Sağlam ol! / Analıq məktəbi

Preterm doğum nədir və səbəbləri

NaraAzer | 13-06-2014, 19:30
3 605 16

 
Ana namizədinin son aybaşı tarixinin ilk günündən etibarən başladılmaq qeydiylə, 40 həftə davam edən hamiləlik müddətində, doğum hərəkətinin 37 hamiləlik həftəsindən əvvəl olması vəziyyətinə "Preterm Doğum" deyilir. "Kadıköy Şəfa Xəstəxanası" Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Təkamül Aksoy, erkən doğum ilə əlaqədar ən əhəmiyyətli 5 sualı cavablandırdı.

Hamiləlik müddətinin pis bir sürprizi ola bilən erkən doğum sıxlığı 5-10% arasında görülməkdədir, nə var ki, günümüzdəki bütün tibbi inkişaflara baxmayaraq sıxlığı azaldıla bilmir, hətta tam əksinə artmaqdadır.

"Prematürite", təəssüf ki, körpə üçün ciddi bir risk vəziyyəti olub, birlikdə ortaya çıxan komplikasyon, ölümcül ola bilməkdədir.

22-23 - hamiləlik həftələrində doğulan körpələrin həyat şansı, inkişaf etmiş ölkələrdə belə 20% olsa da, ölkəmizdə daha aşağıdır. 28 - hamiləlik həftəsinə doğru irəlilədikcə həyat şansı artmaqda, ola biləcək şanssızlıq isə düşməkdədir.


"Preterm doğum"-a səbəb olan nədir?

"Preterm doğum"-un meydana gəlmə mexanizmi hələ də tam olaraq işıqlandırıla bilməmişdir. 25% nisbətində bir qrupu, körpənin və ananın yaxşılıq halı üçün tibbi zərurətlə erkən doğuzdurulan hadisələr olaraq araşdırmaqdayıq.

Özbaşına erkən doğuma gedən hadisələrdə səbəb olaraq hormonal təsirlər, infeksiyalar, çox hamiləliklər, rəhmdə yaranan gərilmə kimi bir çox mexanizm düşünülməkdədir.


Hansı qadınlar "preterm doğum" üçün risk qrupunda ola bilər?

  Daha əvvəl erkən doğum etmiş olanlar

Çox hamiləliyi olanlar (əkiz, üçüz)

•  Rəhm ya da rəhm ağızı anormallıqları olanlar

17 yaşından kiçik ya da 35 yaşından böyük olanlar

Siqaret, spirt ya da dərman istifadə edənlər

Hamiləlik əsnasında həkim yoxlamasından yayınanlar

Hipertansif ya da Diyabetli olanlar

Stressli həyatı olan ya da pis qidalananlar

Alt genital (qadın xəstəlikləri) sistemə aid infeksiyası olanlar

Prematüre körpələrdə ən sıx qarşılaşılan problemlər nələrdir?

Tənəffüs çatmazlığı çətinliyi (ağciyər çatışmazlığı)

Beyindaxili qanaxmalar

Ürək-damar sistemi problemləri

Bağırsaq problemləri - məşhur problem

Korluq

Sarılıq

Anemiya (qansızlığı)

İnfeksiyalar

Beyin problemlərinə bağlı spastisite

Prematürite riskinə qaşı alına biləcək tədbirlər nələrdir?


Hamiləlik planlayan bütün qadınların hamiləlik əvvəli həkim müayinəsindən keçmələri lazımdır. Bu sayədə ana namizədinin, irəlidə erkən doğum etməsinə səbəb ola biləcək əhəmiyyətli bir sağlamlıq problemi (yüksək təzyiq ya da diyabet kimi) olub-olmadığının təsbiti mümkün ola bilməkdədir.
Yenə, hamiləlik planlayan bütün qadınların hələ hamilə qalmadan əvvəl və hamiləliklərinin 3-cü ayına qədər gündə 400 mikrogram Fol turşu istifadə etmələri lazımdır. Son işlər, hamiləlikdən 1 il əvvəl başlanan fol turşunun "prematürite" riskini diqqətə çarpan dərəcədə azaltdığını göstərməkdədir. Fol turşu eyni zamanda beyin və nevroloji sistemin problemlərini də azaltmaqdadır.

Ana namizədləri, hamiləlikdən əvvəl siqareti buraxmalı, istifadə edilən dərmanlar həkimə məsləhətləşilərək qəbul edilməli, obez ya da həddindən artıq aşağı kiloya sahib olanlar isə kilolarını optimum səviyyəyə gətirməlidirlər, hamiləlik boyunca ortalama olaraq 10-13 kq. alınmalıdır.

"Prematüre" körpələrin medikal problemlərinin qarşısı əvvəldən alına bilərmi?


Erkən doğacağı nəzərdə tutulan hamilə, qospitalizə edilərək körpənin ağciyər inkişafını təmin edə bilmək üçün kortikosteroid müalicəsinə başlanır, doğum hərəkəti bu müalicə müddətində dayandırıla bilsə, ağciyər çatmazlığı, beyindaxili qanama və ölüm riski azaldılmış ola bilər.

"Tokoliz" dediyimiz doğum ağrılarını müvəqqəti dayandırma, müalicə üçün istifadə edilən müxtəlif dərman protokolları hər xəstə üçün xüsusi olaraq seçilməlidir. Qısa, davamlı olsa da bu təxirə salma bizə kortikosteroid müalicəsi üçün zaman qazandırmaqdadır.

"Prematüre" doğulan körpələr çox vaxt reanimasiya moduluna ehtiyac göstərəcəyi üçün bu riskin olduğu vəziyyətdə körpə reanimasiya modulu yaxşı inkişaf etmiş bir mərkəzdə doğum etdirilməsi, körpənin daha sonra yaşaya biləcəyi problemləri azaltmaqda əhəmiyyətli rol oynayacaq.
 
 
Redaktə etdi: Leyla Məhərrəmova

ESMERRi | 7 noyabr 2015 00:12 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: MELEK_
Allah hec kime xestelik nesib elemsin, xususile, hamile qadinlara
Real Madrid CF | 1 iyun 2015 12:38 | Status: Qonaq | Şərh: 0
Tesekkurler mene lazim deyil.
Zulya | 31 iyul 2014 11:52 | Status: Gümüş user | Şərh: 1 640
Sekil menali sekildi
MELEK_ | 17 iyun 2014 08:56 | Status: Professional user | Şərh: 3 949
Allah hec kime xestelik nesib elemsin, xususile, hamile qadinlara
indra | 16 iyun 2014 06:18 | Status: VİP user | Şərh: 908
Analarçun lazimdir
SABINA | 14 iyun 2014 22:17 | Status: Professional user | Şərh: 7 410
faydali ve maraqli xeberdir
Nergiz love | 14 iyun 2014 15:52 | Status: Professional user | Şərh: 7 871
Sitat: hazal 19
Menim ucun lazimli xeberdi. Inwallah 3 aydan sonra balam gelir. Teki sag salamat gelsin. Tewekkurler Nara xanim.

INSALLAH SAQLAMAT SAQLAM DOQULSUN,,HAMIYA ALLAH KOMEY OLSUN BU CETIN YOLDA
Naranin Ureyi | 14 iyun 2014 15:20 | Status: Gümüş user | Şərh: 1 577
Allah butun hamileleri dardan qurtarsin. AMIN.
NURLU | 14 iyun 2014 14:13 | Status: Professional user | Şərh: 5 552
Sitat: gulcin777
Ana olmağa hazırlaşan xanımlar üçün lazımlı xəbərdir.
Gulshen. | 14 iyun 2014 08:06 | Status: Qonaq | Şərh: 0
Tewekkur.....
Gunel | 14 iyun 2014 00:26 | Status: Professional user | Şərh: 4 087
Stressin.yixdigi evi hecne yixmir hamilelerde.bu ozellikle.ozunu tez biruze verir onlara azca eseb kecirtmek.bele.olmaz ushaqda tesirini verir sonra.Qoruyun.ozunuzu hamilelik zamani bacilar vallah bu doqquz ayi raht bir shekilde hekim.nezareti altinda,esebsiz kecirsez sapsaglam balaniz dunyaya gelecek inshAllah.Bacardiginiz qeder her sheyi bosh verin her sheye oteri yanashin hamilelik zamani.Riayrt etmesez bunlara her sheyi ureyinize salsaz erken dogushda olma ehtimali olacaq,doguahdan sonra ushaqda feaadlarda.Bacim cekibe bunlari ona gore bilirem ne ile neticelenir hamsi.Allah her bir xanina komek.olsun sag salamat balalarini dunyaya getirsinler.
SEVDA | 13 iyun 2014 23:29 | Status: Nəzarətçi | Şərh: 17 437
Allah kömek olsun bütün hamile qadınlara....
Lumia | 13 iyun 2014 22:56 | Status: Professional user | Şərh: 5 378
Allah butun hamileleri qorusun.Tesekkurler.
hazal 19 | 13 iyun 2014 22:12 | Status: Şərhçi | Şərh: 260
Menim ucun lazimli xeberdi. Inwallah 3 aydan sonra balam gelir. Teki sag salamat gelsin. Tewekkurler Nara xanim.
Gülçin | 13 iyun 2014 21:28 | Status: Brilliant user | Şərh: 6 778
Ana olmağa hazırlaşan xanımlar üçün lazımlı xəbərdir.
Mehri-Ban | 13 iyun 2014 19:41 | Status: Professional user | Şərh: 1 329
cox maraqli xeberdir.1ci qizimda olmuyub ele 1 sey,2 ci qizima 6 ayliq hamileyem,yungul dereceli anemiya diaqnozu qoyulub,ozum de cox stressli hamilelik kecirirem,yasam sertlerine gore,gorek ne olacaq,qismet.
ALLAHdan xeyirlisi "hami ucun"AMIN