Qadın xəstəlikləri / Sağlam ol!

Vaginanız üçün etməməniz lazım olan 10 şey (Yalnız xanımlar üçün)

Aytekin82 | 30-11-2015, 22:00
58 329 26


Hər qadın genital orqanının sağlamlığı və təmizliyi haqqında az - çox məlumata malikdir. Ancaq bəzən doğru  sandığınız səhvlərlə istəmədən vaginanıza zərər verə bilərsiniz. 
 Vaginal duş
 Qadınların vaginayı təmizləmək adına etdiyi ən böyük səhvlərdən biri vaginanın içini yumaqdır. Bu da vaginanın PH tarazlığını pozaraq infeksiya riskini artırır. Vagina özü- özünü təmizləyən bir quruluşa malikdir. Vaginanın xaricini yalnız ilıq su ilə yumaq kifayətdir. 
Sabun
 Vaginanı sabunla təmizləmək vaginanın təbii quruluşunu və PH tarazlığını pozur. Göbələk, qaşıntı, infeksiya kimi mənfi bir sıra nəticələr doğurur.  Su ilə yalnız vulvanı təmizləmək kifayətdir. 
Sintetik alt paltarlar
 Sintetik paltarlar genital bölgənin hava almasına mane olur və infeksiya riskini artırır. Bu səbəblə alt paltar seçkinizdə çox diqqətli olun və  100 % pambıq  parçaları seçin. 
Bədəni sıxan dar paltarlar
 Dar paltarlar sidik yolu iltihabına gətirib  çıxarır. Bundan başqa  vaginal bölgədə tahriş, iltihab və infeksiya kimi bir çox mənfi təsirə malikdir.
Camaşır suyu
 Genital bölgədəki qaralmanı yox etmək  üçün  edilən səhv üsullardan biri olan camaşır suyu və karbonatlı suyla ağartma əməliyyatı həddindən artıq həssas olan bu bölgə üçün çox zərərlidir. Tampon
 Çətin anlarınızda köməkçi ola bilər, amma tampon istifadəsi vaginanız üçün çox sağlam bir şeçim deyil. Tamponlar zərərli orqanizmlərin törəməsini önləmək üçün dezinfeksiyaedici maddalərə malikdir. Bu da vaginada tahriş və infeksiya meydana gəlməsinə səbəb ola bilir. 
Vaginal təmizlik vasitələri
Gözəl iy versin deyə istifadə edilən vagina spreyi, losyon, krem, bitki mənşəli yağ və  ya  cövhərlər əsla istifadə etməyin. Bunlar pis qoxunu aradan qaldırmaz, yalnız keçici bir müddətə  gizlədər. Bu tərz məhsullar vaginal infeksiyaları qaçınılmaz edir.
 Ətirli bezlər
 Adət dövründə istifadə edilən bezlərin ətirli olanlarını seçməyin. İstifadə edilən bu deodorantlar vaginal infeksiyalardan başqa bir  daha pis qoxulara səbəb olur.
 Gündəlik bezlər 
Bezlər vaginanın nəfəs almasına mane olur. O səbəbdən  adət dövrlərindən başqa günlərdə  bez istifadə etməni seçməyin. Həm də  bezlərin  tez  dəyişdirilməməsi də infeksiya riskini artırır. 
Alt paltar ilə yatmaq
 Alt paltar genital bölgənin nəfəs almasını maneə törətdiyi üçün gecə yatarkən alt paltarsız yatmanızda fayda var.


ESMERRi | 14 aprel 2016 19:39 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: OAKR
Büsqaltersiz yatanda rahat yata bilmirem.camasir suyunanda adam yuyunarki
OAKR | 1 aprel 2016 22:50 | Status: Qonaq | Şərh: 0
Büsqaltersiz yatanda rahat yata bilmirem.camasir suyunanda adam yuyunarki
Real Madrid CF | 6 dekabr 2015 15:42 | Status: Qonaq | Şərh: 0
18 yawdan balacalar oxumasin guyada 0136
boris arxan | 4 dekabr 2015 00:42 | Status: Professional user | Şərh: 4 783
aaaaaaaaa 0136 camawir suyu nedu onu ora vurmaq olarrrr
Dəniz qızı | 2 dekabr 2015 08:57 | Status: Brilliant user | Şərh: 8 015
Gündəlik bezlər zəhləm gedir.
Cicim İncim | 2 dekabr 2015 00:30 | Status: Gümüş user | Şərh: 2 456
Sitat: SEVDA
Bu barədə çox diqqətliyəm...

Aynən...
Ay_Sun | 1 dekabr 2015 21:11 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: SEVDA
Bu barədə çox diqqətliyəm...

Mende request
sadəcə MƏN | 1 dekabr 2015 18:45 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
SEVDA | 1 dekabr 2015 17:20 | Status: Nəzarətçi | Şərh: 17 437
Bu barədə çox diqqətliyəm...
gece-gunduz | 1 dekabr 2015 16:57 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: Yagis_Negmesi
Faydali meslehetlerdi tesekkur edirem
Moon and android | 1 dekabr 2015 15:46 | Status: Qonaq | Şərh: 0
Aaa bes intim münasibetden sonra adi su ile yuyunmaqla temiz olmursan axı gellerden istifade etmesen request

Sitat: Moon and android
Aaa bes intim münasibetden sonra adi su ile yuyunmaqla temiz olmursan axı gellerden istifade etmesen request

Oğlanlar oxumasın
Aytekin82 | 1 dekabr 2015 15:10 | Status: Brilliant user | Şərh: 6 586
Sitat: sadəcə MƏN
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.


Caaannn, bajın qurvan, adamdı da bir de gördün elinin altında nə var, onnan da yuyunur wink Uyyy iraq olsun
Axırıncı da ki, şexsen men yatanda tek piyamanın şortikin geyirem, adam rahat olur onda winked
Vabşe örgeşmeynendi esası, adam var ki, yatanda büsqalterini çıxartmır, amma men evde olanda vabşe gündüz de geymirem wink
aaaaaaaaaa | 1 dekabr 2015 14:39 | Status: Qonaq | Şərh: 0
tsk melumata gore ama sabunsuz yuyunmaq ve ya xususi gellerden istifadeetmemek ve dezdarantdan istifade etmemek mence mumkun deyil
Resube | 1 dekabr 2015 11:59 | Status: VİP user | Şərh: 394
Sitat: nazlimincim
Aa alt paltarsiz yatmaq olaaaar? 0136
Nergiz love | 1 dekabr 2015 10:42 | Status: Professional user | Şərh: 7 871
Sitat: Yagis_Negmesi
Faydali meslehetlerdi tesekkur edirem
sahibə | 1 dekabr 2015 00:49 | Status: Qonaq | Şərh: 0
Təşəkkur edirəm
dılay | 30 noyabr 2015 23:02 | Status: Brilliant user | Şərh: 8 182
KorbonatlI su,camawIr suyu. Yeni bunlarI eden var ?ele birdefelik Xlordan istifade etsinler.
B.Fereh | 30 noyabr 2015 23:00 | Status: Nəzarətçi | Şərh: 6 971
Like...Faydali xebere gore tewekkurler
EÇS vaxtiyle | 30 noyabr 2015 22:43 | Status: Qonaq | Şərh: 0
Biyy alt paltarsiz yataq?gundelik bezi istifade etmiyek indi?

Biyy alt paltarsiz yatmaq olar?gundelik bezi istifade elimiyek indi?
nazlimincim | 30 noyabr 2015 22:38 | Status: Qonaq | Şərh: 0
Aa alt paltarsiz yatmaq olaaaar? 0136
ESMERRi | 30 noyabr 2015 22:30 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: sadəcə MƏN
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.

Gündəlik bezlərdi falan sabundu amma camaşır suyu mənədə qəribə gəldi.inanmıram kimsə ondan istifadə edə
milashka_167 | 30 noyabr 2015 22:14 | Status: VİP user | Şərh: 1 452
Cox dogru melumatdi efsuslar olsunki men bunlarin bezilerini edirem((
sadəcə MƏN | 30 noyabr 2015 22:13 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
ESMERRi | 30 noyabr 2015 22:10 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: sadəcə MƏN
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.

Əla yazmısıze yox bir Comet 0140
sadəcə MƏN | 30 noyabr 2015 22:06 | Status: Brilliant user | Şərh: 4 771
Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
Yagis_Negmesi | 30 noyabr 2015 22:01 | Status: Gümüş user | Şərh: 1 614
Faydali meslehetlerdi tesekkur edirem