Sağlamlıq / Qadın xəstəlikləri

Velosiped sürmək qadınlarda cinsi istəyi azaldırmış - BƏDXASSƏLİ ARAŞDIRMA...

Banu. | 8-11-2019, 22:30
140 0
İngilis ginekoloq Pradnya Pisal'in sözlərinə görə, həm kişilər, həm də qadınlar velosiped sürərkən cinsiyyət orqanlarında müəyyən bir narahatlıq hiss edə bilərlər. Ancaq qadınlardadaha ciddi problemlər yarana bilər.
 
Velosiped sürərkən cinsiyyət sahəsinə tətbiq olunan təzyiq, vaginanın şişməsinə, qıcıqlanması və sidik kisəsində problemlərə gətirib çıxarır. Bunun səbəbi, velosiped sürərkən qadının ümumi bədən çəkisinin 40% -ni vaginanın üzərinə düşməsidir.

Qadın velosipedçilər arasında ən çox rast gəlinən problemlər arasında səpkilər, ağrı, həssaslıq, uyuşma, vağına ağzının genişlənməsi, vaginanın qıcıqlanması, vaginal infeksiya və sidik yollarının infeksiyasıdır. 
 
Daha əvvəl edilən araşdırmalarda P.Pisalın araşdırmasını təsdiq edir. Belə ki, həftədə velosipedlə 100 mildən çox məsafə qət etmək cinsi istək hissini azaldır. Artan ağrı və uyuşma da cinsi disfunksiyaya səbəb olur.

Mütəxəssislər bəzi qadınların daha rahat velosiped sürmək üçün hətta əməliyyat etdirdiyini bildirir. Son illərdə bu qadınların sayının artdığını söyləyirlər. Bu ağrılı cinsiyyət əməliyyatı sürtünmə və əzilmənin qarşısını almaq üçün vaginanın içərisindən bir hissəsini kəsib çıxartmaqdan ibarətdir. (medicina.az)