Sağlamlıq / Qadın xəstəlikləri

Döş xərçənginin əlamətləri

Aynur_Qurbanqizi | 7-11-2012, 19:00
23 019 38

 

 

Bədənimizdə hər hüceyrənin müəyyən uzunluqda ömrü var. Hüceyrələrin yaşama müddəti, nüvələrindəki genetik materialda yazılıdır. Yaşlanan hüceyrə, toxumadakı işi qurtarandan sonra ölür. Bu prosesin son hissəsinə "planlı hüceyrə ölümü” deyilir. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi,  "planlı hüceyrə ölümü” programından xaricə çıxıb, idarə edilməz şəkildə çoxalmalarıdır.

Sağlam bir hüceyrə neçə dəfə bölünəcəyini və nə vaxt öləcəyini bilir. Buna uygun olaraq da xərçəng hüceyrələri, bu məlumatı itirir, idarəsizcə bölünməyə başlayır və şişlər bu formada əmələ gəlir. Əgər xərçəng hüceyrələri yarandıqları şişdən qoparaq ayrılsa, qan ya da limfa dövranı vasitəsilə ilə bədənin digər bölgələrinə gedər. Getdikleri yerlərdə şiş koloniyaları əmələ gətirir və böyüməyə davam edərlər. Xərçəngin bu formada bədənin digər bölgələrinə yayılması hadisəsinə metastaz deyilir.

Süd vəzisi xərçəngləri digər orqanların xərçənglərinə nisbətən çox yavaş inkişaf edirlər. Bir hüceyrənin idarədən çıxaraq 1 sm3 böyüklüyündə bir kütlə yaratması, süd vəzisi üçün 7-10 il deməkdir. Bu
səbəbdənillik düzənli müayinələr erkən diaqnoz vəmüalicə deməkdir; yəni həyatınızı qurtarabilər.

SÜD VƏZİSİ XƏRÇƏNGİNİN SİMPTOMLARI NƏLƏRDİR ?

Süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozdur. Xərçəng daha bir neçə mm diametrə sahib olduğu zaman belə mammoqrafiyada görülə bilər. Bu vəziyyətdə müalicənin nəticələri şox müvəffəqiyyətli olur. Buna görə də tez-tez süd vəzisi müayinələrinə gələn xəstələr şox şanslıdırlar. Xərçəng simptomları ortaya çıxdığı zaman şiş ən az 1 sm və ya daha böyük ölçülərə çatmış olur. Buna baxmayaraq, xəstəliyin tamamən sağalma ehtimalı hələ də vardır. Buna görə də, davamlı mammoqrafiyalar, ultrasəs müayinəsi və həkim müayinəsinə gəlməkdən başqa, hər qadının öz süd vəzisi haqqında məlumatının olması da çox vacibdir. Qadınlar özlərini müayinə edərkən aşağıdakılara diqqət etməlidirlər:

Ələ gələn kütlə: Süd vəzisi xərçəngində ən tez-tez rastlanan simptom ələ gələn kütlədir. Bir xəstə əllə hiss edilən kütlə simptomu ilə xəstəxanaya geldi isə,  ilk olaraq bu kütlənin kista, yoxsa şiş olduğu ayırd edilməlidir. Içi maye ilə dolu olan kistalar xərçəng deyil ve təhlükəli deyillər. Amma iki təbəqəli solid kütlələr şiş kütlələridir ki, bu şişlər tez tez müayinə edilməli və ya biopsiya vasitəsilə dəqiq diaqnoz qoyulmalıdır.

Süd vəzisi ucu axıntısı: Süd vəzisi ucu axıntısı süd vəzisi xərçənginin erkən simptomu ola bilər. Belə vəziyyətlərdə həkimə getmək lazımdır. Axıntı özü-özünə axmalıdır, süd vəzisinin sıxılması nəticəsində axıntı gəlməsi bir xəstəlik simptomu deyil. Axıntının olub-olmadığını yoxlamaq üçün süd vəzilərinin sıxılması doğru deyil. Süd vəzisi ucu axıntısı başqa xəstəliklərdə, məsələn hormonal xəstəliklərdə, əmizdirmədən sonrakı vaxtlarda ilk zamanlarda və süd kanallarının xəstəliklərində də rastlanır.

Süd vəzisi ucunun içəri çəkilməsi və simmetriyanın pozulması: Bir çox qadında süd vəziləri arasında kiçik fərqlər ola bilər: birinin digərindən daha böyük olması və ya süd vəzisi uclarında simmetriya fərqi kimi. Bunlar əsasən uşaqlıq vaxtından elə olur və hər hansı bir xəstəliyin əlaməti deyil. Amma bəzən də çox nadir hallarda süd vəzisi ucunun arxasında çixan şişlər erkən dövrdə süd vəzisi ucunun içəriyə doğru girməsinə səbəb olur. Daha əvvəllər hər iki süd vəzisi ucu simmetrik və normal olduğu halda ani olaraq süd vəzisi uclarında asimmetriya və ya birinin içinə doğru girməsi -  süd vəzisi xərçəngi baxımından çox vacib simptom sayilir.

kansernedirDəridəki simptomlar: Bəzən süd vəzisi xərçəngi dəridə bəzi simptomlar verir. Xüsusilə də kütlənin süd vəzisinin dərisinə yaxın olduğu zaman həm kütlə daha tez əllə hiss edilər, həm də dəri simptomları ortaya çıxar. Süd vəzisinin üzərində uzun müddət  yox olmayan qizarma, yara, süd vəzisi dərisinin portağal qabığına bənzər bir görünüş alması, dərinin bir nöqtədə içəriyə doğru çəkilməsi kimi hallarda mütləq həkimə gedilməlidir. Bəzən də süd vəzisi üzərindəki bənövşəyi-mavi rəngli venaların gözə çarpması bəzi süd vəzisi şişlərində erkən diaqnoz üçün vacib simptomlardandır.

Süd vəzisi xərçəngində ideal olanı yuxarıdakı simptomlar ortaya çıxmazdan əvvəl xəstəliyin diaqnozunun qoyulması və müalicəsinin başlanmasıdır.

SÜD VƏZISI MÜALİCƏSİNİN DİAQNOSTİKASI

Süd vəzisi xərçənginin erkən diaqnostikası üçün istifadə olunan əsas metodlar ultrasəs müayinəsi və mammoqrafiyadır. Mammoqrafiyada şübhəli kütlə və ya sahə (mikrokalsifikasiya) tapıldığı zaman kütlənin vəziyyətinə görə iynə biopsiyası və ya cərrahi biopsiya həyata keçirilir. Kütlənin forması və ya halı müəyyən edilə bilmədiyi hallarda biopsiyadan əvvəl və ya yerinə MR da aparıla bilər.

Xərçəngin diaqnostikası üçün istifadə eidlən metodlardan ən vacib olanı öz-özünü müayinə metodlarıdır. Yəni qadınların özlərini müayinə etməsi və ya xəstəlik riskinə qarşı tez-tez həkim müayinəsinə gəlməsidir. Radioloji metodlarla biopsiyalara əlavə olaraq insanların özlərini müayinə etmələri və periodik olaraq həkim müayinəsəndən keçmələri də sayıla bilər. Bu metodlardan, sadəcə biri - biopsiya vasitəsilə dəqiq diaqnoz qoymaq olur. Digər müayinə metodları biopsiya aparılması qərarını verməyə kömək edir.

MAMMOQRAFİYA və ERKƏN DİAQNOSTİKA


mamografi_1
Mammoqrafiya süd vəzisi xərçənginin erkən diaqnostikası üçün qızıl qədər qiymətli bir metoddur. Xəstənin heç bir şikayəti olmadığı halda profilaktik məqsədlə aparıla bilər, süd vəzisində kütlə, süd vəzisi ucu axıntısı və ya başqa bir şikayəti olanlara isə diaqnostik məqsədlə tətbiq edilir.

 

Mammoqrafiya barmaq izi kimidir, hər qadında fərqli olur və heç bir mammoqrafiya digərinə oxşamır. Buna görə də müayinəyə gedərkən daha əvvəl çəkilən mammoqrafiyanın nəticələrini də yanınızda gətirməlisiniz. Əvvəl çəkilmiş mammoqrafiya ilə yenisi arasındakı fərq diaqnoza kömək edə bilər. Mammoqrafiya uyğun zamanda və formada həyata keçirildiyi zaman ağrısız bir metoddur. Menstrual sikldən sonrakı dövrdə süd vəzilərindəki ödem, gərginlik və həssaslıq daha az olduğina görə sikldən sonrakı həftə mammoqrafiya müayinəsinə gəlmək daha uyğundur.

Mammoqrafiya cihazları: Analoq, tam digital və ya digital əsaslı olur.

Analoq sistem şüanın filmin üstündə buraxdığı izlərin şərhidir. Yuyulub qurutulan film incələnərək qiymətləndirilir. Bunun əksinə, tam digital və ya digital əsaslı sistemlərdə görünüşlər digital şəraitdə qiymətləndirilərək oxunur. Daha sonra xəstəyə vermək üçün filmə çəkilir. Analoq sistemlər yavaş yavaş yerini digital əsaslı və ya tam digital sistemlərə buraxmaqdadır.

Mammoqrafiya müayinəsi, süd vəzisi xərçəngi baxımından heç bir risk faktoru və şikayəti olmayan, hər il süd vəzisi müayinəsinin nəticəsi normal olan qadınlara nizamlı olaraq aparılmalıdır. Nizamlı olaraq aparilan mammoqrafiya müayinəsi xəstənin həyatını qurtarır və cəmiyyətdəki süd vəzisi xərçəngi səbəbiyle yaranan ölüm səviyyəsini aşağı salir. Və mammoqrafiya müayinəsi zamanı alınan radiasiya şüası ağciyərin rentgenoloji müayinəsindəkindən daha az dozadadır.

BİOPSİYA: Süd vəzisi toxumasından nümunə alınıb, uyğun şəraitdə dondurulub, kəsilib, boyanıb, mikroskop altında incələnməsidir. Bu yolla əldə edilən diaqnoz histopatoloji diaqnozdur və süd vəzisi xərçənginin dəqiq diaqnozunun tək yoludur.

benign
Biopsiya iki yolla alına bilər: iynə biopsiyası və cərrahi biopsiya. Iynə biopsiyası şübhəli sahə və ya kütlədən iynə köməkliyi ilə toxuma nümunəsinin alınmasıdır. Cərrahi biopsiya isə əməliyyatxana şəraitində şübhəli sahə və ya kütlənin tamamilə çıxarılmasıdır.

 

 

 

 

 

 

 


dılay | 11 mart 2016 19:31 | Status: Brilliant user | Şərh: 8 185
offfffffffffffff
Aydan18 | 4 dekabr 2014 22:44 | Status: Şərhçi | Şərh: 485
Qorxuludu aşAllah xəstəlırə şəfa versin mən taz tez görürəm büşelılırini unidə
ayruska | 24 may 2013 16:25 | Status: Professional user | Şərh: 3 978
uzaq olsun bizlerden inwallah
munavvar | 13 may 2013 09:25 | Status: Şərhçi | Şərh: 164
tsk Allah uzaq etsin bizi en qorxdugum xestelikdi
Princess_93 | 13 noyabr 2012 21:29 | Status: Brilliant user | Şərh: 5 877
Allah uzaq etsin
Unka | 11 noyabr 2012 23:58 | Status: Qonaq | Şərh: 0
TWK
medis | 11 noyabr 2012 19:05 | Status: Qonaq | Şərh: 0
YAXSI MELUMATA GORE COX SAGOLUN :n48:
zoluwka | 9 noyabr 2012 22:18 | Status: Professional user | Şərh: 3 172
Allah her birimizi xesteliklerden qorusun dermansiz derd vermesin.xestelere de Allah wefa versin
ayten islamzade | 9 noyabr 2012 20:49 | Status: Şərhçi | Şərh: 270
Ən qorxduğum xəstəlikdir.Allah hamımıza kömək olsun.Amin.
_Peri_ | 9 noyabr 2012 11:32 | Status: Gümüş user | Şərh: 1 662
allah hec kime gostermesin
nergiz_zz | 9 noyabr 2012 10:17 | Status: Professional user | Şərh: 3 815
Allah heç kimə göstərməsin...Bu xəstəliyin daşıyıcılarına Allah özü kömək olsun..AMİN...
TATLI GUZEL | 8 noyabr 2012 19:27 | Status: Professional user | Şərh: 5 781
Allah hec kime gostermesin
Aylin21 | 8 noyabr 2012 19:23 | Status: Şərhçi | Şərh: 109
Allah her kesi bu tip xesteliklerden uzaq etsin
Aya:)) | 8 noyabr 2012 17:51 | Status: Gümüş user | Şərh: 2 239
Allah uzaq etsin :n30:
memmodova tahire | 8 noyabr 2012 16:12 | Status: Şərhçi | Şərh: 123
qulagimdan tez dartim kiw kiw
casiye 45 | 8 noyabr 2012 15:23 | Status: Gümüş user | Şərh: 1 449
qadinlarin qorxulu royasi
Allahin Gulu | 8 noyabr 2012 13:55 | Status: Professional user | Şərh: 2 102
Allah olumun xeyirlisini nesib eylesin.Yaman yayilib bu miret xestelik
Leyli | 8 noyabr 2012 13:51 | Status: Şərhçi | Şərh: 55
Allah uzaq elesin :n19:
_Nazlim_ | 8 noyabr 2012 12:09 | Status: Professional user | Şərh: 2 267
Allah bizi hemiwe pis hadiselerden pis emellerden qorusun.Allah ozu komek olsun bizlere.
Feriha. | 8 noyabr 2012 12:01 | Status: Professional user | Şərh: 4 746
allah,uzaq,etsin
Rightit | 8 noyabr 2012 09:17 | Status: Gümüş user | Şərh: 758
ALLAH uzaq elesin bele weyleri.
Damla | 8 noyabr 2012 06:19 | Status: Brilliant user | Şərh: 7 178
Gunumuda qadinlar baw belasina cevrilmiw xestelik..Allah hec kime yawatmasin!
gulya20 | 8 noyabr 2012 01:19 | Status: Professional user | Şərh: 4 678
Allah uzaq elesin.
tiqr | 8 noyabr 2012 00:04 | Status: Qonaq | Şərh: 0
allah hec bir qadina gorsetmesin
Ellada84 | 7 noyabr 2012 23:34 | Status: Şərhçi | Şərh: 89
Allah uzaq elesin..cox pis xestelikdi.
elnare terlan | 7 noyabr 2012 23:02 | Status: VİP user | Şərh: 1 407
qorxulu xestelik
aynur.xuda | 7 noyabr 2012 22:18 | Status: Gümüş user | Şərh: 1 289
mutleq 40 yashindan bashlayaraq her bir qadin ilde bir defe mamaqrafiya cekdirsin inanin agrili bir proses deyil men ozum cekdirmishem Allahima min shukur Rebbim hec kese dermansiz dert vermesin inshallah .
Gunel | 7 noyabr 2012 21:52 | Status: Professional user | Şərh: 4 087
Allah ozu komek olsun bele bir xesteliyi olan her kimeseye.
Allah bizleri qorusun
murad yusibzade | 7 noyabr 2012 21:37 | Status: Şərhçi | Şərh: 56
Allah ozu qorusun
Banu. | 7 noyabr 2012 20:23 | Status: Admin | Şərh: 2 266
Esrin belasidir,mariflendirici faydalı xeberdirçbutun qadinların bu haqda genish melumat bilmeleri bacibdir.