Sağlamlıq / Sağlam ol!

Ədviyyatların xeyiri

Aynur | 6-06-2011, 15:00
13 800 35
Razyana

 Razyana meyvəsindən elmi təbabətdə soyuqdəymədən baş verən xəstəliklərdə, xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də mədə-bağırsaq xəstəliyində həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan vasitə kimi geniş istifadə olunur. Razyana meyvəsi dəmləmə və bişirmə şəklində öd kisəsinin iltihabında və böyrək xəstəliklərində də qəbul edilir.

 

  Cirə

  Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələrini yetişənə az qalmış toplayırlar. Cirədən təbabətdə bəlğəmgətirici, köpyatırıcı və iştah artırıcı dərman kimi bir sıra preparatlar şəklində geniş istifadə olunur. Xalq təbabətində cirə meyvəsindən çay kimi dəmləyib soyuqdəymədə yumşaldıcı, bəlğəmgətirici, astmanın qarşısını alan və eləcə də xroniki mədə-bağırsaq xəstəliyinin müalicəsində faydalı bir dərman kimi işlədirlər. Həmçinin həzm traktının motor və sekretor fəaliyyətini stimulyasiya edir. Zəif dezinfeksiyaedici təsirə malikdir.

Cirənin qurudulmuş meyvəsindən 15-20 q bir litr su tutan qabda çay kimi dəmləyib gündə iki dəfə, yarım stəkan qəbul edirlər.

 Mixək

 Mixək orqanizmə istilik verir, quruducu xüsusiyyətə malikdir. Xörəkdə və ya çayda mixəkdən istifadə etmək ürəyi, mədəni və daxili orqanları qüvvətləndirib, həzmi gücləndirir. Mixək beyin üçün faydalıdır. O, əhvalı yaxşılaşdırıb, ağızdan gələn pis qoxunun qarşısını alır. Mixək soyuqdəymədən yaranan bəlğəmli xəstəlikləri müalicə edir. Bir miqdar mixəyi döyəndən sonra südə qatıb, müntəzəm olaraq içmək cinsi fəaliyyəti gücləndirir. Burun axması və zökəm zamanı əmgəyə mixək sürtmək faydalıdır.

 Orta yüzilliklərdə mixəklə baş və diş ağrılarını, bədən boşluqlarına su yığılmalarını, karlığı müalicə edirdilər. Mixək yağını vərəm, vəba, göbələk xəstəliklərinə qarşı da istifadə edirdilər. Qədim Çin təbabətində bu yağla dəri xəstəlikləri müalicə olunub. O, güclü antiseptik özəlliklərə malikdir, dəridəki səpkiləri götürür. Mixək müalicə yağlarına da əlavə edilir. O, görmə, bronxial astma, ürək döyüntüsü zamanı faydalıdır, bezdirici əhvalı, vahiməni sakitləşdirir, ruhu gümrahlaşdırır.

 Rusların qədim “Evtikmə” kitabında deyilir: “Əgər belə yağın 2-3 damcısını suya qatsan, əllərə xoş rayihə və sifətə gözəllik verir. Əgər ondan azacıq arağa qatsan və acqarına içsən, o zaman həm qırtlağı, həm də sinəni bəlğəmdən təmizləyir və boğazı yumşaldır, həm də əhvalı yaxşılaşdıraraq iştah gətirir”.

 Qədimlərdə başağrısından mixək sirkəsi ilə can qurtarırdılar. Bunun üçün 2 xörək qaşığı tünd sirkəni (essensiyanı yox!) 1 çay qaşığı mixək qönçəsinə qataraq onu tixacla bərk bağlanmış flakonda isti yerdə bir həftə saxlamaq lazımdır. Başağrısı zamanı gün ərzində mixəyin iyini bir neçə dəfə ciyərlərə çəkmək gərəkdir.

 Üzünüzə yara, çivzə çıxanda mixəyin efir yağının 20 damcısını 100 ml distillə edilmiş suya qatın, həmin məhlulla hər gün üzünüzü silin.

 Bu möcüzəli ədviyyatı dişlərin lap Çinsayağı ağardılması üçün istifadə etmək olar. Bunun üçün mixək və sarı acıçiçəyin hərəsindən 0,3 q götürərək üyüdərək dişlərinizi 3 gün ərzində bu tozla yuyun.

 Bağırsaqlarda qurd olanda möhkəm tündlüyü olan mixək çayı dəmləyin, gündə bir dəfə yeməyə 20 dəqiqə qalmış üstündən su içməklə ondan bir çay qaşığı için.

 Soyuqlama və öskürək zamanı limon şirəsini suda həll etmək, ona 3 mixək qönçəsi və bir az da bal qatmaq lazımdır. 

Darçın

 Darçın fərahlıq verər və iştah açar. Əl və ayaqlardakı titrəmələrinə yaxşı gəlir. Mədə narahatlıqlarına və qarın ağrılarına yaxşı gəlir. Bağırsaq qurdlarının tökülməsinə və bağırsaq iltihablarının yaxşılaşmasına köməkçi olar. Qaz sökdürücüdür. Pis qoxuları, öskürəyi və ishalı kəsir. Bədən müqavimətini artırır. Soyuqdəyməyə qarşı faydalıdır. Qan şəkərini dəngələyən darçın şəkər xəstələri üçün çox faydalıdır.Yeməklərdə və şirniyatlarda ləzzət və qoxu verməsi üçün istifadə edilir. Darçın xüsusilə sütlü şirinlərdə istifadə edilsə süddəki zərərli bakteriyaları yox edər. Bal və limonla qarışdırılıb yeyilsə boğaz yanmasına yaxşı gəlir.


Yagis_Negmesi | 1 dekabr 2015 23:55 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: SEVA00
iylerine gore cox istifade edirem
SEVA00 | 3 mart 2013 02:03 | Status: VİP user | Şərh: 1 013
iylerine gore cox istifade edirem
Sabahım. | 1 mart 2013 17:00 | Status: Professional user | Şərh: 3 359
həmişə caya mixək atiram darcini da cox sevirəm isti qaynar suya töküb icirəm.xeyirlidir.
Meqa | 17 fevral 2013 14:41 | Status: Professional user | Şərh: 2 077
çox sevirem edviyatları
G-----16 | 24 iyul 2012 17:11 | Status: Gümüş user | Şərh: 2 227
tesekkurler maraqlidir :n28:
TATLI GUZEL | 23 iyul 2012 12:23 | Status: Professional user | Şərh: 5 781
men darcini xoslayiram ve onun xeyirli oldugunuda bilirdim.tesekkurler

men darcini xoslayiram ve onun xeyirli oldugunuda bilirdim.tesekkurler