Sağlamlıq / Qadın xəstəlikləri

Yumurtalıq çatışmamazlığı, əlamətləri və müalicəsi

leyla meherremova | 7-08-2014, 22:30
8 432 21

 

http://www.holyrosaryindy.org/images/zaptache_divider.png

Yumurtalıqlar, hər ay nizamlı olaraq yeni bir çoxalma funksiyası yaratmaq üçün çalışan orqanlardır. Yumurtalıq içərisində gözlə görülməyəcək qədər kiçik yumurtaların hər ay böyüyüb yetkinləşib partlaması nəticəsində ya hamiləlik ya da nizamlı aybaşı qanamaları meydana gələr. Bu funksiya qadının nəsilartırma dövrü boyunca nizamlı olaraq işləyər. Bəs, erkən yumurtalıq çatmazlığı nədir? Niyə meydana gələr? Necə müalicə edilir?

"Müəyyən yaşlarda, "Primordial follikul" deyilən bu kiçik yumurtaların azalması və istehlak edilməməsi nəticəsində, aybaşının kəsilməsi, yəni klimaks dediyimiz vəziyyət meydana gəlir. Orta hesabla 48 ilə 52 yaşlar arasında meydana gələn bu vəziyyət, qadının normal həyat dövrünün bir hissəsidir.

Erkən klimaks nədir?
 
Bəzi qadınlarda isə müxtəlif səbəblərə bağlı olaraq, klimaks daha erkən yaşlarda başlayar.. 40 yaşından əvvəl bir qadının qalıcı olaraq aybaşıdan kəsilməsi, "erkən klimaks" adlanır. İndiki vaxtda qadınların təxminən yüzdə 10-u 45 yaş, yüzdə 2-i isə 40 yaşdan tez aybaşıdan kəsilir.

İstər normal klimaks dövrü olsun, istəsə erkən klimaks olsun, çoxalma funksiyalarının, yəni hamilə qalma şansının klimaksa yaxınlaşarkən illər əvvəldən azalmağa başlaması diqqət çəkici bir vəziyyətdir. Azalan yumurtalıq qabiliyyəti, hamiləlik şansını da azaldır. Digər yanaşı gedən səbəblərə görə hamilə qalma problemi yaşayan qadınlarda bu vəziyyət daha böyük bir problem olaraq qarşımıza çıxar. Əgər bu hadisə, erkən yaşlarda meydana gəlsə buna '"erkən yumurtalıq çatmazlığı" adı verilir.


Erkən yumurtalıq çatmazlığı nə üçün meydana gəlir?

Eyni ailələrdə, birinci dərəcə qohumlarda (ana, bacı kimi) müntəzəm görülməsi, o ailəyə təsir edən bir genetik faktorun əhəmiyyətli olduğunu göstərir. Yenə, xromosom pozğunluqları xüsusilə X xromosomunun çatmamazlığı, əskiklikləri, mutasiyaları yüzdə 5 ilə 10 arasında məsul tutulur. Bundan əlavə, çoxalma funksiyaları ilə əlaqədar digər genlərdə və xromosomlardakı bəzi dəyişikliklərin erkən yumurtalıq çatmazlığı ilə əlaqədar olduğu bilinir.

Digər tərəfdən, xüsusilə bədənin digər hormon ifraz edən orqanlarının, məsələn tiroit vəzi, böyrək üstü vəzin və ya şəkərli diabet, maddələr mübadiləsi ilə əlaqədar orqanların xəstəliklərində, bu vəziyyətlə daha çox qarşılaşılması, bədənin hormon yaradan orqanlara qarşı ümumi bir reaksiya xəstəliyinin (immun xəstəlikləri) ola biləcəyini bizə göstərir.

Erkən yumurtalıq çatmazlığından, üzərində dayanılması lazım olan bir digər faktor da "iatrojenik" yəni xaricdən təsir nəticəsində yaradılan yetməzliklərdir ki, bunlar arasında ən əhəmiyyətli sıranı xərçəng və ya başqa xəstəliklər səbəbindən istifadə edilən dərmanların, hemoteriopatik agentlərin yumurtalıq üzərinə etdiyi zərərli təsirlər və yumurtalıqlara müxtəlif səbəblərlə edilən təsirlər gəlməkdədir.

Erkən yumurtalıq çatmazlığı necə aydın olar?

Erkən yumurtalıq çatışmamazlığının özünə xas bir əlaməti yoxdur, bəzən heç fərq edilməyə bilər. Ancaq klassik klimaks əvvəli əlamətlər, yəni aybaşı müddətlərinin qısalması və ya uzanması, aybaşı miqdarındakı dəyişikliklər, ya ümumiyyətlə görülə bilməməsi. Xəstələr əksəriyyətlə həkimə aybaşı nizamındakı dəyişmələr səbəbi ilə və ya hamiləlikdən problemlər yaşadığı üçün gəlir. Edilən müayinə, ultrasəs və hormon analizləri nəticəsində diaqnoz qoyular.

Erkən yumurtalıq çatışmamazlığının müalicəsi varmı?

Bu andakı klassik məlumatlarımıza görə, yumurtalar, hələ doğulmadan, ana bətnində meydana gələr, daha sonra yeni yumurta yetişməsi reallaşar. Erkən yumurtalıq çatışmazlığı, yumurtaların azalması və ya bitməsi nəticəsində ortaya çıxdığı üçün, hər nə səbəbdən olursa olsun bu vəziyyəti geri çevirmək mümkün deyil. Vəziyyət müəyyən olunduğunda, ilk olaraq xəstəni məlumatlandırmaq, bundan sonrakı həyatında alması lazım olan tədbirləri izah etmək, ola biləcək faktorları araşdırmaq, məsələn xromosomal bir problem varsa bunun başqa ola biləcək problemlərə yol açmasını qarşısını almaq, tiroit, böyrək üstü vəzin ilə birlikdə gedən bir problem varsa, qadının sağlamlığını təsir edəcək bu problemlərin tədbirini almaq lazımdır. Aybaşı nizamsızlığı və ya kəsilməsi varsa xəstəlik prossesini hormon müalicələri ilə nəzarət altına almaq mümkün ola bilər.

Erkən yumurtalıq çatmazlığı olan və ya riski olan qadınlara nələr tövsiyə edilməlidir?

Bu vəziyyətdəki qadınlar üçün ən əhəmiyyətli problem, uşaq sahibi olmaqdır, bunun üçün planlaşdırma edilməlidir. İndiki vaxtda, qadınların ictimai həyatda və iş həyatında yerlərinin genişlənməsi səbəbi ilə hamiləlik planlamaları daha gec yaşlara qalır. Başqa sözlə erkən yumurtalıq çatmazlığı riski olan bir qadında, bu vəziyyət daha böyük və bəzən geri dönülə bilməyəcək problemlərə yol aça bilər.

Xüsusilə yaxın ailə fərdlərinə, erkən yumurtalıq çatmazlığı problemi olan, hər hansı bir səbəblə, yumurtalıqlara zərər verə biləcək bir müalicə və ya əməliyyat keçirənlərə yumurtalıqların vəziyyəti haqqında, xüsusilə 30 yaşların başlarında məlumatlandırılmasını təklif edirik. Ediləcək ultrasəs müayinələri, hormon ölçmələr və xüsusilə yumurtalıq ehtiyatını ən yaxşı şəkildə əks etdirən AMH hormon ölçmə, bizə bu mövzuda məlumat verəcək və qadının hamiləlik mövzusundakı planlarını edərkən bunu da nəzərdə saxlamasını təmin edəcək. Əməliyyat və ya kimyaterapiya alacaq şəxslərin bu əməliyyatlar əvvəlində çoxalma funksiyalarını qorumağa istiqamətli, yumurtalıq toxumasını dondurulması, yumurta və ya embrion dondurulması kimi mövzularda məlumatlandırılması həyati əhəmiyyət daşıyar. "
http://www.holyrosaryindy.org/images/zaptache_divider.png
Qadınlar, hamınıza sağlamlıq arzulayıram.....

dılay | 11 mart 2016 22:15 | Status: Brilliant user | Şərh: 8 185
tewekkurler
Elcin sangu........ | 10 avqust 2015 19:05 | Status: VİP user | Şərh: 631
Tewekkurler
Real Madrid CF | 1 avqust 2015 16:45 | Status: Qonaq | Şərh: 0
Biraz problemlerim var.
Nagizade.Leyla | 27 iyun 2015 11:27 | Status: VİP user | Şərh: 1 321
Təşəkkürler..
Miraj | 4 fevral 2015 10:05 | Status: Professional user | Şərh: 2 625
tesekkurleeer
Aydan18 | 4 dekabr 2014 17:09 | Status: Şərhçi | Şərh: 485
Təşəkür məlumata görə
jalehuseyn | 23 avqust 2014 23:01 | Status: Şərhçi | Şərh: 135
Cox sukur her sey qaydasindadi
SEVA | 9 avqust 2014 19:03 | Status: Professional user | Şərh: 5 151
sukur bele problemlerimiz yoxdu yenede tsk
SEVDA | 9 avqust 2014 09:22 | Status: Nəzarətçi | Şərh: 17 443
Heleki bele problemlerim yoxdu,twk...
Nazlı_Kız | 9 avqust 2014 02:51 | Status: Brilliant user | Şərh: 6 473
Maraqlı xəbərdi təşəkkürlər canım.
Ay_Sun | 9 avqust 2014 00:05 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: Aida:)
Cox sukur her sey normaldi twk
UREYIM55 | 8 avqust 2014 17:22 | Status: Şərhçi | Şərh: 228
Maraqli melumatdi.
GULUM_OL | 8 avqust 2014 14:56 | Status: Şərhçi | Şərh: 221
allah her kese usaq qismet etsin amin amin
birdane | 8 avqust 2014 14:22 | Status: Professional user | Şərh: 3 727
Sitat: Aida:)
Cox sukur her sey normaldi twk

bizdede
Zulya | 8 avqust 2014 13:09 | Status: Gümüş user | Şərh: 1 640
Cox sukur her sey normaldi twk
Mehri-Ban | 8 avqust 2014 11:34 | Status: Professional user | Şərh: 1 329
Cox sukur ele bir problemim yoxdur.tesekkurler canim xebere gore
ŞokaLaTovA PeÇeNyA. | 8 avqust 2014 11:29 | Status: Gümüş user | Şərh: 2 059
Mənim Mamadada fibroma var idi uşaqlığını götürdülər deyəsən bu problemlə çox qadın əziyyət çəkir. Allah hər kəsə kömək olsun. Aminn!!!
NURLU | 8 avqust 2014 11:20 | Status: Professional user | Şərh: 5 554
Sitat: TERANE1978
kicik miyoma qorxuram yaman.

bes niye mualice goturmursen??balacadisi mualice ile gedir.
MiFi | 8 avqust 2014 10:48 | Status: Şərhçi | Şərh: 154
Təşəkkürlər məlumatlandırdığınıza görə.İnşaallah bu cür problemlərlə qarşılaşmaram
BULUTUM | 8 avqust 2014 08:52 | Status: Professional user | Şərh: 7 392
Twk .menimde anam fibromiyomasi olduguna gore qan apariri aybawi olanda.emeliyyat oldu qadinliqin goturduler uzunuzden iraq.mendede var kicik miyoma qorxuram yaman.Aybawim olur wukur.bacimda yoxdu onun aybawisi mawallah saat kimi iwleyir.
NURLU | 8 avqust 2014 03:37 | Status: Professional user | Şərh: 5 554
twkler bele genis melumat ucun,
menim anam 47yasinda mecburu kesilib aybasidan,
fibromalari vardi deye,qadinliqin goturubler.
ALLAH her kese komek olsun