Sağlamlıq / Sağlam ol!

Balıq yağı haqqında bilinməsi lazım olanlar

Nara | 17-07-2014, 16:30
33 267 16
Balıq yağı haqqında bilinməsi lazım olanlar


Balıq yağı bədənimizə niyə lazımdır?
Balıq yağı çatışmazsa bədəndə nələr müşahidə olunur?
Balıq yağı seçkisində və istehlakında xüsusilə nələrə diqqət etmək lazımdır?

Balıq yağı nədir?

Balıq yağı insan bədəninin öz-özünə istehsal etməyib , kənardan qidalarla alması lazım olan əhəmiyyətli iki əsas yağ turşusu EPA və DHA-nın(omeqa-3) ən əhəmiyyətli qaynağıdır. Yağlı soyuq su hövzəsi balıqlarında bol miqdarda tapılar.
Balıq yeməyənlər üçün orqanizmi  möhkəmlətmə forması kimi əvəzsizdir.

Balıq yağı niyə lazımdır?

Balıq yağı , xüsusilə də omeqa 3 yağ turşuları , mental və fiziki sağlamlıq üçün lazımlıdır. EPA ürək sağlamlığınızı qoruyarkən , DHA sinir hüceyrə toxumalarını meydana gətirib normal beyin inkişafında mühüm rol oynayır.

Araşdırmalar omeqa 3 yağ turşularının  ürək xəstəliyi , vuruş, xərçəng , revmatoid artrit və digər immun (immunitet sistemi) xəstəlikləri riskini də azaltdığını göstərir.

Yüksək xolestrol , şəkər xəstəliyi , adət əvvəli sindrom , ürək-damar xəstəliyi , depressiya , yaddaş itkisi , diqqət əskikliyi , hiperaktivlik sindromu , insilin müqaviməti olanlar balıq yağında olan omeqa 3-ün  faydası danılmazdır. 

Omeqa 3 əskikliyində hansı əlamətlər müşahidə olunur ?

Qeyri-kafi omeqa - 3 yağ turşuları istehlakı yuxarıda saydığımız iltihab xəstəliklərə zəmin hazırlayar. Digər hallar həddindən artıq susama , tez-tez sidiyə çıxma , quru dəri və quru saçdır .

Bir yetkin insanın nə qədər , hansı tipdə omeqa 3-ə ehtiyacı vardır ?

Həftədə 2-3 dəfə təbii mühitdə yetişmiş yağlı soyuq su hövzəsi balıqlarından istehlak etmənizi təklif edirik. Əgər balıq yağı möhkəmlətməsi istifadə edirsinizsə , gündə 2 qram tərkibində  həm EPA, həm də DHA olan kapsula alın .
Molekulyar olaraq civə kimi ağır metallardan təmizlənmiş məhsulları istifadə etməlisiniz. 

Hamilə bir qadının nə qədər və hansı qaynaqdan omeqa - 3 almağa ehtiyacı vardır ?

 Çox analara məlumdur ki,  tərkibində  yüksək miqdarda civə olan məhsullar körpənin beyin inkişafına  üzərində mənfi təsir göstərir. Və  aşağı omeqa - 3 istehlakı də eyni dərəcədə beyin inkişafını mənfi olaraq təsir edər. 12 min hamilə qadın üzərində edilən bir iş , həftədə iki və ya daha çox balıq yeyən anaların uşaqlarının zəka , davranış və inkişaf testlərində daha çox müvəffəqiyyət göstərdiyini ortaya qoydu. Harvard Universitetində edilmiş bir başqa işdə isə həftədə iki dəfə balıq yeyən anaların körpələrində altıncı aydan aləmi  vizual tanıması hallarının olduqca yüksək olduğu məlum oldu . Hamilələr və əmizdirən anaların izləyəcəyi ən sağlam yol , həftədə iki dəfə daha çox tərkibində  omeqa 3 , daha az civə olan  somon , sardina , siyənək kimi balıqları qəbul etmək olacaq.

Bir uşağın nə qədər omeqa - 3-ə ehtiyacı vardır ?

Xüsusilə hiperaktivlik sindromu olan uşaqlarda simptomların şiddətini azaltmaq üçün  1-3 qram balıq yağı istifadə edərlər. Ancaq təsirli doza qəti deyil və həkim nəzarəti altında  istifadə edilməlidir.

Omega - 3-ün çox istehlakının riski varmı?

Çox yüksək miqdarda omeqa 3 alışı ('' Eskimo miqdarı '' olaraq adlandırılar ) qanama riskini artırır ( burun qanaması , sidikdə qan) .

Omeqa -3 alarkən diqqət edilməsi lazım olan xüsusi vəziyyətlər vardırmı?

Doğuşdan qanama pozuqluğu olan , qan durulducu dərman istifadə edən və ya yaxın zamanda cərrahı əməliyyat keçirəcək kəslər balıq yağından istifadə etməməlidir.

Hamilələr və ya əmizdirən analar civə tərkibi  yüksək olan   balıqları yeməməli və civə olmayan , molekulyar distillə formada balıq yağından  istifadə etməlidirlər.
 
 
 
 

BULUTUM | 20 iyul 2014 23:08 | Status: Professional user | Şərh: 7 392
Ice bilmirem.Yoldawima verirem.
Röyamsan. | 19 iyul 2014 04:48 | Status: Brilliant user | Şərh: 6 103
Faydalı olduğunu bilirdim. Təşəkkürlər...
sweet_girl | 18 iyul 2014 23:53 | Status: Şərhçi | Şərh: 585
Sitat: Ayan92
Sitat: aytac001
mən içirəm gözüm üçün

Sitat: Girl
Düzdü faydalıdır ama iyrənc bişeydir. fellow 0119

Gözü zəif olanlar içir? Bilən varsa, zəhmət olmasa yazsın da

neinki goze ,her bir weye xeyirdi,icenler faydasini gorur.
Ayan92 | 18 iyul 2014 19:22 | Status: Professional user | Şərh: 3 056
Sitat: aytac001
mən içirəm gözüm üçün

Sitat: Girl
Düzdü faydalıdır ama iyrənc bişeydir. fellow 0119

Gözü zəif olanlar içir? Bilən varsa, zəhmət olmasa yazsın da
aytac001 | 18 iyul 2014 10:27 | Status: Qonaq | Şərh: 0
mən içirəm gözüm üçün

Sitat: Girl
Düzdü faydalıdır ama iyrənc bişeydir. fellow 0119
SEVDA | 18 iyul 2014 00:05 | Status: Nəzarətçi | Şərh: 17 443
uwaqlarçun almıwdım keçen il...twk xebere göre Nara bacı...
birdane | 17 iyul 2014 23:54 | Status: Professional user | Şərh: 3 727
tesekkurler
Aynur_Mezahirli | 17 iyul 2014 22:30 | Status: Qonaq | Şərh: 0
Hekim qizimin gozune gore demisdi icizdirmisdim, faydali xeber ucun tesekkurler Nara canim...
N....N92 | 17 iyul 2014 20:04 | Status: Professional user | Şərh: 4 352
istifade etmemiwem,duub desem ki bele weydir yalan olar...twk xebercun
Ay_Sun | 17 iyul 2014 19:30 | Status: Brilliant user | Şərh: 13 409
Subay vaxti koputerde isleyen zaman cox istifade etmisem.Faydali xeber ucun tesekkur canim 0109
ŞehZam | 17 iyul 2014 18:53 | Status: Professional user | Şərh: 2 577
Heç sevmirəm 0124
My life | 17 iyul 2014 18:31 | Status: Qonaq | Şərh: 0
Balıq yağını heç sevmirem
Girl | 17 iyul 2014 17:35 | Status: Professional user | Şərh: 8 206
Düzdü faydalıdır ama iyrənc bişeydir. fellow 0119
Nara88 | 17 iyul 2014 16:58 | Status: Professional user | Şərh: 4 254
arada qebul edirem tskler
Gülçin | 17 iyul 2014 16:56 | Status: Brilliant user | Şərh: 6 781
Faydalı xəbərdir, təşəkkürlər Nara.
FLOVERandGİRL | 17 iyul 2014 16:36 | Status: Professional user | Şərh: 3 251
baliq yagi anam mene icizdirir gozume gore