Sağlamlıq / Sağlam ol!
Sədəf xəstəliyi nədir?
ayruska | 26-10-2013, 18:03
26 875 21
Sədəf xəstəliyi nədir?
Özünü və əlamətlərini ən çox iyirimi ilə əlli yaşlar arasında göstərən sədəf xəstəliyinin, ilk ağla gələn əlamətləri, gümüş rəngində pullu bir görünüş ilə qırmızı ləkələrin üstünün bağlanmasıdır. Sədəf xəstəliyinin tapıntıları əsasən klinik olaraq tapılmalıdır. Yaxşı, bu sədəf xəstəliyinin səbəbləri nələrdir? Təəssüf ki sədəf xəstəliyinin səbəbi tam olaraq tapılmamışdır. Bu problemdə sədəf xəstəliyinin müalicəsini mənfi təsir etmişdir. Çünki problemin qaynağı bilinmədiyi üçün, qaynağa istiqamətli bir müalicə də tətbiq olunmamışdır.
Sədəf xəstəliyi əsasən irsi olaraq keçir. Lakin irsi təsir sədəf xəstəliyinin tam olaraq bir səbəbi olmayıb sədəf xəstəliyinə tutulma ehtimalının adamda daha yüksək nisbət tapması olaraq qiymətləndirilir tibb sahəsində. Sədəf xəstəliyi əlamətləri bəzən bir çox insanlarda digər xəstəliklərlə qarışdırılır.
Çünki sədəf xəstəliyinin dəridə yaratdığı əlamətlərə bənzər əlamətlər başqa xəstəliklərdə də vardır. Məsələn ekzema bu xəstəliklərə nümunə verilən bir xəstəlikdir. Lakin ikisi bir-birindən tamamilə fərqli xəstəliklərdir. Ekzema əlamətləri, dərinin uzun bir müddət qaşınma müşahidə olunur, iltihablı qızarmış bir şəkil almasıdır. Bu iki xəstəliyin əlamətləri eyni kimi görünsə də xəstəliklər bir-birlərindən olduqca fərqlidirlər. Ağıllarda cavab tapmamış suallardan biri isə; 'sədəf xəstəliyi keçicimidir?' sualıdır
Bu sualın cavabı sədəf xəstəliyinin yoluxucu olmamasıdır. Lakin cəmiyyətin, xəstəliyin vizual mənada pis bir xəstəlik olmasından qaynaqlı olaraq, yoluxucu olduğunu düşünməyə davam etməsi sədəf xəstələri üçün pis bir vəziyyət təşkil edir. Sədəf xəstəliyi müalicəsi isə, tibbi dərmanların yanında alternativ tibb olaraq adlandırdığımız bitki mənşəli üsullar istifadə edilərək da edilə bilər. Sədəf xəstəliyi bitki mənşəli müalicə sahəsində, özünə müxtəlif bitki mənşəli reseptlərdə tapmışdır.
@Tərcümə azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.
@Tərcümə azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.
Redaktə etdi: ALİyeva