Sağlamlıq / Sağlam ol!

Kesar kəsiyi əməliyyatı yoxsa normal doğuş?

dr.Samira | 3-06-2011, 19:00
46 893 99


 

 


Hamiləlik -bir çox həkimlərin dediyi kimi xəstəlik deyil.Həyatın bu periodunda qadın orqanizmindən əlavə tələbatlara ehtiyac yarandığından daha həssas və tez təsirlənən olurlar.Doğuş prosesi də xəstəlik deyil və uşağın dünyaya gəlməsi ilə sonlanır.Ancaq bu proses həm ana,həm də uşaq üçün böyük stress yaradır və bəzən xüsusi tibbi müdaxilə tələb olunur.
 


Kesar kəsii əməliyyatı nədir? Onun üstünlükləri və riski nədən ibarətdir?


 


Kesar kəsiyi -cərrahi əməliyyat olub,normal yolla doğuşu həyata keçirə bilməyən ananın qarnından uşaqlığı kəsərək uşağın xaric edilməsindən ibarətdir.
İlk baxışda Kesar kəsiyi əməliyyatı uşaq dünyaya gətirməyin tez və asan üsuluna bənzəyir.Digər cərrahi müdaxilələrlə müqayisaədə ,o daha təhlükəsizdir.Təbi yolla doğuşdan fərqli olaraq daha rahat, tez və qabaqcadan düzgün proqnoz verilə bilən bir metoddur.Əməliyyatın özü ,narkoz altında aparıldığı üçün ,adətən ağrısız olur.Həkim isə Kesar kəsiyi əməliyyatı üçün daha çox əmək haqqı alır.Bütün bu cəhətlər Kesar kəsiyi əməliyyatını hamilələr və eləcə də həkimlər üçün daha cəlbedici edir.
Lakin!
Daha dərindən araşdırdıqda ,mühüm çatışmazlıqlar meydana çıxır ki,buna görə də kesar kəsii əməliyyatını istigadəsini məhdudlaşdırmağa ehtiyac yaranır.


--Kesar əməliyatı anesteziya,infeksiya və qanaxma ilə bağlı ciddi problemlərin yaranması üçün riski artırır.

--Daha uzun müddət hospitalizasiyaya ehtiyac yaranır.

--Əməliyyatdan bir həftə keçməsinə baxmayaraq ağrılar davam edir və yenidoğulmuş,həmçinin digər uşaqlara qulluq etmədə çətinliklər yaradır.

--Təbii yolla doğuşla müqayisədə daha çox antibiotikə,ağrıkəsiciyə və qan köçürməyə ehtiyac yaranır.

--Adi gündəlik həyat rejiminə və iş həyatına qayıtmaq daha çox vaxt alır.Bunlardan əlavə maddi bu üsulda xərclər daha çox olur,nəinki təbii yolla doğuşda.
--Kesar kəsiyi ilə dünyaya gəlmiş uşaqlarda,xüsusilə ,ümumiyyətlə sancılar hələ başlamamış hallarda , daha çox tənəffüs və hərarətin tənzimlənməsi ilə bağlı problemləri olur.Hətta uzun müddət çəkən və çətin normal doğuşlarla müqayisədə Kesar əməliyyatında bu risk mövcuddur.


--Bəzən yanlışlıqla uşağı skalpellə zədələmək olar.
Kesar kəsiyi əməliyyatına qərar verməzdən öncə,siz həkiminizlə birgə bu üsulunsizin üçün risk və üstünlüklərini ölçüb-biçməlisiniz.Normal doğuş zamanı ana və uşaq daha çox riskə məruz qaldığı hallarda Kesar əməliyyatının riskləri gözardı edilə bilər.


Təbii yolla doğuş reallaşdırmaq şansını necə artırmaq olar.




Aşağıda bir neçə məsləhətlər qeyd edilib.Əgər onlara əməl eləsəz təbii yolla normal doğuş reallaşdırmağa bir addım daha yaxın olacaqsınız:
*Sağlamlığınızın qetdinə qalın(düzgün qidalanın,fiziki hərəkətlər edin,stresdən,alkoqoldan və tütündən uzaq olmağa çalışın) və siz doöuşa mümkün olan ən yaxşı formada gedəcəksiniz.
*Əvvəlcədən xəstəxana və həkim tapın və əmin olun ki,heç bir tibbi göstəriş olmadan Kesara üstünlük verməyib,sizin normal doğuş reallaşdırmaq istəyinizi yüksəs qiymətləndirən və dəstək verən bir həkim olsun.
*Əgər sizdə əvvəl Kesar kəsiyi ilə əməliyyat olubsa və üzərindən 3 ildən çox vaxt ötübsə,normal doğuşa psixoloji və praktiki hazırlıqalarla bağlı suallarınıızı müzakirə edin.
*Hazırlıq kurslarında iştirak edindərmanlardan istifadə etmədən doğuşu necə sağrısız və rahat keçirə biləcəyiniz üsullarla yaxından tanış olun.
*Həkiminizlə doğuşun planını tərtib edin.
*Dərman və tibbi müdaxiləni yalnız ehtiyac yarandıqda istifadə edəcəyinizi qabaqcadan müəyyənləşdirin,çünki adətən onlar doğuşun normal gedişini poza bilər.
Əgər siz bütün bu məsləhətlərə riayət etmisiniz və buna baxmayaraq sizin və uşağınız üçün normal doğuş zamanı hansısa təhlükə yarana biləcəksə ,təhlükəsizlik baxımından Kesar kəsiyi əməliyyatı elətdirməyiniz lazımdır.


Kesar kəsiyi əməliyyatına tibbi göstərişlər.

Aşağıdakı hallarından istənilən biri olan hallarda Kesar əməliyyatı icra etmək lazımdır.
Kəllə-çanaq disproporsiyası--


uşağın başı böyük ,ananın çanağı kiçik olan hallarda.Kəllə-çanaq disproporsiyası doğuşa qədərki müddətdə nadir hallarda diaqnostika etmək olur(ehtimal etmək olur).Belə vəziyyətdə normal yolla doğuş zamanı uşağın başı sıxılır,ananın çanağında isə simfiz aralana bilər.Əgər yetərincə zaman keçmiş və güclü tutmalar olmasına baxmayaraq doğuş prosesində proqres yoxdursa kəllə-çanaq dispropordiyası diaqnozu qoyula bilər.Bəzən bu vəziyyəti dölün uğursuz yerləşmələri ilə səhv salırlar.
Dölün uğursuz yerləşməsi .


Uşaq üşaqlıqda normal yolla doğulmaq üçün əlverişsiz bir vəziyyətdə yerləşib.Belə hallara Dölün köndələn vəziyyətini(uşaq horizontal vəziyətdə uzanır),bəzi növ sağrı gəlişlərini (tam və ayaq gəlişi),üz və ya alın gəlişi,hərəkətsiz arxa ənsə gəlişi və ya asinklitizm(uşağın başı elə istiqamətdə çevrilib ki,çanaq girişinə daxil ola bilmir) misal gətirmək olar.
Ləngimiş(gecikmiş) doğuşlarda.
Hətta uşaqlığq boynununun əzələlərini zəiflədən və uşqlığın daha güclü yığılmalarını stimulyasiya edən preoaratlardan sonra Sancılar lazımi qədər güclü olmadığı ,uşaqlıq boynunun açılmasında irəliləyiş olmadığı halar.
Uşağın xəstəlikləri olduğu hallarda
Stetoskop yaxud xüsusi elektron monitorinq köməyilə dölün nəbzinin spesifik dəyişiklkləri,uşaqda hansısa problemin olmasına işarədir.Bu dəyişikliklər dölün oksigeni qənaətlə istifadə etdiyinə işarədir(.məs. göbək ciyəsinin sıxılması yaxudciftə gələn qanın miqdarının azalması hallarında ola bilər).
oksigen çatışmazlığının ən böyük təhlükəsi beyn zədələyə bilmə ehtimalının olmasıdır(serebral paralıç,ağıl zəifliyi,epilepsiya vəs.)
Göbək ciyəsinin düşməsi halında
Göbək ciyəsi uşaqdan əvvəl uşaqlıq boynuna düşərsə ,uşağın bədəni onu sıxa bilər və beləcə oksigen qəbulunu sıfıra endirə bilər.,belə vəziyyətdə təcili kesar kəsiyi icra olunmalıdı.
Cift gəlişi hallarında


Cift uşaqlıq boynunu tam və ya qismən örtür,uşaqlıq boynu açıldıqca cift uşaqlığın divarından soyulmağa başlayır və ananın həyatını təhlekəyə atan qanaxmaya və uşağın oksigensiz qalmasına səbəb olur.Cift gəlişi 200 qadından birində rast gəlinir.Onun simptomları hamiləliyin 7- ci ayından sonra vaginal qanaxmaların olmasıdır,bu qanaxmalaq ağrısız olur..belə halda anaya yataq rejimi ,daimi tibbi nəzarət və təbii ki,kesar əməliyyatı təyin olunur.
Ciftin soyulması


Cift vaxtından əvvəl uşaqlıq divarından soyulur.Bu həm vaginal qanaxma,həm də xarici təzahür olmadan gizli qanaxma verə bilər,qarında daimi ağrılar olur.Ciftin soyulması uşağın oksigen təchizatını azaldır,bu hal adətən 3-cü trimestrdə olur,ya da doğuş vaxtı.Bəzən səbəbsiz yaransa da daha çox arterial hipertenziyası olansiqaret çəkən və alkoqollu içkilər içən qadınlarda rast gəlinir.əgər doğuş vaxtı baş veribsə və qanaxma azdırsa təbii yolla doğuzdurmağa çalışılır,əks təqdirdə kesar əməliyyatı icra olunur.
Ananın xəstəliyi
Əgər anada diabet,xəstə böyrəklər,preeklampsiya(toksikoz),ürək və ya diqər qğır xəstəlikləri varsa,ana və uşaq sancıların və təbii yola doğuşun stressini yaşamaq gücünə malik deullərsə əməliyyat göstərişdir.Ananın uşaqlıq yolunmda Herpes varsa,uşağın həmin yerdən keçərkən yoluxmaması üçün ,anada 5 dioptridən artıq yaxındangörmə varsa və gözün torlu qişanın soyulma təhlükəsi varsa əməliyyat tibbi göstərişrir.

Çoxdöllü hamiləlik.


iki və daha çox sayda uşaq olanda,onıarın həyati təhlükəsi olmaması baxımından.
Təkrari kesar kəsiyi əməliyyatlarında.
əgər birinci əməliyatdan az müddət keçibsə və çapıq kobud alınıbsa,uşaqlığın cırılma təhlükəsi varsa təkrar kesar əməliyyatına göstəriş olur.

Əgər yuxarıda sadalanan heç bir patologiya sizdə yoxdursa,təbii yolla normal doğuşa üstünlük verməyinizi məsləhət görərdim.



  1. Yagis_Negmesi | 1 dekabr 2015 23:57 | Status: Gümüş user | Şərh: 1 614
    Sitat: fidaska123
    normal dogus daha faydalidir..hemde kesirden sonra qarinda izler qalirr
  2. Nigar | 16 sentyabr 2013 15:07 | Status: Gümüş user | Şərh: 6 064
    Allah butun korpeleri saxlasin nn7
  3. fidaska123 | 19 aprel 2013 18:14 | Status: Qonaq | Şərh: 0
    normal dogus daha faydalidir..hemde kesirden sonra qarinda izler qalirr
  4. Fatima Q. | 17 mart 2013 19:16 | Status: Gümüş user | Şərh: 984
    ALLAH nece yazsa,,
  5. Meqa | 17 fevral 2013 13:58 | Status: Professional user | Şərh: 2 077
    yazıq qadınlar neler çekir
  6. mehribann | 15 fevral 2013 23:55 | Status: Qonaq | Şərh: 0
    men kesar olmusam cox sukur oglum saglamdi mendede ele 1 problemim yoxdu men cox qorxaqam hemde tezyiqim variydi onun ucun emeliyyat oldum emeliyyatdan sonra yaxsi baxildiqda ve hekimin yaxsi sevecen olduqda tez sagalirsan hec 1 qorxusu yoxdu
  7. casiye 45 | 19 noyabr 2012 18:57 | Status: Gümüş user | Şərh: 1 449
    normal doguw daha faydalidir
  8. nastya | 11 noyabr 2012 16:22 | Status: Qonaq | Şərh: 0
    Mənim üçün kessir daha asandı
  9. niagara | 9 noyabr 2012 23:21 | Status: VİP user | Şərh: 293
    ne bilim
  10. zoluwka | 4 noyabr 2012 06:03 | Status: Professional user | Şərh: 3 172
    mende evvel kesir dediler sora hekimim qoymadi normal doguw oldu.en yaxwisi normaldi.doguwdan 2-3saat sora normal durub hereket edirsen.ama kesir ele deyil
  11. zulfu | 16 sentyabr 2012 10:58 | Status: Qonaq | Şərh: 0
    menim usaqlarimda keserla olublar olumle uzuze qalmisam onun ucun hec kime meslehet gormurem ne qeder cetin olsada normal dogum yaxsilarin yaxsisidi ana ucu nda usaq usaqucude

    hec vaxt kesera uz tutmayin catin olsada normal dogusa gedin onun agrisi coooox olsa 1ay cakar amma keserinki bir omur
  12. Lovely Girl | 23 avqust 2012 15:31 | Status: Qonaq | Şərh: 0
    smile
  13. life82 | 23 avqust 2012 13:48 | Status: Gümüş user | Şərh: 985
    TEHLUKE YOXDURSAAAA,TEBII DOGUŞ TEREFDARIYAM.FATIMEDE TEBII YOLLA DOGULUB :n49: ALLAH BUTUN BALALARI QORUSUN
  14. TATLI GUZEL | 22 iyul 2012 15:06 | Status: Professional user | Şərh: 5 781
    normal.tesekkurler