Sağlamlıq / Qadın xəstəlikləri

Abort haqqında

Aytekin82 | 5-10-2014, 22:00
35 229 33
 
 
Abort və ya hamiləlik sonlandırılması, rəhm içindəki bir hamiləliyin xüsusi üsullarla sona çatdırılmasıdır.
Bu əməliyyat, qadın xəstəlikləri və doğum mütəxəssisi tərəfindən  müayinəxanalarda tətbiq olunur.

İstənməyən hamiləliklərin sonlandırılması ölkəmizdə  qadınlara aid qanuni və müasir bir haqqdır. Qanunlarımıza görə istənməyən hamiləliklər qadının istəyiylə 10 hamiləlik həftəsinə qədər sonlandırıla bilər. Hamilə evlidirsə həyat yoldaşının da təsdiqi lazımdır, evli deyilsə və 18 yaşı tamamdırsa, öz istəyi və razılığı kifayətdir. 
 Hamiləliyin ana və ya körpə üçün tıbbi cəhətdən  təhlükəli  halında (körpənin şikəst olması, ya da ananın hamiləliyi davam etdirə bilməyəcək qədər xəstə olması hallarında ) 10 həftədən daha böyük hamiləliklər də sonlandırıla bilər. Belə bir vəziyyətdə bir neçə mütəxəssis həkimin  qərarı verməsi lazımlıdır.

Abort olunacaq hamiləliyin  10 həftəni keçməməsi lazımdır.
Abortun bütün riskləri hamiləlik həftəsi böyüdükcə artar. Qanuni sərhəd də bu səbəblərlə təsbit edilmişdir. 10 həftədən daha böyük hamiləliklərin sonlandırılması tibbi olaraq daha çox problemlidir. Buna görə abort qərarı alındığında qanuni sərhəd olan 10 həftənin keçirilməməsi lazımlıdır. Adət gecikməsi olmasa belə hamiləlik şübhəsində mütləq bir ginekologa gedilərək muayinə edilməlidir.

Hamiləlik dərman istifadə edilərək sonlandırıla bilərmi? 
Tez-tez soruşulan suallardan biri abort olmaq yerinə hamiləliyin bəzi dərmanlar istifadə edilərək sonlandırılıb sonlandırılamayacağıdır. Adətən adət gecikməsində istifadə edilən  həb və iynələr  hamiləlik sonlandırılmasında bir işə yaramazlar. Hamiləlik sonlandırılması vakuum texnikası ilə yəni şpris içərisinə mənfi təzyiqlə çəkmə şəklində tətbiq olunmaqdadır.

Abort necə tətbiq olunar?
Vagina və rəhm ağızı, əməliyyat əsnasında mikrob düşməsin deyə dezinfeksiya edici mayelərlə təmizlənir. Bu əməliyyat yatırdılaraq, ya da lokal keyidilərək edilə bilər. Lokal anestezi daha əvvəl normal doğum etmiş qadınlarda daha rahat tətbiq oluna bilər. Daha sonra rəhm ağızı şam deyilən alətlərlə kifayət qədər genişlədilir. Xüsusi plastik vəsitə ilə rəhm içinə girilir. Aldanıl vasitəsiylə mənfi təzyiq tətbiq olunaraq rəhm içi boşaldılır.



Abort sonrası
- Abort sonrası əgər yatırdılmışsınızsa bir müddət müşahidə altında tutulmanız məqsədəuyğundur. Ortalama yarım saat istirahət etmək kifayətdir. Lokal anestezi ilə əməliyyat edilsə bu vəziyyətdə müşahidə daha qısa tutula bilər. Qanamaya nəzarət  etmək çox əhəmiyyətlidir. Əgər bir problem yoxsa, abort olan adam resept yazılaraq evə göndərilə bilər. Reseptdə antibiotik, ağrı kəsici və lazım olsa qanama dayandırıcılar iştirak etməlidir. Yemə içmə sərbəstdir.
- 1 həftə sonra mütləq poliklinikaya gəlməlisiniz. Atəş yüksəlməsi, həddindən artıq qanama və həddindən artıq ağrı hallarında mütləq həkiminizi xəbərdar etməlisiniz.
- O gün və sonrakı bir neçə gün qarnınızın aşağı hissəsində yüngül şəkildə adət sancısına bənzər ağrılar ola bilər. Ağrı kəsicilər istifadə edilə bilər.
- Əməliyyat sonrası 3-4 gün qədər ləkələnmə tərzində qanamanız ola bilər. Qanama ilə birlikdə kiçik laxta və ya  parçalar da gələ bilər. Bu tamamilə normal bir vəziyyətdir və hətta bir az qanama, rəhm içində laxta qalmaması üçün faydalıdır. Buna qarşılıq qanamanın heç olmaması da anormal bir vəziyyət deyil. Bu vəziyyətdə rəhm içində laxta yığıla bilər. Daha sonra şiddətli ağrılara yol aça bilər. Bir anda qan boşalmaları ola bilər. Həddindən artıq qanama meydana gəlsə də həkiminizi xəbərdar etməlisiniz.
- Əməliyyatdan sonra ayaqda duş edə bilərsiniz ancaq qanama davam etdiyi müddətcə hovuza və dənizə girmək təhlükəlidir.
- Əməliyyatdan sonra bir həftəyə qədər əlaqəyə girilməsi də rəhm ağızı genişlətmə əməliyyatı tətbiq olunduğundan uyğun deyil. Qanama davam etdiyi müddətcə də cinsi əlaqə təhlükəlidir. Qanama bitdikdən sonra əlaqəyə girə bilərsiniz.
- Əgər abortdan sonra gözlənilməyən bir şəkildə atəş yüksəlməsi olsa mütləq həkiminizlə əlaqə saxlayın.
- Çox kiçik hamiləliklərdə bəzən hamiləlik tam boşaldılmır və hamiləlik rəhm içərsində  davam edə bilir. 5 həftədən kiçik hamiləliklər üçün bu vəziyyət daha çox təsadüf edilir. Fərq edildiyində 1 həftə sonra abortun təkrarı gərəkdir. Bu səbəblə abortun ən erkən 5-6. həftələrdə edilməsi və  poliklinikaya gedilməsi əhəmiyyətlidir.

İlk hamiləlikdə abort olan qadınlar bir daha hamilə qala bilərmi? 
Uyğun şərtlər altında, təcrübəli ginekologlar tərəfindən  gərəyi kimi edilən hamiləlik sonlandırmalarında hər hansı bir təhlükə söz mövzusu deyil. Köhnə dövrlərdə vakuum texnikası istifadə edilmədən yalnız "küret" istifadə edilərək edilən abortlarda rəhm içərisinin zədələnilmə ehtimalı daha çox idi.  Və  yenə əvvəlki illərdə, təsirli dezenfeksiyaedicilər və antibiotiklər olmaması səbəbiylə edilən əməliyyat sonrasında infeksiya (iltahablanma) ehtimalı daha çox olduğundan belə bir inanış keçmişdən günümüzə qədər gəlmişdir. Ancaq indiki vaxtda gigiyenik bir mühitdə və uyğun texnika ilə təcrübəli ginekologlar tərəfindən edilən abortlarda, ilk hamiləlik də olsa, əməliyyat sonrası istənməyən bir problemin meydana gəlmə ehtimalı yox deyiləcək qədər azdır.

Abort sonrası "parça qalması" nədir?
Qanuni hamiləliyin pozulması hallarında  edilən abortlarda təxminən olaraq 3-5  %  nisbətində hamiləliyin bəzi parçalarının tam olaraq alına bilməməsi problemi ortaya çıxa bilər. Xüsusilə də rəhm içərsinde miyom varsa və rəhm içi boşluğu miyom üzündən normal anatomiyasının pozulduğu vəziyyətlərdə bu problem ortaya çıxa bilər. Bu vəziyyət özünü bir iki həftə keçməsinə baxmayaraq davam edən qanama şəklində müəyyən edər. Bəzən də xüsusilə böyük hamiləlik həftələrində tətbiq olunan abort əməliyyatında "parça qalsa" vaginadan qanamaqla birlikdə parça atıldığı da müşahidə edilə bilər.

Abortdan sonra adət gecikməsi
Abort sonrası ilk adət ümumiyyətlə 4-6 həftə sonra görülər. Abortun edildiyi gün adət qanamasının ilk günü olaraq qəbul edilir və normalda neçə gündə adət görülürsə  o qədər müddət sonra ilk adətin olması gözlənilər. Bəzən də bu müddət 50-60 günə qədər gecikə  bilər. Əgər gözlənilən gündə adət görülməzsə mütləq ginekoloji müayinə  edilməlidir.

Lokal anesteziylə edilən abortda ən çox rast gəlinən problemlər

- Lokal anestezide tətbiq olunan, anestezik maddəyə həddindən artıq həssaslıq meydana gəlməsi və ya ani huşunu itirmə hissi yaşana bilər. Bu, keçici  bir vəziyyətdir. Təxminən 1-2 % nisbətində görülər.
- Abortdan dərhal sonra ən sıx görülən problem ürək bulanması və qusmadır. Bəzən huşunu itirmə hissi də meydana gələ bilər. Bu vəziyyət də təxminən 1-2 %  nisbətində görülər və həyati təhlükə yaratmayan keçici bir haldır.

Yatırdılaraq tətbiq olunan abort əməliyyatı
Yatırdılaraq tətbiq olunan abort əməliyyatı bitdikdən təxminən 1 saat sonra evinizə dönə bilərsiniz. Bir həftə sonra profilaktik  üçün təkrar gəlməniz şərtdir. Bu  müayinədə sizə ayrıca ailə planlaması haqqında məlumat veriləcək və sizə uyğun olan qorunma üsulu izah ediləcək. İstəyə bağlı abort, qanuni olaraq on həftədən sonra edilə bilməz. Ancaq tibbi ehtiyac varsa bu vəziyyət dəlilləriylə birlikdə 3 mütəxəssis tərəfindən sənədləşdirilərək xəstəxana mühitində edilə bilər.

dılay | 11 mart 2016 22:06 | Status: Brilliant user | Şərh: 8 182
Xəbərə görə təşəkkür
Marisella | 10 sentyabr 2015 18:05 | Status: Qonaq | Şərh: 0
ağrılı olur abort?
Nagizade.Leyla | 2 iyun 2015 01:48 | Status: VİP user | Şərh: 1 321
Gunahdi abort eletdirmek
rozella | 28 aprel 2015 17:48 | Status: Qonaq | Şərh: 0
mecburen dunen eletmisdim abort amma hele 3 heftelik idi balaca idi.
Dəniz qızı | 14 aprel 2015 20:54 | Status: Brilliant user | Şərh: 8 015
Sitat: Nara88
bu haqda oxumusdum cox pis olmusdum((deyirler usaq hiss edir olumunu((professor test etmisdi,deyir aleti usaga teref apardiqda usaq yigilirmis((sanki ozunu qoruyurmus((eleti geri cekdiyinde oz formasini alirmis(neyse oxuyanda aglamisdim uzun yaziydi((
gulnar 2 | 5 mart 2015 01:29 | Status: Şərhçi | Şərh: 313
isdemesemde mecburiyyet qarşisinda edirmişem allah günahimizdan keçsin sad
SARA55 | 26 fevral 2015 22:36 | Status: Qonaq | Şərh: 0
allah günahımızı bağışlasın
_Yagmur_ | 2 fevral 2015 13:16 | Status: Şərhçi | Şərh: 209
Oof ureyleri nece gelir abort elemeye hemde gunahdi Allahin verdiyi cani sen alirsan . Ama men hec avaxt elemerem .
Narin-Ulker | 28 yanvar 2015 03:26 | Status: Gümüş user | Şərh: 2 747
menim baldizim 6 ayliq usaqi qqnindan doqratdirib cixartdi qizdi deye
Aydan18 | 4 dekabr 2014 17:02 | Status: Şərhçi | Şərh: 485
Xəbərə görə təşəkkür
Sevinc Memmedova | 26 oktyabr 2014 19:14 | Status: Qonaq | Şərh: 0
Allah arzusunda olanlara qismet etsin.AMIN
Nazli-84 | 23 oktyabr 2014 12:53 | Status: Qonaq | Şərh: 0
Cox faydali melumatlaridi tesekkur melumat ucun
Nur | 9 oktyabr 2014 09:26 | Status: Professional user | Şərh: 3 988
Allah qismet etmesin.men hemise deyiremki Allahim arzusunda olanlara qismet et o gozel paydan.
Ay_Sun | 8 oktyabr 2014 08:36 | Status: Brilliant user | Şərh: 13 407
3 ildir hec aborta getmemisem.Allah bundan belede qismet etmesin.
Meryem_Duyqu | 8 oktyabr 2014 00:01 | Status: Yazar | Şərh: 4 130
Bəzən istəməyərəkdən günaha bata bilərsən. recourse
SEVDA | 7 oktyabr 2014 16:57 | Status: Nəzarətçi | Şərh: 17 437
Abortlar qadın orqanizmine çox ziyandır....
gulya20 | 7 oktyabr 2014 01:08 | Status: Professional user | Şərh: 4 677
Bizim bir qohum gelin var onun ucun abort adi bir haldi,1-2 aydan bir gedir.9ildi evlidi 2usagi var abortlarin sayi hesabi yoxdu.O gelin danisanda men esebden olurem.Her defe ona yerin cehennemdedi deyirem qeribe baxir mene.Allah qismet elemesin mene.
Mehri-Ban | 6 oktyabr 2014 20:33 | Status: Professional user | Şərh: 1 329
Məcburiyyət qarşısına elətdirmişəm.Deyərdimki doğuşdan daha ağırdır.Allah heç kəsə göstərməsin
birdane | 6 oktyabr 2014 20:23 | Status: Professional user | Şərh: 3 726
allah kecsin gunahimizdan twk
ehtibar | 6 oktyabr 2014 14:20 | Status: Gümüş user | Şərh: 2 547
ehtiyatli olun abortdan qacin
SEVA | 6 oktyabr 2014 13:00 | Status: Professional user | Şərh: 5 150
Tesekkurler allah qorusun
Aynur_Mezahirli | 6 oktyabr 2014 10:56 | Status: Qonaq | Şərh: 0
Sitat: Gule_R_124
Ilahiiii sen qismetime yazma...yazmisansa poz:///
Gulshen. | 6 oktyabr 2014 08:53 | Status: Qonaq | Şərh: 0
Tewekkurler xeber ucun
SABINA | 6 oktyabr 2014 08:49 | Status: Professional user | Şərh: 7 410
Sitat: Vetenperver
Çox dəhşətli bir hadisədir abort!Videoda baxmışam,adamın ürəyi ağrıyır,necədə qıyırlar gələck insana. Abort ediləcək daha doğrusu parça-parça edilib öldürüləcək döl çəkilib bir kənarda özünü qoruyur,sanki imdad diləyər amma amansız insanlar ona məhəl qoymayıb günahsız dölü gələcək insanı vəhşicəsinə öldürürlər.Nəzərə alaqki abortda döl ağrı hiss edir və heç bir narkozsuz körpə kəsilib parçalanır adamın ürəyi bişir.Analar necədə qıyırlar bətnindəki canlı ciyar parasına!

duzgun qeyd etmisiz
BULUTUM | 6 oktyabr 2014 08:49 | Status: Professional user | Şərh: 7 386
YAXIN QOHUMUMUZ VAR TELEBE VAXTI EVLENIBLER ARZU ALUNMAZ HAMILELIYE TUW GELDI.O,VAXT BU UWAQIN DOGULMASIN ISTEMEDILER.ABORT OLUNDU.O VAXTDAN TA 20 ILDI.HAMILELIK BAW VERMIR.COX PEWMANDI INDI ARTIQ NE FAYDASI.
Nazlı_Kız | 6 oktyabr 2014 01:35 | Status: Brilliant user | Şərh: 6 472
Nə deyəcəyimi bilmirəm 0127
M.Aliyeva | 6 oktyabr 2014 01:26 | Status: Gümüş user | Şərh: 1 970
DEHWET BIR WEYDI , ALLAH KECSIN GUNAHLARDAN .
Sitat: Vetenperver
Çox dəhşətli bir hadisədir abort!Videoda baxmışam,adamın ürəyi ağrıyır,necədə qıyırlar gələck insana. Abort ediləcək daha doğrusu parça-parça edilib öldürüləcək döl çəkilib bir kənarda özünü qoruyur,sanki imdad diləyər amma amansız insanlar ona məhəl qoymayıb günahsız dölü gələcək insanı vəhşicəsinə öldürürlər.Nəzərə alaqki abortda döl ağrı hiss edir və heç bir narkozsuz körpə kəsilib parçalanır adamın ürəyi bişir.Analar necədə qıyırlar bətnindəki canlı ciyar parasına!
dehset.Allaha ne cavab vereceyler o dunyada ister abort eden qadin ve ya onu ona zorla etdiren kisi.coxsuda qiz usaqi oldugu ucun eletdirir
Vetenperver | 6 oktyabr 2014 00:34 | Status: Professional user | Şərh: 6 699
Çox dəhşətli bir hadisədir abort!Videoda baxmışam,adamın ürəyi ağrıyır,necədə qıyırlar gələck insana. Abort ediləcək daha doğrusu parça-parça edilib öldürüləcək döl çəkilib bir kənarda özünü qoruyur,sanki imdad diləyər amma amansız insanlar ona məhəl qoymayıb günahsız dölü gələcək insanı vəhşicəsinə öldürürlər.Nəzərə alaqki abortda döl ağrı hiss edir və heç bir narkozsuz körpə kəsilib parçalanır adamın ürəyi bişir.Analar necədə qıyırlar bətnindəki canlı ciyar parasına!
fea | 5 oktyabr 2014 23:46 | Status: Gümüş user | Şərh: 1 737
sukur ki men abort eletdirib gunaha girmemisem