da
sinir impulsları efferent yolla - dil-udlaq, azan və dilaltı
sinir vasitəsilə işçi orqanlara daxil olur. Asqırma
zamanı üz əzələlərinin yığılması efferent yola üzü sinirinin
də daxil olması ilə əlaqədar olur. Bulbar iflic zamanı
asqırma refleksi pozulur.

İnsanların beşdə birində olan və səbəbi bilinməyən asqırıq


"Fotik asqırıq təsiri”adlı çox
təhlükəli olan və avtomobil
sürücülərində daha çox rast gəlinən bir asqırmaq
növü mövcuddur. Bir müddət tuneldə getdikdən sonra
çölə çıxarkən parlaq bir işığın gözə düşməsi zamanı
da asqırma baş verə bilir. İngilis filosofu
Frensis Bekon bu mövzu üstündə çox fikirləşmişdi.
1635-ci ildə işığın beyindəki mayenin çəkilməsinə
şərait yaratdığı, bunun nəticəsində də göz yaşlarının ağır
bir şəkildə axdığını və bütün bunların da asqırma
gücünü artırdığını yazmışdır.



İngilis alimi Gerald Leqq isə qısa bir zaman daha əsaslı
şəkildə elmə istinad edərək açıqlama vermişdir.
Qəflətən işığın yanmasından sonra göz bəbəkləri kiçilir, bunun nəticəsində
göz yaşı vəziləri göz yaşı mayesinin ifrazını artırır. Göz yaşı,
göz yaşı kanalıyla burun boşluğunun
yuxarı hissəsinə çatır. Burada burun içərisindəki
selikli toxumanı qıcıqlandırır və asqırma aktını
hərəkətə gətirir. Burnun selikli qişası soyuqdəymə
zamanı onsuz da həssas olduğu təqdirdə,
təkandan sonra daha çox meydana çıxır.


Hindistanlı tədqiqatçı N. Deşmux bu cür asqırmağı
elektrik hadisəsi ilə əlaqələndirir. Görmə siniri və
burun ilə əlaqəli olan üçlü sinir, beyində bir-birlərinə
o qədər yaxın yerləşirlər ki, qıcıqlanan zaman bir
sinirdən digərinə asanlıqla ötürülmə yarana bilir.




QEYD: Asqıran zaman bir çox insanlar burunlarını
tutaraq asqırır bu çox yalnış bir hərəkətdir... Bunu heç vaxt etməyin...
Ciddi problemlər yarana bilər sağlamlığınızda... 
 
 

 


 
 


wink HAMINIZ SAĞLAM OLUN...wink

dılay | 30 noyabr 2015 22:27 | Status: Brilliant user | Şərh: 8 183
Melumata gore twk
Alice | 4 mart 2014 17:50 | Status: Professional user | Şərh: 5 020
Sitat: ALLEGRETTO
Amma  sizə 1 söz  desəm inciməyin bu  xasiyyətlə  gələcək ailə  həyatınız  çətin olacaq .. istəməzdim olsun.. amma olacaq 

İnciməyə əsasım yoxdu... İnanın səmimiyyətimə bir çox məsələlərdə mən od yox məhz suyam... Niyə bu qənaətə gəldiyinizi  isə çox gözəl anladım... Amma məni tanıyanlar bilir  ki, necə mülayim və sülhpərvər biriyəm ...  Onu da deyim ki, hər güclü bəyin arxasında,  məhz ağıllı qadın durur... İnsanın xarakteri qarşısındakına bəzən  gül,  bəzən də tikan verir.... Siz deyəsən mənim sözlərimi tikan kimi qəbul etdiz... recourse
ALLEGRETTO | 4 mart 2014 16:35 | Status: Gümüş user | Şərh: 2 218
Sitat: Alice
Alice

Amma  sizə 1 söz  desəm inciməyin bu  xasiyyətlə  gələcək ailə  həyatınız  çətin olacaq .. istəməzdim olsun.. amma olacaq  smile
MELEK_ | 4 mart 2014 14:13 | Status: Professional user | Şərh: 3 949
asqirmaqdan danisma,qripin elametlerinden biri hemcinin
Alice | 4 mart 2014 13:50 | Status: Professional user | Şərh: 5 020
Sitat: ALLEGRETTO
xeyirdimi  Sizdən başqa  mənim şərhimə  cavab yazan yoxdu  inanmasaydız  yazmazdız .)) bəhanə  yazının müəllifi  olduğunuzu bəhanə  gətirməyin ..əyər  inanmısınızsa  lap yaxşı burda nə var ki  siz inandız  məndə  təkzib etdim ..inanıramki əyər  mən bu söhbətin uydurma  oldugunu deməsəydim ..siz tibbi  ekspertlər  həkimlər  tapacaydınız ..asqlrmağın bütün səbəblərini öyrənməyə çalışacaydınız  ..uydyrma oldugunu yazmaqla  sizi bu əziyyətdən qurtardım ..P.s  çooox  saf  insanızınzee  hər yazılana inanırsız ..amma saflığınıza  hörmət edirəm 

 
Xeyir olub olmadığını bilmirəm... Şükür Allaha heç bir işdə bəhanəm yoxdu... Nə var o doğruya-doğru... Müəllif olduğuma görə yooooox sadəcə mövzu ilə bağlı disput məhz bizim aramıza yarandı... 3 şəxsi göstərin məndə deyim...  O cavab yazardı...
Yəni bu mövzuya dair hər açıq mübarizəyə varam... 0111 Məhz buna görədə  cavabı mən yazdım... Siz Allah bunları həqiqət qəbul etmişdiz... Səhiyyənin sertifikatlı mütəxəssislərini filan söhbətini deyirəm ( zarafat idi sadəcə )... Səbəbləri bir -bir xəbərdə izah etmişəm onsuzda...
Minnətdaram məni çooox böyük əziyyətdən qurtardın... 
 Mövzuyla bağlı mübarizə meydanını görməyənlər, mübarizə aparmanın çətinliyini həmçinin gözəlliyini dadmayanlar , şəxsi maraqlarının mahiyyətini  qavramayanlar məsələnin nə olduğunu  anlamazlar.... Sadəcə şəxsi maraqlarının dalınca qaçarlar...  Saflığa qaldıqda isə, həyatda mənəvi saflğı olmayan insanın nə səmimiyyəti nə  saflığığı  nə də ədaləti ola bilməz...  Hörmətiniz  qarşılıqlıdı... Özümdən nə kiçiyə nə də böyüyə ümumiyyətlə heç kimə hörmətsizlik etmərəm əsla... Həyatı boyu, çünki,  bu mənim məsələyə  dair baxış prizmamdı...
ALLEGRETTO | 3 mart 2014 22:21 | Status: Gümüş user | Şərh: 2 218
Sitat: Alice
Sitat: ALLEGRETTO
P.S MƏNİ SEVƏN AMMA HƏR GÖRƏNDƏ 2 DƏFƏ  ASQIRAN SİNİF  YOLDAŞI  SÖHBƏTİ YALANDIR ..

 Ən azından bu söhbətə inanan  Bax bu  2 şərh aşağıdakı  cümləni yazmazdı... 


Sitat: Alice
 İlk sizdən eşitdim... Nə qeyri real məsələ olursa məhz sizin başınıza gəlir nədənsə...



Sitat: ALLEGRETTO
MƏNİM ÇÜN  MARAQLI  MƏSƏLƏ  İNSANLARIN MƏNİM QOŞDUĞUM HEAKAYƏLƏRƏ  İNANMASI İNANDIRA BİLİRƏMSƏ ..DEMƏK İSTEDAD  SAHİBİYƏM



 İstedadınız keçmədi.. Gələn dəfə daha real hekayə yaradın...  Kitab yazarına yaramaz axı belə hekayələr...
 
Sitat: ALLEGRETTO
MARAQLI  YAZILAR YAZIN NƏ  ASQIRMAQ  YADA  HIÇQIRMAQ BAŞQA  DƏRDİMİZ  AZARIMIZ  QURTARIB??


 Onu da deyim ki azlıq hər zaman çoxluğa tabedi... 

xeyirdimi  Sizdən başqa  mənim şərhimə  cavab yazan yoxdu  inanmasaydız  yazmazdız .)) bəhanə  yazının müəllifi  olduğunuzu bəhanə  gətirməyin ..əyər  inanmısınızsa  lap yaxşı burda nə var ki  siz inandız  məndə  təkzib etdim ..inanıramki əyər  mən bu söhbətin uydurma  oldugunu deməsəydim ..siz tibbi  ekspertlər  həkimlər  tapacaydınız ..asqlrmağın bütün səbəblərini öyrənməyə çalışacaydınız  ..uydyrma oldugunu yazmaqla  sizi bu əziyyətdən qurtardım ..P.s  çooox  saf  insanızınzee  hər yazılana inanırsız ..amma saflığınıza  hörmət edirəm  smile
Alice | 3 mart 2014 22:05 | Status: Professional user | Şərh: 5 020
Sitat: ALLEGRETTO
P.S MƏNİ SEVƏN AMMA HƏR GÖRƏNDƏ 2 DƏFƏ  ASQIRAN SİNİF  YOLDAŞI  SÖHBƏTİ YALANDIR ..

 Ən azından bu söhbətə inanan  Bax bu  2 şərh aşağıdakı  cümləni yazmazdı... 

Sitat: Alice
 İlk sizdən eşitdim... Nə qeyri real məsələ olursa məhz sizin başınıza gəlir nədənsə...

Sitat: ALLEGRETTO
MƏNİM ÇÜN  MARAQLI  MƏSƏLƏ  İNSANLARIN MƏNİM QOŞDUĞUM HEAKAYƏLƏRƏ  İNANMASI İNANDIRA BİLİRƏMSƏ ..DEMƏK İSTEDAD  SAHİBİYƏM

 İstedadınız keçmədi.. Gələn dəfə daha real hekayə yaradın...  Kitab yazarına yaramaz axı belə hekayələr...
 
Sitat: ALLEGRETTO
MARAQLI  YAZILAR YAZIN NƏ  ASQIRMAQ  YADA  HIÇQIRMAQ BAŞQA  DƏRDİMİZ  AZARIMIZ  QURTARIB??

 Onu da deyim ki azlıq hər zaman çoxluğa tabedi... 
ALLEGRETTO | 3 mart 2014 21:56 | Status: Gümüş user | Şərh: 2 218
Sitat: Alice
Hə əziz redaktorlardan xahiş edirəm ki, məhz bu cümləni xəbərə əlavə etsinlər... Maraqlı məlumat oldu... Onu da deyim ki, deyəsən bizə bu məsələylə bağlı ,  Səhiyyə sertifikasiyalı mütəxəssis lazımdı... Sırf asqırma üzrə mütəxəssis aaa.... 

 HƏƏ  GƏLƏN DƏFƏ  HIÇQIRIĞA  AİD  XƏBƏR YAZSANIZ  LAP  ƏLAA OLAR MƏN BİLƏN HIÇQIRIĞDA   DAHA BÖYÜK MƏNALAR GİZLƏNİB .. winked  P.S MƏNİ SEVƏN AMMA HƏR GÖRƏNDƏ 2 DƏFƏ  ASQIRAN SİNİF  YOLDAŞI  SÖHBƏTİ YALANDIR ..AÇIĞI DESƏM ÖZÜMDƏN UYDURDUM AMMA SİZ  İNANDIZ wink   MƏNİM ÇÜN  MARAQLI  MƏSƏLƏ  İNSANLARIN MƏNİM QOŞDUĞUM HEAKAYƏLƏRƏ  İNANMASI İNANDIRA BİLİRƏMSƏ ..DEMƏK İSTEDAD  SAHİBİYƏM fellow .. ONA GÖRƏ ASQIRMAĞI BOŞ VERİN .. MARAQLI  YAZILAR YAZIN NƏ  ASQIRMAQ  YADA  HIÇQIRMAQ BAŞQA  DƏRDİMİZ  AZARIMIZ  QURTARIB?? 0116 0116 
Alice | 3 mart 2014 21:46 | Status: Professional user | Şərh: 5 020
Sitat: Nurus.
Mende seherler alirgiyam olur cox vaxt.Asqirmasam belke bogulub olerem.Nurus,saglam ol canim

Mənim tək sitrus meyvəsinə allergiyam var... Oda bir dənədən artıq yesəm olur...Allah uzaq etsin canım mənim...   Canım sən sağol ee ...  Hapcuuuuuuuuuuu...  0120 0120 0120 Redaktorları səsləyən kimi gəldin həəəəəəə... wink
Nurus. | 3 mart 2014 21:41 | Status: Brilliant user | Şərh: 6 982
Mende seherler alirgiyam olur cox vaxt.Asqirmasam belke bogulub olerem.Nurus,saglam ol canim wink
Alice | 3 mart 2014 21:31 | Status: Professional user | Şərh: 5 020
Sitat: ALLEGRETTO
  Etsəniz  yaxşı olar .. ən azından insanlara  aid  maraqlı xüsuslardan birini bildiz...Bəli  bəzi  insanlar həm çox sevəndə  həmdə  nifrət  edəndə   asqırır .. bilmirəm bunun tibbi  aləmdə  bir  adı var  ya  yoox  ..

 
Hə əziz redaktorlardan xahiş edirəm ki, məhz bu cümləni xəbərə əlavə etsinlər... Maraqlı məlumat oldu... Onu da deyim ki, deyəsən bizə bu məsələylə bağlı ,  Səhiyyə sertifikasiyalı mütəxəssis lazımdı... Sırf asqırma üzrə mütəxəssis aaa.... 
ALLEGRETTO | 3 mart 2014 21:20 | Status: Gümüş user | Şərh: 2 218
Sitat: Alice
 Sən demə həm çox istəməkdən həm  nifrətdən də asqırmaq olurmuş ki...Bəlkə bu cümlələri xəbərimə əlavə edim...
    Etsəniz  yaxşı olar .. ən azından insanlara  aid  maraqlı xüsuslardan birini bildiz...Bəli  bəzi  insanlar həm çox sevəndə  həmdə  nifrət  edəndə   asqırır .. bilmirəm bunun tibbi  aləmdə  bir  adı var  ya  yoox  .. smile
OLUM MELEYI | 3 mart 2014 16:59 | Status: VİP user | Şərh: 499
men coooox az a zasqiranam tewekkurkler canim menim faydali xeber oldu
Gulya2676 | 3 mart 2014 16:15 | Status: Gümüş user | Şərh: 2 586
Allergiyam tutanda dayanmıram.Amma en çox gun işığınaqarşı alergiyam var.Ona görədə eynəksiz gəzə bilmirəm.Maraqlı xəbərə görə təşəkkürlər canım.
Alice | 3 mart 2014 15:09 | Status: Professional user | Şərh: 5 020
Sitat: ALLEGRETTO
YAZIQ QIZ  HƏR DƏFƏ MƏNİ GÖRƏNDƏ .2 DƏFƏ ASQIRIRDI SƏBƏBİNİ  SORUŞANDA DEYİR Kİ .1 NCİ DƏFƏ SƏNİ  İSTƏDİYİMDƏN ASQIRIRAM  2-NCİ DƏFƏ  ZƏHLƏM GETDİ  SƏNDƏN ONA GÖRƏN ASQIRDIM

 Sən demə həm çox istəməkdən həm  nifrətdən də asqırmaq olurmuş ki...Bəlkə bu cümlələri xəbərimə əlavə edim...  İlk sizdən eşitdim... Nə qeyri real məsələ olursa məhz sizin başınıza gəlir nədənsə... Onunku  onda məhəbbətdən nifrətə bir addım imiş... 
ALLEGRETTO | 3 mart 2014 14:51 | Status: Gümüş user | Şərh: 2 218
MƏNİM BİR SEVGİLİM VARIYDI  MƏKTƏB İLLƏRİNDƏ ..YANİ  SEVGİLİ DEYƏNDƏ ..O MƏNİ SƏVİRDİ ..AMMA MƏN ONA SİNİF YOLDAŞI DOST KİMİ YANAŞIRDIM ..YAZIQ QIZ  HƏR DƏFƏ MƏNİ GÖRƏNDƏ .2 DƏFƏ ASQIRIRDI SƏBƏBİNİ  SORUŞANDA DEYİR Kİ .1 NCİ DƏFƏ SƏNİ  İSTƏDİYİMDƏN ASQIRIRAM  2-NCİ DƏFƏ  ZƏHLƏM GETDİ  SƏNDƏN ONA GÖRƏN ASQIRDIM wink ..YANİ  SEVGİSİ  QARŞILIQSIZDI ONA GÖRƏ ZƏHLƏSİ GETDİ)))  ..AMMA XƏTRİNİ ÇOOX İSTİYİRDİM YAXŞI QIZIYDI ..İNDİ  ƏRƏ GETMİŞ OLAR O QIZ  winked
Alice | 3 mart 2014 14:49 | Status: Professional user | Şərh: 5 020
Sitat: Lumia
Asqiranda eger munasib yerdesense agizi da tutmaq lazim deyil,neinki burunu.

Əlbətdəki canım... İnsan asqıranda bəzən özünü toplum, cəmiyyət işərisində narahat hiss edir .. Amma rahat və münasib yerdə istədiyin kimi heç bir narahatlıq keçirmədən asqırırsan... 0120 0120

Sitat: Lumia
PS.Saglam oldan,cox yasadan basqa bizim leksikonda daha bir soz de var,adeten xosagelmez adam asqiranda bele deyirler.Oz basivi yeyesen)))

 Ayyyy Allah səni güldürsün...  0122 0122 0122 0122
SEVDA | 3 mart 2014 14:47 | Status: Nəzarətçi | Şərh: 17 439
men heftede bir,ya da ayda bir-iki defe sebir getirirem.xebere gore twk...
Lumia | 3 mart 2014 14:43 | Status: Professional user | Şərh: 5 378
Tesekkurler Alice.Az-cox asqirmaq haqqinda bilirdim.Asqiranda eger munasib yerdesense agizi da tutmaq lazim deyil,neinki burunu.Men ozum cox asqiran deyilem,istiotlu yemek bisirende,bir de qrip olanda asqiriram,hem de sessiz asqiriram men.Amma nenem asqiranda adam seksenir)))Ay arvad biraz yavas asqir deyende,deyir saglam ol dedikleridi yee)))Men asqiranda cox sukur deyirem,basqasina da saglam ol.Hetta yanimda tanimadigim adam bele asqiranda saglam ol deyirem.
 
 
PS.Saglam oldan,cox yasadan basqa bizim leksikonda daha bir soz de var,adeten xosagelmez adam asqiranda bele deyirler.Oz basivi yeyesen)))
NURLU | 3 mart 2014 11:35 | Status: Professional user | Şərh: 5 552
cox maraqli xeberdi twkler.men 2 defe asqoriram gun erzinde,
yoldasim ise belke 12 defe ureyim uzulur saqlam ol demekden.
Girl | 3 mart 2014 10:59 | Status: Professional user | Şərh: 8 206
Asqırmaq Allahdan, əsnəmək şeytandan.
Bu cümləni çox bəyəndim... Asqırmağdan xoşum gəlir... Təşəkkür canım maraqlı xəbərə görə...
Röyamsan. | 3 mart 2014 02:59 | Status: Brilliant user | Şərh: 6 102
Asqırmağı çooox sevirəm amma ki,çox az asqiriram marağlı xeber idi canım təşəkkürlər.
Alice | 2 mart 2014 22:41 | Status: Professional user | Şərh: 5 020
Sitat: Meryem_Duyqu
Yoxee yox 100% tərgidəcəm. Problem yaransın istəmirəm...

İnşAllah canım...  Tez bir zamanda tərgidəsən... Təcrübəmdən dedim.. Həkimin yanında bir dəfə elə asqırdım.. Həkim də mənə bunu təkrarlamamağımı başa saldı... O gün bu gün tərgitmişəm...  0120 0120
Meryem_Duyqu | 2 mart 2014 22:34 | Status: Yazar | Şərh: 4 130
Sitat: Alice
Həqiqətən burunu tutaraq  asqırmaq ağciyərdə fasadlar yaradır...

Yoxee yox 100% tərgidəcəm. Problem yaransın istəmirəm... love
Alice | 2 mart 2014 22:25 | Status: Professional user | Şərh: 5 020
Sitat: Meryem_Duyqu
Asqırma haqqında, bu qədər məlumatlı deyildim...Bundan sonra asqıranda burnumu tutmayacağam. smile Təşəkkürlər canım. love

 Ay canım inanırsan bir aralar mən də də var idi bu problem... winked Artıq yoxdu... laughing
Həqiqətən burunu tutaraq  asqırmaq ağciyərdə fasadlar yaradır...


Sitat: yalniz arzu
OYYYY ALİCE OXUYA,OXUYA AXRINA GƏLDİM.UJE ASQIRMAG ÜZRƏ POLNU İMTAHAN VERƏ BİLƏRƏM.HƏR ŞEY BURDA DETALLLARIYLA VERİLİB.SAG OL CANIM.ƏLLƏRİNƏ  SAGLIQ.

 Caaaaa onda sənə bol-bol uğurlar imtahanında... Əla qiymətlə gələsən aaaaaa... Bu qədər məlumatdan sonra.. wink wink Sən sağol... 0105 0105 0120 0120
Meryem_Duyqu | 2 mart 2014 22:18 | Status: Yazar | Şərh: 4 130
Asqırma haqqında, bu qədər məlumatlı deyildim...Bundan sonra asqıranda burnumu tutmayacağam. smile Təşəkkürlər canım. love





Nurgul Ali | 2 mart 2014 21:27 | Status: Gümüş user | Şərh: 760
Xeber yerine duwdu qrip oldugumcun asqira-asqira oxudum ele xeberi sad
Gülçin | 2 mart 2014 21:04 | Status: Brilliant user | Şərh: 6 780
Alice, teshekkur edirem   sene , maraqli  xeberdir.
SULTANIM | 2 mart 2014 20:20 | Status: Ekspert | Şərh: 4 742
Asqirmaq haqqinda cox maraqli melumatdir. Ele vaxt olur seherden axsama qeder asqiriram, amma hediyye veren olmur. Mende allergiyadandir.Tesekkur Alice.
yalniz arzu | 2 mart 2014 20:02 | Status: Gümüş user | Şərh: 1 759
OYYYY ALİCE OXUYA,OXUYA AXRINA GƏLDİM.UJE ASQIRMAG ÜZRƏ POLNU İMTAHAN VERƏ BİLƏRƏM.HƏR ŞEY BURDA DETALLLARIYLA VERİLİB.SAG OL CANIM.ƏLLƏRİNƏ  SAGLIQ.