Sağlam ol! / Analıq məktəbi

Uşaqlarda hansı öskürək Astma xəstəliyinin əlamətidir?

X... | 25-01-2013, 18:00
26 018 18

       

Mütəxəssislər, hansı öskürəyi hansı xəstəliyə işarə etdiyini izah edir.

Qış aylarıyla birlikdə xəstəliklər də yayılmağa başladı. Xüsusilə soyuq havalarda asanca təsirlənən uşaqlar xəstələnir və davamlı öskürürlər.. Uşaqların öskürəkləri ümumiyyətlə 1-2 həftədə düzəlir amma bəzilərində 2 həftədən daha uzun çəkir və ya nəfəs sıxışması görülür. Öskürəyin keçməməsi üzərinə ailələr uşaqlarının astma, bronxit ya da sətəlcəm xəstəliklərinə tutulduğunu sanaraq narahatlıq keçirir.

 

Astma pis bir xəstəlikdirmi?

Ailələr astma xəstəliyindən çox qorxduqları üçün ümumiyyətlə həkimlər astma sözünü istifadə etməyə çəkinirlər. Bu səbəblə bronxit, spastik bronxit, allergik bronxit kimi adlara üstünlük verilir. Əslində bütün adlar eynidir. Bu adlar astma ilə eyni mənaları daşıyır. Astmadan qorxmamaq lazımdır. İlk edilməsi lazım olan astma diaqnozunun doğru qoyulmasıdır.

 

Öskürən hər uşaqda astma vardırmı?

Hər öskürən uşağa astma diaqnozu qoyulması çox səhvdir. Astma diaqnozunun bu mövzuda mütəxəssis həkimlər tərəfindən qoyulması lazımdır. Astma diaqnozu uşaqlarda astma mövzusunda da bir mütəxəssislik olan "uşaq allergiyası mütəxəssisi" yeni adıyla "uşaq immünolojisi və allergiya xəstəlikləri mütəxəssisləri" tərəfindən qoyulmalıdır. Diaqnoz doğru qoyulsa ən az müalicə və ən az dərmanla uşağa zərər vermədən müalicə edilə bilər. Əks halda uşaq astmaya bənzəyir deyə bir çox gərəksiz dərman verib dərmanlarla orqanizmi yükləmiş olarıq.

Astmanın əlamətləri nələrdir:

Uşaqdakı hər qrip çox ağır keçir və xüsusilə 2 həftədən uzun olan öskürək olarsa

-Nəfəs çatışmaması olursa.

-Çox tez öskürək olursa

-Xüsusilə qaçan zaman öskürək, sinədə sıxışma və ya xışıltı olursa

-Səhərə yaxın öskürəklər olursa

-Yuxuya getdikdən 1-2 saat sonra öskürək başlayırsa

-Öskürək səbəbiylə yuxudan ayılırsa.

Bu saydıqlarım hər hansı bir uşaqda təkrarlanırsa uşaq mütləq astma cəhətdən araşdırılmalıdır. Xüsusilə də uşağın ana, ata, qardaş və ya yaxın qohumlarında astma, egzama, allergik soyuqdəymə kimi allergik xəstəliklər varsa astma olma riski çox yüksəkdir.

 

Astmalı uşaqlarda nələrə diqqət etmək lazımdır?

Astmalı uşaqlara doğru diaqnoz qoyulduqdan sonra müvəffəqiyyətli bir müalicə ilə normal uşaqlardan heç bir fərqi qalmaz. İdman etmələrində qorxu olmadığı kimi idmanın faydası da vardır. Yalnız necə idman etmələri və nə cür tədbir almaları lazım olduğunu bilməlidirlər. Astmalı uşaqları tərləyincə pis olar deyə evlərə həbs etmemek lazımdır.

 


 

Astmalı uşaq nələrdən qorunmalıdır?

Allergiyası olduğu hərşeydən qorunması kifayətdir. Məsələn; ev tozu alanda allergiyası olan uşaqlar buna istiqamətli tədbirlər görməlidir.. Ayrıca yanlarında siqaret çəkilməməli, iti qoxulu ətirlər istifadə olunmamalıdır. Evdə buxar maşınlarının işlədilməsi belə zərərli ola bilər.

Sonda isə bütün uşaqlarımıza sağlamlıq arzu edirəm.

 


nurla | 23 iyun 2014 15:12 | Status: VİP user | Şərh: 824
Sitat: Gulsen Raufqizi
Allah butun balalarimizi qorusun!Amin!
Feride 18 | 23 iyun 2013 19:37 | Status: VİP user | Şərh: 686
maraqlidi..........
Gulsen Raufqizi | 10 fevral 2013 11:09 | Status: Şərhçi | Şərh: 414
Allah butun balalarimizi qorusun!Amin!
g_omarli | 7 fevral 2013 18:03 | Status: Şərhçi | Şərh: 174
n10
Nataliya | 27 yanvar 2013 12:10 | Status: Qonaq | Şərh: 0
Allah astma xestelerine sefa versin
sheh | 27 yanvar 2013 00:31 | Status: Yazar | Şərh: 3 353
Allah hamına kömək olsun
gulya20 | 26 yanvar 2013 21:24 | Status: Professional user | Şərh: 4 678
Sitat: Aya:))
Allah butun usaqlari xesteliklerden qorusun

Amin.
Meqa | 26 yanvar 2013 20:06 | Status: Professional user | Şərh: 2 077
ay bu xestelik dehşetdir iraq olsun
Aya:)) | 26 yanvar 2013 13:21 | Status: Gümüş user | Şərh: 2 239
Allah butun usaqlari xesteliklerden qorusun
Lola. | 26 yanvar 2013 12:21 | Status: Professional user | Şərh: 2 230
Allah butun balalara komek olsun hec bir xestelikle qarwilawmasinlar
Damla | 26 yanvar 2013 09:22 | Status: Brilliant user | Şərh: 7 178
Lazimli ve faydali xeberdi..Taniwimizin oglunda var idi bu problem..uzun suren mualicelerden sonra tamam sagaldi...
Yusuf | 26 yanvar 2013 02:07 | Status: Şərhçi | Şərh: 424
Şekildeki usaqlara baxdim ureyim aqridi Allah butun balalara,butun xestelere komek olsun şefa versin Amin .
Princess_93 | 25 yanvar 2013 21:46 | Status: Brilliant user | Şərh: 5 877
Allah uzaq elesin

Allah uzaq elesin
Nergiz33 | 25 yanvar 2013 21:21 | Status: VİP user | Şərh: 1 079
cox sukur Allahima hec xestelenende ele oskureyimiz olmaz nece olarsa eyer oskurerikse ana sudle dosabi qatar odaki yeni srazi kecer duzdur biz qripde olanda ana hekimden meslehet alar her sey ucun. saglam oldugmuz ucun anama minetdaram cunki cox diqet edir saglamligmiza. allah her kese can sagligi nesib etsin
lalita | 25 yanvar 2013 20:11 | Status: VİP user | Şərh: 1 390
ALLAH butun usaqlari xesteliklerden qorusun
_Nazlim_ | 25 yanvar 2013 19:39 | Status: Professional user | Şərh: 2 267
sagol lazimli xebere gore.Allah butun usaqlari xesteliklerden qorusun.AMIN
sanel | 25 yanvar 2013 19:38 | Status: Professional user | Şərh: 3 647
tesekkur lazimli xeberdi
Aliyeva | 25 yanvar 2013 19:25 | Status: Yazar | Şərh: 4 036
lazimli xeberdi Allah razi olsun.. mende allergiya var idi cox wukr astmaya cevirmeden mualice eledim kechdi..