Qadın xəstəlikləri / Məsləhətlər

Qadınlarda təsadüf edilən çiyin sıxışması

Aytekin82 | 21-06-2014, 16:30
5 496 18

 
Son illərdə qadınların gündəlik həyatda istifadə etdikləri çantaların həcmlərinin  böyüməsi, qadınların sağlamlığını şübhə altına alır. Cəmiyyətin təxminən yüzdə 20-sində görülən çiyin sıxışması  ən çox orta yaş qadınları əhatə  edir.
Şüşə silmək, pərdə asmaq, xalça çırpmaq, ağır bir qazan qaldırmaqla bərabər bir də  ağır və böyük çanta daşımaq çiyin sıxışması problemini də artırır. Çiyin ağrısı problemiylə müraciət edən qadın xəstələrin sayında ciddi artım müşahidə olunur.
Cəmiyyətin təxminən yüzdən 20 faizində görülən   çiyin sıxışma sindromu, ən çox qadınlarda təsadüf olunur.
 İş və ev həyatında  qadınların yükü çoxdur.  İşdə yaşadıqları sıx tempə ev işləri də əlavə olununca çiyinə çox yük minmiş olur. Şüşə silmək, xalça silmək, pərdə asmaq, yüksək bir şkafdan ağır bir qazan götürmək kimi çiyin səviyyəsi üstündəki ev işləri çiyin sıxışmasının ən böyük səbəbləri arasındadır.  
 Bundan başqa  xüsusilə son illərdə qadınlar arasında modda olan böyük çantalar da sıxışmanı artıran bir faktordur. Bu faktorlar əzələ liflərində şiş meydana gəlməsinə və sonrasında çiyin sıxışmasına səbəb ola bilir. Qolun hərəkət etməsini təmin edən əzələ girişlərində cırılmaların da meydana gəlməsinə zəmin hazırlayır. Stress və psixoloji faktorların yumşaq toxuma və əzələ ağrılarını artırdığı da qeyd olunur.  Qadınların iş həyatında və evdəki  çox işləri çatışdırmaması  stress nisbətlərini də artırır. Bu da sıxışmaya təsir edir. 
İşləyərkən, yatarkən,  ya da hərəkət edərkən də çiyin sıxışma sindromu ola  bilər. Sabit mövqedə uzun müddət kompüter başında qalmaq da çiyində problemlər yaradır. Üzü qoylu yatarkən əllərinizi yastığın altına qoymaq sıxışmaya bağlı ağrını artıra bilər. Çiyin sıxışmasını artırar. Bundan başqa  ən əhəmiyyətli faktor çiyin səviyyəsinin üzərində edilən qol hərəkətləridir.
Çiyində sıxışma müalicə edilmədiyi təqdirdə qol hərəkətlərini təmin edən əzələ tirlərində ciddi ziyanlara  səbəb olmaqla gündəlik həyat fəaliyyətini məhdudlaşdırır. Ona görə də çiyin ağrıları varsa onu ciddiyə alıb həkimə müraciət olunmalı və səbəblər araşdırılmalıdır.
Əvvəlcədən xəstəliyin diaqnozu çox əhəmiyyətlidir. Çiyin ağrısına səbəb ola biləcək boyundan və ya sinə qəfəsindən əks olunan ağrı təyin edildikdən sonra edilən klinik müayinə və rentgen ilə diaqnoz qoyulur. Uyğun müalicə üsulu seçilir.
Odur ki:
Pərdə asarkən ya da şüşə silərkən qol çiyin səviyyəsindən çox  qaldırılmamalıdır.
Çiyin səviyyəsindən yüksək hərəkətlər etmək yerinə bir taburetlə yüksəkliyinizi artırın. Bədəninizi məcbur edəcək qədər uzanmayın.
Şüşə ya da xalça silinirsə, silmə əməliyyatını edən qol 10 dəqiqədə bir dəyişdirilməlidir.
Ağır çanta daşımaq da çiyin ağrılarına rəvac verir. Xüsusilə qadınların daşıdığı çantalar olduqca ağırdır. Bu çantaların tək tərəfli və asimmetrik daşınması, çiyindəki oynaqlarda zədələnməyə  və ağrıya səbəb olar. Onurğa problemlərinə də səbəb olur. Çanta ağırlığı iki kilonu keçməməli və 15 dəqiqədə bir çiyin dəyişdirilməlidir. Kürək çantaları ağırlığı tarazlar, heç olmasa həftə sonları kürək çantaları istifadə edilməlidir.
Üzüstə yatarkən əllər yastıq altına qoyulmamalıdır.

dılay | 11 mart 2016 22:29 | Status: Brilliant user | Şərh: 8 183
baxirda indi gedeceyim yere ....
Aydan18 | 4 dekabr 2014 18:32 | Status: Şərhçi | Şərh: 485
İri çantalara lazmı əşaları qoymaq olur.Tşk
MELEK_ | 4 iyul 2014 16:26 | Status: Professional user | Şərh: 3 949
boyuk cantalar ona gore yaxsidir ki, istediyin esyani yerlesdire bilirsen, deyerli xeberdir, cox sagol
dream reality | 30 iyun 2014 21:09 | Status: Professional user | Şərh: 1 449
Sitat: Gül-ka
Sitat: LUNA
cantalari cox sevirem,ne edek gozellik qurban teleb etmese de eziyyet teleb edir,MENCE

Duzdu
Gulya2676 | 23 iyun 2014 12:21 | Status: Gümüş user | Şərh: 2 586
Sitat: gulcin777
Maariflendirici xeberdir,tesekkurler.
Gulshen. | 23 iyun 2014 07:06 | Status: Qonaq | Şərh: 0
Sitat: LUNA
cantalari cox sevirem,ne edek gozellik qurban teleb etmese de eziyyet teleb edir,MENCE

Duzdu
Mehri-Ban | 22 iyun 2014 22:12 | Status: Professional user | Şərh: 1 329
cantalari cox sevirem,ne edek gozellik qurban teleb etmese de eziyyet teleb edir,MENCE
Meryem_Duyqu | 22 iyun 2014 22:01 | Status: Yazar | Şərh: 4 130
Arada məndə olur.Masajdan sonra keçir.
Ayan92 | 22 iyun 2014 21:09 | Status: Professional user | Şərh: 3 056
Mənim də hər cürə çanta varımdır.Amma belə problemim yoxdur.Təşəkkürlər.
NURLU | 22 iyun 2014 13:04 | Status: Professional user | Şərh: 5 552
cox boyuk cantani evveler gotururdum,sonra yoldasim laq etdi day goturmurem.baxirda indi gedeceyim yere .
Nara88 | 22 iyun 2014 13:01 | Status: Professional user | Şərh: 4 253
her cure cantam var,sukur bele problemimde yoxdu
N....N92 | 22 iyun 2014 11:45 | Status: Professional user | Şərh: 4 351
elede boyuk canta secmirem alanda..twk
indra | 22 iyun 2014 01:25 | Status: VİP user | Şərh: 908
Ağir çox qaldiriram
ŞehZam | 21 iyun 2014 23:36 | Status: Professional user | Şərh: 2 577
TəşəkkürləR
SEVDA | 21 iyun 2014 23:28 | Status: Nəzarətçi | Şərh: 17 439
çantadan istifade etmirem çoxdandı.hara getsem kawelyokla gedirem.twk...
Gülçin | 21 iyun 2014 17:56 | Status: Brilliant user | Şərh: 6 780
Maariflendirici xeberdir, tesekkurler.
ŞokaLaTovA PeÇeNyA. | 21 iyun 2014 17:08 | Status: Gümüş user | Şərh: 2 059
mən elimdə tutraam sumkanı klassik geyinirəm deyə böyük sumkadan Sport stili geyinənlər istifadə edir
ehtibar | 21 iyun 2014 16:44 | Status: Gümüş user | Şərh: 2 547
maraqlidir