Sağlamlıq / Sağlam ol!

Gözümüz niyə sulanır? - Dİqqət...

Sevinc_Bayramova | 3-02-2013, 17:00
6 562 49

 

 

Qış aylarının stabil keçməməsi özlüyündə bir çox narahatlığa səbəb olur ki, bu narahatlıqdan biri də gözlərin sulanmasıdır. Yol boyu sanki ağlayırmış kimi görüntü bəxş edən insanlar bütün göz sulanmalarını soyuq hava və qış fəsli ilə əlaqələndirirlər. Kimisi də sulanmaları qripin əlamətləri kimi qəbul edir. Əslində isə göz sulanmasının tək səbəbkarı fəsil, yaxud soyuqlar deyil.


Göz yaşı insan orqanizmi üçün çox vacib mayedir. Bu mayenin tərkibində lazımi qədər komponent birləşdikdə gözün qoruyucu təbəqəsini əmələ gətirir. Bu təbəqə gözü tozlardan, infeksiyalardan qoruyur. İnsan göz yaşları 3 yerə bölünür. Birinci tip göz yaşları emosiyalardan yaranır və insan sevinəndə, yaxud kədərlənəndə ifraz olunur. İkinci tip göz yaşları reflektorlu göz yaşlarıdır ki, bu cür göz yaşları refleks zamanı yaranır. Güclü işıqdan, doğranan soğandan və s. yaranan göz yaşları refleks göz yaşlarıdır. Üçüncü tip göz yaşları isə bazal göz yaşlarıdır ki, bu da adi göz yaşlarıdır. Toz, yaxud yad cismin təması zamanı yaranır və qısa zamanda quruyur. Bu səbəblərdən olmayan və daimi narahatlıq yaradan göz yaşları isə gözlərdə olan problemin xəbərçisi ola bilər.
G#246;z#252;m#252;z niy#601; sulan#305;r? - D#304;qq#601;t...
Həkim oftolmoloq Xəlil Özcan bildirir ki, gözlərdə bol su varsa ya gözlərin sulanması normadan artıqdır, ya da gözlərin suyunun boşalmasına səbəb olan kanallarda bir pozğunluq var. Gözlərdə normadan çox su olmasının səbəbi gözə yad cismin toxunması, iltihablanmalar ola bilir: "Göz yaşı kanalının tutulmasına da səbəb iltihabi, yaxud mexaniki ola bilər. İltihabi olduqda gözə əl dəsmalından, yaxud qış aylarında əlcəklərdən, çirkli əllərdən mikrob düşür və bu da sulanmağa səbəb olur. Mexaniki isə göz qapaqlarında olan əyrilikdən ola bilər. Göz qapaqlarının burun tərəfdən uclarına nəzər salsaq görərik ki, orda kiçik nöqtələr var. Həmin deşik nöqtələr suyun çəkilməsinə kömək edir. Göz qapaqları çölə doğru olduqda həmin noqtələr suyu deyil, havanı çəkməyə başlayar. Bu da o deməkdir ki, göz qapağının anormallığı da göz yaşlarının bol olmasına səbəb ola bilər".

Göz sulanmasının narahatlıqlarından biri gözlərin yaxşı görməməsidir. Su ilə dolan gözlər hər şeyi lupa ilə böyüdülmüş kimi göstərir. Daimi salfetlərlə gözlərin silinməsi refleks olaraq göz yaşlarının daha da artmasına səbəb olacaq. Mikrobların gözə keçmə ehtimalını da unutmamaq lazımdır. Göz yaşları çox olan adamlar soyuq və küləkli havada gəzdikləri zaman göz yaşlarında artım olacaq. Soyuq hava sadəcə göz yaşları bol olan insanlar üçün yaş artırır, normal gözlərə ağladacaq qədər təsir etmir.
 
X.Özcanın sözlərinə görə, bir insanda göz sulanması varsa, o, əvvəlcə həkimə müraciət etməlidir. Birinci halda gözdə zəifləmələr, göz kanallarının daralması, yaxud gözdə qlaukoma yaranır və göz sulanması ilə müşahidə olunur. İkinci halda gözdə heç bir zəifləmə və narahatlıq olmur, amma sulanırsa, bunun səbəbi kompüter, telefon və şiddətli işıqdır. Gözlərdə sulanma, quruluq, yanma, batma, qızarma, qaşınma kimi narahatlıqların yaranmasında şüalı alətlərin rolu danılmazdır: "Gözlərin sulanmasının səbəbləri araşdırıldığı zaman gözlərdə heç bir xəstəlik faktoru aşkar edilməzsə, deməli bu gözlərin ən böyük düşməni kompüter və telefonlardır. Bu gün 10 il əvvələ nəzər salsaq, eynəkli gənclərin sayı çoxdur. Optik linza istifadə edənlər də eynəyə keçsə, o zaman daha çox eynəkli insan müşahidə etmək olar. Gözlərə istirahət verilməzsə, günün 5 saatdan çoxunu kompüter arxasında və qalan saatları telefona baxaraq keçirilərsə, bu gözlərdə narahatlığın yaranması qaçılmazdır".
Xəstəliyi olmayan, amma sulanan gözləri bu problemdən qurtarmaq üçün əvvəla onlara istirahət verilməlidir. Həmsöhbətimiz qeyd edir ki, lazım olmayanda hətta televizordan da uzaq durmaq lazımdır: "Apteklərdə kompüterlərin şüasından qorunmaq üçün anti-şüa eynəklər satılır. Bu eynəklərin heç bir xeyri yoxdur. Gün ərzində gur işığa baxan, telefondan yayınmayan gözləri heç bir eynək nə sulanmadan, nə zəifləmədən qoruya bilməz. İş zamanı gözlərinizi tez-tez qırpın. Daimi bir nöqtəyə baxmayın. Ekranın işığını minimuma endirin. İş qurtaranda gözlərinizi yumun dincəlsin. Televizora baxmayın, səsləri dinləyin. Bir müddət sonra gözlərin sulanması, qıcıqlanması da dayanacaq".

Apteklərdə olan göz damcılarının da həkim nəzarəti olmadan istifadə edilməsi yolverilməzdir. Çünki gözdəki problemin nə olduğu müəyyən edilməyib və səhv göz damcıları problemin daha da artmasına səbəb ola bilər: "Göz damcıları fərqlidir. Quru gözlər üçün, zəif gözlər üçün, göz infeksiyalarının qarşısını almaq üçün və s. Yanlış tətbiq olunan göz yaşı damlası gözlərin sağlamlığını yerinə gətirməz əksinə problem yarada bilər. Ona görə, həkim məsləhət bilmədikcə gözə müdaxilə etmək olmaz".

Gözlərin güclü olması isə qidadan birbaşa asılıdır. Normal qidalanmaq və vitaminlər qəbul etmək gözlərin sonradan yaranan zəifliyinin qarşısını almaqla yanaşı daha sağlam olmasına da imkan yaradacaq.

Feride 18 | 23 iyun 2013 19:25 | Status: VİP user | Şərh: 686
cx sagolun maraqlidi wink
Saida Kerimova | 1 iyun 2013 22:51 | Status: Professional user | Şərh: 1 672
Küləkli və günəşli havada gözlərim sualnır mənimdə..Amma eynəkdən istifadə edirəm deyə bir az qarşısını alır...
Billurə | 23 mart 2013 19:50 | Status: Professional user | Şərh: 4 892
selenay,
elediki var)
selenay | 16 mart 2013 00:19 | Status: Professional user | Şərh: 1 466
kuləkli hav aolanda sulanir
Nazlı_Kız | 12 fevral 2013 00:25 | Status: Brilliant user | Şərh: 6 472
Kulek esende gozden su gelir smile
Shelim | 11 fevral 2013 11:20 | Status: Şərhçi | Şərh: 113
mende kulekli havada olurdu, ama indi yoxdu,
Tesekkur
Yusuf | 9 fevral 2013 15:36 | Status: Şərhçi | Şərh: 424
Qişda kulek olanda sulanirdi.indi olmur.
Torpaq | 8 fevral 2013 18:16 | Status: Professional user | Şərh: 3 570
mende 9cu sinife sulanirdi hekim derman yazdi sukur sulanma yoxdu o gunden olsa da cox az
amma zeiflik var bir az


Sitat: VILVET
adece goz yawi axir gozumden,sulansa sevinerdim

n27
zoluwka | 7 fevral 2013 22:41 | Status: Professional user | Şərh: 3 172
komputerin qabaginda cox vaxt kecirende gozlerime qan gelir.ama yayda gunewden gozlerim sulanir aca bile bilmirem.tewekkurler
nazelug | 6 fevral 2013 22:51 | Status: Qonaq | Şərh: 0
yaxsi xeberdir,bilmediyimizide oyrenmis olduq.
Girl | 6 fevral 2013 15:25 | Status: Professional user | Şərh: 8 206
arada mendede olur
nergiz_zz | 5 fevral 2013 15:44 | Status: Professional user | Şərh: 3 814
MARAQLI XƏBƏRDİ....
RA | 5 fevral 2013 01:03 | Status: Qonaq | Şərh: 501
GÖZ TƏMİZLİYİ ÜÇÜN ƏN GÖZƏL ADƏT AĞLAMAQDIR CİDDİ SÖZÜM MƏN DİNİ KİNOLARA YAXUD MÜHARİBƏ FİLMLƏRİNƏ BAXANDA MƏNİ QEYRİ-İXTİYARI AĞLAMAQ TUTUR !... AMAN ALLAH ÜRƏKDƏN GƏLƏN GÖZ YAŞLARI QƏDƏR HEÇ BİR ÇEY İNSANI SAFLAŞDIRMIR..İÇDƏN AĞLAMAQ İNSANA HƏM FİZİKİ ..HƏM RUHƏN RAHATLIQ GƏTİRİR !
Glass heart | 4 fevral 2013 22:19 | Status: Gümüş user | Şərh: 484
Arada mendede bu kimi goz sualanmalari olur amma mence havayla baqlidi cunki hava deyiwken olanda mende ele goz sulanmasi olur. Xebere gore twkler.)
Qaracaqiz | 4 fevral 2013 15:56 | Status: VİP user | Şərh: 1 882
Menim onsuzda gozum usaqliqdan zeif gorur son zamanlarda isimle elaqedar komputer qarsisinda otururam gozum getdikce daha da zeifleyir.Bele getse deyesen kor olacam, doqrudanda indi cox adamin gozlerinde problem yaranir.Televizor, komputer, telefon bunlar insanin saqlamliqina menfi tesir edir
Əfşan | 4 fevral 2013 14:54 | Status: Professional user | Şərh: 1 714
kulek olanda sag gozum cox sulanir
TATLI GUZEL | 4 fevral 2013 14:46 | Status: Professional user | Şərh: 5 781
Mende cooox olmur.Ancaq hava soyuq olan kimi burnum qizarir wink gozumdende sular axir wink dayanmir wink Tesekkurler
ASENAT | 4 fevral 2013 11:32 | Status: Qonaq | Şərh: 0
menim en cox yarali yerim gozlerimdi.
Damla | 4 fevral 2013 11:22 | Status: Brilliant user | Şərh: 7 177
Mende cox kulek olanda sulanir herden...
Aya:)) | 4 fevral 2013 11:04 | Status: Gümüş user | Şərh: 2 239
Deyerli xeber üçün çox sağol
HEYATIM | 4 fevral 2013 04:27 | Status: Professional user | Şərh: 2 110
maraqlı xəbərdi .. bir rəfiqəmin uşağının gözü sulanır ona desəm gəlib oxuyar bəlkə köməyliyi oldu
luce | 4 fevral 2013 00:36 | Status: Professional user | Şərh: 2 922
Mende en cox komp qarsisinda oturanda sulanir (cox oturanda), birde neyese diqqetle baxanda.
AGAA | 3 fevral 2013 23:29 | Status: VİP user | Şərh: 1 153
MENDE GOZ SULANMASI DEYE BIR PROBLEM YOXDU,MEN YAZIQ AGLAYA BILMIREM QALDI,GOZUM SULANSIN.TESEKKURLER MELUMATA GORE
_Peri_ | 3 fevral 2013 23:23 | Status: Gümüş user | Şərh: 1 662
mende bele hallar olmur..twk
Asya Qurbanova | 3 fevral 2013 23:17 | Status: Gümüş user | Şərh: 715
Mendede olur yayda valibol oynuyanda gozume toz dusmusdu sismisdi qan kimi olmusdu xesde xanaya zada getdim der man yazdilar o gunden telefona baxanda yas axir gozlerimden.
Princess_93 | 3 fevral 2013 23:04 | Status: Brilliant user | Şərh: 5 877
mende de olure cox komppun qabaginda oturanda
deniz yildizi | 3 fevral 2013 22:00 | Status: VİP user | Şərh: 696
evveller karandas cekende sulanirdi indi yox

evveller karandas cekende sulanirdi indi yox
gulya20 | 3 fevral 2013 21:48 | Status: Professional user | Şərh: 4 677
Bele bir problemim yoxdu.
Derin 03 | 3 fevral 2013 20:52 | Status: Şərhçi | Şərh: 421
bele problemim yoxdur, xeber maraqlidi.tesekkurler
seva85 | 3 fevral 2013 20:50 | Status: Gümüş user | Şərh: 2 045
menim de gozum havaya cixan kimi,sulanir en cox da qisda,gerek gedim oftolmoloqa yoxlasin.