Sağlamlıq / Qadın xəstəlikləri
Azərbaycanda həftədə 30 qadın xərçəngə tutulur!
Aynur_Qurbanqizi | 8-08-2012, 12:40
8 235 72
Əsrin bəlasına, insanlığın kabusuna çevrilən bu xəstəliyin müalicə üsulları hər gün təkmilləşdirilsə də aldığı canların sayı azalmır. İndi dünyada xərşəngdən ölənlərin sayı təhlükəli həddə çatıb. Təkcə Amerikada saatda 40 nəfər xərçəng xəstəliyindən ölür. Süd vəzisi xərçəngindən dünyada hər 11 dəqiqədə bir qadın dünyasını dəyişir.
Qorxulu statistika
Dünyanı bürümüş xərçəng xəstəliyi ölümlərin birinci səbəbidir. 1975-2000-ci illər arasında xərçəng xəstəliyi iki dəfə artıb, 2020-ci ildə daha iki dəfə artacaq. 2010-cu ildə 12 milyon insana xərçəng diaqnozu qoyulub, 7 milyon nəfər bu xəstəlikdən ölüb. Xərçəngə qarşı Mübarizə Beynəlxalq Agentliyinin məlumatına görə, 2030-cu ildə 17 milyon adam bu xəstəlikdən vəfat edəcək.
Bu dəhşətli xəstəlik Amerikada hər il 500 min insanı öldürür. Bu ölkədə hər il 1.4 milyon adama xərçəng xəstəliyi diaqnozu qoyulur. Xərçəng xəstəliyinin qalxanabənzər vəzin xərçəngi, prostat vəzin xərçəngi, qan xərçəngi, dil xərçəngi, yoğun bağırsaq xərçəngi, qaraciyər xərçəngi, düz bağırsaq xərçəngi, süd vəzisi xərçəngi, ağciyər xərçəngi və digər növləri var.
Qadınlar, süd vəzisi xərçəngindən qorunun!
Süd vəzisi xərşəngindən dünyada hər 11 dəqiqədə bir qadın dünyasını dəyişir. Son 10 ildə Azərbaycanda da süd vəzi xərçəngi 2 dəfəyədək artıb. Demək olar ki, ölkədə hər yeddi onkoloji xəstədən biri məhz bu xəstəliyin daşıyıcısıdır. Statistikaya əsasən, 2010-cu ildə Azərbaycanda 1212-si qadın olmaqla 1221 nəfərdə ilk dəfə olaraq süd vəzi xərçəngi qeydə alınıb.
Qeyd edək ki, 2010-cu ilin yekunlarına əsasən, Azərbaycanda bədxassəli şişlə ilk dəfə qoyulmuş diaqnozla 7626 nəfər qeydiyyata alınıb. Onu da qeyd edək ki, Azərbaycanda süd vəzi xərçəngi onkoloji xəstəliklər arasında birinci yerdə durur. Süd vəzi xərçənginin effektli müalicəsi üçün bir neçə sahənin həkimləri əməkdaşlıq etməlidir -ginekologiya, radiologiya, patanatomiya, şüa terapiyası və onkologiya. Belə bir əməkdaşlıq daha effektiv müalicə aparılmasına səbəb olur.
Milli Onkologiya Mərkəzinin həkim-rentgenoloqu İradə Cavadova bildirdi ki, mərkəzə 35 yaşdan yuxarı qadınlar daha çox müraciət edir. Bu xəstəlik daha çox 35 yaşdan yuxarı insanları yaxalayır, amma axır vaxtlar çox gənc pasiyentlərimiz də olur. Həftə ərzində 30-40 nəfər qadında xərçəng aşkarlayırıq. Elə bu gün hələ günorta olmayıb, biz artıq 4 nəfər qadında xərçəng aşkarladıq. Bunu aya, ilə vurub hesablayanda siz görün nə qədər təhlükəli bir vəziyyət yaranır”.
Kişilərdə ağciyər, prostat vəzi və mədəaltı vəzin xərçənginin daha çox aşkarlandığını deyən həkim bildirdi ki, tez-tez müayinələrdən keçən pasiyentlərdə bu xəstəliyin erkən diaqnozu qoyulur.
Xərçəng hiyləgər xəstəlikdir
Xərçəng – hiyləgər xəstəlikdir. İlk mərhələlərində demək olar, heç bir əlamətlə özünü büruzə vermir. Mütəxəssislər onun əlamətlərini məhdud da olsa təyin ediblər. Əgər xərçəng tutub-tutmadığınızı müəyyənləşdirmək istəyirsinizsə, o zaman bu əlamətlərə diqqət edin
İfrazat halının dəyişilməsi, iki həftə keçməsinə baxmayaraq bədən üzvlərində yaranmış yaraların sağalmaması, qeyri-təbii olaraq ifrazat orqanlarında qanaxmanın baş verməsi, sinə, döş və orqanizmin digər üzvlərində şişlərin meydana gəlməsi, qidanı udarkən problemin yaşanması, orqanizmdə ziyil və xallarda dəyişikliyin baş verməsi, davamlı şəkildə, bəzən qan ilə və bəzən isə səsin tutulması ilə öskürəklərin meydana gəlməsi xərçəngin ilkin əlamətləridir.
Xərçəngin 3 ən yaxın dostu
Oturaq iş - Oturaq iş yoğun və düz bağırsaqların xərçənginin əmələ gəlməsinin riskini çoxaldır.
Saç üçün boyalar - Saç boyalarından istifadə edən qadınlar digər qadınlara nisbətən xərçəngə tutulmağa daha çox risklidirlər. İlk növbədə, şübhə doğuran elementlər saç boyalarının tərkibində olan kimyəvi maddələrdir.
Mobil telefonlar - Mobil telefonlardan daimi istifadə eşitmə sinirində nevrinomanın yaranmasını iki dəfə tezləşdirir. Nevrinoma eşitmə orqanında olan sinir toxumasının qorxusuz şişidir. Gündə 20-30 dəqiqə mobil telefonla danışan insanlarda xərçəng xəstəliyinə tutulma ehtimalı böyükdür.
Xərçən müalicəsində yeni ümid işığı
Avstraliyalı alimlərin ərsəyə gətirdiyi yeni müalicə üsulu xərçəng xəstələri üçün ümid işığı ola bilər. Bütün dünyada istifadə edilməyə başlayan bu üsulda xərçəngli hüceyrələr radioaktiv hissəciklərə bölünərək məhv edilir, sağlam hüceyrələr isə qorunur. Alimlər yeni üsulun xərçəng xəstələrinin müraciət edəcəkləri ilk variantı olub-olmadığını araşdırır.
Bu ilin əvvəllərində məlumat yayıldı ki, İran xərçəng xəstəliyinin müalicəsi üçün yeni dərman istehsal edir. Ölkə bu dərmanlarla həm daha sağlam preparat yaradacağını iddia edir, həm də preparatların pasiyentlər üçün ucuz başa gəlməsini bildirir. Xarici dərmana nisbətən daha ucuz olan bu dərmanlarla hər il İran il 49 milyon dollara qənaət edəcək.
Eyni zamanda dünya mediasında gəzən xəbərlərə görə Amerikada bu xəstəliyin müalicəsini artıq tapıblar, amma nədənsə ictimaiyyətdən gizli saxlanılır.
Xərçəngdən necə qorunmalı?
Ümumiyyətlə, özünü xərçəng xəstəliyindən qorumaq istəyirsinizsə, onda masanızın baş yeməyi meyvə və tərəvəz olmalıdır. Ilk növbədə bu, sarı, yaşıl və qırmızı-narıncı meyvələrdir: balqabaq, xurma, ərik və s. Kələmi isə məxsusi qeyd etmək lazımdır. O, qadın onkoloji xəstəliklərinə meyilli olanlar üçün çox xeyirlidir. Həmçinin, çuğundur və ispanaq da xərçəngin müalicəsində xeyirlidir.
Hisəverilmiş ərzaqlar (kolbasa, sosiska) sağlamlığa böyük ziyan vurur. Eyni zamanda, şəkərdən istifadə də məsləhət görülmür, əvəzində təmiz bal qəbul edin. Qarabaşaq, buğda, darı masada bir-birlərini əvəzləməlidir. Süd və süd məhsullarını aşağı yağlılıqda, 1,5-2,5 % qəbul etmək məsləhət görülür.
Vitaminli içkilər çox xeyirlidir. Xüsusilə də otlar və onların meyvələrindən hazırlanmış içkilər için. Misal üçün itburnu, qarağat, moruq, adaçayı, mərsin, başınağacı yarpaqlarından, cökə, air, gicitkən, bağayarpağı, qatırquyruğu çiçəklərindən hazırlamaq olar. Çayların arasında yaşıl çaya üstünlük vermək məsləhətdir.
Lalə Mehralı