Sağlamlıq / Sağlam ol!

Faydalı yağlar haqqında - 2

I am Alone | 8-12-2013, 10:30
8 956 21

 


 анимашка полевые цветы
Faydalı yağlar haqqında öyrənin
Yaşam tərzimizdə bir çox meyvə, tərəvəz, bitkilərdən istifadə etməyimiz saglamligimiza müsbət təsir gostərdiyi kimi, onların yağları da bir çox hallarda sağlamlığımız üçün əlverişlidir...
Gəlin baxaq bunlar hansilardir...




Kələm yağı

Kələm yağı orqanizmi artıq çəki və piydən təmizləyir, normal maddələr mübadiləsini təmin edir, həmçinin bel ve oynaq ağrılarını götürür.

Ìstifadə qaydası.
Xəstə nahiyəyə çəkmək və 1 saat ərzində streç (dartılan) plyonka ilə örtmək lazımdır. Sonra isə su ilə yumaq lazımdır.
 


Gül yağı
Qədimdən mədə və qaraciyər xəstəlikləri, qəbizlik zamanı istifadə edilmisdir. O, bir çox məlhəmlərin və kosmetik vasitələrin tərkibinə daxil edilmişdir. Hal-hazırda gül yağı və gül suyundan xalq və elmi təbabətində geniş şəkildə istifadə olunur. Gül yağı ətriyyat sənayesində, həmçinin qənnadı mallarının hazırlanmasında geniş şəkildə istifadə edilir. Gül yağından allergiya zamanı xaricə, həmçinin gül suyunun hazırlanması zamanı (bəzən göz qapaqlarının iltihabı zamanı göz üçün islatma kimi istifadə edilir), kosmetikada aplikasiya və sürtmə kimi istifadə edilir.

Ìstifadə qaydası.

Efir yağı 2damcı 1/2
 2 ç/q. balla
1/2 stəkan isti su
Gündə 3-4 dəfə qəbul edilir.
Angina zamanı: 1-2damcı gül yağı pipetka ilə iltihablaşmış badamcığa damızdırılır və ya tampon vasitəsilə yağ badamcığa sürtülür.(2-3 gün ərzində gündə 2-3 dəfə).

 
Anemon çiçəyi yağı
Mavi anemonun çiçək açan ləçəklərindən hidrodistilyasiya metodu ilə alınır. Özünəməxsus ətiri, soyuq iyi vardır.
Anemon çiçəyi yağı dəri üçün nəmləndirici, regenerasiyaedici və qoruyucu xüsusiyyətlərə malikdir. Quru və normal yorğun dəriyə qulluq üçün istifadə edilir. Onu canlandırır və gövdədə və üzdə dərin qırışları hamarlayır. Anemon çiçəyi yağı sağlam və normal dəriyə qulluq üçün uyğun gəlir. Ondan üz, boyun və sinənin yuxarı hissəsini, həmçinin bütün bədəni biləvasitə masaj etmək üçün istifadə etmək olar. Xüsusilə də vanna qəbulundan sonra quru dəri tipi zamanı.Tərkibinə daxil olan doymuş yağ turşuları sayəsinde sürətlə hopur və dərini "məxmərə" çevirir.
Anemon çiçəyi yağı həm təmiz şəkildə, həm də digər efir yağları ilə qarışıqda istifadə edilir: nanə ilə 1:1 nisbətində-dərin qırışların və problemli dərinin cavanlaşdırılması və ona qulluq üçün istifadə oluna bilir.

 




Çin yağı
Çin yağı əzələ ağrıları masaj və buxar vannaları metodu ilə aradan qaldırmaq üçün istifadə edilir.
Ağız boşluğunda iltihabi prosesləri aradan qaldırır.


 


Səndəl ağacı yağı
Səndəl ağacı yağı balanslaşdırıcı və antiseptik təsirlərə malikdir, orqanizmi furunkul və sızanaqlardan təmizləyir. İnfeksiyalaşmış yaraların müalicəsi zamanı kömək edir. Bundan başqa, sidik-cinsiyyət üzvləri xəstəliklərinin müalicəsi zamanı müsbət təsir göstərir.
Səndəl ağacı yağı zəiflədir və həyəcanlandırıcı təsirlər göstərir, cinsi zəiflik və frigidlik zamanı kömək edir. Orqanizmin immunitetini aktivləşdirir, döş infeksiyalarının və ağciyər xəstəliklərinin müalicəsi zamanı istifadə olunur. Dəridə düyünlü səpgilər, sızanaqlar olduqda səndəl ağacı yağını nöqtəvi şəkildə, ətraf dəriyə toxunmamaqla, yalniz sızanaqlarņn üzərinə, gündə bir necə dəfə çəkmək lazımdır. Onu bu qayda ilə müxtəlif yaralara və dərinin digər zədələnmələrinə də (çapıq əzilmə və s.) çəkmək lazımdır.


 

 
Sarı kantaron yağı

Tədqiqatlar göstərir ki, sarı kantaron yağı effektiv antidepressiv, stress əleyhinə vasitədir. Revmatik ağrılar zamanı da istifadə edilir.

Ìstifadə qaydası.

Ağrı nahiyəsinə masaj hərəkətlərilə sürtülür.
 
P.S Bütün bu yağları istənilən apteklərdən əldə etmək mümkündür.
 

анимашка полевые цветы 

Redaktə etdi: Leyla Məhərrəmova


  1. Ayan92 | 11 dekabr 2013 20:56 | Status: Professional user | Şərh: 3 056
    Təşəkkürlər
  2. Ayanim | 11 dekabr 2013 13:27 | Status: Gümüş user | Şərh: 1 920
    cox maragli geldi adlarini yazdim goturdum bezilerinin. twk....
  3. Ay_Sun | 10 dekabr 2013 16:20 | Status: Brilliant user | Şərh: 13 410
    Sitat: xerceng
    tewekkurler maraqli xabar idi
  4. SEVDA | 10 dekabr 2013 00:28 | Status: Nəzarətçi | Şərh: 17 444
    yağlardan istifade etmirem,twk...
  5. xerceng | 9 dekabr 2013 20:46 | Status: Şərhçi | Şərh: 402
    tewekkurler maraqli xabar idi
  6. Alice | 9 dekabr 2013 17:14 | Status: Professional user | Şərh: 5 021
    Sarı kantaron yağı

    Bu yağın türk həkimlərindən çox faydalı olduğunu məndə eşitmişəm...

    Anemon çiçəyi yağı

    Bunu isə ilk dəfə olaraq eşitdim...
    Təşəkkürlər xəbər üçün...
  7. M.Aliyeva | 9 dekabr 2013 14:23 | Status: Gümüş user | Şərh: 1 970
    bu aptekde satan yaglara inanmiram mence onlar sunidi, ist etmeye de qorxuram.
  8. Akademik | 9 dekabr 2013 11:24 | Status: Professional user | Şərh: 4 580
    Yağlardan əsas saçlarım üçün maska kimi istifadə edirəm. Çox gözəl nəticə verir.
  9. ALSU AZERI | 8 dekabr 2013 22:38 | Status: VİP user | Şərh: 511
    TESEKKURLER
  10. I am Alone | 8 dekabr 2013 20:18 | Status: Şərhçi | Şərh: 364
    Aaa xeberim redakte olunub kiiii,,,,,serhlere gore cox sagolun,,Leyla xanim siz de coxsagolun redakte etdiyinize gore,,ardi olacaq
  11. ruzgargulum | 8 dekabr 2013 18:32 | Status: Brilliant user | Şərh: 2 493
    melumata gore tsk
  12. Nara | 8 dekabr 2013 16:20 | Status: Yazar | Şərh: 1 718
    tesekurler cooox sagolun
  13. Happiness_lady | 8 dekabr 2013 16:06 | Status: Gümüş user | Şərh: 1 180
    Faydali xebere gore cox sagolun.
  14. Röyamsan. | 8 dekabr 2013 16:03 | Status: Brilliant user | Şərh: 6 103
    Tewekkurler...Faydali Xeberdi Daha Cox Zeytun Yagindan Isdifade Edirem
  15. Nazlı_Kız | 8 dekabr 2013 14:43 | Status: Brilliant user | Şərh: 6 473
    Faydali melumat ucun cox tewekkurler
  16. Lumia | 8 dekabr 2013 14:20 | Status: Professional user | Şərh: 5 381
    Tesekkur edirem,men badam yagi istifade edirem,makiyajimi silmek ucun.
  17. Ulviyye | 8 dekabr 2013 13:50 | Status: Gümüş user | Şərh: 2 839
    ne yalan deyim bu cure yaqlar istifade etmemiwem
  18. luce | 8 dekabr 2013 11:26 | Status: Professional user | Şərh: 2 922
    Faydali xeber ucun tesekkur edirem, Istifade etdiyim bir iki yag var, maska kimi. Gul yagi ve lavanda yagindan istifade edirem en cox.
  19. Aynur_Mezahirli | 8 dekabr 2013 10:50 | Status: Qonaq | Şərh: 0
    Gul yagi istifade edirem, amma mene esas lazim olan sendel agaci yagidi gerek alam sizanaqlarimcun. Faydali meslehet ucun tesekkurler!
  20. gulcan | 8 dekabr 2013 10:50 | Status: Gümüş user | Şərh: 1 932
    Burkadı yağlardan gül yagı var məndə. Ama istifadə etməmişəm hec. Hələki istifadə etdiyim yaglar badam,ərik,limon və şaftalı yağlarıdır...
  21. sadəcə MƏN | 8 dekabr 2013 10:36 | Status: Brilliant user | Şərh: 4 772
    Bu yağların heç birisindən istifadə etməmişəm...
    Kələm yağı
    Yağını bilmirəm,amma kələmin suyu da arıqlatmaqda yaxşıdır.
    Gül yağı
    Gülün də suyundan istifadə edirəm üz üçün losyon kimi :)