Sağlamlıq / Qadın xəstəlikləri

Azərbaycanda abort etdirən məktəbyaşlı qızların sayı kəskin artdı - SİYAHI

Banu. | 6-09-2020, 08:10
1 930 0
Son bir ildə Azərbaycanda abort etdirən məktəbyaşlı (15-17 yaş arası) qızların sayı yenidən artıb.
Açıqlanan sonuncu rəsmi məlumatlara istinadənhesablama göstərir ki, abort etdirən məktəbyaşlı qızların sayı 2018-i illə müqayisədə ötən il 22,5% artaraq 40 nəfərdən 49 nəfərə yüksəlib. Bu son 4 ildə qeydə alınan ən yüksək göstərici olub.
Məlumat üçün bildirək ki, ötən il ölkədə ümumilikdə 37 min 308 qadın abort etdirib və bu göstərici əvvəlki illə müqayisədə 3,2% və 1 min 167 nəfər artıb. Abort etdirənlərin 3,9% və ya 1 455 nəfəri 15-19 yaşlılar olub. Bu yaşda abort etdirən qadınların sayı ötən bir il ərzində 17,5% və ya 217 nəfər artıb.
Onu da bildirək ki, Azərbaycanda ümumi abort etdirənlərin sayı 2017-ci ildə ən yüksək səviyyəyə - 37 min 618-ə yüksəlib. Məktəbyaşlı qızlar arasında abortların sayı isə ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort.
Müqayisə üçün son 12 ildə qeydə alınan abortların sayını təqdim edirik:
İllərAbortların
ümumi sayı
Məktəbyaşlı yaşlı qızlar arasında abort
2008-ci il25 256131
2009-cu il24 562145
2010-cu il26 801158
2011-ci il27 790135
2012-ci il31 03863
2013-cu il27 89288
2014-cü il27 22088
2015-ci il27 45250
2016-cı il34 56919
2017-ci il37 61846
2018-ci il36 14140
2019-cu il37 30849
Yeniavaz.com