Sağlamlıq / Qadın xəstəlikləri

Aybaşının ləngiməsi səbəbləri

Banu. | 4-11-2015, 22:00
12 568 16



Aybaşının ləngiməsi müxtəlif ginekoloji xəstəliklər, məsələn, uşaqlığın və yumurtalıqların iltihabı, uşaqlığın mioması (xoşxassəli şişi), onkoloji xəstəliklər və s. səbəblərdən baş verə bilər.

Mütəmadi olaraq menstruasiyanın ləngiməsi yumurtalıqların polikistoz xəstəliyi üçün xarakterik hesab edilir (bu barədə 25-ci səhifədə oxuya bilərsiniz)

Aybaşının ləngiməsi, həmçinin uşaqsalmadan (abort) sonra da baş verə bilər. Bunun səbəbi isə uşaqsalmadan sonra pozulmuş olan hormonal tarazlıq, həmçinin uşaqlığın özündə olan patoloji haldır. Yəni, uşaqsalmadan sonra aybaşı 28-32 gündən sonra yox, 40 gün və daha artıq müddətdən sonra baş verə bilər. Belə ləngimə normal hesab edilə bilməz və qadının müayinə və müalicə olunmasını tələb edir.

Aybaşının ləngiməsinin səbəbi oral (ağızdan qəbul edilən) kontraseptivlərin (hamiləlik əleyhinə dərman preparatları) qəbul edilməsi də ola bilər. Preparatın qəbul edilməsi dövründə və ya onun qəbulunu dayandırdıqdan sonrakı müddət ərzində bir neçə aybaşı tsikli olmaya bilər. Bu, yumurtalıqların hipertormozlanması sindromu adlanır. Yumurtalıqların hipertormozlanması sindromuna təsadüf edildiyi halda, oral kontraseptivlərin qəbulu dayandırılır. Adətən, oral kontraseptiv preparatların qəbulu dayandırıldıqdan sonrakı 2-3 ay (maksimum 6 ay) müddətində yumurtalıqların funksiyası bərpa olunur. Aybaşının olmaması göstərilən müddətlərdən artıq olarsa, bu zaman mütləq həkim-ginekoloqa müraciət etmək lazımdır.

Uzun müddətli zəif və orta dərəcəli streslər və ya qısamüddətli güclü streslər – yumurtalıqların və uşaqlığın fəaliyyətini tənzimləyən baş beyini qabığı və hipotalamusun fəaliyyətinin normal gedişinin pozulmasına da səbəb ola bilər. Buna misal olaraq hərbi vəziyyət zamanı qadınlarda baş verən amenoreyanı (aybaşının olmaması) göstərmək olar. Bu zaman baş verən güclü streslər şəraitində qadınlarda menstruasiyalar bir neçə il müddətinə kəsilmiş olur. Ancaq heç bir müalicə aparmadan streslər qurtardıqdan sonra aybaşının öz-özünə bərpa olunacağına ümid etmək də olmaz. Çünki bir çox hallarda aybaşı tsikli bərpa olunmaya da bilər. Buna görə də səbəbindən asılı olmayaraq aybaşı tsiklinin pozulması zamanı həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Qadın, ginekoloq tərəfindən tam şəkildə müayinə olunduqdan sonra tələbat olduğu halda digər mütəxəssislərin (nevropatoloq, endokrinoloq və s.) də müayinəsinə göndərilə bilər.

Menstruasiyanın xeyli müddət ərzində olmamasının səbəblərindən biri də qadının çəkisinin xeyli dərəcədə və sürətli şəkildə azalması da ola bilər. Arıq olmağın dəbdə olmasına uyaraq bir çox "müasir” qızlar özlərini xeyli dərəcədə arıqladaraq çəkilərini kritik menstrual çəki (45-47 kq ) həddinə çatdırırlar ki, bu da aybaşının uzun müddətə kəsilməsinə səbəb olur.

Aybaşının kəsilməsinin ən təbii səbəbi – hamiləlikdir. Hamiləlik vaxtı endokrin sisteminin fəaliyyətində xeyli dərəcədə dəyişikliklər baş verir: hipofiz vəzi aktiv şəkildə prolaktin hormonu hazırlamağa başlayır ki, o da bir tərəfdən laktasiyanı (döş vəzisində südün hazırlanması) stimullaşdırır, eyni zamanda isə ovulyasiyanı dayandırır.

Hamiləliyi təsdiq etmək üçün hamiləlik testindən istifadə edirlər. Bu test sidikdə spesifik "hamiləlik hormonu” olan – xorionik qonadotropinin (XQ) olması və ya olmamasını müəyyən edir.

Qadınlar onu da bilməlidirlər ki, bəzi onkoloji – şiş xəstəliklərində də xorionik qonadotropinin (XQ) ifrazı baş verir. Bu isə səhv olaraq "müsbət” hamiləlik testi kimi qəbul edilə bilər.

Bundan savayı, qadınlar onu da bilməlidirlər ki, aybaşının kəsilməsi həm uşaqlıq daxili hamiləlikdə, həm də uşaqlıqdan kənar hamiləlikdə də (bu zaman rüşeym hüceyrəsi uşaqlıq borusu, yumurtalıq və qarın boşluğuna birləşmiş olur) baş verir. Hər iki halda (həm uşaqlıq daxili, həm də uşaqlıqdan kənar hamiləlik zamanı) hamiləlik testi müsbət olur. Uşaqlıqdan kənar hamiləlik qadının sağlamlığı və hətta həyatı üçün çox təhlükəli bir hal hesab edilərək təcili şəkildə ləğv edilməlidir. Buna görə də hamiləliyin ilk əlamətləri başlayan kimi mütləq həkim-ginekoloqa müraciət etmək tələb olunur. Aparılan müayinələr nəticəsində həkim hamiləlik faktının olmasını, həmçinin onun uşaqlıq daxili və ya uşaqlıqdan kənar olmasını müəyyən edə bilir.

Laktasiya da - aybaşının olmamasının təbii səbəblərindən biridir. Adətən, ana körpəsini yalnız əmizdirməklə qidalandırdığı zaman, prolaktin hormonu ovulyasiyanı dayandırır – və laktasion amenoreya (körpənin ana südü ilə qidalandırılması zamanı menstruasiyanın kəsilməsi) baş verir ki, bu da uşağın 1 yaşınadək və daha artıq müddət ərzində (uşağın əmizdirilməsi qurtarana qədər) davam edir. Bəzi hallarda isə kifayət qədər laktasiyanın olduğu müddət ərzində qadınların aybaşı tsikli tez bir zamanda bərpa olunur. Ona görə də qadınlar bilməlidirlər ki, doğuşdan sonra aybaşının olmaması və uşağın normal əmizdirilməsi dövründə hamiləliyin baş verməməsinə 100% təminat vermək olmaz. Buna görə də onlar hətta bu dövrdə də hamiləlikdən qorunmanın (kontrasepsiya) müvafiq üsullarından istifadə etməlidirlər.

Əgər qadın, ümumiyyətlə, uşağı əmizdirmirsə və ya onun südü çox azdırsa, adətən, doğuşdan 2-3 ay sonra menstruasiya tsikli bərpa olunur.

Beləliklə, nəticələri qeyd edək:
qadın özünün aybaşı tsiklinin müddətini bilməli,
aybaşı tsiklinin müntəzəm (requlyar) olmasına nəzarət etməli,
ilkin tsikl pozğunluqları baş verən kimi, tez bir zamanda həkimə müraciət etməlidir.

Həkim-ginekoloq tərəfindən aparılan müayinələr, bir çox hallarda, təcili cərrahi müdaxilə tələb edilən halların (uşaqlıqdan kənar hamiləlik, onkoloji – şiş xəstəlikləri və s.) vaxtında müəyyən edilməsinə imkan vermiş olur.

Aytc | 25 mart 2017 19:14 | Status: Qonaq | Şərh: 0
Salam Doctor men niwanliyam uzr istirem sizden bir melumat almaq isdrem.hisslerimize guc gele bilmedik arxadan olmusuq.arxaya bowalb qabaga hecne yeni sadece mende bu ay gecikme var 5gun qorxuram yeni hamile qalma ehtimali olarki yoxsa fesil deyiwkenliyidi die .? Bakireyem yeni qabaga getmeyib spermada nese olarki?zehmet olmasa cvblandirardiz.onceden tesekurler
ESMERRi | 26 aprel 2016 17:40 | Status: Brilliant user | Şərh: 5 376
Normaldı məndə
Janna_1994 | 19 yanvar 2016 21:45 | Status: Şərhçi | Şərh: 499
men hemiwe vaxtinda oluram
gulsen= | 21 noyabr 2015 13:04 | Status: Qonaq | Şərh: 0
mendede olurr 2ay olmuramele olurki
Ay_Sun | 13 noyabr 2015 12:03 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: SEVDA
Problem yoxdu...
esma inci | 6 noyabr 2015 23:32 | Status: Gümüş user | Şərh: 1 096
mende hecvaxt lengime olmuyub eksine vaxtndan tez olmusam ele olub ayda 2defe olmuwam bu pis hal deyilki???????
SEVDA | 5 noyabr 2015 19:06 | Status: Nəzarətçi | Şərh: 17 437
Problem yoxdu...
guldeniz | 5 noyabr 2015 15:32 | Status: Professional user | Şərh: 1 640
Sitat: Əsmər1
Təşəkkürlər


Sitat: guldeniz
Sitat: Əsmər1
Təşəkkürlər
gece-gunduz | 5 noyabr 2015 13:10 | Status: Gümüş user | Şərh: 1 720
təşəkkürlər
ŞokaLaTovA PeÇeNyA. | 5 noyabr 2015 12:03 | Status: Gümüş user | Şərh: 2 059
Məndə indi ağrı yoxdu ama ürək bulanma verir
Nilay | 5 noyabr 2015 11:30 | Status: Qonaq | Şərh: 0
keyidici atirsan hec bir agri olmur
milashka_167 | 5 noyabr 2015 10:48 | Status: VİP user | Şərh: 1 452
Mende bilirdim.ve efsuslar olsunki men bu hallarla tez tez rastlaşiram
dılay | 5 noyabr 2015 09:04 | Status: Brilliant user | Şərh: 8 182
Tewekkurler
Əsmər1 | 4 noyabr 2015 23:32 | Status: VİP user | Şərh: 1 583
Təşəkkürlər
ESMERRi | 4 noyabr 2015 23:22 | Status: Brilliant user | Şərh: 5 376
Məlumatım var təşəkkür
buxqalter | 4 noyabr 2015 23:04 | Status: VİP user | Şərh: 1 212
Hamisini bilirem.sehife 25i tapa bilmedim ama winked