Sağlamlıq / Qadın xəstəlikləri

Qadınlardan gələn qoxunu 5 təbii üsulla necə yox etməli?- Sadə, ağrısız və uçuz

Banu. | 28-12-2019, 18:42
105 0
Kandidozdan ev şəraitində müalicə olunmaq mümkündür. Həmin üsullardan bəzilərini təqdim edirik:

Rozmarin (ətotu) çayı

Rozmarindən hazırlanan dəmləmə qaşınma və qızartını aradan qaldıracaq. Bunun üçün dəmləmədən gün ərzində 2 stəkan qəbul edilməlidir.
Çay ağacı bitkisinin efir yağı
2 damcı çay ağacının efir yağını bir parçaya hopduraraq onu bez kimi 3 saatdan çox olmayaraq istifadə edin. Proseduru gün ərzində 2 dəfə həyata keçirin.

Xəstəliyin əlamətləri 1 həftə ərzində aradan qalxacaq.

Sarımsaq

Sarımsaq ən güclü göbələkəleyhinə vasitələrdən biri hesab olunur. Bu təbii dərman vasitəsini hər yeməyə qatın.
Bundan əlavə bir neçə diş sarımsağı əzərək onu az miqdarda su ilə qarışdırın. Əmələ gələn qarışımı 20 dəqiqə ərzində problemli nahiyyənin üzərində saxlayın. Daha sonra ilıq su ilə yuyun.
Alma sirkəsi
Vannanı isti su ilə dolduraraq ora 2 fincan alma sirkəsi əlavə edin. Həmin suda 20 dəqiqə vanna qəbul edin.
Aloe vera geli
Bu bitkinin bir orta ölçülü yarpağından əldə etdiyiniz geli 2 stəkan su ilə qarışdırın. İntim hissələri bu qarışım ilə yuyun. Daha sonra isə isti su ilə tamamilə təmizlənənə qədər yuyunun. (medicina.az)