Sağlamlıq / Sağlam ol!

İnsan yuxusuz olduqda nə baş verir?

naika | 27-05-2011, 23:00
4 314 66

 

İnsan yuxusuz olduqda nə baş verir?


 

Halsızlıq, yuxudan doymamaq, yorğunluq halları ən çox yaz-yay fəslində özünü göstərir. İnsana ən çox təsir edən hal isə yuxusuzluqdur. Yatmaq insanı sakitləşdirməklə yanaşı, immun sistemini də gücləndirir. Bəs yuxusuzluq yarandıqda nə baş verir?

Alimlər yuxusuzluqla artıq yatmağın insana eyni dərəcədə zərər verdiyini müəyyənləşdirib.
İnsan yuxusuzluqdan əziyyət çəkirsə, yaxud lazım olandan artıq yatırsa, onun xarici görünüşünün korlanması ilə yanaşı, beyni də qocalır. Mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni düz 7 il tez qocalır.

Həkim-kardioloq Turxan Yusifov açıqlamasında bildirdi ki, yuxu insanın mərkəzi sinir sistemini sakitləşdimək və beyinin qidalanması üçün yeganə zamandır. Onun sözlərinə görə, sutkanın həmin zamanında beyinlə yanaşı, insanın bütün orqanları dincəlir. İnsan ac 40 gün qala bildiyi halda, yuxusuz cəmi 7 gün yaşaya bilər.

T.Yusifov qeyd edir ki, yuxu zamanı maddələr mübadiləsi nisbətən aşağı düşür: “Ona görə də, gecə saat 3-4 radələrində insanda üşümə baş verir. Yuxu mərkəzi sinir sisteminin sakitlik halı deməkdir. Yuxusuzluq olarsa, insanda müəyyən patoloji və nevroz halları baş verə bilər”.

Yuxunun insan ömrünə təsirinə toxunan T.Yusifov, hesab edir ki, insan yatarkən və oyaq olarkən onun ömrü gedir. Ancaq dolayısı ilə yuxu anında maddələr mübadiləsi aşağı düşdüyünə görə, normal yatan insanlarda ömür uzun olur.

Gecə işləyənlərə yuxusuzluq necə təsir edir?

Həkim-psixoterapevt Fəxriyyə Məmmədova müsahibəsində hesab etdiyini bildirdi ki, insan yuxusuz olduqda, onun psixi durumnda neqativ hallar baş verir. Bu zaman beynin fəaliyyəti zəifləyir, yaddaş, diqqət, işin keyfiyyəti azalır, bu da insanlarla münasibətdə böyük problemlər yaradır. Belə insanların ailəsində, yoldaşlığında problemlər olur. Kişilərdə yuxusuzluq uzun müddət davam edirsə və qeyri-normal yuxu ritmi olursa, onlarda potensiya aşağı düşür.

“İnsan orqanizmi elə qurulub ki, insan gündüz işləməli, gecə yatmalıdır. Buna tibbdə bioloji ritm deyirlər. Bu bioloji ritm pozulanda insan istər-istəməz, öz bədəninə müdaxilə edir. Elə adamlar var ki, yuxusuzluğu götürə bilmirlər. Yəni bu zaman əsəb xəstəliyi, depressiyalar, mədə-bağırsaq xəstəlikləri əmələ gələ bilər. Amma bu, o demək deyil ki, gecə işlərində işləyənlər xəstələnir” - F.Məmmədova əlavə etdi.

Psixoterapevtin fikrincə, əgər insan gecə işi zamanı özünü pis hiss edirsə, mütləq adi iş rejiminə qayıtmalıdır.

Anar Məmmədov

Yagis_Negmesi | 1 dekabr 2015 23:48 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: Nigar
Menim bawim agrayir


menimde gozlerim agriyir dehwet
M.Aliyeva | 20 yanvar 2014 02:08 | Status: Gümüş user | Şərh: 1 970
YUXUSUZ QALA BILMEREM BEW DEQ DE OLSA GEREK YUXUMU ALAM 
Nigar | 15 dekabr 2013 18:06 | Status: Gümüş user | Şərh: 6 063
Menim bawim agrayir
AYAN A-VA | 12 noyabr 2013 20:56 | Status: Gümüş user | Şərh: 1 722
Təşəkkürlər
Təşəkkürlər
Təşəkkürlər
Təşəkkürlər
Təşəkkürlər
Təşəkkürlər
Təşəkkürlər
Təşəkkürlər
Təşəkkürlər
Təşəkkürlər
Təşəkkürlər
Təşəkkürlər
Təşəkkürlər
Akademik | 26 may 2013 01:45 | Status: Professional user | Şərh: 4 580
əsəblər pozulur.
Nigar | 26 mart 2013 19:29 | Status: Gümüş user | Şərh: 6 063
adam deli olureeeeeeeeeeeeeeeeeeeeeee n11
Meqa | 16 fevral 2013 19:24 | Status: Professional user | Şərh: 2 077
yatmaq menim üçün heyatdır
Gozel Melek | 14 fevral 2013 11:36 | Status: Gümüş user | Şərh: 1 531
yuxum gəlsə də yatmaq istəmirəm yuxu deyin olurem
_Nazlim_ | 30 noyabr 2012 15:29 | Status: Professional user | Şərh: 2 267
COX ESEBLEWIREM
S24 | 5 oktyabr 2012 11:40 | Status: Gümüş user | Şərh: 797
həmin gun esebi oluram
sevinc keder | 30 sentyabr 2012 18:16 | Status: Professional user | Şərh: 3 818
hiiiiiii men bezen az yatiram bezende cooox demek ki .....hiiiiii ALLAH uzaq etsin
cucem. | 30 sentyabr 2012 15:49 | Status: Professional user | Şərh: 4 415
MEN YUXUSUZ OLANDA ESEBI OLURAM
nergiz_zz | 15 avqust 2012 13:43 | Status: Professional user | Şərh: 3 814
TƏŞƏKKÜRLƏR.MƏN İNDİ YUXUDAN DOYMURAM...AMMA ƏSLİNDƏ YUXUYA MEYİLLİ İNSAN DEYİLDİM.İNDİ NİYƏƏ YATIRAM ÖZÜMDƏ BİLMİRƏM.HƏRDƏN DEYİRƏM Kİ,YƏQİN QOCALIĞIN ƏLAMƏTİDİ... smile
G-----16 | 24 iyul 2012 19:10 | Status: Gümüş user | Şərh: 2 227
men cox yatiram yuxu sozu gelende uje yuxum gelir :n28:
TATLI GUZEL | 22 iyul 2012 13:17 | Status: Professional user | Şərh: 5 781
olurem yuxuy ucun.tesekkurler
nurashka | 22 iyul 2012 06:45 | Status: Qonaq | Şərh: 2 167
yuxum gəlsə də yatmaq istəmirəm
K------Q | 17 iyul 2012 17:17 | Status: Qonaq | Şərh: 0
mende cox az yatiram.adamin esebleri korlanireee
OZ_DUNYAMIZ | 15 iyul 2012 23:03 | Status: Gümüş user | Şərh: 1 205
MENDE AZ YATIRAM AMMA YUXUM GELENDE GOZLERIM YASARIREEE