Sağlamlıq / Qadın xəstəlikləri

Azərbaycanda qadınlar sürətlə kökəlir

Banu. | 30-09-2014, 18:23
3 318 19
Azərbaycanda qadınlar sürətlə kökəlir


Azərbaycanda qadınların təxminən üçdə birində artıq çəki və piylənmə müşahidə olunur.


AzadQadin.az -ın məlumatına görə, Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən Trend-ə bildirilib ki, bu nəticəyə Azərbaycanda əhali arasında qeyri-infeksion xəstəliklərin risk faktorları araşdırılarkən gəlinib.

Ölkədə ən çox yayılmış 4 qrup qeyri-infeksion xəstəlik var ki, bunlar da ürək-damar sistemi, onkoloji, şəkərli diabet və ağçiyərlərin xroniki xəstəlikləridir. Qeyri-infeksion xəstəliklərin risk faktorları əsasən tütünçəkmə, qeyri-sağlan qidalanma, fiziki aktivliyin olmaması və s.-dir.

2011-ci ildən başlayaraq bu faktorlar üzrə müəyyən araşdırmalar aparılır. Bu il isə həmin risk faktorlarından ikisi - artıq çəki və yüksək qan təzyiqi istiqamətində tədqiqatlar aparılır və araşdırmalar bu ilin sonuna kimi yekunlaşacaq.

İndiyədək aparılan tədqiqatların nəticələrinə görə, artıq çəki və piylənmə Azərbaycan əhalisi arasında rast gəlinən böyük problemdir. Piylənmə həm kişilər, həm qadınlar arasında olsa da, bu faktor qadınlar arasında daha çox yayılıb. Azərbaycanda qadınların təxminən üçdə bir hissəsində artıq çəki və piylənmə müşahidə olunur.

Tütünçəkmə isə əsasən kişilər arasında böyük problemdir. Kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir: “Bu da böyük göstəricidir, bu göstərici Avropa göstəriciləri ilə müqayisəolunmaz şəkildədir. Qadınlar arasında isə bu göstərici yüksək deyil”.

Tədqiqatlar zamanı məlum olub ki, spritli içkilərdən istifadə əsasən orta yaşlı kişilər arasında müşahidə edilir.

Azərbaycanda ən böyük problemin fiziki aktivliklə bağlı olduğu da aydın olub. Kişilər arasında daim idmanla məşğul olanların göstəriciləri 8 faiz təşkil edirsə, qadınlar arasında bu göstərici cəmi 4 faizdir. Bu isə çox aşağı göstəricidir. Tədqiqatlardan o da aydın olub ki, əhali arasında yüksək qan təzyiqi də kifayət qədər yayılıb.

Tədqiqatların nəticələrindən asılı olaraq müəyyən tədbirlər - maarifləndirmə, tibbi xidmətlərin ilkin səhiyyə sistemində gücləndirilməsi və s. görülə, tövsiyələr hazırlana bilər. Bu tədbirlər yalnız Səhiyyə Nazirliyi tərəfindən deyil, digər qurumların da cəlb edilməsi ilə görülə bilər: “Məsələn, parklarda idman meydançaları yaradıla bilər.

Bu isə Səhiyyə Nazirliyinin işi deyil. Müvafiq qurumlar da bu sahədə iş görə bilərlər. Əhalinin çox hissəsinin gününü oturaq vəziyyətdə keçirməsi gələcəkdə ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin yaranması üçün böyük risk amilidir. Bu sahədə də maarifləndirmənin aparılmasına ehtiyac var”.


dılay | 11 mart 2016 22:09 | Status: Brilliant user | Şərh: 8 182
Her sey normada yaxsidi ....
Aydan18 | 4 dekabr 2014 17:03 | Status: Şərhçi | Şərh: 485
Gulumka can yatar qarın su iç çoxlu
Gulumka | 2 oktyabr 2014 20:14 | Status: Şərhçi | Şərh: 904
Mən də çox tez kökəlirəm 0106 yediklərim duşmanım olur!
BULUTUM | 1 oktyabr 2014 23:10 | Status: Professional user | Şərh: 7 386
Boyum 1.69 cekim 82.coxx isteyirem hec olmuya 70 kq olum.Evveller ariq coxx nejni marojna bir qiz idim.Ere geldim wiwdim.Indide cox kok olmaram qarnim var birce eriseydi xerisiyle..
Lumia | 1 oktyabr 2014 17:40 | Status: Professional user | Şərh: 5 378
Sohbet kok ve ariqliqdan getmir,normal beden qurulusuna sahib olmalidir insan.Bunun da yarisi genetikdirse,yarisi da insanin oz elindedir.Nizamsiz,rejimsiz,ne geldi,nece geldi yeyib yatmaq,hereketsizlik,baximsizliq elbette ki,eybecer beden qurulusuna getirib cixaracaq.Guya ariq qadinlarimizin hamisi ideal beden qurulusuna sahibdir?Hec de bele.Hamisi da yalnis,ozbasina "dietalarin",passiv heyat terzinin fesadlaridir.Tesekkurler.
Nara88 | 1 oktyabr 2014 14:36 | Status: Professional user | Şərh: 4 252
52 kq dan artiq hec vaxt kok olmamisam
Ay_Sun | 1 oktyabr 2014 11:13 | Status: Brilliant user | Şərh: 13 407
Cox kok deyilem.Melumat ucun tesekkurler.
SABINA | 1 oktyabr 2014 09:07 | Status: Professional user | Şərh: 7 410
Azərbaycanda qadınların təxminən üçdə birində artıq çəki və piylənmə müşahidə olunur.


yalancilar bes men niye arigam? 0110
Nazlı_Kız | 1 oktyabr 2014 00:10 | Status: Brilliant user | Şərh: 6 472
Normalam daaa winked
ehtibar | 1 oktyabr 2014 00:06 | Status: Gümüş user | Şərh: 2 547
az yeyin az yatin iwlemek lazimdir
Aytekin82 | 30 sentyabr 2014 23:19 | Status: Brilliant user | Şərh: 6 586
Her şey adamın özündən asılıdır.
Qadın ən 1-ci özünü sevməlidir ki, belə şeyə getməsin...
Mən bu yay düz 6 kilo ata bildim. 68 kiloyam. Özümü çox yüngül, rahat və gözəl hiss edirəm... Ayka canı...
0120 love
SEVDA | 30 sentyabr 2014 22:50 | Status: Nəzarətçi | Şərh: 17 437
Qederince yesinler,kökelmesinler....
SEVA | 30 sentyabr 2014 22:08 | Status: Professional user | Şərh: 5 150
cekim normaldi tesekkurler
lalita | 30 sentyabr 2014 21:50 | Status: VİP user | Şərh: 1 390
her sey normada yaxsidi sukur Allaha ne kok deyilem ,ne ariq tesekkurler
Nergiz love | 30 sentyabr 2014 19:50 | Status: Professional user | Şərh: 7 871
Men kokelmek istirem ama stres bervi imkan vermirki kokelim.cox gec kokelirem ama tez ariqlayiram.bu yaxinlar 59 kilo idim ikigun biraz prablemlere gore nervilendim srazi 3 kilo,ariqladim recourse
BULUT | 30 sentyabr 2014 18:58 | Status: Qonaq | Şərh: 0
Sitat: N....N92
iwlememek ve hereketsizlik insanlari bu hala getirir tebii ki cox ve yagli yemekde daxil..

kok deyilem min suskur ne deki ariq normalam
N....N92 | 30 sentyabr 2014 18:51 | Status: Professional user | Şərh: 4 351
iwlememek ve hereketsizlik insanlari bu hala getirir tebii ki cox ve yagli yemekde daxil..
Hech men kokelmirem.Ay Allahim ariqlayirame men

Sag eliniz basima.men kok olmaq isdirem
Aynur_Mezahirli | 30 sentyabr 2014 18:27 | Status: Qonaq | Şərh: 0
Allah komekleri olsun...

Allah komekleri olsun...