Sağlamlıq / Sağlam ol!

Yuxuda xoruldamaq insanlari bezdirirmi

gunes batarken | 14-12-2013, 19:30
4 827 28



Son illər ərzində xorultu və yuxunun obstruktiv apnoe sindromu (YOAS) diggət mərkəzindədir.

Əhali arasında yetişkin şəxslərdə (əsasən 30-35 yaşdan yuxarı) daha çox rast gəlinir. Nəticədə bu patologiya ayrı bir xəstəlik – Ronxopatiya olarag ayrılmışdır. Xoruldamağa ağız- udlağın yumşaq toxumalarının vibrasiyası səbəb olur və yuxu zamanı havanın yuxarı tənəffüs yollarından çətinliklə keçdiyini göstərir. Xoruldama zamanı özünə məxsus səs yaranır. Xorultu əsasən dərin yuxu zamanı insanın arxası üstə uzandığı vəziyyətdə baş verir. Bu zaman nəfəs almada asanlıqla vibrasiya edən yumşaq damağın tam boşalması üçün optimal şərait yaranır.
Əvvəlcə yuxarı tənəffüs yollarının normal anatomik və fizioloji xüsusiyyətlərinə nəzər yetirək. Yuxarı tənəffüs yollarına nələr daxildir: Burun və burun boşluğu, burun- udlağ, qırtlaq. Tənəffüs yolu burun boşluğu ilə başlanır. Hava burun boşluğundan burun – udlağa, oradan ağiz boşluğu ilə əlaqəli olan qırtlağa keçir. Ona gorə də insan yalnız burnu ilə deyil, həmçinin ağzı ilə də tənəffüs edə bilir. Beləliklə, aşağıdakı xəstəliklər zamanı xorultu və YOAS yaranır:
1) – burun tənəffüsünün pozulmasına gətirib çıxaran, burun boşluğunda anatomik və fizioloji dəyişiklər;
2) – burun-udlaqda anatomik və fiziolji dəyişikliklər;
3) – yumşaq damaq və damaq dilçəyinin selikli qişasının hiperplaziyası;
4) – ağız- udlağin limfoadenoid törəmələrinin hiperplaziyası;
5) – insanın artıq bədən çəkisi olduğu zaman udlağın selikaltı təbəqəsində piy yığıntıları;
6) – ağız-udlağın əzələ aparatının neyrogen çatışmazlığı;
Xorultuya, həmçinin, genetik amillər və ətraf mühitin təsiri də meyl yaradır. İnsanın yaşı artıqca udlağın yumşaq toxumalarının tonusu azalır və xorultunun yalnız tezliyi deyil, həm də ifadə dərəcəsi artır.

Xorultunun və YOAS-in mexanizmi:
 yuxuya gedərkən burun- udlag və ağız- udlag əzələləri boşalır. Əvvəlcə tənəffüs yolları divarlarının bir- birinə dəyməsi səbəbindən xorultu əmələ gəlir, daha sonra isə ağız- udlağın divarları enir və ağ ciyər ventilyasiyası kəsilir. Nəticədə 20- 90 san. ərzində insanda tənəffüs dayanır. Bu isə hipoksiyaya gətirib çixardır. Hipoksiyadan bütun toxuma və orqanlar əziyyət cəkir. Neqativ informasiya beyinə çatır və onu qıcıqlandırır. Bu anda insan xoruldayır, tənəffüs yollarını "açır”, 6-7 nəfəs alır. Tənəffüsun dayanmasının bu cür epizodları bir gecə ərzində 400 – 700 dəfəyə qədər ola bilər. Bu da gecə yuxusunun pozulmasına və səhər yuxuculluğa gətirib çıxarır.
Xorultu, YOAS və fəsadlarının diaqnostikasının ən informativ metodu – Polisomnoqrafiyadır; polisomnoqrafiya – yuxu zamanı orqanizmin müxtəlif funksiyalarının kompleks monitorinqidir.
Ama bu metodun öz nöqsanları var – onun YOAS-ın konservativ və cərrahiyə müalicə nəticələri üzrə dinamikada təkrar tədqiqatların keçirilmə zərurəti ilə əlaqədar olan yüksək qiyməti və çox zəhmət tələb etməsidir.

Xorultu və YOAS-in müalicəsi
– ümumi (profilaktik) və xüsusi (müalicəvi) tədbirlərə bölünür; onlar da, öz növbəsində, konservativ və cərrahi müalicə metodlarına ayrılırlar. Əsas məqam ilk növbədə rinoskopya zamanı aşkar edilir. Burun tənəffüsün çətinləşməsinə imkan yaradan və nəfəs almağa böyük müqavimət yaradan səbəblər – burun çəpərinin əyriliyi, burun konxalarınin hipertrofiyası, polipoz sinusit, damaq badamcıqlarınin ( tonzilla) hiperplaziyası, burun- udlağın kistası, piylənmə zamanı udlağın selikli qişaaltı təbəqəsində piy toxumasının yığıntıları, burun- udlağın xoşxassəli və badxassəli törəmələri. Bütün sadalanlar yumşaq toxumaların vibrasiyası və xorultunun əmələ gəlməsi ilə müşayət olunur.
Xəstəliyin müalicəsi səbəbinə görə aparılır:
- bədən çəkisinin azalması;
- siqaretdən imtina etmək;
- alkogol, trankvilizator və yuxu gətirici preparatların qəbulunun (xüsusuilə də, gecə) dayandırılması;
- yuxu zamanı bədənin vəziyyətinin dəyişməsi;
- CPAP – terapiya( ing.dil. "continuous aitway pressure”) – ən efektiv konservativ müalicə metodudur.
Buruna hava keçirməyən maska bərkidirlər, onun içərisində mini – ventilyator vasitəsilə artıg təzyig yaradırlar. Pacientlər müalicənin artiq birinci gecəsi yaxşılaşma hiss edirlər. Ama bu metodikanın nöqsanı odur ki, o, yalnız kompensator xarakter daşıyır, yəni YOAS-nun sağalmasına gətirib çıxarmır.
Cərrahi metodlar – lazerdən, kriocərrahiyədən, radiocərrahiyədən istifadə etməklə aparılır. Uvulopalatoplastika – yumşaq damaqda xüsusi tikişlərin qoyulması – əməliyyatıdır. Yüngül dərəcəli xəstəlikdə 98%, ağır xəstələrdə 60% effekt verir. Son illər yumşag damaq və burun- udlaqda yeni minimal invaziv cərrahiyə metodları işlənib-hazırlanmışdır. Onların üstünlükləri : ətraf toxumaların zədələnməsini azaldan goruyucu kəsik, yaxşı koagulyasiya effekti, yara divarlarının nekrozunun olmaması, onun tez sağalması, əməliyyat texnikasının sadəliyi.
Beləliklə, xorultu, xüsusilə də, yuxunun obstruktiv apnoe sindromu ilə müşayət olunan forması – kifayət qədər yayılmış xəstəlikdir ki, bu zaman hipoksiyadan organizmin bütün organ və sistemləri əziyyət çəkir. Bu patologiya yalnız tibbi deyil, həm də sosial problemdir və vaxtında aşkar edilib aradan qaldırılması vacibdir.

Meryem_Duyqu | 17 dekabr 2013 22:18 | Status: Yazar | Şərh: 4 130
Sherhleri oxudum bele melum olur ki, ancaq ve ancaq kishiler xoruldayir...Goresen hansisa qadin bilir ki,xoruldayir yoxsa etrafindakilardan sorushmaga "chekinir"...)))
Nara | 17 dekabr 2013 21:57 | Status: Yazar | Şərh: 1 718
Sitat: Kikita01
HERDEN YOLDASIM XORULDAYIR


YAXSI KI SEN XORULDAMIRSAN QONSULAR QACARDI ELINDEN
Kikita01 | 17 dekabr 2013 01:33 | Status: Şərhçi | Şərh: 392
HERDEN YOLDASIM XORULDAYIR sad
Vetenperver | 16 dekabr 2013 12:49 | Status: Professional user | Şərh: 6 700
Mən xoruldamıram amma arada olur,oda bərk yox,deyilənə görə. Mən özümdə xoşlamıram xorultu səsində yatmağa.Elə adam var ki şir kimi xoruldayır,elə bir otaq dağılacaq,gəl indi yatda.


Sitat: sadəcə MƏN
Hətta mənim yanımda xoruldayan adamı əsəbimdən yastıqla boğub öldürə də bilərəm :)))

Sənin yanında xoruldayaraq yatmaq təhlükəlidir,çünki bilmək olmaz səhərə sağ çıxmamaqda olar))


Sitat: Lumia
.Yoldasimda arada olur,oyanib boyrune bir durtme vururam sesi kesilir))

wink
ufi | 16 dekabr 2013 03:57 | Status: Qonaq | Şərh: 0
Yoldawi xorulduyur coxda yox ama mene elede pis tesir etmir
Ayanim | 15 dekabr 2013 16:03 | Status: Gümüş user | Şərh: 1 920
yoldawim cox icende xorulduyur. deli oluram mende. 100 defe durguzuram.ancag cox wukur ki normalda cox sakit yatir.

[quote=Nailya]arada yoldawımda olur bu cür.mene xowdu,yeterki her zaman yanımda olsun....Allah ayırmasın bütün cütlükleri.....
amin.
SEVDA | 15 dekabr 2013 14:05 | Status: Nəzarətçi | Şərh: 17 443
arada yoldawımda olur bu cür.mene xowdu,yeterki her zaman yanımda olsun....Allah ayırmasın bütün cütlükleri.....

arada yoldawımda olur bu cür.mene xowdu,yeterki her zaman yanımda olsun....Allah ayırmasın bütün cütlükleri.....
Nazlı_Kız | 15 dekabr 2013 12:31 | Status: Brilliant user | Şərh: 6 473
melumat ucun tewekkurler canim men olu kimi yatiram xorldamiram)))) xeber ucun bir daha tewekkurler
NURLU | 15 dekabr 2013 11:02 | Status: Professional user | Şərh: 5 554
men yatdiqim otaqda kisinin xorultusu,saatin sesi,soyuducu isleyir,su damciliyir ve.s am

twkler xeber ucun
nurla | 14 dekabr 2013 23:53 | Status: VİP user | Şərh: 824
bizdede var xoruldayan bezdiricidi xebere gore tesekkur
RaySum | 14 dekabr 2013 23:06 | Status: Professional user | Şərh: 2 594
Uuu ne uzun xeberdi...Bawa duwmediM hecne Tesekkurler Yenede
Qanad | 14 dekabr 2013 22:53 | Status: Yazar | Şərh: 4 357
Ses olanda hec yata bilmirem.O ki qaldi xoruldamaq.
Ayan92 | 14 dekabr 2013 22:48 | Status: Professional user | Şərh: 3 056
Sitat: Lumia
Oy men hec yata bilmerem kimse xoruldasa,eseblerim yerinden oynayir.Yoldasimda arada olur,oyanib boyrune bir durtme vururam sesi kesilir))Ozum cox sakit yatanam,ne sesim cixir,ne de conurem o yan bu yana,axsamdan nece yatiram seher de ele dururam.

Yaziq kiwin.Boyrune yaxwi bax,artiq 1 ildir.Durtmelerin sayini tesevvur edirem.Canim,yaxwi gor boyreyi yerindedir. wink
birdane | 14 dekabr 2013 22:47 | Status: Professional user | Şərh: 3 727
menim yoldasim xoruldayir en cox isden yorxun gelende olur xoruldamxi sesi meni narat etmir amma hekimle mesletlesse lap yaxsi olar yoldasimi hekime gondere bilmirem zehlesi gedir hekime getmekden tesekkurler
Nurus. | 14 dekabr 2013 22:47 | Status: Brilliant user | Şərh: 6 982
Allaha şükür bizim evde xoruldayanimiz yoxdu.İnşallah kime qismet olsam o insanda xoruldamaz.Yoxsa onu yanimda yatmaga hecvaxt icaze vermerem wink
K.AWK.S.LOVE | 14 dekabr 2013 22:38 | Status: Gümüş user | Şərh: 1 236
bizdede xoruldayan var
Lumia | 14 dekabr 2013 22:15 | Status: Professional user | Şərh: 5 380
Oy men hec yata bilmerem kimse xoruldasa,eseblerim yerinden oynayir.Yoldasimda arada olur,oyanib boyrune bir durtme vururam sesi kesilir))Ozum cox sakit yatanam,ne sesim cixir,ne de conurem o yan bu yana,axsamdan nece yatiram seher de ele dururam.
Sabahım. | 14 dekabr 2013 21:05 | Status: Professional user | Şərh: 3 359
BİR CIQQILTIYA OYANIRAM AMMA YOLDAŞIM BİR XORULDAYIR ELƏ BİL TANK GEDİR.AMMA MƏN RAHAT YATIRAM. wink
SİRR NƏDİR BİLMİRƏM wassat
luce | 14 dekabr 2013 21:02 | Status: Professional user | Şərh: 2 922
Men shexsen eseblesirem kimse xoruldayanda, butun sinirlerim oyanir sanki. Hele vay o hala ki yorgunluqdan olesen, yatmaq isteyesen ama xorultudan yata bilmeyesen :)))
ALSU AZERI | 14 dekabr 2013 20:38 | Status: VİP user | Şərh: 511
MENIM SINIRLERIME ISLEYEN EN PIS SEYDIE XORULTU SESI.HEYET YOLDASIMDA HERDEN OLUR...AMA MEN COX GOZEL BIR SES TONUYLA ONUN QARSISINI ALIRAM:)
XEBERE GORE TSK
Alice | 14 dekabr 2013 20:13 | Status: Professional user | Şərh: 5 021
Hə insanı əsəbləşdirən problem... Babam bizə gələndə arada eşidirəm bu səsi... Təsəvvür etdim babam bizdədi... Xəbər üçün təşəkkür..
Ulviyye | 14 dekabr 2013 20:12 | Status: Gümüş user | Şərh: 2 839
bu hisler mene tanişdi yoldaşimda xoruldayir love
Röyamsan. | 14 dekabr 2013 19:58 | Status: Brilliant user | Şərh: 6 103
Maraqli Xeberdi Tewekkurler Canim...Bele Bir Problemim Yoxdu Heleki:)
Aynur_Mezahirli | 14 dekabr 2013 19:57 | Status: Qonaq | Şərh: 0
Yoldasimda var lol xoruldamaq yorgunluqdanda ola biler.
Xeber ucun tesekkurler!
Ayan92 | 14 dekabr 2013 19:52 | Status: Professional user | Şərh: 3 056
Xoruldamaq?Siz allah yarali yerime toxundunuz.Bizde menden bawqa her kes xoruldayir.Men ise yatanda otagim tamam sessiz olmalidir.Hetta saatin eqrebi bele sessiz hereket etmelidir.
Nigar | 14 dekabr 2013 19:49 | Status: Gümüş user | Şərh: 6 064
Mende sakit yatiram xoruldamaq qeti yoxdu
Lady Nara | 14 dekabr 2013 19:37 | Status: VİP user | Şərh: 1 026
ALLAH xoruldayan insanlarin yoldawlarina yardimci olsun wink
NaraAzer | 14 dekabr 2013 19:35 | Status: Professional user | Şərh: 1 373
Cox saqolun,oxumadim,amma insanlari bezdirir bilirem. Subay olanda men anam,bacim menden bezmisdiler,ere gelenden sonra deyesen xoruldamiram,yada yoldasim berk yatir,hec hiss etmir