Vaginal axıntı haqqında hər şey
Vaginal axıntı haqqında hər şey.
Vagina normal olaraq nəmli bir quruluşa malikdir. Vagina divarlarındakı və vaginanın içində olan rəhm ağızındakı vəzlərdən ifraz olunan mayelər bu nəmliliyi, islaqlığı təmin edər. Normal vaginal axıntı aydındır və maye yumurta axınını xatırladar, qoxusu olmaz. Bu islaqlığın konsistensiyası yumurtalanma dövrü əsnasında (aybaşının başlanğıcından etibarən 14. gün ətrafı) bir az dəyişir və maye halında ola bilir. Vaginal axıntı menstrual siklin normal bir parçası və qadınların alışqan olduğu bir vəziyyətdir. Vaginal axıntının miqdarı, konsistensiyası və digər xüsusiyyətləri dəyişdikdə mütləq həkimə müraciət etmək lazımdır. Adet dövrünə yaxınlaşdıqca bəzən vaginada bir qoxu ola bilər və axıntı rəngi tündləşə bilər. Bu adət qanamasını təşkil hormonların bu dövrdə gətirdiyi təsirdəndir.
Narahat edici bir vaginal axıntıyla yaşamaq insanı daima narahat edər. Cinsi həyatınıza təsir edər. Daha da əhəmiyyətlisi sağlamlığınızı pozacaq, sonsuzluğa və ya daha pis nəticələrə gedə bilən hadisələrə səbəb ola biləcək. (Laqeydlik edilmiş vaginal axıntılar sonsuzluq, xərçəng kimi xəstəliklərə səbəb ola biləcəyi kimi bu xəstəliklərin əlaməti də ola bilər.)
Vaginal axıntının müalicəsi.
Axıntıların müalicəsi sanıldığının əksinə daha asan və də acısızdır. Müalicədə ümumi olaraq vaginal həblər, vannalardan istifadə edilir.
Vaginal axıntıların səbəbi nələrdir?
Fizioloji axıntılar (təbii axıntılar)
• ostrogen səviyyəsinə
• cinsəl həyat
• hamiləlik
• spiralla bağlı axıntılar
Patoloji axıntılar (təbii olmayan axıntılar) da 2 yerə bölünür:
1. Vaginal (Vaginaya-döl yoluna aid)
• Vaginanın göbələk xəstəlikləri
• Trikomanas vaginit (Cinsi yolla keçən parazit mənşəli xəstəlik)
• Bakterial Vaginosis (Müxtəlif bakteriyaların səbəb olduğu xəstəlik)
• Genital herpes vaginit (virusların səbəb olduğu bir axıntı)
• Vaginadaki xarici cisimlərin meydana gətirdiyi axıntı
• Xərçəng meydana gətirdiyi axıntılar.
2. Servikal (Servikse - rəhm ağızına aid)
• Bakteriyaların səbəb olduqları (məsələn gonora və bu kimi)
• Spesifik olmayan infeksiyalar (Səbəbi və faktoru təyin olunan axıntılardır)
• Viruslar səbəb olduğu axıntılar (məsələn herpes və digərləri)
• Xərçəngin səbəb olduğu axıntılar
• Yaralardan əmələ gələn axıntılar
Vaginal infeksiyalarda riski artıran faktorlar
Ən çox yayılan vaginal axıntı səbəbi Göbələklər və trikomanas ilə müxtəlif bakteriyaların səbəb olduğu bakteriyal vaginozistir. Bu hallarda vaginal infeksiya riski arta bilər:
• Hamiləlik
• Şəkər xəstəliyi
• Kortizon istifadəsi
• Antibiotik istifadəsi
• Bəzən östrogen hormonunun müalicələri
• Bəzi hamiləlikdən qorunma üsulları
• Tez-tez əlaqədə olmaq
• Çox sayda partnyor və qorunmasız əlaqə
• Tampon istifadəsi
• Sintetik alt paltarlarından istifadə edilməsi
• Çox dar geyimlər
• Yaş çimərlik geyimi və ya paltarla oturulması
• Vaginanın içinin çox tez və sabunla yuyulması
• Bəzi qoxulu tualet kağızları
• Həddindən artıq xlorlu hovuzlara girmək göbələk xəstəliyinə tutulma riskini artırır
• Başqasına aid alt paltar və bu kimi şeylərin geyilməsi
• Çox diyet şəkəri və ya dadlandırıcı istifadə edilməsi
Nə zaman həkimə müraciət etməliyik?
Ginekolojik problemlərlə bağlı şikayətlərə laqeyd yanaşmadan və gecikmədən həkimə müraciət etmək müalicəni çox asanlaşdırır.
Aşağıdakı hallarda həkimə müraciət etməyiniz mütləqdir:
• Aybaşılar arasındakı dövrdə qanama və ləkələrin olması
• Anormal vaginal qanama (Xüsusilə cinsi əlaqə sonrasında)
• Əzələlərdə ağrı və təzyiq hissi
• Vaginal bölgədə qaşıntı, qızartı, şişlik və ağrı
• Genital bölgədə yara və kütlələr
• Pis qoxulu və rəngli vaginal axıntı
• Vaginal axıntı miqdarının artması
• Cinsi əlaqə əsnasında ağrı və narahatlıq
Daimi ginekoloji yoxlanmaların faydaları.
Ginekologiya cinsi sağlamlığı qorumağa yönəlmiş qadınlara özəl tibbi bir baxımdır. Bu baxım xəstəliklərdən qoruyar, xərçənglərin erkən diaqnozu, infeksiyaların erkən diaqnoz və müalicəsini və daha sonra görülə biləcək sonsuzluq kimi fəsadların qarşısını alar. Hansı yaş qrupunda olduğunuza, evli və ya subay olmanıza, cinsi həyatınızın aktiv olub olmamasına baxmayaraq yaxşı birginekoloji baxım qadın sağlamlığının açarıdır.