Sağlamlıq / Qadın xəstəlikləri

Qızlar toy gecəsindən niyə qorxurlar?

Banu. | 2-09-2020, 14:17
1 204 0


Qızlar toy gecəsindən niyə qorxurlar?

Qızların toy gecəsi cinsi əlaqədən qorxusunun əsas səbəbi əslində bir xəstəlikdir. Bu xəstəliyin adı vaginizmdir. Bu səbəbdən yeni evlənənlər arasında aylarla hətta illərlə cinsi əlaqə olmaya bilər. Daha çox psixoloji olan bu hal isə, ətrafın basqısı ilə bir az da ağırlaşa bilər. Praktik psixoloq Gülər Məmmədova youtubedə yayımlanan “Çərçivə” verilişində bildirib ki, gəlinin bakirə olub olmaması ilə maraqlanan ailələr, yengə faktoru onsuz da cinsi əlaqədən qorxan qızda böyük travmalar yaradır. Çinsi əlaqə baş tutmadıqda isə gəlini bakirə olmamaqda günahlandıran bəylər də az deyil. 


 
"Çərçivə" verilişi sizi maraqlandıran bir çox şəxsi saullarınıza cavab tapmaq üçün müxtəlif qonaqlarla müsahibələr təqdim edir. Kanala abunə olaraq suallarınızı ünvanlaya, daha çox məlumat əldə edə bilərsiniz