Sağlamlıq / Sağlam ol!

Qadınları maraqlandıran suallarının doğru bilinən yalnış cavabları

Aynur_Qurbanqizi | 28-05-2012, 13:00
7 454 64
 


Hamiləlikdən qorunma  həbləri sonsuzluğa gətirib çıxarar, xərçəng xəstələri uşaq sahibi ola bilməzlər, istənilən hər yaşda ana oluna bilər... Cəmiyyətdə nəsil  artırma sağlamlığı haqqında yerləşmiş olan "səhv" məlumatlar bir tərəfdən ana, ata namizədlərinin gərəksiz yerə qayğıya qapılmalarına və ya günahlandırılmalarına, digər tərəfdən də "necə olsa uşaq sahibi ola bilməyəcəyəm" düşüncəsiylə müalicə üçün həkimə müraciət etməkdə gecikmələri kimi ciddi problemlərə səbəb ola bilir! Yaxşı bəs bu xurafatların doğrusu nədir?

Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Prof. Dr. Tansu Kiçik,nəsil  artırma sağlamlığı haqqında cəmiyyətdə yerləşmiş olan "səhv" məlumatların "doğru" larını izah etdi!



1. SƏHV: Doğulacaq körpənin cinsiyyətini ana təyin edir.

DOĞRU:
Qadının genetik quruluşu 46XX şəklindədir və bütün hüceyrələrində X xromosomu vardır. Kişilərin genetik quruluşu isə 46XY-dir. Bu səbəbdən bəzi sperma hüceyrələrində X bəzilərində isə Y xromosomu vardır. Y xromosomu daşıyan bir spermatozoid yumurtahüceyrəsi ilə birləşərsə oğlan, X xromosomu daşıyan bir spermatozoid  yumurtahüceyrə ilə birləşərsə qız uşağı olur. Bu səbəbdən doğulacaq körpənin cinsiyyətini qadın deyil, kişi təyin edir. Süni mayalnanma ilə seçilib yumurtaya inyeksiya edilən(yeridilən)  spermatozoidin genetik quruluşuna isə baxıla bilmir. Ancaq artıq yaranmış olan embrionun genetik quruluşu araşdırılaraq qız ya da oğlan  olduğu təyin oluna bilir. Cinsiyyət seçimi ölkəmizdə yalnız tibbi səbəblərlə edilə bilir.
2. SƏHV: Xərçəng xəstələri uşaq sahibi ola bilməzlər.

DOĞRU:
Xərçəngin müalicəsi: cərrahi, kimyaterapiya və ya şüa terapiyası  şəklində tətbiq olunur. Bu müalicələr, spermatozoid  və yumurtahüceyrə  kimi reproduktiv  hüceyrələri yetişdirən  çıxaran xaya  və yumurtalığa ziyan verə bilir. Bu səbəblə müalicə əvvəlində xəstədən sperma  və ya yumurtahüceyrələr alınıb -196°C də dondurularaq gələcəkdə  istifadə edilmək üzrə saxlana bilir. Bu yenilik uşaq yaşdakı xərçəng xəstələrinə də ümid olur. Xərçəng olan xəstənin evli olduğu vəziyyətlərdə süni mayalanma  texnologiyasıyla embrion əldə etmək və bunu eyni şərtlərdə donduraraq saxlamaq çox daha müvəffəqiyyətli nəticələr alınmasını təmin edir. Müalicə sağalma ilə başa çatdıqda  embrion ananın uşaqlığına  köçürülərək  hamiləlik əldə edilir.


3. SƏHV: Cinsi əlaqədə olmamaq və ya hamilə qalmamaq yumurtaları qoruyur.

DOĞRU:
Qız uşaqları yumurtalıqlarında  təxminən bir milyon ehtiyat, yəni bioloji cehiz ilə doğulur. Yetkinlik ilə birlikdə menstrual  qanaxmalar və ovulyasiya  başladığında hər ay bir yumurta çıxarılarkən, təxminən  min dənəsi isə ölür. Və bir gün bu bioloji cehiz tükənir. Düşünülənin  əksinə cinsi həyat, hamiləlik sayı və ya hamiləlikdən qorunma həblərinin  istifadəsi bu mənzərəni  dəyişdirə bilmir.
4. SƏHV: Genetik xəstəliyi olanlar sağlam körpə sahibi ola bilməzlər.

DOĞRU:
Genetik xəstəliklərdən bəziləri, həm anadan həm də atadan gələn xəstəlikli gen olmasını tələb edərkən, bəziləri isə tək bir xəstəlikli gen ilə ortaya çıxa bilir. Belə vəziyyətlərdə süni mayalanma  əməliyyatı tətbiq olunur və embrionlar laborator mühitdə əldə edilir. Genetik hissədə araşdırılan embrionların hansının möhkəm, hansının xəstə və hansının daşıyıcı olduğu "İmplantasiyaönü Genetik analiz" üsulu ilə araşdırılaraq  uyğun embrionlar uşaqlığa implantasiya olunur(köçürülür). Eyni üsul sayəsində risk qrupunda olan 35 yaşından böyük qadınlarda Daun sindromu olmayan sağlam körpələr doğura bilir. "İmplantasiyaönü Genetik analiz" ilə ailədəki xəstə şəxsə  toxuma  və ya orqan donorluğu  edə biləcək şəkildə genetik uyğunlaşması olan körpə də əldə edilə bilir.
5. YANLIS: Sperma analizində  heç spermatozoid  olmayan kişilər ata ola bilməzlər.

DOĞRU:
"Azospermiya" adı verilən bu vəziyyət 2 əsas  səbəblə meydana gəlir: Birincisi,  spermanın çıxış yollarının(toxum çıxarıcı yolların) qapalı olması. Bu vəziyyətdə xayalardan biopsiya  ilə sperma əldə etmək  100 %müvəffəqiyyət təmin edir. Əldə edilən sperma yayoldaşının yumurtahüceyrəsinə inyeksiya  edilərək embrion yaradılır ya da dondurularaq saxlana bilir. İkincisi isə çox az sperma çıxarıldığı üçün spermatozoid tapılmayan  kişilər var. Bu vəziyyət bəzi genetik xəstəlik ya da infeksiya səbəbliylə meydana gəlir. Bu problemi yaşayan kişilərdə belə "Mikro Tese" üsulu ilə mikroskop altında biopsiya edilərək spermatapıla bilir.
6. SƏHV: İlksüni mayalanma sınağı müvəffəqiyyətli olmaz.

DOĞRU:
Ölkəmizdə Mart 2010 tarixindəki birir qərarla anabətninə implantasiya  edilən embrion sayına tənzimləmə və məhdudlaşdırma gətirildi. Bu tənzimləməyə görə; 35 yaşından daha gənc qadınlarda 1. sınaqda və 2. sınaqda 1 embrion, digər bütün vəziyyətlərdə isə 2 embrion verilə bilir. Çoxdöllü(əkiz,üçüz və s) hamiləlikləri azaltmağa istiqamətli bu tətbiqin süni mayalanmanın hamiləliklə başa çatması şansını da bir qədər  azaltması gözlənilə bilər. Ancaq köçürüləcək embrionun çox diqqətli seçimi, "metabolomics" üsulu tətbiqi və ya 5. gün embrion (blastokist) transferi kimi üsullarla hamiləlik nisbəti əvvəlki 
səviyyələrdə tutulmağa çalışılır. Onsuz da süni mayalnma ilə məşğul olan həkim qrupunun ən böyük istəyi də daha ilk sınaqda tək bir hamiləlik əldə etməkdir.
7. SƏHV: Hamiləlikdən qorunma  həbləri sonsuzluğa gətirib çıxarır.

DOĞRU:
Köhnə hamiləlikdən qorunma həblərnin tərkibindən progesteronlar  ödem və kilo artımına gətirib çıxarırdı. Ancaq günümüzün müasir həbləri bu tərz yan təsirlər meydana gətirmir. Müasir həblər çox aşağı doza qadın hormonu estrogen və keyfiyyətli progesteron, yəni ovulyasiya  hormonu ehtiva edir. İstifadə edilməyə başlandığında yumurtalıqların fəaliyyəti dayanır və ovulyasiya ilə  birlikdə yumurtalıqların ifraz etdiyi bütün hormonların  ifrazı dayanır. Qaynağı qadının öz yumurtalıqları olan kişilik hormonu androgen də ifraz olunmur; bunun nəticəsi olaraq tüklənmə və sızanaqlar azaldığı kimi, aybaşı qeyri-müntəzəmliyi  problemi də iaradan qalxır. Doğum idarə həblərinin sonsuzluq yaratmaları  da mümkün deyil. Çünki təsirləri  yalnız 1 gün davam etdiyi üçün hər gün istifadə etmək  lazımdır, istifadəsi dayandırıldıqda  da təsirləri dərhal itir.
8. SƏHV: İlk hamiləliyini abortla sonlandıran qadınlar bir daha hamilə qala bilməzlər.

DOĞRU:
Lazım olduğu dərinlikdə, uşaqlığın  divarına zərər vermədən edilən, içəridə parça qalmayan və infeksiya üçün tədbirləri alınmış abortlar sonrakı hamiləliyi zərər verməzlər. Ancaq, yenə də xatırlatmaq lazımdır ki abort bir ailə planlama üsulu deyil. Abort körpənin anormal olduğu vəziyyətlərdə, hamiləliyin ana həyatını təhdid etdiyi vəziyyətlərdə və təcavüz kimi istənməyən hamiləlik vəziyyətlərində tətbiq olunması lazım olan bir üsuldur. Hamiləlikdən qorunmaq üçün müasir üsulları seçməyiniz lazımdır.
9.YANLIŞ: Hamiləliyi önlədiyi üçün doğum etməmiş qadına spiral qoyulmaz.

DOĞRU:

Spiral infeksiya etmir amma infeksiya varmış kimi bir reaksiya doğurur. Bu reaksiya səbəbiylə ifraz olunan maddələr də uşaqlıq  içini hamiləliyə uyğun olmayan  hala gətirir. Bu təsir spiral dayandıqca davam edir, çıxarılınca düzəlir. Ayrıca, bəzi spirallardakı mis sperma öldürücü təsir edir. Hormonlu spirallar eyni zamanda uşaqlıq  ağzı ifrazat quruluşunu və uşaqlıq  içini dəyişdirərək hamiləliyi önləyir. Damar və ya qaraciyər xəstəliyi kimi müxtəlif səbəblərlə digər üsulları istifadə edə bilməyən doğmamış qadınlara da spiral qoyula bilər. Ancaq, hər 6 aydan  bir nəzarət edilməsi lazımdır.
10. SƏHV: İstədiyim hər yaşda uşaq doğa bilərəm.

DOĞRU:


Türkiyədə  menopauza yaşı təxminən 48 -dir. Ancaq menopauzadan 10 il əvvəlindən başlayaraq həm təbii, həm də süni mayalnma yoluyla hamilə qalmaq çətinləşməyə başlayır. Belə ki 20 yaşındakı bir qadının bir aylıq cinsi əlaqə sonrası hamilə qalma şansı 25% ikən bu şans 40 yaşında 5%-qədər düşür. Bu səbəbdən "uşaq da edərəm, karyera da" siyahısında uşağın bioloji olaraq prioritetli olması lazımdır. Çünki bəzi qadınlarda inkişaf edən erkən menopauza bu planları daha da alt-üst edə bilir. Ayrıca yumurtalıqda şokolad kisti (endometrioz)və tez-tez  əməliyyat keçirən qadınlar isə bu mövzuda daha da diqqətli olmalılar.



  1. ESMERRi | 15 aprel 2016 19:13 | Status: Brilliant user | Şərh: 5 379
    Sitat: Gulshen.
    Mukemmel xeberdi twk
  2. Gulshen. | 24 fevral 2014 18:19 | Status: Qonaq | Şərh: 0
    Mukemmel xeberdi twk
  3. Nigar | 24 yanvar 2014 15:29 | Status: Gümüş user | Şərh: 6 064
    tewekkurler xebere gozel
  4. Feride 18 | 24 iyun 2013 17:03 | Status: VİP user | Şərh: 686
    cox faydali xeberdi twk....

    mararaqlidi twk..
  5. NURLU | 9 may 2013 09:38 | Status: Professional user | Şərh: 5 554
    tesekkurler
  6. RaySum | 5 may 2013 11:37 | Status: Professional user | Şərh: 2 594
    tskler AYnur
  7. Hande 18 | 4 may 2013 17:10 | Status: Professional user | Şərh: 3 302
    tesekkurler
  8. ayruska | 14 aprel 2013 23:58 | Status: Professional user | Şərh: 3 978

    twk

  9. Milaska. | 25 mart 2013 20:53 | Status: Gümüş user | Şərh: 1 486
    hm
  10. SEVA00 | 27 fevral 2013 00:57 | Status: VİP user | Şərh: 1 013
    maraqlidi
  11. ilaska-03 | 25 fevral 2013 20:08 | Status: Qonaq | Şərh: 0
    cox saglun cox faydalandim bu xeberden bilmediklerimi oyrendim
  12. Decel | 29 noyabr 2012 17:47 | Status: Gümüş user | Şərh: 933
    faydali xeberlerdi bilmediklerimi oyrendim
  13. bekke | 22 noyabr 2012 20:03 | Status: Qonaq | Şərh: 0
    burada lazim olan cavabi tapdim mersi
  14. sevinc keder | 23 oktyabr 2012 19:43 | Status: Professional user | Şərh: 3 818
    bunlari bilmek lazimid cunki her bir xanima lazim olacaq bir gun :n7:
    tewekkurler
  15. HEYATIM | 9 sentyabr 2012 14:58 | Status: Professional user | Şərh: 2 110
    MARAQLI XEBERDII TEWEKKURLERR
  16. Narin_yagis | 9 sentyabr 2012 10:23 | Status: Gümüş user | Şərh: 601
    HECNE ANLAMADIM SUBALIQ YAXSIDI EVLENMICEM :n25:
  17. P.S | 30 avqust 2012 20:55 | Status: VİP user | Şərh: 995
    tewekkurler
  18. MELAYKA | 17 avqust 2012 17:13 | Status: VİP user | Şərh: 600
    tesekkurler bezilerin mende sehv bilirdim sizin sayenizde dogru oldugun oyrendim
  19. TATLI GUZEL | 15 avqust 2012 12:38 | Status: Professional user | Şərh: 5 781
    Ayka21,
    aynen
  20. Ayka21 | 26 iyul 2012 12:14 | Status: Yazar | Şərh: 2 770
    tesekkurler :n28:
  21. G-----16 | 24 iyul 2012 20:28 | Status: Gümüş user | Şərh: 2 227
    Sitat: sevmezВ olaydim
    BI WEY BAWA DUWDUMSE EREB OLUM

    ele mende :n28:
  22. NURGUL_GUL | 19 iyul 2012 15:10 | Status: Şərhçi | Şərh: 130
    cox sag olun bezilerini bilirdim bilmediklerimide oxudum bildim.cox sag olun Aynur xanim. :n47: