Sağlamlıq / Qadın xəstəlikləri

Döş xərçəngi haqqında məlumatlar(Qadınlar üçün)

X... | 29-08-2013, 20:00
21 885 27

 


 

 Həyatı boyunca qadının döşündə bir sərtlik fərq etməsi ya da ağrı inkişafı tez rastlan bir vəziyyətdir. Döşdə fərq edilən sərtliklər, kütlələrin və dəyişikliklərin böyük bir əksəriyyəti xərçəng deyil. Əgər xərçəngsə belə döş xərçəngi, ən asan təmizlənə bilən və erkən diaqnoz qoyulduqda həyat qurtaran bir xərçəng növüdür.

Döş xərçəngi nədir?

Döş, süd vəziləri və burada çıxarılan südü, döş başına daşıyan kanallardan meydana gələr. Bu süd vəziləri və kanalları döşəyən hüceyrələrin, yuxarıda təyin etdiyimiz şəkildə, nəzarət xarici olaraq çoxalmaları və bədənin müxtəlif yerlərinə gedərək çoxalmağa davam etmələrinə döş xərçəngi deyilir.

Döş xərçəngi risk faktorları nədir?


Bəzi xüsusiyyətləri daşıyan qadınlarda, döş xərçənginin daha sıx görüldüyünü bilirik. Bu xüsusiyyətlərə risk faktorları deyirik. Bu risk faktorlarını daşıyan kəslərin, mütləq döş xərçənginə tutulacaqları deyilə bilməz. Yalnız, bu faktorları daşımayanlara görə, daha çox döş xərçənginə tutulma ehtimalları olduğunu bilirik. Bu faktorları daşımayan kəslər də məmə xərçənginə tutula bilər. Döş xərçənginə tutulan qadınların yarısı, bu risk faktorlarını heç daşımır. Bu səbəblə, risk faktorlarını daşımayan kəslər də adi müayinələrdən keçməlidirlər.

Döş xərçənginə tutulma riskini artıran faktorları qısaca bu şəkildə saya bilərik:

Yaş: İrəli yaş əhəmiyyətli bir risk faktorudur. Yeni döş xərçəngi diaqnozu qoyulan qadınların 70%-i, 50 yaş üzərindədir. Digər bir deyimlə, yaşı 50 yaş üzərində olan qadınlarda döş xərçəngi görülmə sıxlığı, yaşı 50 yaşın altında olan qadınlardan 4 qat daha çoxdur. Bu səbəblə, 50 yaş üzərindəki hər qadın, mütləq ildə bir dəfə həkimə baş vuraraq müayinə olmalı və mamografi dediyimiz döş filmini çəkdirməlisiniz.

 


 

Şəxsi döş xərçəngi hekayəsi:
Daha əvvəl döş xərçəngi keçirmiş və müalicə olunmuş qadınlarda, digər döşdə xərçəngə inkişaf ehtimalı normal qadınlara görə 3-4 qat daha çoxdur.

Ailədə döş xərçəngi hekayəsi:
Ailə yaxınları arasında döş xərçənginə tutulmuş qadınların, döş xərçənginə tutulma ehtimalı, digər qadınlara görə daha çoxdur.
Məsələn: Bacısı və ya anası döş xərçənginə tutulan bir qadının, döş xərçənginə tutulma riski, digər qadınlardan 2-5 qat daha çoxdur. Bu qadınlar daha tez və diqqətli izlənilməlidir. Bu şəkildə problemləri olan qadınlar, döş xərçəngi genetik klinikalarına müraciət edərək risklərini hesablatdırmaları lazımdır. Əgər ailə keçid riski yüksək olarsa, genetik test etdirməlidirlər.

Daha əvvəl döş biopsisi edilmiş olması:

Döşdə bir kütlə səbəbi ilə
biopsi edilmiş və xoşxassəli bir şiş müəyyən olunmuş ola bilər. Bəzi xərçəng olmayan yaxşı xassəli şişlərin olması, xərçəng inkişaf riskini dəyişik nisbətlərdə artıra bilməkdədir. Bu, şişin hüxeyrəvi quruluşuna görə dəyişər. Məsələn: Edilən bir biopsidə, çıxardılan kütlənin patoloji araşdırması nəticəsində atipik hiperplazi diaqnozu qoyulmuş qadınlarda (bu tamamilə xoşxassəli bir şişdir), döş xərçənginin inkişaf nisbəti,normal qadınlara görə daha çoxdur.


Fertil əsr müddəti:
Aybaşı(menstruasiya)görməyə erkən başlanması, menapoza gec girilməsi, Fertil əsri uzatmaqdadır.
Bu sırada qadın daha uzun müddət östrojen hormonunun təsiri altında qalmaqda, döş xərçəngi inkişaf riski artmaqdadır. Erkən menapoza girən qadınlarda hormon müalicəsi edilmirsə, döş xərçəngi riski əhəmiyyətli ölçüdə azalmaqdadır. Əlli yaşından sonra,aybaşı görməyə davam edən qadınlarda, döş xərçənginə tutulma riski az da olsa artmaqdadır.

Doğurqanlıq hekayəsi:
İlk uşağı doğma yaşı əhəmiyyətlidir.
İlk uşağını 30 yaşından sonra doğan qadınlarda, döş xərçəngi görülmə nisbəti ,20 yaşından əvvəl doğuranlara görə 2 qat çoxdur. Heç uşaq doğmayan qadınlarda risk azda olsa digərlərinə nisbətən yüksəlməkdədir.

Sosial-iqtisadi səviyyənin yüksəkliyi:
Varlı, sosial-iqtisadi səviyyəsi yüksək olan qadınlarda, döş xərçəngi görülmə nisbəti daha çoxdur.
Bu ailələrin qızları daha yaxşı qidalandığı üçün, daha erkən inkişaf etməkdə və erkən yaşda aybaşı görməyə başlamaqdadır. Ayrıca bu uşaqlar böyüdükləri zaman, təhsil və iş səbəbi ilə daha gec evlənir və daha gec uşaq sahibi olurlar. Bu səbəblərə bağlı olaraq, Fertil əsrin erkən başlaması, gec doğma kimi səbəblər, səbəb olaraq sayıla bilər. Ayrıca bunların xaricində başqa faktorlar da rol
oynamaqdadır.


Östrojen hormonu müalicəsi görənlər:
Menapoz səbəbi ilə uzun müddət östrojen müalicəsi (10 ildən çox) görən qadınlarda, döş xərçəngi nisbəti artmaqdadır.
Lakin, hormon müalicəsi almayan qadınlarda da, ürək xəstəliklərində və osteoporoz kimi problemlərdə artım ortaya çıxmaqdadır. Bu səbəblə, menapoz şikayətlərinin azaldılması məqsədi ilə, östrojen verilməsi məsləhət görülə bilər lakin, mütləq bir həkim nəzarəti altında edilməlidir.


Doğum idarə həbindən  istifadə:
Bu mövzuda fərqli görüşlər olmaqla birlikdə yüngül bir risk artımı olduğu irəli sürülməkdədir.
On il əvvəl doğum idarə həbini buraxmış olan qadınlarda isə, bu risk tamamilə ortadan qalxmaqdadır.


Spirtdən istifadə:
Çox spirt qəbul edən qadınlarda, qəbul etməyən qadınlara görə risk nisbətən artmaqdadır.
Gündə 3 stəkan yüksək dərəcəli spirt içən bir qadının döş xərçənginə tutulma riski, heç içməyən qadına görə 2 qat daha çoxdur. Spirt qəbulunun gündə bir qədəh ilə məhdudlaşdırılması təklif olunur.


Siqaret istifadəsi:
Siqaretin qəti bir təsiri göstərilə bilməmişdir.
Lakin, ümumi sağlamlığa təsirinə görə  tərgidilməsi təklif olunur.

Köklük və yağlı qidalanma:
Bəzi işlərdə köklüyün, xüsusilə 50 yaş üzərindəki qadınlarda döş xərçənginə tutulma riskinin artırdığı müşahidə edilmişdir.
Xüsusilə, doymuş yağların çox olduğu, yağlı ət kimi yeməklər və yağlı süd məhsullarının çox qəbulunun bu riski artırdığı irəli sürülmüşdür.


Döş xərçənginin əlamətləri nələrdir?

 


 

Döş xərçəngində, döşdə bəzi dəyişikliklər meydana gələ bilər. Qadınlar, öz-özünü müayinə əsnasında buna diqqət yetirməlidir.

Döş məmə başında fərqlilik, döşün yanında ya da qoltuq altında bir kütlə və ya qalınlıq
Məmə başının həssaslığı
 Döş məmə başının görünüşündə dəyişiklik
 Döşün ölçüsündə və şəklində bir dəyişiklik
 Məmə başının içə dönməsi
Döş dərisinin ya da ucunun pullu, qırmızı ya da şiş olması (portağal qabığı görünüşü)
 Məmə başı axıntısı.

 
Məmə başında özbaşına olan, tək tərəfli, qanlı və ya ağ rəngdə bir axıntı əhəmiyyətlidir. Bu vəziyyətdə dərhal həkimə müraciət edilməlidir. Bəzi qadınlar, məmə başını sıxaraq axıntı gəldiyini söyləməkdədirlər. Bunu tövsiyə etmirik. Fibrokistik döş dəyişikliyində məmə başında boz-yaşıl rəngdə bir axıntı ola bilər. Bu əhəmiyyətli bir əlamət deyil.

Hər nə qədər erkən döş xərçəngində kütlədən ötəri ağrı  olmasa da, döşdəki ağrı, və ya başqa bir əlamətin davam etməsi vəziyyətində həkimə müraciət edilməlidir. Əksəriyyətlə kütlə ilə birlikdə ağrı olması döşdə əmələ gələn kistalarla əlaqədardır.

 Mikrokalsifikasyon (əhənglənmə):
Mamografidə
kiçik bir-birinə bənzəməyən salxımlı əhənglənmələrin (mikrokalsifikasyon) görülməsi əhəmiyyətli bir tapıntı ola bilər. Bundan sonra nə etməli olduğunuza həkiminiz və radyoloji mütəxəssisi qərar verəcək.

P.S. Əslində çox geniş bir mövzudur çalışdım qısaca sizi məlumatlandıram.

Bütün qadınlarımıza sağlamlıq arzu edirəm,Rəbbim bütün xəstəliklərdən,ələxsusda çarəsi olmayan bəlalardan qorusun.Amin.


@Tərcümə azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.


dılay | 10 noyabr 2015 18:40 | Status: Brilliant user | Şərh: 8 185
Allah hamimIIzIn komeyi olsun
ESMERRi | 5 noyabr 2015 20:05 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: SARA55
Sitat: BULUTUM
Allah rehm etsin biz qadinlara yaziqiq.

AMİN
SARA55 | 1 aprel 2015 00:21 | Status: Qonaq | Şərh: 0
Sitat: BULUTUM
Allah rehm etsin biz qadinlara yaziqiq.

AMİN
Nergiz love | 18 mart 2015 00:27 | Status: Professional user | Şərh: 7 871
Allah uzaq ele.Amin.Amin Amin
●♥ Meley ♥● | 10 fevral 2015 15:54 | Status: Gümüş user | Şərh: 413
Allah komeyimiz olsun
sonsuz ucurum | 9 yanvar 2015 21:21 | Status: Gümüş user | Şərh: 786
Sitat: fea omer
ALLAH qorusun hamini
Aydan18 | 4 dekabr 2014 19:47 | Status: Şərhçi | Şərh: 485
Tşk biləm.........
BULUTUM | 3 noyabr 2014 23:54 | Status: Professional user | Şərh: 7 392
Allah rehm etsin biz qadinlara yaziqiq.
Miraj | 3 noyabr 2014 12:28 | Status: Professional user | Şərh: 2 625
ALLAH qorusun hamini
sadəcə MƏN | 5 sentyabr 2013 22:01 | Status: Brilliant user | Şərh: 4 771
Allah uzaq eləsin!Amma hər 6 aydan bir müayinədən keçmək daha məqsədəuyğundur.
SULTANIM | 5 sentyabr 2013 17:35 | Status: Ekspert | Şərh: 4 743
Melumatlandirici xeberdir. Tesekkur edirem.
Allah qorusun.
ayniska | 2 sentyabr 2013 23:27 | Status: VİP user | Şərh: 590
tesekkurler mence butun qadinlar bele yazilari oxumalidir duzdur Allah uzaq elesin amma arada hekime gedib yoxlanmaq da lazimdir.
jasmin7 | 2 sentyabr 2013 20:34 | Status: VİP user | Şərh: 745
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,IRAG OLSUN BIZLERDEN ,,,,,,,,,,,,,,,,,,,,,
Beren | 31 avqust 2013 16:05 | Status: Professional user | Şərh: 3 214
Allah uzaq eləsin!
Xəbər üçün təşəkkürlər canım.
viska | 30 avqust 2013 22:50 | Status: VİP user | Şərh: 512
Allah butun qadinlardan uzaq elesin.Cox saqolun melumatlandirdiqiniz ucun emeyinize saqliq.
su peerisi | 30 avqust 2013 22:48 | Status: Gümüş user | Şərh: 955
Allah hec kese dermani olmayan derd qismet etmesin,AMIN.
Qanad | 30 avqust 2013 21:25 | Status: Yazar | Şərh: 4 357
Allah gostermesin
seva85 | 30 avqust 2013 13:05 | Status: Gümüş user | Şərh: 2 045
allah hec bir qadina gostermesin
Feriha. | 30 avqust 2013 09:34 | Status: Professional user | Şərh: 4 746
Sitat: DENIZ QIZI3
ALLAH hec bir qadina sagalmayan xestelik gostermesin. xesteliyi verirse dermaninida versin.

amin
Lumia | 30 avqust 2013 02:23 | Status: Professional user | Şərh: 5 380
Allah qorusun.
DENIZ QIZI3 | 30 avqust 2013 00:45 | Status: Gümüş user | Şərh: 3 858
ALLAH hec bir qadina sagalmayan xestelik gostermesin. xesteliyi verirse dermaninida versin.
ayruska | 29 avqust 2013 23:49 | Status: Professional user | Şərh: 3 978
Bütün qadınlarımıza sağlamlıq arzu edirəm,Rəbbim bütün xəstəliklərdən,ələxsusda çarəsi olmayan bəlalardan qorusun.Amin.

amin bacim amin
sebiw21 | 29 avqust 2013 22:38 | Status: VİP user | Şərh: 526
ALLAH uzaq elesin...ALLAH hec bir qadina gostermesin...ALLAH butun insanlara can saqligi versin
Aytekin82 | 29 avqust 2013 22:29 | Status: Brilliant user | Şərh: 6 588
Sitat: leyla meherremova
Allah uzaq eləsin.Belə maarifləndirici xəbər üçün təşəkkürlər Günəşim.


Həəəə((((((((((((((((
HUSNIYYA | 29 avqust 2013 22:01 | Status: Gümüş user | Şərh: 1 191
Allah uzaq elasin..hec bir qadinda bela bir xastalik olmasin...hamimiza saglam hayat arzulayiram...
Lola. | 29 avqust 2013 21:32 | Status: Professional user | Şərh: 2 230
Bütün qadınlarımıza sağlamlıq arzu edirəm,Rəbbim bütün xəstəliklərdən,ələxsusda çarəsi olmayan bəlalardan qorusun.Amin.

Amin bacım amin
Məlumatlandırdığın
üçün çox təşəkkürlər!
Nurus. | 29 avqust 2013 20:48 | Status: Brilliant user | Şərh: 6 982
Allah size komek olsun.bu ne xeberdi xais edirem Gunesim xeberlerini gozel sen movzulara hesr ele.Hara baxiriq ancaq xestelikden yazirlar,ozude bu zibil xestelikden.Adini bele cekmek lazim deyil.Allah uzaq elesin