Sağlamlıq / Sağlam ol!

Yuxusuzluqla bağlı probleminiz varsa...

leyla meherremova | 29-10-2013, 19:30
4 421 21

 

 

 
Yuxusuzluqla bağlı probleminiz varsa…


1.Yanında karbohidrat qəbul etmədiyiniz yüksək proteinli yeməklərdən sonra,yuxusuzluq problem yaşaya bilərsiniz.Yüksək proteinli qidalarda çox miqdarda tirozin vardır və bu beyini "oyanıq” saxlamağa kömək edən bir amino asiddir.Ətlərin yanında mütləq makaron,kəpəkli düyü taxıllı ərzaqlar yeməlisiniz.


 2.
İkinci dünya müharibəsi  vaxtında əsgərlərin yuxu dərmanı olaraq bilinən acı marulun(zəncirotu) ,sakitləşdirici  təsiri olduğu bilinlir.


 3.Gecə yuxusunun ən keyfiyyətli olacağı saatlar axşam 22.00 ilə sabah 06.00 arasıdır.Bədən özünü gecə 23.00 ilə 01.00 arasında yeniləyir.Bu saatlar oyaq olmamaq faydalıdır.


 4.
Yatmağa gedərkən corab geyinməyi yaddan çıxarmayın,çünki ayaqlar bədəninizdə ilk istilik itirən üzvünüzdür.Ayaq soyuduqda yuxuya getməyinizi çətinləşdirə bilər.Ayaqlarınızı isti saxlamaq,yuxu həblərindən daha təsirli ola bilər.

 
5.
Gün ərzində qəbul etdiyiniz kofein miqdarını azaltmağa çalışın.Günorta içilmiş bir fincan qəhvə belə gecə sizing yuxunuzu qaçıra bilər.


6.
Davamlı olaraq  idman edənlər,etməyənlərə nisbətən daha kefiyyətli yuxuları olar.İdman etdikdən sonra enerji artırsa,sabah saatlarında edilən idman daha yaxşı olardı.


7.
Bəzi qidalar yatmağınıza kömək edər.Süd bu ərzaqların başında gəlir.Ton balığı,qalxan balığı,ənginar,badam,yumurta,şaftalı,qoz,ərik,quşqonmaz,yulaf,kortof və banan yuxu gətirən digər qidalardır.Mümkündürsə saat 20.00-dan sonra heç bir şey içməyin.Bu,gecə yatarkən tez-tez ayaqyoluna qalxmanızın qarşısını alacaqdır.


 8.
Yataq otağınız qaranlıq,rahat və səssiz olmalıdır.İşıq və səs çox insanın yuxusunu qaçırdır.

Bu baxımdan yataq otağınızda kompyuter və televizorun olmamasına çalışın.Gecə qalxsanız belə ana işiq xəttini açmayın,gecə lampasını istifadə edin.Otağınız çox isti,ya da soyuq olmasın.


9.
Siqareti azaldın.Yatmadan əvvəl siqaret çəkmək sizə yuxu gətirirmiş kimi hiss etsəniz də,bir qədər sonra yuxunuzu qaçırdacaq.Nikotinin təsiri eyni kofein kimidir və orqanizmdə 14 saat təsirli olur.


 10.
Ev heyvanlarınız varsa qəti şəkildə yataq otağınıza buraxmayın.Pişik və itiniz sizinləmi yatır?Demək ki,yuxusuzluğu könüllü olaraq özünüz dəvət etmisiniz.Gecə yarısı ayaq üstə qalmağa həvəsiniz var.yadda saxlayın ki, ev heyvanlarının yeri yataq deyildir.



 


Araşdırmalar göstərir ki,qadınların yüzdə 70-i həyatının bəzi zamanlarında yuxusuzluq problemləri yaşayırlar.Yuxu problemlərinin birincisi yuxusuzluqdur.

 Qərb ölkələrində qadınların yüzdə 30-u ən az həftədə bir dəfə yuxu həbi istifadə edirlər.Qadınlarda yaş artdıqca yuxusuzluq problemləri də artır.18-24 yaşında qadınların yüzdə 33-də bu problem varsa,55-64 yaşlı qadınlarda bu yüzdə 48-dir.

 


Qadınlarda yuxusuzluq problemləri nədən yaranır?


1).Hormon səviyyəsindəki dəyişiklik ,stress,yaşam tərzi,yataq mühiti birinci gələn faktorlardandır. 

 

 2).Bir çox qadında premenustral yuxu problemləri var.

 

 3).Yuxuya getmədə çətinlik,gecə oyanıb bird aha yata bilməmə,gündüz vaxtı yuxulu vəziyyət bu dövrdə görülə bilən problemlərdəndir.


4).
Bir çox qadınlarda da iş və ailə mühitindəki problemlərlə bağlı stress və buna bağlı yuxu problemlərinə rast gəlirik.Bunun sonunda yorğunluq,iş performansının aşağı düşməsi konsantrasiyada çətinlik və sosial münasibətlərin pozulması  ortaya çıxır.


 5).
İşləyən qadınların yuxusuzluq problemləri daha çox görülməkdədir.


 6).Qəhvə,çay və siqaret istifadəsi də yuxusuzluğa gətirib çıxarır.


7).
Alkoqol isə  yuxu bölünməsi və kabus görmələrə yol aça bilər.


 8).
Hamiləlik də yuxu üzərində təsirli bir vəziyyət yarada bilir.Hamiləliyin ilk 3 ayında qadınlar daha çox yuxuya ehtiyac duyduğu göstərilir və gündüz yuxusuna yenildikləri göstərilir.


9).
Hamiləliyin 3-6 ayında yuxu normal olduğu halda 6-cı aydan sonra daha az yatmağa başlayarlar.Bunun səbəbi tez-tez sidiyə çıxma,sinədə yanma hissi,təbii narahatlıq,uşağın bətndəki hərəkətləri,bel ağrısı və kabus görmədir.


 10).
Aparılan araşdırmalar hamiləlikdə narahatlıq ayaq sindromu  deyilən,gecə boyunca  qeyri-iradi ayaq hərəkətlərinin artdığını və buna bağlı olaraq yuxusuzluğun yarandığını göstərir.


11)
Yaxşı bir yuxu üçün yetərli ola bilər.Menapoza dövründə qadınların 2/3-də yuxu problemləri vardır.Menapozayla birlikdə estrogen səviyyəsində azalma sonunda istilik basması,bununla da yuxusuzluq problemləri görülür.


 12).
Yuxu pozğunluqlarıni düzənli bir hala gətirmək üçün bəzi qadınlarda dərman qəbulu tövsiyyə edilsə də,bir çox qadınlarda yaşam tərzində dəyişiklik etmək.


Qadınlara yaxşı bir yuxu üçün nə tövsiyyə edirik?

Çay və qəhvəni kəsin.

Alkoqolu tərgidin. 


Gecə yuxunuzu qaçıra biləcək enerji  verən içkilərdən uzaq durum.


Yatmadan əvvəl bədəninizi gərginlikdən çıxarın.

 
Düzgün vaxtlarda  idman edin(gecə idmanı yuxunuzu qaçırar)


Paltarınız rahat ilsun və size sıxmasın.


Yataq otağınız səssiz,yataq və yastığınız rahat olsun.

 
Yeməklərinizə diqqət edin.(axşam yeyilən ağır və ədviyyatlı yeməklər yuxunuzu qaçıra bilər)


Siqareti tərgidin.


Gündüz yatmaqdan və mürgüləməkdən qaçın.


Ev heyvanlarını yatağınızdan uzaq tutun.


 Yataqda televizora baxmayın,mübahisə etməyin.


Saat neçədə yatıb-qalxma vaxtlarınız sabit olsun.Beləcə yuxu ritminizi pozmamış olarsınız. 


Yuxunuz şirin olsun!



Redaktə etdi: ALiyeva!

 

 

 

 

bayaz gulum | 2 fevral 2014 01:06 | Status: VİP user | Şərh: 1 050
men cayi cox icirem gerek azaldam
Ayan92 | 2 noyabr 2013 09:01 | Status: Professional user | Şərh: 3 056
Sitat: DENIZ QIZI3
gunduz yatamgi mende xoslamiram gecelerde yuxuya bir az gec gedirem tesekkurler xebere gore
Nur | 31 oktyabr 2013 08:04 | Status: Professional user | Şərh: 3 988
ele bir problemim yoxdu,uzanan kimi yatiram,ama qizim imkan vermir yatim,mizildiyir,arada bir seher qeder yata bilirem,Allah saxlamis qoymur yatim,
lost | 30 oktyabr 2013 22:59 | Status: Şərhçi | Şərh: 187
sirin yuxular
ALLEGRETTO | 30 oktyabr 2013 14:12 | Status: Gümüş user | Şərh: 2 218
YUXUNUZ ŞİRİN OLSUN.. DAİMA smile
Seyidli | 30 oktyabr 2013 14:08 | Status: Yazar | Şərh: 2 706
Sitat: Sari gelin
he bu yaxinlarda mualicemi bitirdim .sehere qeder yata bilmirdim .hekim dedi ki guclu stressdendir ..ne ise ozumuze fikir verek

Allah şəfa versin canım, indi yaxşısanmı, saytımızın gözəl göyçək müəlliməsi?...
Sari gelin | 30 oktyabr 2013 14:00 | Status: Gümüş user | Şərh: 2 439
he bu yaxinlarda mualicemi bitirdim .sehere qeder yata bilmirdim .hekim dedi ki guclu stressdendir ..ne ise ozumuze fikir verek
Mehdiyeva Cinara | 30 oktyabr 2013 13:51 | Status: VİP user | Şərh: 1 038
bele problemim yoxdr
drop | 30 oktyabr 2013 12:06 | Status: Gümüş user | Şərh: 2 448
men yuxusuzluq problemim yoxdu, amma yoldawimin var.
NURLU | 30 oktyabr 2013 08:08 | Status: Professional user | Şərh: 5 552
Mənim yuxu ilə bagli problemim yoxdu.
ŞokaLaTovA PeÇeNyA. | 30 oktyabr 2013 05:52 | Status: Gümüş user | Şərh: 2 059
men yatmagi sevirem harda yuxum gelir hemen yerde yatiram Sukur ele problemim yoxdu ))
DENIZ QIZI3 | 29 oktyabr 2013 22:53 | Status: Gümüş user | Şərh: 3 858
gunduz yatamgi mende xoslamiram gecelerde yuxuya bir az gec gedirem tesekkurler xebere gore
Alice | 29 oktyabr 2013 22:04 | Status: Professional user | Şərh: 5 020
Yataq otağınız səssiz,yataq və yastığınız rahat olsun.
- Bu hər zaman belədi...
Gündüz yatmaqdan və mürgüləməkdən qaçın.
- Heç sevmirəm gündüz yatmağı..
Nərmin.bayram | 29 oktyabr 2013 22:02 | Status: Gümüş user | Şərh: 2 313
ayyyy elkə yuxladımkiya gedim yatım gecəniz xeyirə əziz AzadQadın.Az üsəriləri
sadəcə MƏN | 29 oktyabr 2013 21:59 | Status: Brilliant user | Şərh: 4 771
18-24 yaşında qadınların yüzdə 33-də bu problem varsa,
Bu 33 faizə hərdən mən də daxil oluram))
))
Melek | 29 oktyabr 2013 21:52 | Status: Gümüş user | Şərh: 914
Sitat: G-DAMLA
Yuxusuzluq problemim var melumat etdiyinin ucun cox tewekkurler canim
sadəcə MƏN | 29 oktyabr 2013 21:40 | Status: Brilliant user | Şərh: 4 771
Yatmağa gedərkən corab geyinməyi yaddan çıxarmayın,
Yaddan çıxarmayın nədi???Öldür corabla yata bilmərəm..)))

Yataq otağınız qaranlıq,rahat və səssiz olmalıdır.
Eynən!Üstəlik otağın qapısı bağlı olmalı və içəridə saat olmamalıdır.)))
ww.ss | 29 oktyabr 2013 20:49 | Status: VİP user | Şərh: 695
Bu prablem mende de var
Nara | 29 oktyabr 2013 20:47 | Status: Yazar | Şərh: 1 718
TESEKURLER MEN BASIMI HAVAX YAZDIGA QOYURAM SA O VAXT DA YATIRAM
gulcan | 29 oktyabr 2013 20:19 | Status: Gümüş user | Şərh: 1 932
Mənim yuxu ilə bagli problemim yoxdu. Gulcan imkan verse rahat yatiram
Nazlı_Kız | 29 oktyabr 2013 19:48 | Status: Brilliant user | Şərh: 6 473
Yuxusuzluq problemim var melumat etdiyinin ucun cox tewekkurler canim